Yenə də Seyid Əzim Şirvaninin maarifçilik  fəaliyyəti haqqında  bir neçə söz

09:25 / 30.10.2019

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının Əməkdar müəllimi

1879-cu ildə Zaqafqaziya Müəllimlər Seminariyasının müsəlman şöbəsi açılanda orada dərs eyəcək azərbaycanlı müəllimlər axtarılmağa başlandı. Seminariyanın yeni şöbəsində oxuyacaq tələbələrə ana dili və şəriətdən iki müəllimin dərs deyəcəyi müəyyənləşdirildi. Onların biri sünniməzhəb tələbələrə, digəri isə şiəməzhəb tələbələrə dərs deməli idi. Bu məqsədlə görkəmli şərqşünas, 1851-ci ildə Sankt-Peterburq Universitetinin Şərq fakültəsini  bitirmiş - A.P.Berjenin rəhbərliyi ilə namizədlərin axtarışına başlanılır. Sünniməzhəb tələbələrə Zaqafqaziya  Əhli-Təsənni İdarəsinin katibi Hüseyn Əfəndi Qayıbovun namizədliyi irəli sürülür. H.Ə.Qayıbov A.P.Berjenin yaxşı tanıdığı qələm sahiblərindən biri idi. 1869-cu ildə Almaniyanın Leypsiq şəhərində A, P.Berjenin kitabı nəşr olunmuş, orada  müsəlman 

(Azərbaycan- N.N.) şairlərinin şeirləri toplanmışdı. M.F.Axundovun xahişi ilə bu şeirlərin toplanmasında Zaqafqaziya Əhli-Təsənni İdarəsinin katibi H. Ə. Qayıbov  böyük  xidmət  göstərmişdi.  Zaqafqaziyada təhsil sisteminə nəzarət işində əhəmiyyətli rol oynayan A.P.Berje birgə ədəbi-şərqşünaslıq işi sayəsində yaxından tanıdığı H. Ə. Qayıbovun  zəhmətini  onun  vəzifəsini artırmaqla qiymətləndirmişdi.  


Belə ki, A.P.Berjenin zəmanəti ilə H.Ə.Qayıbov asanlıqla Zaqafqaziya Müəllimlər Seminariyasına 

Qafqaz Təhsil Dairəsinin popeçiteli K.P.Yanovskidən təyinat almışdı.

Seminariyanın şiəməzhəb tələbələrinə ana dili və şəriətdən dərs demək üçün iki namizədin 

sənədləri araşdırılır. Onlardan biri Zaqafqaziya Ruhani İdarəsinin üzvü  Əbdüssəlam Axundzadə, digəri isə Şamaxı şəhər məktəbinin ana dili və şəriət müəllimi 

Hacı Seyid Əzim Seyid Məhəmməd oğlu Şirvani idi.


Bu barədə Tiflisdə nəşr olunan “Ziya” qəzetinin 6 sentyabr 1879-cu il tarixli 

33-cü nömrəsində “ Seminariya barəsində “ ətraflı məlumat verilir:


 “Əhli-təsənni tərəfindən əqaidi-diniyyənin təlimi müsəlman müəllimlərinin bu halda Tiflisdə cənab müfti həzrətlərinin təhti-nəzarətində olan müsəlman məktəbininmüəllimi Qayıbova həvalə olunur. Və əhli-şiyə tərəfindən ancaq ehkam şəriyyəni təlim etməklik şeyxülislam həzrətlərinin təhti-nəzarəti alilərində olan məktəbmüəllimi  Axundzadəyə və ya ki, Şamaxı rus məktəbinin və Məclis 

Məktəbinin müsəlman müəllimi olan  Hacı Seyid Əzim Şirvaniyə həvalə olunacaqdır.Buməsələnin həlli Popeçitel İdarəsində (Qafqaz Təhsil İdarəsində-N.N.) həll olunacaqdır.Yuxarıda göstərilən məktəblərin əhvalatından bir növ xəbərdar olduğumuzdanzikr olunan müəllimləri təbrik və təhnit ( mübarəkdarlıq-N.N.)   zəminində acizanəmiz oldur ki,onlara etibar olunan darülmüəllimün mədrəsəsinin... pişrəftində sai(çalışan,səyli-N.N.) və cahid (cəhd edən -N.N. ) olalar”.


Müəllimlik müsabiqəsində iştirak etmək üçün S.Ə.Şirvani Tiflisə yola düşür. Lakin müsabiqədə dövrünün görkəmli din xadimi, hakim dairələrinə daha yaxın olan  Əbdüssəlam Axundzadəyə uduzub, geri qayıdır.  S.Ə.Şirvani Tiflisdən Şamaxıya qayıdarkən yolüstü Gəncədə Nizaminin məqbərəsini ziyarət edir. Nizaminin o zaman  baxımsızlıq  ucbatından  ürək ağrıdan uçuq-sökük məqbərəsi Seyid Əzimi narahat edir.  Seyid Əzim şeirə, sənətə göstərən bu biganəliyi öz halı ilə müqayisə edib,məşhur rübaisini söyləyir:  

 

Ey Şeyx Nizami, ey nizamı dağılan,

Ey Gəncədə izzü ehtişamı dağılan,

Olmuşmu səninlə mən kimi aləmdə

Beyti, evi, məktəbi, kəlamı dağılan?

 

S.Ə.Şirvani Şamaxıya qayıdır və əvvəlki kimi iki məktəbdə pedaqoji fəaliyyətini davam etdirir.

 Zəmanəsinin dövri mətbuatında - Tiflisdə Azərbaycan dilində nəşr olunan “Ziya” qəzetinə 

yazılar yazır, başladığı təzkirə üçün yeni-yeni materiallar toplayır, ölkəşünaslıq materialları üzərində işləyir, Şamaxı ədəbi məclisininm   məşğələlərində maraqlı poeziya nümunələri ilə çıxış edir, məktəb yaşlı uşaqlar üçün nəsihətamiz əsərlər yazır, həm Azərbaycan, həm də fars dillərində yüksək poetik  dəyərli  mənzumnamələr   yaradır. 


Bu illərdə S.Ə.Şirvaninin beynəlxalq şeir müsabiqələrində fəal iştirakı da diqqəti cəlb edir. Müxtəlif vaxtlarda üç dəfə Türkiyənin maarif naziri olan Minif Paşanın Tiflisdə Azərbaycan  dilində çıxan “Ziyayi-Qafqasiyyə”  qəzetində  açdığı  “Ey bülbül”  adlı  Ezop  maneralı  şeir  müsabiqəsinə qoşulan Azərbaycan şairlərindən biri dəSeyid Əzim Şirvani olur. 

S.Ə.Şirvani zəmanəsinin bəyənilən işıqlı fikir adamlarından biri idi.Onun ayrı-ayrı  tarixi  şəxsiyyətlərə, şair və din xadimlərinə yazdığıqəsidələr hələ də öz ciddi elmi təhlilini  tapmamışdır.


S.Ə.Şirvani rəmzlər ustası idi. Onun rəmzlərini, adi söz içində dediyi sözləri başa düşmək, anlamaq üçün ədəbiyyatşünaslarımız hələ çox işləməlidirlər. Cəmiyyətdə S.Ə.Şirvaninin mövqeyini hamıya tanıtmaq üçün dövrün dini rəhbərləri səmərəli  işlər görürdülər. Onlar Seyid Əzimin maarifçilik fəaliyyətinin kölgədəqalmasına heç cür razı ola bilmirdilər.


 Zaqafqaziya şeyxülislamı Əhməd bəy Hüseynzadə, müftilər Əbdülhəmid Əfəndizadə 

və Hüseyn Əfəndi Qayıbov S.Ə.Şirvaniyəhəmişə qayğıkeşlik etmişlər. Məhz onların qayğısı 

nəticəsində 1886-cı ilin noyabr ayında Seyid Əzim Şirvaninin maarifçilik və müəllimlik 

fəaliyyətini dövlət  səviyyəsində qiymətləndirmək haqqında ciddi addımlar atıldı. 


Qafqaz Təhsil Dairəsi 27 dekabr 1886-cı il tarixində  11795 nömrəli məktubu ilə Zaqafqaziya Şiə İdarəsinin rəhbərliyinə müraciət edərək, Hacı Seyid Əzim Seyid Məhəmməd oğlu Şirvaniyə Stanislavski lenti üzərinə sancaqlanan “Za userdie”  (“Səylərinə görə”) gümüş medalı verilməsi barədə material hazırlayır.  Bakı- Dağıstan  Xalq  Məktəbləri  müdiriyyətinin adından da Qafqaz Təhsil Dairəsinin popeçiteli  K.P. Yanovskiyətəqdimat  məktubu göndərilir.


 Veriləcək gümüş medal barədə həm Zaqafqaziya Şiə İdarəsinin, həm də digər qurumların münasibəti öyrənilir. Heç kəs S.Ə.Şirvaniyə maarifçilik fəaliyyətinə görə “Za userdie”

 gümüş medalının  verilməsinə mane olacaq fikir söyləmir. 

Təəssüf ki, S.Ə.Şirvani Stanislavski lenti üzərindəki bu gümüş medalı 7 manat 50 qəpiklik poçt rüsumuna görə uzun müddət ala bilmir. 

Medal sahibinə çatdırılanda isə şairin ölümünə 10 gün qalırdı.

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM