Azərbaycan Respublikasının Əməkdar müəllimi
Hacı Zeynalabdin Tağıyevin Bakıdakı kənd məktəbinin 110 illik yubileyini nə vaxt keçirəcəyik?
Hacı Zeynalabdin Tağıyev haqqında yazdığım məqalələrin hamısında onun elm və maarif sahəsində gördüyü əzəmətli işləri dünyanın ən böyük xeyriyyəçilərinin fəaliyyəti ilə müqayisə edirəm. Özümdən asılı olmayaraq, birinci yerdə həmişə H.Z.Tağıyev olur.
Hər dəfə arxiv materialları əsasında məqalə yazarkən, əlləri çox da uzaqlara gedib çatmayan babalarımızın elm və təhsil yolunda özlərinə məxsus fədakarlığı qarşısında baş əyirəm.
Müxtəlif illərdə H.Z.Tağıyev haqqında Azərbaycan və rus dillərində yazdığım "Плохих педагогов Г.З.Тагиев не держал" ( "Баку "-04.02 1993), "Носил ли Г.З.Тагиев белые перчатки?" ("Баку", 06.02.1993), "Onların arzuları" ("Azərbaycan məktəbi" jurnalı,2008, №8, səh.100-104), "İşıq" qəzeti H.Z.Tağıyevin bir portreti haqqında"(Milli Azərbaycan Tarixi Muzeyi" məcmuəsi -2011, səh. 195-200) adlı məqalələr oxucular və elmi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.
Sonralar H.Z.Tağıyev mövzusuna dəfələrlə qayıtmışam.
H.Z.Tağıyevin Əhmədli kəndində öz fabrikində işləyən fəhlələrinin-Əhmədli və Zığ kəndlərində yaşayan fəhlə uşaqları üçün açdığı ibtidai məktəbə aid yazım da bu mövzudadır.
XX əsrin əvvəllərində - 7 oktyabr 1901-ci ildə Bakıda fəaliyyətə başlayan qızlar məktəbi hələ açılmamışdan məşhurlaşmışdı. Məktəbin açılışı günü Bakıya Rusiya müsəlmanlarından, dini idarə rəhbərlərindən onlarla təbrik teleqramı gəlmişdi. Qonşu ölkələrin dövlət başçıları və ömrünü məktəb və maarif işinə həsr edən ziyalılar bu məktəbin uğurları ilə tanış olmaq istəyirdilər.
1902-ci ilın sentyabrında İran şahı Müzəffərəddin şah (1853-1907)Avropa səfərindən öz ölkəsinə qayıdarkən zövcəsi ilə bərabər yolüstü Hacı Zeynalabdin Tağıyevin və Bakının mötəbər din xadimlərinin müşayiəti ilə qızlar məktəbinə gəlir. Məktəb şahın çox xoşuna gəlir, burada oxuyan qızların hərəsinə hədiyyə olaraq medalyonlu qızıl zəncir bağışlayır. Heç kəsə borclu olmaq istəməyən H.Z.Tağıyev şaha öz ləyaqətini göstərmək istəyir. H.Z.Tağıyev 1902-ci il noyabrın 13-də Bakı quberniyası və Dağıstan Xalq Məktəbləri İdarəsinin direktoruna rəsmi şəkildə müraciət edərək, ona məxsus olan Əhmədli Lifli Materiallar Zavodunun fəhlələrinin uşaqlarının yaxşı təhsil almaları, cəmiyyət üçun faydalı vətəndaş olmaları üçün Əhmədli kəndində ibtidai məktəb açmasına icazə istəyir və bu məktubunda məktəbə İran şahı Müzəffərəddinin adının verilməsini xahiş edir(F.309,siyahı 1,saxlama vahidi 814, vərəq 1). Xalq Məktəbləri İdarəsinin direktoru H.Z.Tağıyevin xahiş məktubunun məzmununu Qafqaz Təhsil Dairəsinə xüsusi məktubla xəbər verir. Qafqaz Təhsil Dairəsinin hamisi 1903-cü ilin martında 381 nömrəli məktubu ilə məktəbin açılışına öz razılığını bildirsə də, nədənsə məktəbə İran şahının adının verilməsi xahişinə məhəl qoyulmur (v.3,4). Çox güman ki, bu, ölkədə gündən-günə qüvvətlənən qarışıqlıq və hərc-mərcliklə əlaqədar idi.
İran şahı Müzəffərəddin şah (1853-1907) bəzi mənbəələrdə yazıldığına görə, 1900-cu ildə Osmaniyyədə rəsmi səfərdə olarkən Əbdülhəmid şahdan Azərbaycan (Cənubi Azərbaycan- N.N.) məktəblərində türk dili tədrisinin bərpa olunmasını xahiş etmişdi. Gürünür , İran şahının Bakıdakı Qızlar Məktəbinə səfəri də məktəb və maarif məsələlərinin tərəqqisi yolunda görmək istədiyi yeni layihələrlə bağlı olmuşdu
H.Z.Tağıyevin Əhmədli kəndindəki ibtidai məktəbinin rəsmi açılışını Müzəffərəddin şahın Bakı səfərindən iki il sonra- 1904-cü il oktyabrın 1-də keçirmək qərqra alınsa da, bu iş bir az ləngiyir (v.8).
17.12.1904-cü ildə H.Z.Tağıyevin adından Bakı-Dağıstan Xalq Məktəbləri İdarəsinə göndərilən bir məktubdan məlum olur ki, məktəbin 46 şagirdi var; onlardan 10-u rus,2-si alman, qalanları müsəlmandır. O vaxtlarda Bakıda rus və başqa əcnəbi dillərdə çıxan qəzetlərdən məktəbin açılışı haqqında ətraflı məlumat toplamaq mümkündür. (v.11) Rəsmi sənədlərdə bu məktəbin H.Z.Tağıyevin Əhmədlidəki Kağız-İplik və Toxuculuq Fabriki işçilərinin uşaqları üçün açıldığı xüsusi qeyd edilir. Lakin burada yaxın kəndlərdə yaşayan yoxsul balaları da təhsil alırdılar.
Məktəbin Nizamnaməsində burada üç müəllimin işləməsi nəzərdə tutulurdu. Müəllim əməyinin qiymətləndirilməsində nədənsə çox böyük fərqlər var idi: elmi fənlər müəlliminin əmək haqqı ildə 600 rubl, Azərbaycan dili və şəriət müəlliminin maaşı isə ildə 300 rubl müəyyənləşdirilmişdi(v.2).
1904-cü il oktyabrın 27-də Yelizavetpol quberniyasının Gülablı kənd məktəbinin direktoru Əbdülkərim bəy Vəlibəyov H.Z.Tağıyevin ibtidai məktəbinə direktor vəzifəsinə dəvət olunur.
Əbdülkərim bəy Vəlibəyovun kənddən paytaxtın kənd məktəbinə rəhbər vəzifəyə dəvət edilməsi heç də təsadüfi deyildi. Birincisi, onun qardaşı Əbdüləli bəy Bakıdakı 8 nömrəli rus-tatar məktəbində direktor vəzifəsində işləyirdi, o, paytaxt ictimaiyyətinin tanıdığı, biliyinə və savadına güvəndiyi ziyalılardan idi. Əbdüləli bəy Vəlibəyov 1904-cü il oktyabrın 27-də H.Z.Tağıyevin xahişini teleqramla Gülablıda yaşayan qardaşına xəbər vermiş, onun Bakıya gəlişini tezləşdirmişdi. İkincisi, Bakıya dəvət olunan qardaş- Əbdülkərim bəy Vəlibəyov ölkə təhsilinin tanınmış nümayəndələrindən biri idi. O, 1896-cı ildə Qoridəki Zaqafqaziya Müəllimlər Seminariyasını bitirmiş, təyinatla Yelizavetpol quberniyasının Gülablı kənd məktəbinə direktor (smotritel) vəzifəsinə göndərilmişdi(v.9).
8 il Xalq Maarif Nazirliyi sistemində səmərəli fəaliyyət göstərənən Əbdülkərim bəy Vəlibəyovun Bakıya məktəb rəhbəri vəzifəsinə dəvət edilməsi H.Z.Tağıyevin yaxınlarından biri olan, Vəlibəyovları həmyerli kimi yaxşı tanıyan, mühəndis Fərrux bəy Vəzirovun təklifi də ola bilərdi.
Məktəbə Azərbaycan dili və şəriət müəllimi vəzifəsinə o vaxtlar Bakıdakı şəhər məktəblərində ehtiyat müəllim kimi fəaliyyət göstərən Mirzə Abdulla Talıbzadə (Abdulla Şaiq- N.N.) dəvət olunmuş(v.8), lakin o, məktəb açılanacan Sabunçu kənd məktəbində işə düzəldiyinə görə Əhmədli kənd məktəbində işləməmişdir(v.13). İkinci təklif Əlauddin Əfəndiyə olmuş və o, 1906-cı il sentyabrın 17-dək - Bakı Kommersiya Məktəbinə keçənədək burada Azərbaycan dili və şəriət dərslərini keçmişdi. Məktəbdə bir müddət Azərbaycan dili və şəriət dərsləri boş keçmiş, sonralar bu iş Rza bəy Lətifbəyova həvalə olunmuşdur(v.15,21).
Əbdülkərim bəy Vəlibəyovdan sonra - 1908 -ci ilin sonunda məktəbə R.Cəfərov direktor təyin olunmuşdur (v.16).. Lakin o, bu vəzifədə bir neçə ay işləyir. R.Cəfərovdan sonra direktorluq vəzifəsi Vera Stefanovskaya adlı bir müəlliməyə tapşırılır (v.19). Cəmi bir neçə aydan sonra o da rəhbərlikdən uzaqlaşdırılır.Vera Stefanovskayanın yerini M.Reyn tutur (v.23).
1909-cu il yanvarin 1-nə aid siyahıdan öyrənirik ki, məktəbin 4 şöbəsində (qarma siniflərdə ) oxuyan 34 şagirdin 24-ü müsəlman, 10-u isə rus idi.Müsəlman şöbəsində - oxuyanların sayı 7 nəfər idi (18). Tarixi dəyərləndirmə üçün onların hamısının ad və soyadını tədqiqatçılara təqdim edirik:
1.Abdullayev Əlisəftər
2.Babayev Məmmədtağı
3.Hacıyev İbad
4.Dadaşov Heydər
5.Cəlalov Əbülfəz
6.İsayev İsa
7.Salmanov Salman
Digər müsəlmanlar (azərbaycanlılar--N.N.) - beynəlmiləl siniflərdə oxuyurdular(v.18).
1909-cu ilin sentyabrında H.Z.Tağıyevin ibtidai məktəbininin dörd şöbəsində oxuyanların sayı 80 nəfərə çatmışdı. Burada "xalqın böyük ehtiyacı olan, bilməyəcəyi təqdirdə əlacı olmayan" (S.Ə.Şirvani-N.N. ) rus dili ilə yanaşı, Azərbaycan dilinin tədrisinə də böyük qayğı göstərilirdi. Şagirdlər əsas fənlərdən başqa, əl əməyi, nəğmə, hüsnxətt dərsləri də keçir, islam dininin tarixini öyrənirdilər.
H.Z.Tağıyevin Əhmədli kənd ibtidai məktəbin 1914-cü ilə aid həftəlik dərs cədvəli də arxiv sənədləri kimi diqqəti cəlb edir (v.25 a,b). Cədvəli Bakı-Dağıstan Xalq Məktəbləri İdarəsinin müfəttişi,məktəbin tədris işləri üzrə direktor müavini xanım V.Ottomar Şteyn imzalamışdır.
Təlimi Azərbaycan dilində olan hazırlıq sinfində gündə 3 saat dərs keçirilir.18 saatlıq dərs həftəsinin 6 saatı tatar dili adı ilə keçirilən Azərbaycan dii dərsləridir. Bu dərslər üç gün dərs gününün birinci saatında ,üç gün isə ikinci saatında keçirilmişdir. Dərs cədvəlinə görə şəriət dərsinə həftədə cəmi bir saat vaxt ayrılmışdır.Hazırlıq şöbəsinin şagirdlərinə həftədə 6 dəfə rus dili dərsi keçirilməsi planlaşdırılmışdır. Məktəbdə şagirdlərin yazı savadına da xüsusi fikir verilmişdir:yazı vərdişlərinə yiyələnmək üçün şagirdlərə hər dərs gününün sonunda ayrıca dərs keçirilmişdir. 1910-cu ildən hazırlıq şöbəsinin bütün dərslərini Rza bəy Lətifbəyov tədris etmişdir( v.21,25).
H.Z.Tağıyevin ibtidai məktəbinə aid son sənədlər 1917-ci il iyulun 27-də imzalanıb. Sənədlər içərisində pedaqogika tariximiz üçün maraqlı görünən materiallar çoxdur. Məktəbdə keçirilən ədəbi-bədii gecələrin proqramları (v.36), dərs bölgüsü və cədvəllər, müxtəlif yazışmalar bu qəbildəndir.
Məktəbdə şagirdlərin bədii-estetik tərbiyəsinə,vətənpərvərlik uğrunda böyümələrinə həmişə xüsusi diqqət verilmişdir.
25 mart 1916-cı ildə məktəbdə Novruz bayramı ilə ilgili ədəbi-bədii uşaq axşamı keçirilmişdir. Tədbirin iki hissəli proqramdan məlum olur ki,uşaqların ifasında səslənən materiallar diqqətlə seçilmiş,onların hamısı gənc nəslin bədii və idraki zövqünün formalaşdırılmasına yönəldilmişdir.Tədbirdə rusdilli şagirdlərlə yanaşı,Azərbaycan bölməsinin uşaqları da fəal iştirak etmişlər; Rəhimov rus dilində "Quşların şikayəti" şeirini oxumuş, Bagiyev isə Abdulla Talıbzadənin tolerantlığın təbliğinə yönəlmiş "Hamımız bir günəşin zərrəsiyik" şeirini Azərbaycan dilində ifa etmişdir.(v.36).
1916-cı ildə məktəbin nəzdində yaşlılar üçün gecə kursları açılmış, şəhər məktəbini bitirmiş Mir Məcid Abdullayev fəhlə-şagirdlərə müəllimlik etmişdir.
9 dekabr 1904-cü ildə H.Z.Tağıyevin adından Bakı-Dağıstan Xalq Məktəbləri İdarəsinin direktoruna göndərilən məktubda göstərilir ki, dərslər 1904-cü il dekabrın 4-dən başlasa da, ibtidai məktəbin rəsmi açılışı 1905-ci ilin aprelində olacaqdır(v.12).
H.Z.Tağıyevin Əhmədli kəndindəki ibtidai məktəbində keçirilən tədbirlərdə şəhərin adlı-sanlı adamları, o cümlədən təsisçinin özü fəal iştirak edirdi. Məktəbin bir şox məzunları sonrakı təhsillərini şəhərin rusdilli məktəblərində uğurla davam etdirmişlər. Onlarıh adlarını tapıb üzə çıxarmaq, maarifçilik tariximizdə özünə şərəfli yer tutan bu nümunəvi təhsil ocağının tarixini hərtərəfli öyrənmək, onun unudulmuş yubileyini keçirmək pedaqoji ictimaiyyətimizi ciddi düşündürməlidir.
Bakı, 03.09.2014.
Ədəbiyyat siyahısı
1.ARDTA(Azərbaycan Respublikası Dövlət Tarix Arxivi).
Fond 309 siyahı 1, saxlama vahidi 814. (Бакинско-Дагестанская Дирексия Народных училищ. Материалы о деятельности начального училища при фабрике Г.Я.А.Тагиева),
2.Nəsrəddinov Nazim. Onların arzuları."Azərbaycan məktəbi" jyurnalı, 2008, №4, səh.100-104.
3.Nəsrəddinov.Nazim."İşıq" qəzetində H.Z.Tağıyevin bir portreti haqqında. "Milli Azərbaycan Tarixi Muzeyi" məcmuəsi, 2011,səh.195-200.
4.Nəsrəddinov Nazim.H.Z.Tağıyevin ibtidai məktəbi. "İslam dünyası" qəzeti,15.06.1993,№12.
5.Nasreddinov Nazim.Школа при фабрике Г.З.Тагиева. Газета "Баку", 1993, № 164(8496).
6.Ибрагимов М.Дж.Предпринамательская деятельность Г.З.Тагиева.Баку,1993.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM