"Ziyayi - Qafqasiyyə"ni ağrıdan, göynədən və incidən nə idi? 

10:05 / 04.06.2019

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının Əməkdar müəllimi

"Ziyayi - Qafqasiyyə"ni ağrıdan,göynədən və incidən nə idi? və yaxud Ə.M.Topçubaşovun həyatı,ictimai-siyasi fəaliyyəti ilə  ciddi və ardıcıl məşğul olanlara  açıq məktub

Salam, dostlar. Mən digər tədqiqatçılardan fərqli olaraq, görkəmli hüquqşünas, jurnalist, ictimai-siyasi xadim Əlimərdan bəy Topcçubaşovun 1884-cü ildə Tiflis Gimnaziyasın yox, Zaqafqaziya Müəllimlər Seminariyasını qutardığını yazanda bəziləriniz əsəbiliklə mənim "səhv"imi təshih etməyə cəhd göstərirsiniz. Mən yazdığım yazılarımda inandığım və güvəndiyim tədqiqatlara və düzgünlüyünə şübhəm olmayan faktlara əsaslanıram. Fakt kimi irəli sürülən mənbələri də bəzən araşdırmalı oluram. Ə.M.Topşubaşovun Sankt-Peterburqda saxlanılan arxiv materiallarından xəbərim yoxdur. Amma yeri düşdükcə onların bəzi vərəqlərinə baxmışam. Tiflisdə ərəb əlifbası ilə nəşr olunmuş "Ziya" qəzetinin  ( 25.01.1879-26.06.1884 ) dili üzərində tədqiqat işi apararkən qəzetin sonuncu-26 iyun 1884-cü il tarixli  11-ci nəmrəsində  bir maraqlı yazı ilə  rastlaşmışdım. Burada Ə.M.Topçubaşovun və sonralar Zaqafqaziyanın IV şeyxulislamı olan Mirzə Həsən Tahirovun oğlu Nəsrulla bəyin də (Nəsir bəy də yazırlar-N.N) adı çəkilirdi.Yazıda onların hər ikisinin 1884-cü ildə Qori Müəllimlər Seminariyasını qurtardığı xüsusilə vurğulanırdı. Bu xəbəri oxuyana qədər 
 mən elə bilirdim ki, Ə.M.Topçubaşov Tiflisdəki Klassik Gimnaziyanın məzunudur. Qəzetdəki xəbəri dostum professor rəhmətlik Xeyrulla Məmmədovla  bildirdim. Məlum oldu ki, onun da bu faktdan xəbəri var və fikrinin təsdiqi kimi mənə qəzetin həmin nömrəsinin surətini verdi. 


...Söhbət 1991-ci ilin iyul ayına aiddir.

Professor dostumun təkidi ilə mənə maraqlı görünən faktı oxucularla bölüşmək qərarına gəldim.  “Yeni fikir” qəzetinin 24 iyul 1991-ci ildəki 29-cu sayında "Tiflis Gimnaziyası,yoxsa Qori Müəllimər Seminariyası" adlı yazım dərc olundu. O vaxtlar indiki qəzet bolluğu yox idi. Yazılanlar oxunur, fikir müxtəlifliyinə hörmətlə  yanaşılırdı. Yazı "Ziyayi -Qafqasiyyə"dəki maraqlı bir xəbərərin incələnməsinə, fakt kimi göstərilənin dəqiqləşdirilməsinə  xidmət edirdi. 

“Ziyayi-Qafqasiyyə”də Qoridən verilən xəbəri olduğu kimi oxuculara çatdırırıq:

“Qorı Darülmüəllimün Məktəbinin şagirdlərinə bu ildə (1884-cü ildə) imtahanın nəticəsi bu olubdur ki, 35 nəfər şagirdlər çox əla imtahan dutub cümləsinə (Attestat) şəhadətnamə verilübdür. Bunlardan 13-ü rusdur, 7-i gürcüdür, 4-ü polyakdır və bir yəhudidir və bir ğreqdir və 2 dəxi İslamdır.  Bu islamlardan biri Şuşa şəhrinin bəyzadələrindən Nəsrulla bəy Tahirovdur və biri dəxi Tiflis bəyzadələrindən Əlimərdan bəy Topçubaşovdur”.

(Xəbərdə sası dinli qonşumuzun da adı var idi.).

Əlbəttə, yazı müəllifini ağrıdan, göynədən və incidən o idi ki, 35 məzundan təkcə ikisi islamdır. Müəllif burada söz içində söz demişdir. Bəlkə də onun başlığa məqsədi ərazidəki digər millət və xalqlarla müqayisədə  təhsil sahəsində islam əhlinin  geridə qalmasını göstərmək idi. Qəzetdə məzkur (adı çəkilən) yazının müəllifli göstərilmir. Çox güman ki, müəllif- Hacı Səid Əfəndi Ünsizadənin qızının əri - damadı, kürəkəni, Tiflisdə rus dilində nəşr edilən "Юридическoе обозрение" jurnalının əməkdaşı, müsəlman hüququ üzrə görkömli güquqşünqs  İsmayıl bəy Şilyanskidir. Belə ki, Səid Ünsizadə 1884-cü ilin  əvvəlində  Qafqaz rəhbərliyinin əmri ilə Şamaxıda yerləşən Bakı Əhli-Təsənni İdarəsinə rəhbər və Şamaxı qazısı təyin olunduğuna görə Tiflisdən Şamaxıya gəlmişdi. Səid Ünsizadə  doma şəhərinə  qayıdanda "Ziyayi-Qafqasiyyə" qəzetinin  mətbəə işlərini mətbuat sahəsində müəyyən vərdişləri olan  damadına tapşırmışdı. Qəzetin 1884-cü ilə aid  nömrələri Şamaxıda redaktə olunsa da, Tiflisdə İsmayıl bəyin rəhbərliyi ilə çap olunurdu. İsmayıl bəy günün bütün vacib xəbərlərindən hali idi və o, Qori Seminariyasının 1884-cü il məzunları haqqındakı  xəbəri Səid Ünsizadə ilə razılaşaraq, qəzetdə çap etmişdi. İndi ZMS-in arxivinə əlimiz çatmır. Seminariyanın arxivindəki bir sıra sənədlər yoxa çıxsa da,Tiflis Klassik Gimnaziyasının arxivi öz yerindədir. Mübahisələrə son qoymaq üçün "Юридическoе обозрение" jurnalının arxivinə,  "Kavkaz" qəzetinin 1884-cü il nömrələrinə də  baxmaq gərəkli görünür.

Hər halda Ə.M.Topçubaşovun 1884-cildə NəsrullaTahirovla  birlikdə qurtardığı  
təhsil  ocağının adı və yeri dəqiq müəyyənləşdirilməlidir.


Ədəbiyyat siyahısı

 

1.Nazim Nəsrəddinov.Tiflis Gimnaziyası,yoxsa Qori Müəllimlər Seninariyası. “Yeni fikir” qəzeti. 24 iyul 1991-ci il,N 29


2.Nazim Nəsrəddinov.Tədqiqatçılar yanlışlığı düzəltməlidir- Əlimərdan bəy Topçubaşov haranın məzunudur? -   13.06.2012 [16:36] - Davam.az.
3.Шильянский Измаил-бек. О наследовании гермафродитов по мусульманским законам //
 Юридическое обозрение.     1886. N 249. II.

 



Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM