Bacarırsan yaşa, Bacarmırsan öl

15:01 / 05.09.2014

 Dostluq, Qardaşlıq, Bərabərlik, Həmrəylik, Birlik. Bu sözlərə Sovet dönəmində tez-tez rast gəlirdik. Bu kəlmələr şüara çevrildiyindən, o vaxtın yeniyetmələri və gəncləri kimi bu sözlərin fərqinə az varırdıq.  Tutuquşu  kimi təkrar edir, “Ura!” qışqırırdıq. İndi deyəcəksiniz ki, niyə axı bu sözlər, indi, məhz müstəqil Azərbaycanda yaşadığımız bir dövrdə yadıma düşdü. Bunun obyektiv və subyektiv səbəbləri var.        

         
Vaxt var idi dünyada iki formasiya hökm sürürdü. Zamanların sınağından keçən kapitalizm və cəmi 60, 70 yaşı olan sosializm. Uşaq idim hələ bunların fərqinə varmadığım üçün atamdan tez-tez soruşurdum: “Kapitalizm nədir, sosializm nə?” Uşaq dili ilə deyirdi ki, “sosializmin qanunu budur ki, “istəsən də, istəməsən də səni yaşadacağam””. Kapitalizm deyir ki, “bacarırsan yaşa, bacarmırsan öl””.
Amma bir tərəfdən Sosializmdə daha çox işlənən “İşləməyən dişləməz”, “Cəfa çəkərsən, səfa görərsən”  məsəlləri daha çox kapitalizm qanunlarına uyğun gəlirdi. İndi deyəcəksiniz ki, mənim “Siyasi iqtisad”, “Elmi kommunizm” fənləri yadıma düşüb. Yada sala-sala Sizin də zəhlənizi tökmək istəyirəm. Əsla. Bazar iqtisadiyyatına keçid dövründə bu məsəllərin doğruluğuna mən də inanıram. Amma bunun mənəviyyatımıza bu qədər dərin təsirini heç ağlıma da gətirməzdim. Dəbdəbəli Toy, (dəbdəbə sözü toya çox yaraşır, amma) Dəbdəbəli Yas mərasimləri  məni cox düşünməyə məcbur edir.

Məqaləni əvvəlində “Bərabərlik” sözünü işlətməyim əbəs deyildi. Bu söz daha çox sosial ədalət prinsipini təsdiq edən söz idi. Əslində isə insan həyatda iki dəfə bərabər olur. Bir dünyaya gələndə, bir də öləndə. Doğulanda oğlan-qız olmasından asılı olmayaraq bir palatada qoyulur, öldükdən sonra isə qəbiristanlıqda cinsindən, qohumluğundan asılı olmayaraq yanaşı torpağa basdırılır. Həyatda isə gender və dünyanın yüz proqramı da birləşib gəlsə, ömrü  boyu qadın və kişi bir ola bilməz. Ha denən ki, qadınla kişilər bərabərdir. Axı  hərənin öz vəzifəsi var. Hər şeyi bir tərəfə qoyub  mən yas mərasimlərindən danışmaq istəyirəm. Çünki ölüm hər bir insanın başına gəlir. Çünki bazar iqtisadiyyatı bu sahədə də bərabərliyi pozub.   

Bir anlıq situasiyanı göz önündə canlandırmaq istəyirəm. Əziz bir Adamın ölüb.  Dərdin qalır bir yana. İlk növbədə qəbir yeri tapmaq problemi gəlir durur göz önündə - Pul axtarırsan.  Məscidə gedərək islam adətlərinə əməl etmək istəyirsən - Pul axtarırsan.  Tabut, cənazə, xüsusi maşın - Pul axtarırsan. Qohum-əqrəba kömək edir, borca girirsən. Nəhayət dəfn mərasimini bir təhər  başa çatdırırsan. Onu da qeyd edək ki, dövlət tərəfindən qanuna əsasən bu proseslərin aparılmasına az da olsa pul ayrılır, bu faktdır.  Amma o da faktdır ki, xərclər ayrılan pulu qat-qat üstələyir. Lakin əsas məsələ bundan sonra başlanır. Qapına adamın gəlir, evinsə darısqal.   

Gedib çadır danışırsan. Çadır quranlar isə əvvəlcə  sənin qarşına böyük bir menyü qoyurlar.
“Yəqin ki, hüzrə gələnlərə çay verəcəksiniz? Çayın yanında nə olsun? Limon, halva, şəkərçörəyi, badambura, ləbləbi, noğul-araxis, şəkər-araxis, tumlu, yoxsa tumsuz xurma, marmelad və sairə. Ağız silməyə salfetka. Meyvələrdən armud, alma, apelsin, mandarin, tumlu və  kişmiş üzüm. Mineral su -2 cür. Qazsız su. Yaydırsa hökmən soyuducu lazımdır. Çadır böyükdür, mollanın boğazına güc düşməsin deyə səsgücləndirici. Yeməyə nə olsun? Aş, yanında iki cür qarası, qaysı- kişmişi. Salatı, göyərtisi, Gəncə dovğası, motal pendiri, təndir cörəyi”. 

Ölü yiyəsi bilmir  öz dərdinə qalsın, yoxsa bütün bunları həyata keçirsin. Fikirləşir, edim, yoxsa etməyim. Bu zaman Rüfət Əhmədzadənin “Qonşudan qalma geri” şeiri  düşür yada. (Düzdü, o başqa mənada yazmışdı). Sonra, “Axı mənim mərhum anam və ya atam və ya qardaşım və ya arvadım və ya uşağım kimin ölüsündən əskikdir?” kəlamı gəlir ortalığa. Ən nəhayət isə “Qohum-qonşu nə deyər?” deyərək borca-xərcə girib razılıq verir. 
Çadıra girəndə  fikirləşirsən ki,  qız evinə “Həri”yə gəlmisən, yoxsa yasa? Özü də deyəsən  razıdırlar, yoxsa ortaya bu qədər şirni-mirni düzməzdilər. Yeməyə baxırsan elə bil ki, toy aşı ortalığa gəlir. Bircə arağı-şampanı çatışmır. Amma yox, cəld tərpənənlər də olur, “Bonaqva” butulkasında araq da gətirirlər. Hərdən içindəkini unudub, “Ruhu şad olsun. Yaxşı kişiydi, yeyib-içən oğlan idi” sağlıq da deyirlər. Bu yerdə Aqşin Babayevin AzTV-də efirə gedən teletamaşası yada düşür.  

Deyəcəksiniz ki, axı imkanı olanlar da var, onları bu siyahıya niyə qatırsan? Ehsandı da, qoy versinlər. Demaqoqluq eləmə,  de “Allah qəbul eləsin”. Tələsməyin imkanı olanlar bu siyahıya aid deyillər. Aeroportda, vağzalda, turizm şirkətlərində VİP deyilən bir termin var. Ölmədik bu günü də gördük. ”Yas sənayesi” o qədər inkişaf edib ki, indi   VİP, SUPER çadırlar, VİP, SUPER yas mərasimləri meydana gəlib.  

Yas mərasimin hüzn  əhval ruhiyyəsi həm də rəngdə hiss olunur. VİP çadırlar isə  “Dədə Qorqud” filmində oğlu olanlar üçün  qurulan ağ rəngdədir. Necə deyərlər dəbdəbə. Elə bilməyin ki, işlər bununla bitir. Əsla... Qəbiristanlığa  gəlirsən. Yaxınlaşırlar ki, “Ay ölü yiyəsi, qəbirin ətrafında  bir az yer var, çox yox – 100 kvadrat metr. Götür, peşman olmazsan. Günü-gündən də qiyməti qalxır. Biz də gördük. Yasa çox qohum-əqrəba gəlmişdi. Hamının da son mənzili buradır. Kvadrat metri filan qiymətə”. 
Bir anlıq öz ölümün və bundan sonra əmələ gələn çətinliklər gəlib durur göz önündə. Uşaqların əziyyət çəkməməsi ücün işini ehtiyatlı tutmağa qərar verirsən. Alver də bundan sonra başlanır. Hasar daş üzlük olsun, yoxsa qranit? Döşəməsi nədən olsun?. Bəlkə hələ əvvəldən qəbir yerlərini hazır qoyaq. Üstünü plitkalayaq? Bu təkliflərin qabağında isə aciz qalırsan. Çünki insanın qorxduğu yeganə şey ölümdür.

Sonra isə  sənə sinə daşlarının nümunəsini göstərirlər. Daş, mərmər, qranit, büst, heykəl, qorelyef, barelyef,  fotoəks. “Bir yanğılı şeir olsa, onu da sinə daşına yazarıq. Buna görə pul almarıq. ”Za scyot firma” deyərək minnət də qoyurlar. Bundan sonra bir sual meydana cıxır: “Ay filankəs sən müsəlmansan, yoxsa bütpərəst? Axı qəbir yerlə yeksan olmalıdır?” Bunun isə bir cavabı var “Qınaq bütün dinlərdən üstündür. Bunları eləməsəm qohum-qonşu nə deyər?”

Belə getsə Azərbaycan  200 ildən sonra mərmər, qranit yataqları ilə məşhur olacaq.  Bəs bərabərlik. Axı ölüm  insanın həyatda  son bərabərliyidir.

Onu da deyəcəksiniz ki, tənqid eləməyə nə var e... Hünərin var çıxış yolunu göstər. Müşahidələrimin və gəldiyim subyektiv nəticələri Sizinlə bölüşürəm:

1. Əgər dövlət dəfn mərasimi ücün  rəsmi pul ayırırsa, bu, ölü yiyəsinə verilməməlidir. Bu vəsait ölünün yuyulduğu, kəfənləndiyi, kirayəyə tabut, cənazə verilən məscidlərin hesabına köçürülməlidir. Qəbir yerinin alınması, qazılması işlərini də  onlar həyata keçirilməlidir. “Ölüm haqqında arayışı”nı göstər, vəssalam.

2. Ehsan mərasimləri üçün məscidlərin nəzdində böyük zallar açılmalı və bunun da müqabilində yoxsul, ehtiyacı olanlar gündə 2 dəfə yeməklə təmin olunmalıdır. Yataq xəstələrinə, qocalara ehsanlar evlərinə çatdırılmalıdır. Bu həm də sosial proqrama böyük yardımdır.

3. Çadır quraraq yolları bağlamamaq üçün, məcburi qaydada ərazi üzrə xeyir-şər evləri yaradılmalıdır. Təzə tikilən evlərdə buna yer ayrılmalıdır.

4. Başsağlığına qapına gələnin qabağına ancaq çay və halva qoyulmalıdır.

5. Dövlət qəbiristanlıqları yaradılmalı, hər ölən üçün bərabər yer və standart başdaşı layihəsi təsdiq olunmalıdır.

6. Krimatoriyalar yaradılmalıdır.

7. Dəfn mərasimini  qazanc mənbəyinə çevirənlər ücün Cinayət Məcəlləsinə əlavələr edilməlidir.

Yasdan sonra toydan danışmaq heç yerinə düşmür. Amma bu sahədə də çoxlu boşluqların olması məni dilləndirir. Birinci şadlıq evləri tikilərkən akustika qaydalarına riayət olunmamasıdır. Toydan çıxanda  hamının “başı qazana dönür”.  Zalda  akustika yaratmaq isə əlavə xərclər tələb etdiyindən, çoxları buna əməl etmir. İkincisidə ki, qonaqlar nə qədər tez durub qaçsalar, axı şadlıq evinin yiyəsinə xeyirdir. Təamlara əl dəyilməz. Süfrənin isə pulu artıqlamasıyla ödənilib.

Yemək məsələsinə gəldikdə isə buna israfçılıqdan başqa ad vermək olmaz. Adambaşına menyü tutulanda, fikirləşirsən ki, görəsən bu qədər yemək neçə adamlıqdır? Bəlkə də  bu menyü ilə toyu rayonlardakı kimi 3-4 gün davam etdirmək olar. “Paxmeli” də öz yerində. Yenə də soruşacaqsınız ki, bəs çıxış yolunu nədə görürsən?  Çıxış yolu “Toy və dəfn mərasimləri haqqında” Qanununun qəbulunda görürəm. Bundan sonra bəlkə hər şey yoluna düşə.  O ki qaldı amiranəlik metoduna. Deyəcəksiniz ki, bütün bunları biz başa düşmürük ki, dövlət amiranəliyinə ehtiyac duyulur? Məsələn: mən Naxçıvanda tətbiq edilən qaydaları heç də  amiranəlik, qadağa kimi qiymətləndirməzdim.  Sadəcə olaraq Naxçıvan camaatı dinimizə, adət-ənənələrimizə böyük diqqət və hörmətlə yanaşır. Və bu təcrübənin Azərbaycanın digər bölgələrində, o cümlədən Bakıda da yaymağa böyük ehtiyac var. Daha doğrusu dinimizə, adət-ənənələrimizə qayıtmağa ehtiyac var.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM