Əvvəllər Azərbaycanın efir məkanında reklam gedərkən çox qəribə bir uyğunsuzluq vardı. Düzdür, indi də var. Amma çox cüzidir. Məsələn uşaq verilişində tualet təmizləyən kimyəvi maddənin reklamını göstərirdilər. Yaxud da idman verilişində yemək-içmək reklamı. Sonradan bu hallar qaydaya düşdü. Mətbəx verilişində yemək-içmək, uşaq verilişində əyləncə mərkəzi, yaxud da uşaq bağçası, idman verilişində fitnes, sağlamlıq mərkəzlərinin reklamları getməyə başladı.
İndi soruşacaqsınız ki, bəs özəl klinikalar niyə “Səhər” proqramlarına ayaq açdılar? Özünüzə bir sual edin: Səhər tezdən hamı işə gedir. Səhər-səhər televizora kimlər baxa bilər? Əkbəttə ki, evdar qadınlar, yaxud da imkanlı şəxslərin işləməyən xanımları. Ona görə də tükdən azad olma, gözəlləşdirmə aparatlarının, plastik cərrahların imkanları məhz bu proqramlarda nümayiş etdirilir. Yəni ki, evdə bekar oturmayın. Gəlin, gözəlləşin ki, əriniz evə qayıdanda sizi tanımasın. Çaşıb desin ki, “Həyatım, necəsən?”, yaxud da “masya, bura mənim evimdir?”
Mən köhnə televiziyonşik olduğumdan isə ümumiyyətlə televiziya verilişlərinə baxmıram. Yox, məni deyəsən düz anlamadınız. Mən demədim ki, Azərbaycan televiziyalarına baxmıram. Sadəcə həm rus, türk həm də Azərbaycan kanallarının verilişlərinə baxmıram. Çünki reklamlar və saysız-hesabsız gicgicə anonslar bir verilişə əvvəldən –axıra qədər rahat baxmağa imkan vermir. Açıram NTV-nin ortasına reklam girməyən kanallarını. Ləzzətlə tamaşa edirəm. Amma...
Səhv etmirəmsə noyabrın 5-i idi. Bərbərxanaya getmişdim. Həm bərbər, həm də yanında oturanlar ATV-də yayımlanan “Öz aramızda” verilişinə baxırdılar. Mən də məcburiyyət üzündən Zaur Baxşəliyevin bu verilişinin seyrçisinə çevrildim. Əgər mən Zauru çoxdan tanımasaydım, onun çox səviyyəsiz bir ATV əməkdaşı olduğunu bubaşdan deyərdim. Amma onun ATV-də atdığı ilk addımlarının şahidinə çevrilmişəm. Onun ilk efir işi bəstəkar, xalq artisti Vasif Adıgözəlovdan hazırladığı veriliş olub. İkinci verilişi isə atam şair Qabillə bağlı idi. Çəkiliş qrupu ilə bizə gəlmişdilər. Verilişi kimi özü də çox ciddi, mədəni və ziyalı bir təəssürat qoydu yaddaşımda. Sonralar isə ATV kanalı da dəyişdi. Rəhbərliyi, ATV ailəsinin başçıları kim idisə necə idisə, bu kanalın aparıcı uşaqları da onların güzgüləri idilər. Zaur da onlardan birinə çevrildi. Qadın müğənnilərin şifanerlərini gəzməyə başladı. Sonra özü subay ola-ola başladı evdə qarımışları, ərindən boşanmışları evləndirməyə, onlara yaşına uyğun olmayan məsləhətlər verməyə. Onları ağıllı məsləhətləriylə maarifləndirməyə. Kimi xoşbəxt elədi, bilmirəm. Amma sonda özünü “zəncirlədilər”. Allah xoşbəxt eləsin. İroniyasız, yumorsuz onu da qeyd edim ki, Zaurun “Onun yarısı” verilişlərindən birini də buraxmırdım. Çox diqqətlə baxırdım. Bu veriliş məni formada saxlayırdı. Arıqlayırdım. Çünki ət tökürdüm.
Türkiyədə yayımlanan “Mən bilməm, eşim bilir” yarışmasına bənzər verilişin aparıcısı da Zaur Baxşəliyev idi. İnsafən pis aparmırdı. Amma orda da quş buraxdı. Bir dərman vardı. Kişilərçün idi. Adını demirəm. Utanıram. Onu cavan-cavan oğlanlara paylayandan sonra bu verilişə də baxmadım. Heç olmasa yaşlı adamlara versəydi dərd yarıydı. Cavanların impotensiyaya nə dəxli? Bəlkə də var... Zaur bizdən yaxşı bilər.
Nəhayət, qayıdaq bərbərxanaya. “Öz aramızda” verilişinə. Baxanların yadına salım: Divanda bir yaşlı qadın, bir də orta yaşlı gəlin oturub. Assistent Zaura cib telefonu gətirir. Tamaşaçı yəqin bilir də telefon nə üçündür? Əlbəttə ki, danışmaq üçün. Zaur isə danışmaq əvəzinə ortayaşlı gəlini yanına çağırır. Bu vaxt studiyada film-ujas filmlərindəki mahnılara bənzər bir şeylər səslənir. Bərbərxanadakıların ürəyi başlayır əsməyə. Telefonda nəsə göstərir. O da başlayır ağlamağa. Sonra Zaur dəhşətli musiqinin sədaları altında telefonu götürüb gedir yaşlı qadının yanında oturur. Ona nəsə göstərir. Sonra operator başlayır telefonun displeyini göstərməyə. Demə oradakı kişi meyidinin fotosuymuş. Çətin idimi telefondakı şəkli kağıza çıxarmaq. Yaxşı xırdalığa varmayım. Demə həmin yaşlı qadın oğlunu axtarıbmış. Bu fotodakı guya ki, onun oğluymuş. Qadın oğlunu tanımır. Ya tanıyır, ölümünə inanmaq istəmir. Öz yuxusunu danışır ki, bəs oğlunu sağ görüb. Bu vaxt mahnı dəyişir. Yanıqlı, ağlamalı, sızlamalı bir türk melodiyası səslənir. Ana da ağlayır. Amma Zaur təkrar-təkrar şəkli ona göstərir. Sonda da deyir ki, bəs o filan yerdə vəfat edib, özü də ki, basdırıblar. Amma nə qədər edirsə ananı özündən çıxara bilmir. Yəni ki, ananın ürəyi getmir ki, getmir.
Zaur da bezir, ayağa durur. Başqa mövzuya keçid alır. Amma yaşlı qadın yenə də studiyadadır. Yeni mövzunu təqdim edəndə Zaur deyir ki, indi pozitiv bir abi-havaya yüklənək. Elə yüklənmək istəyəndə gözü divanda oturan anaya sataşır. “Ana, nəsə narahatsan?”- soruşur. Elə bu vaxt bərbər stulunda oturan mənim başlayır ətim tökülməyə. Zaur, ay rəhmətliyin oğlu, səhərdən anaya oğlunun ölü fotosunu göstərirsən – görəsən ana necə olmalıdır? Yaxşı, ya pis? Narahat yox e... ürəyi getməliydi studiyada. Bu həm də sənin verilişinin reytinqini qaldırmalıydı. (Demə ssenariyə görə ana şəkli görən kimi ürəyi getməliymiş. Buna görə də əvvəldən təcili yardım da çağrılıbmış. Ana isə dözümlü çıxıb. Amma ssenarini pozmaq olmaz. Ayıbdır)
Zaur sən də sağ ol ki, operatorla birlikdə startda dayanan təcili yardım həkimlərini studiyaya dəvət elədin. Onlar da tez anaya baxdılar. Bir on-on beş dəqiqə də dəhşətli musiqinin sədaları altında bərbərxanada oturanlar gözlərini də qırpmadan həyəcanla bu mənzərəyə tamaşa etdilər. Sən də sağ ol ki, verilişi, bütün işini-gücünü atıb gəlib oturdun ananın yanında. Onu bu ağır dəqiqələrdə tənha qoymadın.
Zaur, bu dəm mən bilirsənmi bərbərxanadakılara nə dedim? Dedim ki, baxarsınız yaşlı ananı studiyadan xərəklə çıxaracaqlar. Amma elə olmadı. Verilişin vaxtından beləcə on beş dəqiqə siləndən sonra, ana heç nə olmamış kimi ayağa durdu və studiyanı tərk etdi. Mən isə pərt oldum. Sən Allah, Zaur, xərək məsələsi yadından çıxmasın, elə daha təsirli alınardı.
Bu dəm reklam şitləri görüntüyə gəldi. Sağ ol yenə də. Məsləhət gördün ki, Sedaflor sakitləşdiricisi içək. Xeyir ola? Sən bizi niyə şoka salmalısan ki, biz də gedək dərman alaq? Yaxşı ki, narkotik-nəşə satmaq qadağandır, cinayətdir. Yoxsa ki, bunların reklamı üçün ən gözəl veriliş Zaurun “Öz aramızda”sı olardı.
Zaur, incimə. Sən tək deyilsən. Bütün kanallarda sənin verilişin kimi verilişlər var. Hamısı da şoka salır, ağladır. Başqalarını deyə bilmərəm. Amma sənin əsəblərin çox kövrəkdir. “Evlənmə verilişi”nin sonunacan dözmədin – evləndin. Qorxuram ki, bu verilişlərdə də o qədər şok yaşayasan ki, axırda heç Sedaflor da kömək eləməz. Bədniyabətliyindən əl çək. Ailəni və ATV-ni yetim qoyma. Bunu heç kimə demə ya... Səni istəyib məsləhət verirəm. “Öz aramızda”.
O ki qaldı Azərbaycan televiziyalarına. Mən heç vaxt onlarda təqsir axtarmamışam. Efirdə gördüklərimiz öz televiziyalarının güzgüsüdür. Televiziyaları ayrı-ayrılıqda ailə adlandırsaq: “Ailə, ailə başçısı necədirsə, onu güzgüləri də elə bu gündə olmalıdırlar”.
Strategiya.az
15 ilin söhbəti olar... Mahir, bir lətifə var e... eşitmisən?
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM