Türk dünyasının fazillərindən biri olan Səid Əfəndi Ünsizadə (1842-1903) və yaxud unutqanlıq nə vaxta qədər davam edəcək?

09:56 / 03.10.2019

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının Əməkdar müəllimi

Əgər eşitsəniz ki, Bakıda Şamaxıya tərəf uzanan prospektin adını dəyişib, Səid Ünsizadə xiyabanı qoyublar, təəccüblənməyin. Əgər eşitsəniz ki, Bakıda Səid Ünsizadə adına Milli Mətbuat Mərkəzi açılıb, yenə də təəccüblənməyin....Əgər eşitsəniz ki, bəndənizə Səid Ünsizadə Mükafatı veriblər, heç təəccüblənməyin....
Səid Əfəndi Ünsizadə (1842,Şamaxı-1903, İstanbul, Fatih Camii hasiresində dəfn olunub) türk dünyasının fazillərindən biridir. Bu qiymətin, şərəfli təqdimatın altında üç böyük şəxsiyyətin imzası var. Onlardan biri Əli bəy Hüseynzadə, ikincisi Əhməd bəy Ağayev, üçüncüsü Əlimərdan bəy Topçubaşovdur.
Səid Ünsizadə Azərbaycan dilində kitab, qəzet, jurnal çapına tam yararlı olan ilk iri mətbəənin yaradıcısıdır. "Ziya" qəzeti, "Kəşkül" adlı ilk jurnalımız və həftəlik qəzetimiz bu mətbəədə çap edilmişdir. İsmaiıl bəy Qaspıralının "Toncuq, "Şəfəq, "Qəmər", "Ay" kimi jurnalları da "Ziya" mətbəəsində çap edilmişdir.

Səid Ünsizadə Azərbaycan dilində bir neçə dərsliyin və risalənin, elmi-metodiki vəsaitin müəllifidir.
1874-cü ildə Şamaxıda açılan, S.Ə.Şirvaninin, Cəlal Ünsizadənin dərs dediyi, Ələkbər Tahirzsadənin (M.Ə.Sabir ) , S.M.Qənizadənin, M.Mahmudbəyovun oxuduğu məşhur "Məslis Məktəbi"nin ( indiki Şamaxı Avropa Liseyinin ) yaradıcısı da məhz Səid Ünsizadədir.
Səid Ünsizadə publisistdir, ana dilimizin ədəbi üslubunun formalaşmasında nümunə göstərən şəxsiyyətdir. O, "Kəlilə və Dimnə"nin ( "Hümayünnamə"nin ) tərcüməçisidir.Səid Ünsizadə bu əsərdən üç hekayəni "Ziyayi-Qafqasiyyə "qəzetində çap etdirmişdir.
S.Ünsizadə Tiflisdəki Aleksandrovski İnstitutunda müəllimlik etmişdir.O,burada təhsil alan müsəlman tələbələrə ana dili və şəriətdən dərs demişdir.
S.Ünsizadə Quranın Azərbaycan dilində təfsirini yazan türkdilli alimlərdən biridir.
S.Ünsizadə XIX əsrin 80-ci illərinin sonunda Tiflisdə,Şamaxıda və Baklda yalançı donoslardan bezib, tutduğu dövlət vəzifəsindən uzaqlaşmış, 1884-cü ildə bağlanmış "Ziya" qəzetini Bakıda çap etdirmək fikrinə düşmüşdür.Lakin rus müsəlmanlarını mətbuat vasitəsilə oyatmaq məqsədini mətbuatda açıq söyləyən keçmiş redaktora hökumət dairələri qəzet çıxarmağa icazə verməmişlər.Səid Ünsizadə maarifçilik fəaliyyətini İstanbulda davam etdirmək fikrinə düşmüş,türk dünyasının paytaxtına köçmüşdür. O,burada müxtəlif vaxtlarda üç dəfə Türkiyə dövlətinin maarif naziri olan Münif paşanən köməkliyi ilə maarif əzası ( maarif işləri üzrə mürtəxəssis) vəzifəsində böyük maarifçilik fəaliyyətini davam etdirmişdir.
Səid Ünsizadə Zaqafqaziya Əhli-Təsənni İdarəsinin üzvü, Şamaxı qazısı kimi dövlər əhəmiyyətli vəzifələrdə çalışmışdır.
Bakıda 1905-ci ildə fəaliyyətə başlayan "Həyat" qəzetində ( 07 iyul 1905,N 2l ) Səid Ünsizadənin ölümünü xəbər verən bir nekroloq dərc edilmişdir.
Redaksiya heyəti oxucuları görkəmli maarifçi haqqında daha geniş yazılar yazmağa çağırmışdır.
Səid Ünsizadə -S.Ə.Şirvani,Həsən bəy Zərdabi,İsmayıl bəy Qaspıralı İsmayıl bəy Nakam
(İsmi Sədrəddinbəyov), Mirzə Həsən Əlqıdari, M.M.Nəvvab, müfti Ə.Əfəndizadə,şeyxülislam Ə.Hüseynzadə, Məhbus Dərbəndi və sair görkəmli söz ustaları ilə əməkdaşlıq etmişdir.


Ümummilli liderimiz Heydər Əliyev cənabları Səid Ünsizadənin pedaqoji və böyük maarifçilik xidmətlərini yüksək qiymətləndirmişdir. Ulu öndər Heydər Əliyev cənablarınin 18 iyun 2001-ci ildə imzaladığı "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanda deyilir:
"XIX əsrin ortalarından etibarən Azərbaycan dilinə aid bir sıra dərsliklər və dərs vəsaitləri yazılıb nəşr olunmuşdur. Milli maarifçi ziyalılar özləri ana dilini öyrənməyin, onu qoruyub saxlamağın ən əsas yolunun məktəblərdə tədrisin ana dilində aparılmasında gördüklərindən, Azərbaycan dilinə aid dərsliklər və lüğətlər yazmağa başlamışlar. Azərbaycan dilinə dair ilk dərsliklərin yazılmasında o dövrün görkəmli maarifçiləri Mirzə Kazım bəy, Mirzə Şəfi Vazeh, Seyid Əzim Şirvani, Aleksey Çernyayevski, Mirzə Əbülhəsən bəy Vəzirov, Səid Ünsizadə, Rəşid bəy Əfəndiyev, Sultan Məcid Qənizadə, Məmmədtağı Sidqi, Nəriman Nərimanov, Üzeyir Hacıbəyov, Abdulla Şaiq və başqalarının xidmətlərini qeyd etmək lazımdır".
Səid Ünsizadənin rəhbərliyi ilə 1879-cü il yanvarın 25-də nəşrə başlayan Ziya qəzetinin 140 illik yubileyi münasibətilə görüləsi işlərin cərgəsində milli mətbuatımızın Zərdabidən sonrakı MOGİKANın xidmətləri lazımınca qiymətləndirilməlidir.Bu məqsədlə Bakıda və Şamaxıda S.Ünsizadənin əzəmətli heykəli ucaldılmalı,görkəmli maarifçinin əsərlərinin transfoneliterasiyası oxuculara çatdırılmalıdır."Ziya" qəzetinin (25.01.1879,Tiflis - 26.06.1884,Tiflis) bütün nömrələrinin transfoneliterasiyası səriştəli mətnşünas alimlər tərəfindən cidi redaktə olunaraq yenidən çap edilməlidir. Milli irsimizə qiymət kimi, Tiflisdə,Şamaxıda,Bakıda və İstanbulda bir sra küçə və xiyabanlara,tədris müəssisələrinə Səid Ünsizadənin (1842-1903) adının verilməsi barədə də düşünmək lazımdır. Bu, unudulmuş maarifçinin xatirəsinə hörmət və sayğı kimi dəyərləndurilməlidir. Bakıda Səid Ünsizadə adına Elmi Mərkəzin yaradılmasına da ehtiyac duyulur.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM