Azərbaycan Respublikasının Əməkdar müəllimi
Görkəmli türk pedaqoqu, keçən əsrin 20-ci illərindən başlayaraq, əsərlərini “tərbiyə doktoru Halil Fikret” kimi imzalayan Halil Fıikret (1892-1974 ) və onun yaradıcılığı haqqında elmi araşdırmalar apararkən hər dəfə maraqlı və çox böyük elmi əhəmiyyəti olan faktlarla,dəyərli materiallarla rastlaşanda onları elmi ictimaiyyətlə bölüşməyə tələsirəm. 1916-cı ildə Almaniyanın Leipziq şəhərində çap olunan 31 səhifəlik bir kitabın üz qabığında onun adını dünyanın ən məşhur pedaqoqlqrından biri , alman afrikanşünası və şərqşünası Hans Stumme (1864-1936) ilə yanaşı gördükdə isə nədənsə tələsmədim, faktları diqqətlə araşdırmağa başladım. Yox, səhv etməmişdim.Leipziq Universitetinin son kurs tələbəsi oxuduğu ali təhsil ocağının professoru ilə birgə elmi əməkdaşlıq etmişdir. Bəri başdan deyim ki, əsər 1915- ci ilin sonlarında tamamlanmış, 1916 -cı ilin yanvarında Leipziqdəki “Otto Harrassowitz” nəşriyyatı tərəfindən latın qrafikası ilə dünyanın türkdilli oxuculara çatdırılmışdır. Bu,o vaxtlar idi ki, türkdilli ölkələrdə, o cümlədən Türkiyədə də, Azərbaycanda da ərəb qrafikalı yazıdan istifadə olunurdu. Doğrudur, ayrı-ayrı ziyalılar 1878-ci ildə dünyasını dəyişən M.F.Axunzadənin latın qrafikalı əlifba çağırışı hələ də unuda bilmirdilər. Bu yolda M.Şahtaxtlının xidmətləri ziyalılara daha qabarıq şəkildə çatdırılırdı.
1879-1884-ci illərdə Tiflisdə Azərbaycan dilində çap olunan "Ziya" qəzetində ana dili və onun mübtədi(ibtidai -N.N.) məktəblərdə tədrisi üsulları haaqqında maraqlı mülahizələr söylənilmişdir. Qəzetin redaksiya heyəti ərəb əlifbasının islahı və dəyişdirilməsi ətrafında uzun illər boyu aparılan mübahisələri fikir mübadiləsini genişləndirmək məqsədilə gündəmə gətirirdi. Əslində "Ziya"qəzetinin naşiri Səid Ünsizadə də,baş mühərriri Cəlal Ünsizadə də ərəb əlifbasının tərəfdarları idi; onlar əlifbanın dəyişdirilməsinin törədəcəyi çətinlikləri görür, məktəblərdə dilin tədris üsullarını yaxşılaşdırmağı daha vacib sayırdılar.
1296-cı hicri-qəməri ilində( miladi təqvimi ilə 1879-cu ildə) İstambulda "Şirkəti-İraniyyə" mətbəəsində İranın Tiflisdəki konsulxanasında tərcüməçi işləyən Mirzə Rza xan Daniş latın və rus əlfbaları əsasında düzəltdiyi "Risaleyi-Rüşdiyyə" kitabçasını nəşr etdirir.Bu kitabça tanışlıq və rəy üçün işin içində olan bir sıra ziyalılara göndərilir.İstanbulda fars dilində nəşr olunan "Əxtər" qəzeti öz səhifələrində geniş müzakirə açır. Həmin müzakirə materialları operativ şəkildə "Ziya" qəzetində də çap edilir.Müzakirələrdə Zaqafqaziyanın şeyxülislamı Əhməd vəy Hüseynzadə, müfti Əbdülhəmid Əfəndizadə, atası fransız, anası alman olan rus şərqşünası Adolf Berje və başqaları çıxış edirlər.
Əlifba qalmaqallarının səngimədiyi, gündəmdən düşmədiyi bir vaxtda-1916-cı ildə Almaniyanın Leipziq şəhərindəki iri mətbəələrinin birində - OTTO HARRASSOWİTZ-də latın qrafikası ilə
Türkische Lesestoffe
handschriftlich im Rуka- Charakter und umschrieben mit
lateinischen Buchstaben,unter Beifügung einer einführenden
Darstellu des türkischen Alphabets im Rукa-Charakter
adlı 31 səhifəlik bir kitab çap edilir.
"Halil Fikret 1923-26-cı illərdə babalarımıza Bakı Dövlət Universitetində psixologiya və pedaqogikadan dərs deyən professoplardandır. O, Azərbaycan Respublikasının elml- ictimai həyatında əhəmiyyətli yeri olan türk qardaşlarımızdan biridir.Bakıya ali təhsil müəssisələrində işləməyə dəvət edilmiş,Azərbaycan Xalq Maarif Komissarlığında məktəbəqədər tərbiyə şöbəsinin müdirı vəzifəsində işləmişdir. Halil Fikret Bakıda müxtəlif elmi jurnallarda, respublika və əyalət mətbu orqanlarında maarifçilik məsələlərinə aid onlarla elmi, elmi-metodiki, bədii- publisistik məqalə yazmışdır. Professor, tərbiyə doktoru Halil Fikretin Bakıda S.M.Qənizadə, A.Şaiq, H.Cavid, M.S.Ordubadi, Q.R.Mirzəzadə, M.Mahmudbəyov,Ə.Cəfərov, A.İsrafilbəyov,C.Cəbrayılbəyli , Ə.Haqverdiyev kimi çoxlu əqidə və məslək dostları var idi. Halil Fikret 1926- cı ildə Bakıdakı ən birinci dövlət nəşriyyatında —Azərnəşrdə “Tərbiyə və tədris tarixi ” adlı ilk iri həcmli, 2 hissədən ibarət olan dərsliyini çap etdirmişdir. O, Bakıda üç il işləyəndən sonra Almaniyaya gedir, çox qısa bir müddətdən sonra— 1927-ci ildə vətənə qayıdır, Konyada açılan Qazi Orta Müəllim Məktəbində müəllimlik edir. Bir müddətdən sonra bu məktəb Ankaraya köçürülür. Halil Fikrətin təşəbbüsü ilə burada pedaqojı bölüm yaradılır və o, bu bölümdə işləyir.
Halil Fikret XX əsrin 20-ci illərində kitab əhli olan babarımıza Bakı Dövlət Universitetində psixologiya və pedaqogikadan dərs deyən professoplardandır. O, Azərbaycan Respublikasının elml- ictimai həyatında əhəmiyyətli yeri olan türk qardaşlarımızdan biridir.Bakıya ali təhsil müəssisələrində işləməyə dəvət edilmiş,Azərbaycan Xalq Maarif Komissarlığında məktəbəqədər tərbiyə şöbəsinin müdirı vəzifəsində işləmişdir. Halil Fikret Bakıda müxtəlif elmi jurnallarda, respublika və əyalət mətbu orqanlarında maarifçilik məsələlərinə aid onlarla elmi, elmi-metodiki, bədii- publisistik məqalə yazmışdır. Professor, tərbiyə doktoru Halil Fikrətin Bakıda S.M.Qənizadə, A.Şaiq, H.Cavid, M.S.Ordubadi, Q.R.Mirzəzadə, M.Mahmudbəyov,Ə.Cəfərov, A.İsrafilbəyov,C.Cəbrayılbəyli , Ə.Haqverdiyev kimi çoxlu əqidə və məslək dostları var idi. Halil Fikrət 1926- cı ildə Bakıdakı ən birinci dövlət nəşriyyatında, Maarif Komissarlığına tabe olan nəşriyyatda —Azərnəşrdə “Tərbiyə və tədris tarixi ” adlı ilk iri həcmli, 2 hissədən ibarət olan dərsliyini çap etdirmişdir. O, Bakıda üç il işləyəndən sonra Almaniyaya gedir, çox qısa bir müddətdən sonra— 1927-ci ildə vətənə qayıdır, Konyada açılan Qazi Orta Müəllim Məktəbində müəllimlik edir. Bir müddətdən sonra bu məktəb Ankaraya köçürülür. Halil Fikretin təşəbbüsü ilə burada pedaqojı bölüm yaradılır və o, bu bölümdə işləyir.
1927-ci ildə Halil Fikrətin Ankarada ilk kitabı –”Coğrafiyanın tədris üculu” çap olunur. “Coğrafiyanın tədris üsulu” kitabının materialları Azərbaycanda toplanmış və Türkiyəyə çapa hazır vəziyyətə gətirilmidi. Bu kitabın yazılmasında Halil Fikretdən əvvəl türk dünyasında bir neçə coğrafiya dərsliyi yazan şamaxılı Qafur Rəşad Mirzəzadənin güclü təsiri olmuşdur.
..Mövzunun aydınlığı naminə deyilən bu qeydlərdən məlum olur ki, alman alimi Hans Stumme ilə yazdığı “Türkische Lesestoffe…” (“Türkiyə antologiyası ”) kitabı məşhur Leipziq Universitetinin tələbəsi Halil Fikretin ilk əsəri deyil. Halil Fikretin 1916-cı ildən sonra da Hans Stumme ilə əməkdaşlıq etməsi güman edilir. Onun 1927 -ci ilin əvvəllərində Bakıdan Almaniyaya qayıtması da bu fikrə rəvac verir.
Alman alimi Hans Stumme və türk aydını Halil Fikretin birgə yazdıqları “Türkische Lesestoffe
”(“Türkiyə almanaxı ” ) kitabı haqqında indiyədək bu sətirlərin müəllifi və Haldun Cezayirlioğlundan başqa, türkologiyada tutalı bir söz deyilməmişdir. ( Bəlkə də Almaniya və Türkiyə arxivlərində hələ də qatı açılmamış sənədlər var. Hər halda bu, ədəbi və elmi ictimaiyyətə məlum deyil ).
Əsərin birinci səhifəsində alman dilində yazılmış ön sözdən - “Vorbemerkunq”dan– giriş və izahat xarakterli yazıdan məlum olur ki, müəlliflər kitabın yazılması və araya-ərsəyə gətirilməsində zəngin ədəbi və elmi mənbələrdən istifadə etmiş, faktları diqqətlə araşdıraraq, türk dili və ədəbiyyatını öyrənmək istəyən avropalılara çox gözəl bir hədiyyə bağışlamışlar.
Müəlliflər oxucuların oxu prosesindəki işini asanlaşdırmaq üçün cüt səhifələrdə (2, 4, 6, 8 ,10, 12,14,16,18 və s) ərəb əlifbasından,təklərdə isə latın qrafikasından istifadə etmişlər.Ərəb qrafikalı xətlər , şübhəsiz ki, Halil Fikrətə məxsusdur).
4-cü səhifədə 16 cərgədə sözlərin hərflərlə ifadəsi göstərilmişdir. Buradakı 139 sözün hamısının latın qrafikalı yazılış forması sonrakı səhifədə- 5-ci səhifədə yeni əlifba ilə təqdim olunmuşdur.Mənfəətdən xali olmadığı üçün onların bəzilərini sadalayırıq-baba,pak,tütün,tarla,baş,vadi, kartal,kar,yağ,bağ,corab,havi (əhatə edən- N.N.),padişah,topal,toparlaq,sora,fani,qatı,bulut,lale,lüle, mal, madam,maşa..
6-cı səhifədə qafiyə, omonim, paronim,sinonim kimi işlənə bilən sözlər 16 nömrə altında toplanmışdır. 7-ci səhifədə həmin sözlər latın qrafikası ilə təkrarlanmışdır.
8 və 9-cu səhifələrdə də leksik materialların ərəb və latın qrafikalı təqdimatı verilmişdir.
Kitabın 10- cu səhifəsində “Zurub-i emsal” (zərbi məsəl- N.N. ) başlığı altında 16 nümunə verilmişdir. Bunların hamısı türk xalqları arasında geniş yayılmış, həyatın çətin sınaqlarından keçmiş nümunələrdir: “At ilə eşşək yarışamaz”, Adam odur ki, ikrarından dönməyə, “Az söyləmək çox söyləməkdən evladır”( daha yaxşıdır-N.N.),”Azı bilməyən çoxu heç bilməz” , “Yorğanına görə ayağını uzat”, “Dilin kemiyi (sümüyü-N.N.) yoxdur, amma kemiyi kırar”, “Yeməksiz qalmaq borc ilə kalmakdan eyidir” , Ya dəvə , ya dəvəçi” və s.11-ci səhifədə bu materiallarin latın qrafikalı variantı verilmişdir.
Kitabın12-18-ci səhifələrində “Müxləlif lətifələr” başlığı altında müxtəlif yazılı və şifahi məxəzlərdən seçilmiş lətifələr toplanmışdır. Müəllilər daha çox əsl adı Əhməd olan tanınmış türk yazarı, şairi, egitimi,qəzetəçisi və xəttatı Faik Rəşadın (26 iyul 1851- 1914 ) 1328-cı ildə (hicri )Konstantinopolda çap etdirdiyi “Külliyyat-i – lətaif” əsərindən və Hoca Nəsrəddin lətifələrindən istifadə etmişlər.Təsəvvür yaratmaqdan ötrü onlardan bir neçəsini təqdim edirik:
* Bir hasta adam karısına bir gün der ki: “aman, karı, odama , reca edirim, senden başka kimse girmesin, zira hastalığım sari ( yoluxucu-N.N.) və tehlikelidir”.
* Bir odada yatan iki arkadaş şu yolda bir muhawerede (danışıq, söhbət -N.N.) bulunmuşlar:
Birinci arkadaş:yahu,bana bak”–İkinci: “ne var?”
Birinci:uyuyormusun?” –Ikinci: “neden sordun?”
Birinci:” bir para ödünc isteyecekdim!”—İkinci: (yorğanı başına çekerek):”uyuyorum,dostum!” cewabında bulunmuş.
* Bir odada yatan iki arkadaş şu yolda bir muhawerede (danışıq, söhbət -N.N.) bulunmuşlar:
Birinci arkadaş:yahu,bana bak”–İkinci: “ne var?”
Birinci:uyuyormusun?” –Ikinci: “neden sordun?”
Birinci:” bir para ödünc isteyecekdim!”—İkinci: (yorğanı başına çekerek):”uyuyorum,dostum!” cewabında bulunmuş.
* Bir deyirmenci eşeyini önünə katmış gider imiş.Yolda köylünün biri buna rast gelüb: “böylə ikiniz nereye gidiyorsunuz?” deyince, degirmenci parmağıyle köylüyü göstererek:”üçümüz içün saman almağa gediyoruz “cevabını vermiş.
12,14,16 və 18-ciı səhifələrdə ərəb əlifbası ilə yazılmış lətifələrin latın qrafikalı variantı verilmişdir.
Kitabın 18-23-cü səhifələrində “Türkce şeirlər ” ümumi başlığı altında 1908-ci ildə yazılmış “Ordu marşı”, 10 mani və “Yabanda bulunurum ” adlı 32 misralıq iki hissəli bir şeir verilmişdir.
Ordu marşı
1.Qrdumuz etdi yemin,
titredi hak ü zemin,
milleti etdi emin,
açıldl rah-i-nevin.
( Nakarat )
sancağımız,şanımız,
osmanlı ünvanımız,
vatan bizim canımız,–
feda olsun kanımız!
2. terki-i-aram eylədik,
cahd ü ikdam eyledik,
neşr-i-meram eyledik,
haqle kiyam eyledik.
( Nakarat )
3. osmanlı ahfadıyız ,(neveleriyik-N.N.)
biz vatan evladıyız,
milletin efradıyız,
hürriyet eşhadıyız.
“Manilər”dəki 10 şeirin hamısı klassik, ənənəvi bayatıarı xatırladır. Bunların bəzisinin müəllifli bayatı olması şübhəsizdir.Anlaşıqlı olmaq üçün bir neçəsini nümunə göstəririk:
Bağa gitdim nar içün,
gül kopardım yar içün;
analar kız doğurmuş,
deli-kanlılar içün
***
sabahdan sen kalkarsın,
mektebe sen gidersin;
meramın mekteb deyil;
sen çapkınlık edersin!
***
hey, güzel kız, gelmezler,
seni bana vermezler;
eyil bir yol öpeyim,
karanlıkdır,gürmezler.
İki hissədə–1 və 2 nömrə ilə verilmiş “Yabanda bulunurum” şeirində “Memleketimdən uzağım, yabanda bulunurum” misraları 32 misralıq bu əsərdə 3 dəfə təkrar olunur. Şeir türk ədəbiyyatında “Qürbət türkiləri” adı ilə tanınan janrın ən gözəl nümunələrindən biri kimi qiymətləndirilə bilər:
Ah ,o kızıl güllerinin
kokusu bana esse,-
ah, beyaz camilerinin
buhuru (ətri- N.N. ) bana gelse!
lakin buraya gelemez
senden ol şirin koku,
zira denizlere sürer
ruzgarların ordusu.
Əsərin 24-cü səhifəsində gənc bir çocuğun dilindən söylənilən “Tərbiyəli bir qitə” adlı həyat proqramı–manifest səpkili maraqlı bir yazı yerləşdirilmişdir. Ərəb əlifbalı səhifədə başlıq göstərilməsə də , 25-ci səhifədə –latın qrafikalı variantda bu, aydın yazılmışdır.” Tərbiyəli bir qitə”nin müəllifi əsl adı Ömər olan, “Tərcümani-həqiqət”, “Səadət”, “Bakıt” qəzetlərində müxbirlik,Qalatasaray Liseyində və “Məktəb-i-hüquq”da ədəbiyyat müəllimi işləyən, türk ədəbiyyatında Müəllim Naci (1850-1893) kimi tanınan söz ustasıdır. Şair Müəllim Naci “Ateşpare”,”Şerare”,”Füruzan” və sair şeir kitablarının müəllifidir. O, ərəb,fars və frasız dillərindən çoxlu tərcümələr etmişdir.Ölümündən sonra “Yadigar-i-Naci” kitabı çap edilmişdir. Onun “Ömərin çocuqluğu” kitabı avtobioqrafik səciyyə daşıyır. Kitabda Ömərin çocuqluq həyatının ağrılı- acılı səkkiz ili öz əksini tapmışdır.
Haqqında geniş söhbət açılan kitabdakı “Tərbiyəli bir qitə” “Ön söz”də yazıldığına görə Müəllim Nacinin “Təlimlül-qiraət” (oxu təlimi-N.N.) əsərindəndir. “Oxu təlimi ” kitabınıın Türkiyədə necə təbliğ olunmasını öyrənmək çox maraqlı görünür.
“Tərbiyəli bir qitə”nin mütaliəsi elmə, təhsilə, ətraf mühitin öyrənilməsinə can atan çocuğun işıqlı fikirləri kimi çox maraqlıdır: “Derslerimi dıkkatla okursam, hatırımda kalır,unutmam. Okuduklarımı belledikce fikrim açılır, gitddikceməlumatım artar.Tenbel, itaetsiz olan çocuklar hiç bir şey öyrenemezler,cahil kalırlar. Ben oyle tenbel, itaetsiz çocuqlardan deyilim.Ben çalışacağım,öyreneceyim, cahil kalmayacağım”.
Əsərinin sonuncu materialı 27-31-ci səhifələrində çap olunan “Çanak-kaladan bir türk askerinin mektubu”dur. Bu, epistolyar üslubda yazılmış, dünya ədəbiyyatında, bəlkə də, analoqu olmayan bədii nəsr nümunəsidir. Məktub Birinci Cahan müharibəsində Çanaqqala uğrunda ölüm-dirim vuruşunda Vətənin müstəqilliyi uğrunda mübarizə aparan Mustafa adlı bir gəncin 18 kanun evvəl 1915-ci ildə Anafortadan anasına yazdığı təsirli bir məktubdur. Burada müharibə səhnələrinin bir sıra dəhşətli məqamlarından söz açılır. Məktubda anasının, karısının, oğlu Osmanın həyatı naminə özünü fəda eməyə hazır olan, ölümü gözləri ilə görən, yağı düşmənin ağır zərbəsini dadan, hələ həyatdan doymayan vətən əsgərinin düşmənlə barışmazlığı,ölümü ilə yaxınlarını ağladacaq və ağrıdacaq məqamlar göz önünə gətirilir. Mustafa onunla bir cəbhədə işğalçı düşmənə qarşı vuruşan , dostluqda sədaqətli və dəyanətli olan bir alman əsgərinin təmənnasız köməyi ilə sağ qalır.
Gənc türk əskəri Mıstafanın harayı, müharibələrə dərin nifrəti əsərdə ustalıqla qələmə alınmışdır.
İstanbul xəstəxanasında müalicədən sonra yenidən cəbhəyə gedəcəyini qəti qərara alan Mustafa anasına məktubunu bu sözlərlə qurtarir: “Şayəd ileride şehid olursam, karımı, oğlum Osmanı ve seni Allaha emanet ediyorum.Benim içün hiç ğam yemeyiniz. Vatanımızı,milletimizi və dinimizi kurtarmak içün burada şan və namus meydanında düşmenle çarpışmak ve icab ederse (lazım gələrsə N.N. ), ölmek sen da bilirsin ki, bizim içün en mukaddes bir vazifedir. Ve Allah-i-təala bunu bize Kuran-i-kerimde bir çok defa emr eylemişdir.Bu defalık senin ellerinden ve karımım,oğlumun da gözlerinden öperim, sevgili anacığım!
Oğlun Mustafa”.
Anaya müraciətlə başlayan məktub Məhəmməd Peyğəmbərin müqəddəs adlarından biri ilə qurtarır.
P.S.Yazını hazırlayarkən texniki cəhətdən mənə kömək etdikləri üçün psixoloq, bu günlərdə ADA-ya yüksək vəzifəyə təyinat alan Zöhrə müəllimə, şagirdlərə ingilis dilini ingilisdən yaxşı öyrədən Aysel müəllimə, fizika müəlimi Kəmalə xanıma, ixtisasca riyaziyyatçı olan şahmat ustası Rəhim müəllimə öz dərin təşəkkürlərimi bildirirəm.
Sağ olsunlar, var olsunlar.”
1.Hans Stumme Halil Fikret . Türkische Lesestoffe Handschrift im Ryka -Charakter...Leipziq,OTTO Harrassowitz.1916.
2.Nazim Nasreddinov. Dr.Halil Fikret ten;Türkçe okuma Parçaları.04 aralık 2011. "Haldun Cezayirlioğlu Koleksyonu".
3.Haldun Cezayirlioğlu. Türkçe, LatınHarfleriyle ilk kez 1916 Yılında mı yazıldı? 06 aralık 2011. "Haldun Cezayirlioğlu Koleksiyonu ".
4.Nazim Nasreddinov. Yenə də Halil Fikret,yene de Türkische Lesestoffe,yene de Hans Stumme. 07 aralık 2011. "Haldun Cezayirlioğlu Koleksiyonu".
5.Nazim Nəsrəddinov. Kim kimdir? (Türk dünyasınınilk psixologiya doktoru Xəlil Fikrət və yaxud babalarımızın müəllimi). "Strategiya.az " saytı, 20.11.2012.
6. "Ziya"(1879-1884) qəzeti .
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM