Atam Qabilin qəribə bir xasiyyəti vardı. Onu televiziyaya, verilişə çağıranda əksəriyyətindən imtina edərdi. Bir dəfə soruşdum ki, niyə belə edir? Cavab verdi ki, “hər gün ekranda görsənib tamaşaçıların gözünü mazol etmək istəmirəm”.
Ömrünün axırında isə bu qaydaya əməl etmirdi. Xüsusilə də AzTV-nin Ədəbi-Dram redaksiyasından nə vaxt zəng edirdilərsə, çəkilişə həmən razılıq verərdi. Fikirləşdim ki, yəqin yaşlaşıb. Ömrünün sağ çağlarını gələcəkdə ölü lentin yaddaşında yaşatmaq istəyir. Amma yenə də soruşdum. Dedi ki:
- Zəng edirlər ki, Mirzə İbrahimov, Süleyman Rüstəm, Əliağa Kürçaylı, Əhməd Cəmil və digərləriylə bağlı verilişlər hazırlayırıq. Sən də onlar haqqında xatirələrini danış. Etiraz etməyimi gördüm. Dedilər ki, Qabil müəllim o dövrdən iki-üç nəfər qalıb ki, biri də sizsiniz. Axı, biz kimə zəng edək?
Atamın bu sözlərini görkəmli şair, qonşumuz Zeynal Xəlilin 100 illiyinə həsr olunmuş xatirə gecəsində - Yazıçılar Birliyinin 39 yaşlı yeni katibi İlqar Fəhminin 40 il bundan əvvəl ölən şair Zeynal Xəlil haqqında söz deyəndə - daha dərindən başa düşdüm. Əgər buna söz demək mümkünsə. Bu çıxış onun sadəcə vəzifə borcuydu ki, qabağında plyus işarəsi qoydu. Zeynal Xəlili tanıyan, sağlığında ünsiyyəti olan, ona “Zeynal əmi” deyən qonşusu Elçin Əfəndiyev, 80 yaşlı Fikrət Qoca və Anar isə yubiley mərasimində yox idilər. Yəqin yaddan çıxarıblar ki, o dövrdən artıq bu üçü qalıb. 20-ci əsrin ortalarının ədəbiyyat tarixinin canlı ədəbiyyat nümayəndələrinin yarpaq tökümü başlanıb.
Mən isə onda uşaq idim. Qonşumuz Zeynal Xəlili Zeynal əmi, həyat yoldaşı Zəkiyyə xanımı isə Zəkiyyə xala çağırırdım. Oğlanları Rza, Etibar və qızları məndən yaşca böyük olsalar da, nəvələri Vildan, Vüqar, Aygün mənimlə həmyaşıd idilər. Həyətdə bir yerdə oynayırdıq. Zeynal Xəlil İlyas Əfəndiyevlə qapıbir qonşu idi. Çox sakit, mülayim adam idi. İlyas Əfəndiyev, Zeynal Xəlil, Mirmehdi Seyidzadə həmişə balkonda oturub küçəni seyr edərdilər. Yox, indi başa düşürəm ki, bu seyrdə fikrə dalırmışlar. Bu aləmdən onları nəvələrin şıltaqlıqları ayırardı. Hüsü Hacıyev küçəsi 19-un qabağından keçəndə sanki indi də onları balkonda oturan görürəm.
Mən balaca olduğumdan Zeynal əmini şair kimi yaxşı tanımırdım. Yəni ki, oxumağı hələ bacarmırdım. Amma atamın dediklərindən bilirdim ki, o dövrün görkəmli şairidir. Azərbaycanın Əməkdar İncəsənət xadimidir, İndinin “Şöhrət” ordeninə bərabər – SSRİ-nin “Şərəf nişanı” ordeniylə təltif olunub, şair, dramaturq, tərcüməçidir. Amma bütün bunlara baxmayaraq Zeynal əmi mənimçün sadəcə dostlarım Vildan, Vüqar, Aygünün babaları idi. Atamın kitabxanasını da avtoqrafıyla bağışladığı kitablar bəzəyirdi.
Mənim yeddi yaşım olanda Zeynal Xəlil rəhmətə getdi. Böyük izdiham vardı. Vida mərasimi ali insanlara göstərilən hörmətin təzahürü sayılan Dzerjinski adına klubda (indiki Şəhriyar mərkəzi) keçirildi. Zeynal Xəlil 2-ci Fəxri Xiyabanda dəfn edildi.
O vaxtdan bizi düz 41 il ayırır. Hüsü Hacıyev küçəsi suyu qurumuş bulağa bənzəyir. Divarlarını xatirə lövhələri bəzəyir. Bu xatirə lövhələri arasında Zeynal Xəlilin də öz guşəsi var. Amma o sənətkar xoşbəxt sayılır ki, o xalqının, insanların ürəklərində yaşasın. Bu sözü bir dostumun yanında dedim. Dedi ki, axı mən Zeynal Xəlili tanımıram. Başqa birinin yanında onun haqqında söz açdım. O da dedi tanımıram. Amma televiziyalardan birinin musiqi redaksiyasının baş redaktoru mənə “Zeynal Xəlili tanımıram” deməsinə dözmədim. İki misra oxudum.
Kimlər gəldi, kimlər getdi,
Bu dünyadan, bu dünyadan.
Üzü güldü. “Bunu Zeynal Xəlil yazıb? Bilirəm bu mahnını Mirzə Babayev oxuyurdu. İndi də gənclər oxuyur” Dedim ki, “Hə. Bunu Zeynal Xəlil yazıb, mənim Zeynal əmim”. İki misra da oxudum:
Fikrimdə aylı, ulduzlu,
Asiman var, bu gecə!
Könlümdə körpə quzu tək
Bir umman var, bu gecə!
Yenə gülümsündü. “Bunu da Zeynal Xəlil yazıb? Hüseynağa Hadıyev oxuyurdu bunu. Mahnısı da gözəldi, sözləri də”. Başqa iki misra da oxudum:
Mən səni gördüm
ay işığında
Könlümü verdim
ay işığında
“Gözəl mahnılardır”,- dedi. – “Qızıl fond”umuzdadır. Nərminə Məmmədova, Şövkət Ələkbərovanın unudulmaz ifaları”. Dostumdan bir də soruşdum:
- Bəs deyirdin ki, Zeynal Xəlili tanımıram?
Başını aşağı saldı. Bu mahnıları oxuyanların hamısını tanıdı. Adbaad dedi. Amma Zeynal Xəlilin bu gözəl şeirlərinə mahnı bəstələyən Qənbər Hüseynlini, Emin Sabitoğlunu, SSRİ xalq artisti Soltan Hacıbəyovu yadına sala bilmədi. Sanki “Hər aşığın beş günlük dövranı var” el misalı öz yerini dəyişib. Oxuyanlar yaşayır, mahnını yaradanların adı isə yaddan çıxır. Amma yaxşı ki, adları yaddan çıxsa da, yaratdıqları ürəklərdədir. Bir qonşu, şair oğlu kimi bu yazını yazdım ki, həmişə ürəyinizdə gəzdirdiyiniz, yaşatdığınız insanın adını bundan sonra heç unutmayasınız. Qonşum, şair Zeynal Xəlili. Onu da yaddan çıxarmayasınız ki, Azərbaycan ədəbiyyatı tarixində çox şair olub, onlar çoxlu-çoxlu şeir yazıblar. Amma Zeynal Xəlil kimi poeziya nümunələri yadigar qoyub gedənlər barmaqla sayılır.
Zeynal Xəlil
BU GECƏ
Füzulini anarkən
Fikrimdə aylı, ulduzlu,
Asiman var, bu gecə!
Könlümdə körpə quzu tək
Bir umman var, bu gecə!
Həmdəmim - sıldırım dağlar,
Buludlardır, bu gecə!
Qonağım qırmızı güllər,
Göy otlardır bu gecə!
Şimşəyə çaxma desəm mən,
İnan çaxmaz, bu gecə!
Araza axma desəm mən,
Bil ki, axmaz, bu gecə!
Bircə sən yoxsan, əzizim,
Bilir aləm, bu gecə!
De, neçin olmadın, ey yar,
Mənə həmdəm, bu gecə!
1964
KİMLƏR GƏLDİ, KİMLƏR GETDİ
Kimlər gəldi, kimlər getdi,
Bu dünyadan, bu dünyadan.
Arif olan nakam getməz,
Bu dünyadan, bu dünyadan.
Hər dövranda bir gərdiş var,
Min rəng çalır bu ruzigar,
Hünər göstər, bir şey apar
Bu dünyadan, bu dünyadan.
Zeynal gəzər el-obanı,
Gözəllərdir din-imanı.
Bir gün köçər öz karvanı
Bu dünyadan, bu dünyadan...
1942
AY İŞIĞINDA
Mən səni gördüm
ay işığında
Könlümü verdim
ay işığında
Tez gəldi hicran,
Ayrıldıq haman,
ay işığında.
Qov bu möhnəti,
Dağıt zülməti
ay işığında.
Bil ki, axmaz bu gecə!
Yenə gəl bizə,
Duraq üz-üzə,
ay işığında.
1955
Strategiya.az
15 ilin söhbəti olar... Mahir, bir lətifə var e... eşitmisən?
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM