Sovet dövründə dəb idi. Adla çağrılırdı maşınlar. Məsələn: “QAZ-31” almışam, “Çayka” mostuyla”. Yaxud da “VAZ 2103-dür məndə, amma 06 matoruyla”. Sonra zibilini çıxartdılar. VAZ 2106 buraxmağa başladılar, amma VAZ-2103 mühərrikiylə, yəni ki, gücü az. Bununla heç kim qürrələnmirdi. Ən yaxşısı o idi ki, maşının öz motoruyla olsun. Yəni ki, “korennoy”. Bir də görürdün ki, QAZ-2410-dur, amma buferi QAZ-3102. Yaxud da siqnalı, qabağındakı emblemi Mersedesə məxsusdur. Hətta televizorlar da sovetski olmasına baxmayaraq, yaponski trubkayla gəlirdi.
Vaxt keçdi, zaman ötdü - dünya səhiyyəsi maşınqayıranlardan, cihazqayıranlardan nümunə götürdü. Əvvəl-əvvəl plastik əməliyyatlara başladılar. Burnu kiçiltdilər, döşü, yanı böyütdülər, bədənə cürbəcür silikonlar dürtdülər. Allahın bağışladığı qabırğaları çıxarıb, incə belli qızlar yaratmağa başladılar. Sonra bir az da irəli getdilər. Qanın ağ hissəciklərindən bir dərman, qırmızı hissəciklərindən isə başqa bir əlac kəşf etdilər. Ayaqdan damar çıxarıb ürəyə yamadılar. Yəni ki, bədənin özündən “zapçast” istehsal etməyə başladılar. Sonra bir az da irəli gedib başqalarını “zapçast” etməyə başladılar. Qanlarını da sorub ehtiyacı olanlara köçürtdülər. Adlarını da donor qoydular. Səhiyyə o qədər inkişaf etdi ki, nəinki ürək, böyrək, indi qara ciyəri də transplatasiya edirlər.
Bir estrada ulduzu hər hansı bir əməliyyat etdirdikdən sonra aləmə car çəkir. Nə olsun? Çifayda? Bunu əvvəl-əvvəl etmək olmazdımı? Bəlkə kiminsə burnu balacadır, böyütmək istəyir. Estrada ulduzu, adam paxıl olmaz. Uzadardılar hər ikisini yanaşı, estradamızın görkəmli ulduzunun burnunu kəsib yapışdırardılar ehtiyacı olan kasıbın burnuna. O da sonra gedib hər yanda fəxrlə deyərdi ki, bəs mən mənəm, amma burnum filankəsindir. Köhnə dillə desək – QAZ 2410-am, amma buferim QAZ -31-dir.
Başqa əzalardan, yəni ki, döşdən, yandan danışmıram, ayıbdır. Səhiyyə dilində biabırçı çıxır. Maşın dilində deyim, çünki daha abırlı səslənir – zadni most, peredok. O qədər kasıb arıqlar var ki, kökəlmək istəyir. Estrada ulduzlarımız, niyə paxıllıq edirsiniz? Verin də öz piyinizdən, ətinizdən kasıblara – qoy bir az ətlənsinlər, buxaqları sallansın.
Deyirlər bir xəstəlik var ki, qabağın almaq olmur. İtdən keçir adama. Həkimlər qabırğalarını kəsə-kəsə gedirlər. Belə xəstələr adam deyillərmi? Onlara hansısa estrada ulduzuna lazım olmayan, kəsilib qırağa atılan qabırğa köçürülsə savab sayılmazmı?
Mən isə sağlamam. Hər şeyim özümküdür. Yəni maşın diliylə desək korennoy. Heç kimin “zapçast”ına ehtiyacım yoxdur. Yəqin ki, olmaz inşallah. Fala da baxdırmışam. Kitab açıb deyiblər ki, bəs 80 yaşı keçəcəksən. Bunu istəməsəm belə. O gün eşitmişəm ki, bəzi deputatlarımız orqanlarını vəsiyyət ediblər. O saat atam Qabilin danışdığı bir rəvayət yadıma düşdü:
“Allahın dörd mələyi olur. Mikayıl, İsrafil, Cəbrayıl, Əzrayıl. Hərəsinə bir missiya tapşırır. Təkcə Əzrayıl öz vəzifəsindən narazı qalır. Arqumenti də bu olur ki, bəs mən bu qədər insanın canını necə alacağam? Bu boyda işi necə çatdıracağam? Cənabi- Allah da cavab verir ki, narahat olma. Sənə çox da güc düşməyəcək. Biri suda boğulub öləcək, biri qəzada, o biri yanğında. Çoxu təyyarə qəzasında, hələ xəstəlikləri, epidemiyaları demirəm”. İndi mən də fikirləşirəm ki, orqanlarını vəsiyyət edənlər bütün günü ora uçurlar, bura uçurlar. Birdən təyyarə partladı. Zapçastları ələ gələcək ki, hələ bir onlardan başqa insanlara da ehtiyat hissəsi kimi istifadə etsinlər? Ona görə də işimi ehtiyatlı tutmaq istəyirəm.
Özünüz bilirsiniz də, yetim oğlanam. Nə atam var, nə anam. Nə bacım var, nə qardaşım. Yaşım da çatmır ki, yetimxanaya versinlər. Ona görə də, ay orqanlarını vəsiyyət edən bəzi deputatlarımız. Mənə heç nəyiniz lazım deyil. Öz matorum, peredokum, zadni mostum, karbiratorum yaxşı işləyir. Vaxtlı-vaxtında TO-dan – texniki baxışdan keçirirəm. Ona görə də gəlin nağd danışaq. Hərəniz üç maşınınızdan birini, dörd mənzilinizdən birini, Nabranda, İsmayıllıda, Novxanıda, Mərdəkandakı dörd bağnızdan birini, Xızıda, Masazırda, Bakıda, Çuxuryurddakı dörd torpaq sahəsindən birini, Bakıda, Sumqayıtdakı dörd obyektinizdən birini mənə vəsiyyət etsəniz, həm Allaha xoş gedər, həm də bəndəyə. Bax, buna deyərlər, nağd söhbət, donorluq. Qanın, orqanın, QHT-lər üçün pulun donorunu eşitmişdik. Gəlin siz də bu ilkə imza atmaqla donorluğun yeni növünü yaradın.
Yalan dedim? Böhtan atdım? Əsəbləşdiniz? Mənziliniz, bağınız, maşınınız, torpaq sahələriniz bundan qat-qat çoxdur? Bağışlayın. Üzr istəyirəm. Çoxdursa sağlığınıza qismət. İstəməyənin gözü çıxsın. Mən sadəcə Azərbaycandakıları saydım. Sərhədlərimizin hüdüdlarını və həddi aşmadım.
Sözlərimi oxuyub hay-həşirə düşməyin. Mən indidən danışmıram a... Öləndən sonra deyirəm. Lap pis dedim e... Gör nə arzuladım sizin kimi yaxşı insanlara. Yaxşı, eybi yox, mən şəxsiyyət vəsiqəsiylə sizin qulluğunuzda hazır. Düz deyirsiniz. Bu günün işini sabaha qoymazlar. Notariuslar hər gün işləyir. Həm də ki, savabı bu dünyada qazanın ki, Cənnətə naxodu düşə biləsiniz. Hə qaldı ad məsələsi. Bu prosesin də adını qoyaq – “Mahir donor xidməti”. İstəsəniz qanun da qəbul edin. Pis səslənmir, eləmi? Mən “Za!”, bəs siz? Orqan bağışlamaq savab işdir. Amma bir yetimi sevindirmək savabın üstünə daha bir savab yazır.
Göydən üç alma düşdü: Biri uşaqlarınızın, biri nəvələrinizin, biri də mənim. Nəticələriniz yeməsə də olar. Canları çıxsın nəvələriniz onlara da bir şey saxlasınlar.
Hörmətlə: Donora ehtiyacı olan Mahir Qabiloğlu.
Strategiya.az
15 ilin söhbəti olar... Mahir, bir lətifə var e... eşitmisən?
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM