İ.V.Miçurinin heykəli ucaldılan kənd - Qəbələ, Vəndam kəndi

09:21 / 26.08.2014

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının Əməkdar müəllimi

 Sizə Qəbələnin Vəndam kəndinin mərkəzində - kənd Mədəniyyət evinin qabağında heykəli olan, 160 illik  yubileyinə az qalan bir rus alimindən - Miçurin İvan Vladimiroviçdən söz açmaq istəyirəm. Vəndamdakı kolxozlardan biri vaxtilə onun adını daşımışdır. Kəndin 1 nömrəli - yaranma tarixi 1883-cü ildən başlanan tam orta məktəbinin tarix müəllimi, Qəbələnin tarixi keçmişinin bilicilərindən biri olan Teymur Qarayevin sözlərinə görə Vəndamda İ.V.Miçurinin heykəlinin ucaldılmasının təşəbbüskarı uzun illər bu kənddəki kolxozlardan birinə rəhbərlik etmiş, Vəndamı respublikaya tanıdanlardan biri əslən Xınalıqdan olan Bəyalı Xitilovdur.

 Heykəlin açılışı 1960-cı illərin əvvəllərinə təsadüf edir. Bu faktı dəqiqləşdirməkdən ötrü Vəndamın ensiklopedik bilikli, yaşı 80-ni adlayan Ənvər müəllimə zəng etməyi lazım bildik. Lakin Teymur müəllimin dostyana və ərkyana tərzdə "şlyapalı müəllim" kimi tanıtdığı Ənvər müəllimlə söhbətləşə bilmədik.
 Yeri gəlmişkən deyim ki, Ənvər müəllim 60 il kənd 
məktəbində vəndamlılara Azərbaycan dili və ədəbiyyatından dərs deyib. Özü hələ fəxri ad almasa da bir neçə şagirdi əməkdarlıq rütbəsinə layiq görülüb. Keçən il Ənvər müəllimlə Miçurinin heykəlinin qarşısındakı çayxanada söhbət edərkən qocaman kənd müəlliminin 4-5 kitabını vərəqləmişdim. Kitablarının hamısı ölkəşünaslıq materialları kimi orta məktəblərdə dərs vəsaiti kimi tədris oluna bilər.
  ...Miçurin İvan Vladimiroviç dünya elmi ictimaiyyətinin yaxşı tanıdığı alimlərdəndir. Görkəmli bioloq-seleksiyaçı, bir sıra meyvə sortlarının-növlərinin yaradıcısıdır. 
İ.V.Miçurin 28 oktyabr 1855-ci ildə Ryazan quberniyasının Pronski uyezdinin Dolqoye kəndi yaxınlığındakı Verşina adı ilə tanınan kiçik yaşayış məntəqəsində anadan olub. Uyezd məktəbini qurtarandan sonra Peterburqda litseyə daxil olmaq istəyib. Lakin atasının gözlənilmədən xəstələnməsi ailənin maddi vəziyyətini çətinləşdirdiyindən İvan Vladimiroviç paytaxt şəhərində oxumaq arzusunu həyata keçirə bilmir; o, 1872-ci ildə Ryazan gimnaziyasına daxlil olur. Bir neçə aydan sonra Miçurini gimnazidan çıxarırlar. O, Ryazan - Ural dəmir yolunda işə düzəlir. Miçurin 2 ildən sonra işini dəyişir, saat və siqnal aparatlarının təmiri ilə məşğul olur.
Tezliklə o, Kozlov rayonunda 130 ha baxımsız bir torpaq sahəsində seleksiya işləri ilə məşğul olmağa başlayır və burada 600 növdən artıq bitki üzərində seleksiya işləri ilə ilgili təcrübələr aparır. Bir neçə ildən sonra burada çoxlarını heyrətləndirən gözəl bir təcrübə bazası yaranır. Onun moruq və albalıları daha çox məşhurluq qazanır. Miçurin yeni alma növləri yaradır, qışadavamlı meyvələr yetişdirməyə müvəffəq olur. 1906-cı ildə İ.V.Miçurinin ilk elmi əsərləri çap olunur. 
  İ.V.Miçurin elmi xidmətlərinə görə 1912-ci ildə III dərəcəli Anna Ordeni ilə təltif olunur. 1913-cü ildə amerikalılar İ.V.Miçurinin kolleksiyalarını almaq istəsələr də, vətənpərvər alim bu alverə razılıq vermir.

 1918-ci ildə İ.V.Miçurinin tingliyi, şitilliyi (pitomniki) milliləşdirilir. 1921-ci və 1923-cü illərdə ona tinglik təsərrüfatını daha da genişləndirmək məqsədilə yeni torpaq sahələri verilir.
 1928-ci ildə İ.V.Miçurinin tingliyi görkəmli alimin şərəfinə İ.V.Miçurin adına Dövlət Seleksiya-Genetika Stansiyası adlandırılır.
 1934-cü ildə stansiyanın fəaliyyəti daha da genişləndirilir: Stansiya İ.V.Miçurin adına Mərkəzi Genetika Laboratoriyası adlandırılır.
 1925-ci ildə SSRİ-də İ.V.Miçurinin 50 illik elmi fəaliyyəti təntənə ilə qeyd olunur və ona Qırmızı Əmək Bayrağı ordeni verilir.  
  İ.V.Miçurin 80 illik yubileyi ərəfəsində elmi fəaliyyətinə görə bir sıra fəxri adlara layiq görülür:


 1934-cü il -Əməkdar elm və texnika xadimi
 1934-cü il -biologiya elmləri doktoru
 1935- ci il -akademik
 1935-ci il - SSRİ EA-nın fəxri üzvü
 1935-ci il -Çexoslvakiya Əkinçilik Akademiyasının fəxri üzvü.

 Görkəmli alim 7 iyun 1935-ci ildə dünyasını dəyişmişdir.

                                            ***
   2015-ci ildə İ.V.Miçurinin anadan olmasının 160 ili tamam olur. Bütün dünyada yeni meyvə növlərinin yetişdirilməsində böyük xidmətləri olan  alimin Azərbaycanda da təntənəli yubileyinə indidən hazırlaşmaq lazımdır. Onun Vəndamdakı heykəli ciddi təmir olunmalı, lazım gələrsə, postamenti daha da ucaldılmalıdır. Qəbələnin yerli memarları bu işi ustalıqla görə bilərlər.
  Dünyanın mədəniyyət paytaxtlarından biri kimi tarixə düşən Qəbələdə dünya səviyyəli yubiley tədbirləri keçirmək çox gərəkli görünür. 
Bu, Azərbaycan-Rusiya elmi əlaqələrinin daha da genişləndirilməsi yolunda uğurlu addım kimi yadda qala bilər.

Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,
Avropa Azərbaycan Məktəbinin müəllimi,Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının bölmə üzvü,
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə keçirilən ƏN YAXŞI MÜƏLLİM  müsabiqəsinin qalibi.

26.08.2014-cü il.


P.S.
İ.V.Miçurinin Vəndamdakı heykəlinin foto şəklini Qəbələnin Bunut kənd tam orta məktəbinin bədən tərbiyəsi və idman müəllimi, Azərbaycan Dövlət İdman Akademiyasının məzunu Renat Süleymanov çəkmişdir. Ona bu texniki köməyə görə öz dərin təşəkkürümü bildirirəm.





Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM