Qafqaz Müsəlmanları İdarəsinin Təzə Pir məscid kompleksində mərasim zalları açılanda bəlkə də məndən çox sevinən olmadı. “Axır ki...” dedim. Sevindim ki, nəhayətdə dinimizə böyük hörmət gətirəcək bir addımdır. Nə qədər acın, kasıbın qarnı tox olacaqdı. Özü də hər gün. Amma...
Bir necə dəfə bu mərasim zallarında keçirilən yas mərasimlərində iştirak etmişəm. Qabağıma çay qoyublar – içmişəm. Plov çəkiblər - yemişəm. Ac olmasam da... Deyiblər ki, ehsandır, zəhmət çəkiblər, yeməlisən. Ye, sonra da “Allah qəbul eləsin”, “Allah rəhmət eləsin!” de. Zəhmət çəkib bu təamları hazırlayanların ölənlərinin ruhuna bir salavat da çək. Mən də məclis yiyəsinin bu sözlərinə əməl eləmişəm. Süfrədə nə olmasından, zənginliyindən asılı olmayaraq sevinmişəm. Təzə Pir məscidində bu cür geniş mərasim zallarının açılmasına sevinmişəm. Amma bir anlıq fikrə getmişəm. Əgər bura Təzə Pir məscidirdisə, onun tərkibində fəaliyyət göstərən mərasim zalı – ehsan paylanan yerdirsə, onda Mahir, sənin nə işin var burda? Yaxud qabağımda oturan nazirin, nazir müavininin, imkanlı şəxslərin? Axı, onlar bura başsağlığına gəliblər, yeməyə yox! Axı ehsan kasıb-füqəra, bir tikə çörəyə, yaxud ət yeməyinə həsəd olanlar üçündür axı? Biz isə sadəcə başsağlığına gələnlərik. Ehsan bizlərçün deyil.
Bu gün QMİ-ni taqsırlandırırlar. Hardasa həqiqət də var bu iradlarda. Adi bir detalı götürək. QMİ-nin adı rəsmi idarədir. O əmr verməlidir. Amma ki, tövsiyyə verir. Əgər Şeyxülislam da belə şeylərin əleyhinədirsə, onda onun tabeliyində olan bu mərasim zallarında niyə yemək bişirilməsi üçün mətbəx açılıb? Professional aşbazlar cəlb olunub? Bilirsiniz nəyə görə? Çünki desələr ki, burda ancaq çay, halva, limon , qənd verilir – bir nəfər də Təzə Pirdə öz yas mərasimini keçirməz. Təzə Pirdəki mərasim zalları şan-şöhrət üçündür, bir sözlə 5 ulduzdur, VİP-dir. Əgər belə deyilsə, əks reaksiya yaxın günlərdə özünü göstərəcək, əməli addımlar atılacaq – peçatlı-möhürlü, rəsmi sözçüsü olan idarə kimi.
Amma zalların adına bir fikir verin. Mərasim zalı. Yəni ki, başsağlığına gələnlər üçün zal. Burda çay, qənd, limon, su, halva olsa yetər. Ehsan zalı isə ayrıca olmalıdır. Hər gün olmalıdır. Mərasim keçirməyə gələnlər hamısı bu zala pul köçürməli, nəticədə kasıb-kusub heç olmasa gündə bir dəfə də olsa isti yeməklə təmin olunmalıdır. Buna nə bir jurnalistin, nə mənim, nə də Modern.az saytının etiraz etməyə gücü çatmaz. Əksinə informasiya dəstəyi verərlər. Məsələn: “QMİ-nin mətbuat xidmətindən kasıb-füqəranın nəzərinə. Hər gün saat 14-də Təzə Pir məscidinin ehsan zalında ehsan süfrələri təşkil olunur”. Menyu vacib deyil. Nə qədər zəngin olsa alqışlayar Modern.az saytı bunu.
Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin fəaliyyət dairəsi çox genişdir. Çox insan onlara müraciət edir. Hamısı ağlayır, sızlayır, pis həyatlarından gileylənirlər. Bu cür ehsan zallarının yaradılması dövlətin sosial prinsiplərinə yardım etməzmi? Bir də ki, Təzə Pirdəki mərasim zalları dövlətin vəsaiti hesabına tikilməyibmi? Yəqin ki, nazir Səlim Müslümov bunu bizim hamımızdan yaxşı bilir, qiymətləndirir. Nəinki o, Qırmızı Aypara cəmiyyəti də, digər əlaqədar sosial institutlar da.
Təzə Pir məscidində isə mərasim zalları fəaliyyətini davam etdirir. Məhərrəmlik, Orucluq, səfər ayı toy biznesinə ildə üç ay zərbə vursa da, yas biznesi ilin 365 günü durmadan inkişaf edir, çiçəklənir. QMİ isə sadəcə tövsiyyə verir. Tövsiyyənin arxasınca da konkret menyu.
Hər gün Təzə Pirdəki mərasim zallarına başsağlığına yüzlərlə adam gəlir. Çay içir, plov yeyir, sonra da bığının yağını silir, salavat çəkib “Allah qəbul eləsin”, “Allah rəhmət eləsin” deyir. Bunu yas yiyəsi şan-şöhrət kimi qəbul edir. Mollalar da razılıq edir. Bəs görəsən toxların yediyi bu ehsanı Allah qəbul edirmi?
Strategiya.az
15 ilin söhbəti olar... Mahir, bir lətifə var e... eşitmisən?
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM