Çoxdandır ki, işsizəm. Amma axtarışlarımı davam etdirirəm. Zığ-Aeroport yolunu icarəyə götürmək istəyim puç oldu. Avtoşları bir zümrə kimi yox elədilər. Mənim də onlardan pul qazanmaq arzum puç oldu. Bir sözlə arzularımı beşiyindəcə boğa-boğa gedirlər. Getdikcə bu dünyadan ayrılıb o biri dünyaya yaxınlaşıram.
Amma cəmiyyətdə alternativlik deyilən bir anlayış da var. Ona görə də heç kim xəbər tutmamış başladım marketinqə. Nə edim ki, həm qara camaata faydalı olum, xidmət göstərim, həm də pul qazanım.
Getdim məscidə. Ölü yuyulan, kəfənlənənən, icarəyə pulla mafa, tabut, gülab verilən yerə - qiymətləri öyrəndim. Sonra məscidin ətrafında dayanan qara maşın sürücüləriylə bazarlaşdım. Sonra getdim qəbiristanlığa. Orda da qiymətləri öyrəndim. Sonra da qəbiristanlığın nəzdindəki daş sexinə dəydim. Ordakı qiymətləri də öyrəndim. Molla pulunu da gəldim üstünə. Sizcə nə qədər elədi? Aşağısı min manat, yuxarısı on min, bəlkə də çox. Baxır qəbirüstü abidənin növünə, bir də ölünün kimliyinə. Gəldim kalkulyatoru qoyub qabağıma hesabladım. Vurdum - çıxdım. Axır qərara aldım.
Alternativ olaraq Krematoriya açacam. Bu sahədəki monopoliyaya alternativ olaraq. Adını da qoyacam – “Mahir Krematoriya”. Mahir sözü iki məna daşıyacaq. Həm adım məşhurlaşacaq, həm də krematoriyanın mahirliyini, mükəmməlliyini ifadə edəcək.
İlk olaraq bununla bağlı poladəritmə zavodları ilə danışığa başladım. Razılıq verdilər. Bu nəcib işimdə mənə uğurlar arzuladılar. Heç icarə pulu da istəmədilər. “Peçdir də... onsuz da bütün günü yanır. Ölünün yanması istiliyini aparmayacaq ki, əksinə bir az da gurlaşdıracaq.
Müasir elit evlərin qazanxanalarından da təkliflər oldu. Onlar da heç nə istəmədilər. Amma gördüm ki, onlar bu işə qaza qənaət etmək üçün gedirlər. Ona görə də razılaşmadım. Hər şeyi ölçüb biçəndən sonra qiymət qoydum. Azərbaycanın müsəlman adət-ənənələrindən irəli gələn minimal qiymətlərdən düz on qat aşağı – 100 manat.
Qaydaları müəyyənləşdirdim. Deməli mənə zəng edirlər. Öz CİP maşınımda gəlirəm. Mərhumu taxta tabutda qoyuram maşınıma. Arxamca da dörd ölü yiyəsi gəlir. Aparıram zavoda. Salıram peçə. Yandırıram. Bütün proses ölünün böyük ya balaca, kök ya arıq olmasından asılı olaraq maksimum iki saat çəkir. Sonra külünü xüsusi qaba toplayıb verirəm yiyələrinə. Onlarla gəlirik bulvara. Minirik ekskursiya gəmisinə. Çıxırıq Xəzər dənizinə. Urnadakı külü səpirik ləpələrin qoynuna.
Xəzər dənizinə gəmiylə çıxırıq! Bildiniz? Burda qaydaları mən qoyuram. Bu mənim ideyamdır. Yoxsa ki, vertolyltlar alıb, yeni dəb salmayın ki, ölünün külü vertolyotdan dənizə səpilməlidir. Bu sahənin də zibilini çıxarıb VİP xidmət yaratmayın. Bildiniz. Ekskursiya gəmisi – vsyo.
Bu xidmətimlə israfdan savayı, gör nə qədər zülmdən qurtarıram sizi, gələcəkdə öz ailə üzvlərimi də. Nə ad günündə, nə də ildə qəbirüstünə getmək yox, bayramlarda qəbirin üstünə səməni qoyub, şam yandırmaq yox. Başdaşını qucaqlayıb öpmək yox. Ölmüşünə heyfslənmək yox.
Təkcə sağ qalanları yox, mərhumu da o dünya əzablarından hifz edirəm. Qıl körpüsündən keçərkən kəllə-mayallaq dərəyə yuvarlanmır, İnkir-Minkirin sual-cavab meydanında onların sözləri qarşısında qızarıb, utanmır. Ömrü boyu Cənnətdən dəm vurub-vurub sonunda Cəhənnəm alovunda yanmır, qır tiyanında qaynamır. (Siz heç ömrünüzdə günahsız, Cənnətlik insana rast gəlmisiniz?) Bütün bu rahatlıqları mən sizə yüz manata bəxş edirəm. Əgər köhnə adət-ənənələrlə getsəniz, böyük pul xərcləyib, sonda onsuz da yanacaqsınız. Elə bu başdan mən yandırıram da. Sadəcə yüz manata.
“Mahir Krematoriya”nı seçin. Peşman olmazsınız. “Mahir Krematoriya” – Sizin o dünyanız.
Strategiya.az
15 ilin söhbəti olar... Mahir, bir lətifə var e... eşitmisən?
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM