1989-cu il. Tətillər, mitinqlər, xaos. Xalq yazıçısı İsmayıl Şıxlının 70 yaşı bu dövrə təsadüf etdi. Cəmiyyət kimi yazıçılar da iki yerə bölünmüşdü. Əksəriyyəti danışır, xalqın haqq sözünü deyir, mitinqlərin qəhrəmanlarına çevrilir, bəziləri isə ümumiyyətlə dinmirdilər. Susmağı qızıl sayırdılar. O dövrə indi bu sözdən çiyrindiyimiz demokratiya deyirdilər. Qorbaçovun rusca səsləndirdiyi “qlasnost” kəlməsi Azərbaycan dilinə “aşkarlıq” kimi tərcümə olunsa da, sonradan məlum oldu ki, bu açıq-saçıqlıq imiş.
O vaxt Azərbaycana Əbdürrəhman Vəzirov başçılıq edirdi. Tanımayanlara xatırlatmaq istəyirəm: Vəzirov Azərbaycanda Kirovabadın 1-ci katibi olub, sonra isə SSRİ boyda dövlətin Pakistanda Fövqəladə və Səlahiyyətli səfiri işləyib. Yenidənqurma dövründə isə Qorbaçov tərəfindən Azərbaycana 1-ci katib göndərilib ki, Heydər Əliyevi gözdən salsın. O, milli adam deyildi. Azərbaycanca çox əndrabadi danışdığından siyasi lətifələr də əsasən buraxdığı dil xətalarının üzərində qurulurdu. Məsələn: “Mən qoz ağacları əkəcəyəm. Bir neçə ildən sonra hamı mənim qozlarımı yeyəcək”. Yaxud da tarlada işləyən kəndli qadınla söhbət zamanı:
- Neçə uşağın var?
- On, başına dönüm.
- Kimnəndi?
- Boy kimnən olacaq ki? Ərimdən.
Sonradan məlum olurdu ki, Vəzirov demə qadından “bütün günü işdəsən. Bəs uşaqları kimin yanında qoyub tarlaya gəlmisən? ” soruşmaq istəyirmiş.
Yaxud da mitinqçilər iqamətgahın qabağına yığışıb “İstefa, istefa!” qışqıranda, kabinetindəkilərdən soruşurmuş ki, “Camaat Mustafa, Mustafa qışqırır. Axı, bu Mustafa kimdir?” Yaxud da Azərbaycanın bütün kəndlərində hamam tikilməlidir. Əsas məsələ kənddə hamam məsələsidir. Bütün bunlar da Azərbaycan Dövlət Televiziyası ilə olduğu kimi yayımlanırdı.
Deyirdilər ki, Vəzirov yerlibazlıqla mübarizəyə gəlmişdi. Amma sonradan məlum oldu ki, ətrafına Füzuli rayonundan doğulanları topladı. Birini rektor qoydu, birini cəmiyyət sədri, o birini dövlətin bir nömrəli qəzetinə baş redaktor. Mən bilmədiklərimi də bilənlər bilir. Baş ideoloqu da Füzulili idi.
O dövrlər mitinqlərdə görkəmli ziyalılar fəal iştirak edirdilər. İsmayıl Şıxlı, Ziya Bünyadov, Bəxtiyar Vahabzadə, Xəlil Rza, Famil Mehdi, Qulu Xəlilov, Sabir Rüstəmxanlı. Atam da onlarla bir sıradaydı. Azad mətbuat yarandığına görə yazıçılar mətbu orqanlarda müxtəlif taleyüklü məsələlərlə bağlı yazılar çap eləyirdilər. Atam da dilimizin saflığı və ictimai-siyasi proseslərlə bağlı böyük məqalələrlə çıxış edirdi. Yuxarılardan reaksiya çox da özünü gözlətmədi. Birinci ictimai rəyi formalaşdırmağa başladılar. Əvvəlcə “Molodyoj Azerbaydjana” qəzeti, daha sonra AzTV-nin “Günün ekranı” proqramında Gəncə şəhərinin sakinlərindən küçələrdə alınmış müsahibələr efirə getdi. Bir gün yox, hər gün. Sovet dövrü olduğundan vəziyyət təhlükəli həddə çata bilərdi. Vəzirovun isə milli qanı yox idi. Bir də ki, o Azərbaycana Heydər Əliyevi “vurmaq” üçün gəlmişdi. Qabil isə Heydər Əliyevin bir nömrəli müdafiəçilərindən sayılırdı.
Belə bir zamanda İsmayıl Şıxlının Dövlət Dram Teatrında 70 illik yubileyinə yığışdıq. Zal dolu idi. Rəyasət heyətində indiki kimi təkcə yubilyar və aparıcı oturmamışdı. Qədim ənənələrə əsasən Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələri səhnədə idilər. (Çıxış elədi-eləmədi - ənənə belə idi). Yadımda xalq yazıçısı Bayram Bayramov, Qabil, Qulu Xəlilov qalıb. Mən parterdə axırıncı sırada giriş-çıxış qapısının uanında oturmuşdum. Çıxışlar bir-birini əvəz edirdi. Yazıçılar təkcə İsmayıl Şıxlı yaradıcılığından yox, o dövrün fonunda İsmayıl müəllimin yaradıcılığından, yazdığı əsərlərin əhəmiyyətindən geniş bəhs edirdilər. “Dəli Kür” romanı öz yerində, mətbuatda təzəcə çapdan çıxmış, zəmanəylə səsləşən sapı özümüzdən olan baltalar yazısı daha çox qabardılırdı. Qısaca da olsa bu hekayəni sizə də xatırladım.
Meşənin ağacları təşviş içində qocaman palıd ağacının yanına qaçırlar ki, bəs meşəyə insan gəlir, əlində də balta. O da soruşur ki, bəs balta nə olan şeydir. Izah edirlər ki, ucu iti, balaca dəmir parçasıdır. Qocaman palıd da gülür ki, əl boyda dəmir parçası bizə nə edə bilər ki? Cavab verirlər ki, bəs dəmir parçasının sapı özümüzdəndir - ağacdandır. (Nəyi təhrif etdimsə İsmayıl Şıxlının ruhundan üzr istəyirəm).
Bu yazı çap olunandan bugünədək İsmayıl Şıxlının “Sapı özümüzdən olan baltalar” ifadəsi zərbi-məsələ çevrildi. Bu gün də mətbuatda bu sözü işlədənlərə rast gəlirik. Bu sözü işlədib, İsmayıl Şıxlıya istinad etməyənlər! Bəlkə də bilmirsiniz. Bu məşhur ifadəni İsmayıl Şıxlı diriltdi. Bilirsinizmi kimə dedi bunu? Çox az adam bilir. Və bu yazını da yazmağıma məhz bu ifadə səbəb oldu.
Qayıdaq Azdramaya. Yubiley davam edirdi. Çıxışçıların da çoxu öz təbriklərini çatdırıb qurtarmışdı. Bu an zalın arxasındakı qapı açıldı. Başda Əbdürrəhman Vəzirov, arxasıyca Nazirlər Kabinetinin sədri Ayaz Mütəllibov və digər yüksək vəzifəlilər zala daxil oldular. Səhnənin önünə qədər addımlayaraq birinci sırada əyləşdilər. Amma nə rəyasət heyətində oturanlar, nə də ki, zal ayağa qalxdı. Heç əl çalan da olmadı. Gecənin aparıcısı durub “yubiley mərasimində Azərbaycan KP MK 1-ci katibi, yoldaş Əbdürrəhman Vəzirov, digər hökumət nümayəndələri iştirak edir” də demədi. Yubiley necə gedirdisə, eləcə də axarınca davam etdi. Daha doğrusu həmin vaxt söz professor Qulu Xəlilova verilmişdi. Bəlkə də Vəzirov direktor lojasına yox, bilə-bilə məhz zala nümayişkaranə daxil olmuşdu ki, yubiley iştirakçıları böyük hörmət əlaməti olaraq öz rəhbəri üçün ayağa dursun, əl çalsınlar. Amma belə olmadı.
Çıxış edənlər üçün səhnənin ortasında, “Juravlik” deyilən mikrafon qoyulmuşdu. Qulu Xəlilovla Vəzirovu iki addım ayırırdı. Qulu Xəlilov yuxarıda, Vəzirov aşağıda. Çıxışına Qulu müəllim dəvəyə məxsus bir xasiyyəti misal gətirməklə başladı. Çıxışın məğzi beləydi:
- Övladda nəvə, dövlətdə dəvə deyiblər. Dəvə yiyəsinin əlindən çox tutur. Onu isti, qumlu sahillərdən keçirir. Amma sahibinə qarşı bir dəfə çıxır - sahibi onu yerə yıxıb kəsmək istəyəndə. Sonuncu nəfəsində olsa belə, boğazına bıçaq dirənəndə özünü toparlayıb – Xxxxııı–tffu! deyə tüpürür yiyəsinin üzünə. İndi Azərbaycanın da boğazına bu cür bıçaq dirəyiblər.
Qulu Xəlilov Xxxııı-tffu deməyini təsvir etməyə heyf ki, mənim qələmimim gücü çatmır. Qulu Xəlilov sözün əsl mənasında tüpürmədi. Gündəlik həyatda etdiyimiz bu prosesi sadəcə axıra çatdırmadı. Yəni ki, tüpürcək bayıra çıxmadı. Amma ovaxtkı bu hərəkəti anlamaq üçün sadəcə hamama girib bunu təkrar edin. Yox tüpürməyin. Sadəcə bu səsi ürəkdən qışqırın və bu zaman ovcunuzua ağzınızın qabağına tutun. Nə qədər ağzınızı bağlamaq istəsəniz də, istər-istəməz əlinizə tüpürcək dənələri düşəcək. Qulu Xəlilov səhnədə yuxarıdaydı, aşağıda isə, birinci sırada Vəzirov oturmuşdu. İndi fikirləşirəm ki, ona ünvanlanan bu misalla yanaşı, tüpürcəyin xırda zərrəciklərindən də Vəzirova pay düşmüşdü.
Zaldan alqış, gurultu səsləri qopdu. Qulu Xəlilov yerinə əyləşdi. O sonuncu çıxışçı idi. Son söz isə yubilyarın idi. İsmayıl Şıxlı qırx beş dəqiqəlik çıxışının otuz dəqiqəsini dostu, qonşusu Qabilin müdafiəsinə həsr etdi. Daha doğrusu Qabilə qarşı başlanılan kampaniyanı dəf etməyə başladı. Xətt isə “sapı özümüzdən olan baltalar” idi. Əlbəttə ki, bu “sap”lar birinci sırada əyləşmişdilər. Hər dəfə İsmayıl Şıxlı bu ifadəni işlədəndə sağ əlini aşağı salaraq üfüqi surətdə soldan sağa hərəkət etdirib, sanki birinci sıranı göstərirdi. Yox, səhv etdim. Sanki yox, elə birinci sıranı işarə verirdi. İşarə vermirdi. Dəvə tüpürmüşdü, İsmayıl Şıxlı isə sapları şillələyirdi.
Çıxış bitdi. Hamı ayağa durdu. Əl çaldı. Vəzirov səhnəyə qalxmadı. Elə aşağıdan əl uzadıb İsmayıl əmini təbrik etdi və getdi. Bununla da yubiley başa çatdı.
Ertəsi gün atam Qabilin əleyhinə başlanan kampaniya dayandırıldı. Hələ bir-iki dənə xoş söz də səsləndi televiziyadan. Vəzirovun ağzına isə təzə söz düşdü. Çıxış eləyəndə fikrini tam ifadə edə bilməsə də, bircə bunu deyirdi: “Sap məsələsi”. Ləzzət eləmişdi İsmayıl Şıxlının bu hekayəti ona. Deyəsən mənasını dərindən anlamamışdı. “Sap məsələsi” ifadəsini ziyalılar, o yubileydə iştirak edənlər başa düşürdü. Amma xalq başa düşmürdü. Çünki sapı özümüzdən olan balta – Vəzirovun dilindən “sap məsələsi”ni nəinki eşitmək, SAPI yerli-dibli qəbul belə etmək istəmirdilər. Necə ki, sonda belə də oldu.
Strategiya.az
15 ilin söhbəti olar... Mahir, bir lətifə var e... eşitmisən?
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM