MAHİR QABİLOĞLU - SEVİNC
- Sevinc, təzə yazı yazmışam. Gəl oxu.
- Day sənsən də... oxuyaram.
Notbukumu həyat yoldaşım Sevincə verirəm. Birinci gileylənməyə başlayır:
- Bu nədir? Hamıdan yazırsan – Tellidən, Kəmaləddindən, Leyladan, Hüseyn Bağırovdan. Bir dəfə də məndən yaz da...
- Yazaram.
- Nə vaxt?
- İlhamım gələndə.
- İlhamın nə vaxt gələcək?
- Bilmirəm.
Yaxşı deyib ümidlənir. Yazımı oxumağa başlayır. Yazıda ailə həyatımızdan da fraqmentlər var.
- Mahir, - deyə məni səsləyir.- Bu nədir yazmısan – “arvadım Sevinc”.
- Bəs nə yazım?
- Yaz ki, həyat yoldaşım, ömrüm-günüm, uşaqlarımın anası. Belə daha yaxşı çıxır. Yoxsa ki, “arvad”.
- Yaxşı yazaram. Yazaram ki, nəvələrimin nənəsi.
- Yazma. Elə arvad yaxşıdır.
Acıq eləyir. Nənəliyin boynuna almır. Amma sonacan oxuyur. “Yaxşıdır”- deyə qiymətin də verir. Sevinirəm. Senzuradan keçdim deyərək. Notbuku əlindən alıb bir də oxuyuram. Qramatik səhvləri düzəldib sayta göndərirəm.
QABİL VƏ HACIBƏYİM
- Bəyim, ay Bəyim!
- Nədir?
- Gəl oxu. Şeiri qurtardım.
- Oxumuram. Səhərdən it kimi qapırsan məni.
- Neyləyim axı. Yazının şirin yerində gəlirsən ki, bəs “Qabil, çay dəmləmişəm, gəl iç. Sonra desən ki, soyuyub – təzədən dəmləyən deyiləm” deyirsən. Qovursan ilhamımı.
Anam əlində qələm oxuyur. Qramatik, daha doğrusu durğu işarələriylə bağlı buraxılan səhvləri gözdən keçirir. Birdən:
- Qabil, bu nədir yazmısan? Utan e. Yaşından utan. Ayıbdır e səninçün. Oxuyub güləcəklər sənə:
Onsuz da ömrümün xəzan çağıdır...
Xəzanın üstünə xəzan gətirmə!
Ürəyim mehə bənd gül yarpağıdır...
Onu qoparmağa tufan gətirmə!
- Bəyim, yenə də başladın?
- Kimə yazmısan bunları?
Sükut. Cavab sükut idi. İlhamı hardan almışdı Qabil? Buna sual yox idi. Sual yox idisə, cavab da verilmirdi. Bayırda hərbi senzura, evdə mənəvi senzura.
HÜSÜ HACIYEV 19
Hüsü Hacıyevdə binamızın qabağında daynmışam. Balkonlara, pencərələrə baxıram. Bəzilərindən işıq gəlir. Bəziləri qaranlıqdır. Görəsən bu binada belə söhbətlər nə qədər olub? Bilmirəm.
Bina təmir olunub. İşıqlandırma sistemi quraçdırılıb. Bərq vurur. O vaxt isə belə deyildi. Yalnız küçə işıqlanırdı. Amma bina nura boyanmışdı. Ordan Qabilin ilhamı qanad çalırdı, bu yandan Bəxtiyar Vahabzadənin. O yandan İsa Hüseynov öz Allahı ilə danışırdı, bu yandan İlyas Əfəndiyev indi həsrətlə baxdığımız büllur sarayları uçurdurdu. Qasım Qasımzadə Qubadlıya uçurdu, Əhməd Cəmil “Can nənə, bir nağıl de” yazıb mürgüləyən oğlu Eldarın üstünü örtürdü. Əliağa Kürçaylı qapının şüşəsində qızı Ülkərin körpə əllərinin əksini görüb qabağına qaçaraq, qucağına götürüb, aparıb çarpayısına yatızdırıb yenidən ilhamıyla danışmağa gəlirdi. Salam Qədirzadə su pərisi Mariananı göz önündə canlandırıb kağıza köçürürdü. Bayram Bayramovun qonaqları isə Cəlil Məmmədquluzadəylə Həmidə xanım Cavanşir idi. İsmayıl Şıxlı isə tərəddüd edirdi - Cahandar ağanı öldürsün, ya yox? . Abdulla Şaiqin tülküsü isə Həccə təzəcə yola düşürdü. Zeynal Xəlil, Mirmehdi Seyidzadə, İsi Məlikzadə də oyaq idi. Hamısı da yazısını ilk olaraq həyat yoldaşlarına oxuyurdu. Çünki ilham pəriləri məhz onlar idi. İlham Pəriləri bütün binamızı sarmışdı, Hüsü Hacıyev 19-a sarılmışdı. Küçə qaranlıq idi, binamız isə nura boyanmışdı. Mən isə o vaxt dərin yuxudaydım. Bunları başa düşmürdüm. Bu gün isə başa düşürəm. Çünki özümün ilham pərim var.
Binamızın qabağındayam. Hacıbala Abutalıbov buranı gözəl təmir edib. İşıqlandırma sistemi də qurub. Bina bərq vurur. Amma çifayda. Nə onlar var, nə də ki, onların ilham pəriləri.
Strategiya.az
15 ilin söhbəti olar... Mahir, bir lətifə var e... eşitmisən?
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM