Sovet dövrü ədəbi tənqid çox inkişaf etmişdi. Şair və yazıçılar dövrünün tənqidçilərindən qorxurdular desəm yanılmaram. Bəzən uzun illərin zəhməti hesabına başa gələn iri bir kitab tənqidçinin bircə rəyi ilə çapdan dayandırılırdı. Tənqidi yazılar arasında mənə ən maraqlısı bədii əsərlərdəki prototiplər idi. Az hallarda prototiplər faş olunurdu. Atam Qabilin “Pərvanə” poemasının, “Ömür həbləri” romanındakı obrazların, şeirlərinin çoxunun prototipini bilirəm. Bilirəm ki, əsərin qəhrəmanları əslində kimlərdir. Bir çox yazıçı-şairin də kimləri yaratdıqlarını, yaradarkən kimləri nəzərdə tutduqları yaddaşımdadır. Niyə yaddaşımda dedim. Çünki daxili mətbəxdə danışılarkən eşitmişəm və yadımda saxlamışam. Müasir dövrümüzdə isə bir çox yazıçımızı yada salan yoxdur. O ki, qalsın onların hansısa əsərində nəzərdə tutduğu adamları.
“Səhv düşəndə yerimiz” şeirinin qəhrəmanıyla sizi tanış etmişdim. İndi isə atamın dostu, qonşumuz, görkəmli yazıçı Salam Qədirzadənin bir balaca hekayəsi haqqında danışmaq istəyirəm. Əslində olan hadisənin hekayətidir bu. Salam əmi bura heç nə əlavə etməyib. Adını gizli yazsa da 40 il bundan qabaq qələm əhlinin hamısı bilirdi ki, Q. Kimdir, Ş. kim. İstəyirəm siz də biləsiniz:
“Haçan hansı toya, ad gününə, qonaqlığa düşürəmsə, dostlar, tanışlar məndən, olmuş bir əhvalatı məclisdəkilər üçün danışmağımı xahiş edirlər.
Düzü lap cəzana gəlmişəm! Bir şeyi neçə dəfə söyləyərlər?! Axırı çıxış yolu tapmışam; fikirləşmişəm ki, həmin əhvalatı yazım, maraqlananlar oxuyub, yaxamdan əl çəksinlər...
Bir dəfə... (adlarını deməyəcəyəm) Q. Idi, mən idim, Ş. idi – oturmuşduq Pirşağıda, dəniz qırağındakı açıq kababxanada. Q. ayaq üstə, bir əlində soyuq araqla ləbaləb dolu qədəh, o biri əlində çəngəldən yağı daman isti quyruq tikəsi, Ş-nin haqqında sağlıq deyirdi:
- Sən mənim əzizim, canım-ciyərimsən! Xətrini də nə qədər istəyirəm – özüm bilirəm. İkinci bir adam yoxdur ki, adını səninki ilə yanaşı çəkim. Yaşa! Çalış, ölmə! Bunu içirəm şəxsən sənin sağlığına!..
Q. qədəhini açılmış ağzına yaxınlaşdıranda... haradansa bir it gəlib yanında çömbəldi; gözlərini onun əlindəki yağlı tikəyə zilləyib marıtladı.
Q. nə düşündüsə, boşaltmağa macal tapmadığı qədəhi ağzından uzaqlaşdırdı, üzünü itə tutub qəribə bir tərzdə, mərhəmətlə ona nəzər yetirdi:
- Can!..- dedi - və çəngəlin ucundakı quyruğu itə uzatdı.- Sən də bilirsən biz burda neyləyirik? – Özü öz sualına cavab verdi: - Hardan biləcəksən, ay yazıq! Araq içirik, kabab yeyirik... – O təəssüflə başını tərpədib, ağlamsındı. – Eh!.. Dünyanın ləziz nemətlərindən məhrum, zavallı it!.. Sən bəzi yeyib itirən, yaltaq dostlardan çox sədaqətlisən! – Q. köksünü ötürdü. Sonra qədəhini qaldırıb Ş-yə müraciətlə bayaqkı sözünü tamamladı:
- Deyirəm, bunu içək elə ikinizin sağlığına!..”
Əhvalat, hekayə bu qədər. Adları çəkilən bu insanların hamısı indi haqq dünyasındadır. Q.- Qabil də, Salam Qədirzadə də, Ş.- şair Şükür Xanlarov da. Allah hamısına rəhmət eləsin.
YAZIÇILAR BİRLİYİNİN KİTABÇASI İŞƏ YARADI
Günlərin bir günü atam zəng edir köhnə dostu, ədəbiyyatşünas Mirabbas Aslanova. Ev telefonu cavab vermir. Zənn edir ki, yəqin bağdadır. Zəng edir dayım Rafiqə ki, bəs gəl maşını çıxar gedək gəzməyə. Yolda yaxşı bazarlıq edirlər. Lyubitelski kolbasa, Holland pendiri, şoraba xiyar, limon, kişmiş üzüm, balıq konservası, qril toyuq, araqlar, mineral su, bir sözlə hər şey alırlar. Yolüstü də Balasadığı və səhv etmirəmsə Fikrət Sadığı da götürürlər. Gəlib çıxırlar bağa. Darvazanı döyüb Mirabbası haylayırlar. Səsə it hürə-hürə qapıya gəlir. Amma demə Mirabbas müəllim bağda deyilmiş. Neyləsinlər, geri qayıtmayacaqlar ki... Qapını arxadan açıb həyətə girmək istəyirlər ki, həyətdəki besedkada süfrə açsınlar. Qapını açmağına açırlar. Amma it hürməyində davam edir. Tutmasa da, qapmasa da onların irəliləməsinə imkan vermir. Bu zaman Qabil:
- Ay it, sən bilirsən mən kiməm? Mən Xalq şairi Qabiləm.- deyir.
İt isə hürməyində davam edir. Bu dəm dayım arxadan zarafatla:
- Qabil, deyəsən tanımadı.
Atam da cibindən Yazıçılar Birliyinin qırmızı üzlü vəsiqəsini çıxarıb açaraq:
- Necə yəni tanımadı? Bu da mənim vəsiqəm! – deyə itə göstərir.
İt bir an dayanır. Oturur. Vəsiqəyə baxır. Mırıldayır. Kənara çəkilir. Atamgil də bağa girib stolun üstünə qəzet salırlar. Gətirdiklərini süfrəyə düzürlər. Başlayırlar yemək-içməyə.
Həmin gün Yazıçılar Birliyinin vəsiqəsi yaman işə yarıyır. Yazıçılar Birliyinin üzvlərinə hörmətlə yanaşdığına görə kolbasadan, balıqdan itə də pay düşür.
Strategiya.az
15 ilin söhbəti olar... Mahir, bir lətifə var e... eşitmisən?
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM