Azərbaycan Respublikasının Əməkdar müəllimi
Orxon -Yenisey, ərəb, latın, rus və yenə də latın əlifbalı yazımız və yaxud
bu yazıların səsi olan səsimiz , avazımız
1994-cü ildən YUNESKO xətti ilə hər il oktyabrın 5-də Beynəlxalq Müəllimlər Günü, 2000-ci ilin fevralın 21-dən isə Beynəlxalq Ana Dili Günü keçirilir. Bu tarixlər cəmiyyətin ən aparıcı qüvvələrindən hesab olunan dünya müəllimlərinin hesabat günü kimi də başa düşülə bilər: müəllimlər bu gün həm hesabat verir, həm də görüləcək işlərini planlaşdırırı. Müəllimlik çətin işdir, amma şərəfli sənətdir. Müəllim tərbiyəçidir, doğru yol göstərəndir. Əsl müəllimlər doğru yol göstərənlərdir. Mən çox məmnunam ki, yaxşı müəllimlərdən dərs almışam: Zərxanım müəllimə, Fərhad müəllim, Samət müəllim, Tofiq müəllim...
Azərbaycan dilini mənə körpəlikdən nənəm öyrədib. O, mənim ən böyük həyat müəllimim olub. Məktəb təhsili yox idi, amma xalq ədəbiyyatının bilicisi idi, sözün semantik məna növlərini incəliklərinə qədər bilirdi. Sözdən söz çəkə bilirdi, ona yalan demək mümkün deyildi. Nəvələrinə gün ağlamağı bacarırdı. Dediyi sözün ağası idi. Şamaxıda - Azərbaycanın qədim paytaxt şəhərində böyüdüyündən kübar cəmiyyətin qayda-qanunlarına bələd idi. Sözün yerini və vurğusunu yaxşı bilirdi. Yaxşı hafizəsi vardı. Radioda bir dəfə eşitdiyi tamaşanı yadında yaxşı saxlayırdı. Üzünü görmədiyi şair Seyid Əzim Şirvanidən, qızları ilə rəfiqə olan şair Mirzə Ələkbər Sabirdən şeir deməyi bacarırdı.
Mən keçən il Beynəlxalq Müəllimlər Gününü yüksək ovqatla qarşıladım; keçən il ərzində Azərbaycanda və Türkiyədə yüzdən artıq elmi, elmi-metodiki, elmi-publisistik məqaləm çap olunub. Bu yazılarda Türkiyə-Azərbaycan ədəbi əlaqələri, mətbuat tarixi, uşaq mətbuatı, dilçilik məsələləri, ədəbi növlər və janrlar, maarifçilik məsələləri, məktəb tarixi, dərslik tarixi, qabaqcıl milli ziyalıların həyatı arxiv materialları əsasında işıqlandırılıb. Yazlarımın hamısı dərs proqramları və kurikulum sənədləri ilə ölgilidir,bağlıdır. İndi material toplamağa nə var ki... Vaxtilə mən bir faktı dəqiqləşdirmək üçün Bakıdan Leninqrada(lap əvvəlki v indiki Sankt-Peturburqa getmişdim-N.N.). Yazılarımla maraqlananlar "Azərbaycan məktəbi " , "Təhsil ", "Sənətkar", "Kəlam" , "Milli Azərbaycan Tarixi Muzeyi" adlı jurnal və məcmuələrə , "Təhsil probleməlri ", "Ziya " , "Kaspi ", "Olaylar" və s. qəzetlərə, Ankaradan bütün dünyaya yayımlanan "HALDUN CEZAYİRLİOĞLU Koleksiyonu"na internetdə axtarış verib baxa bilərlər.
Bunu ona görə yazıram ki, bəzən görülən iş kölgədə qalır, ünvanına çatmır, yazılanlar ziyalıların mütaliə dairəsinə daxil olmur, çox danışıb az iş görənlər irəli atılır, nahaq haqqı üstələyir.
Dünyanı hər cür fəlakətdən elm, maarif, ulularımızın işıqlı fikirləri xilas edəcək. Biz müəllimlər bu yolda hələ çox işləməliyik. Övladlarımıza baba və nənələrimizin danışdığı Azərbaycan dili ilə yanaşı, dünyanın aparıcı dillərini - ingilis, alman, fransız, ərəb dillərini də öyrətməliyik. Biz Azərbaycan dili ilə qohum olan digər türk dillərini - Türkiyə türkcəsini də, qazax, özbək dillərini də öyrənməliyik. Dil olmasa, yaxşı həyat da, tərəqqi də olmayacaq. Övladlarımıza qayğı göstərmək, onların fikirlərinə hörmətlə yanaşmaq, sözlərini dinləmək, incələmək lazımdır.
Mən bir dilçi mütəxəssis, türkoloq kimi dilimizin bugünkü vəziyyətindən gileyliyəm. Biz dilimizin100 il bundan əvvəlki yazısını oxuya bilmirik,çünki ərəb əlifalı yazımızı oxuya bilmirik. Deməli, biz babalarımızın baş daşını da oxuya bilmirik.Bugünkü onuncular rus əlfbalı yazılarımızı höccələyə-höccələyə oxuyurlar. Türk dillərinin ulu yazısından-Orxon-Yenisey abidələrihaqqında bildiklərimiz ümumi sözlərdir: " Orxon-Yenisey abidələriqədim türklərin daş abidələridir. Fonoqrafik yazı nümunəsidir. Bu yazıda hər danışıq səsini ifadə edən hərflərdən istifadə olunmuşdur ".
Nənəsi ,babası dünyadan köçənlər, eləcə də, nənə-babalarına qulaq asmayanlar dili cizgi filmlərindən, tərcümə kitablarından, internet səhifələrindən öyrənirlər. Təəssüf ki, hələ də hər ailədə milli dil mühiti yoxdur. Hələ də ana laylası and nəğmələrimizə çevrilməyib. Hələ də uşaqlarımızın ən ağıllı qəhrəmanı Cırtdandır. Gerçək qəhrəmanlarımız isə yada düşmür. “Dədə Qorqud” eposunun uşaq qəhrəmanlarını hələ də tanımırıq. “Leyli və Məcnun”, “Xosrov və Şirin” böyüklər üçündür. Uşaqlarımıza türk dünyasının düşüncə tərzinin kitabları lazımdır. Bu günün uşaqları sözün lüğəvi mənasını bilməyəndə kəkələyirlər. Nitqimizin avazı yoxdur. Orfoepiya - dilçiliyimizin Axilles dabanıdır. Bəzən danışanda gülməli görünürük.
Dilə münasibətdə qorxulu bir məqam da diqqəti cəlb etməkdədir. Xarici olkələrdə oxumağı qərqra alan bəzi uşaqların valideynləri ana dilinin yox, ingilis dilinin öyrənilməsinə daha böyük maraq göstərirlər. Mənə elə gəlir ki, xarici ölkələrə oxumamağa göndərilənlər mütləq Azərbaycan dilindən və ədəbiyyatından testlər və esselər vasitəsilə imtahan verməlidirlər.
Hələ də ibtidai məktəb şagirdlərinin böyük əksəriyyətinə dilimizin orfoqrafik və orfoepik vərdişlərini öyrədə bilmirik. Nitqimizin əsasını təşkil edən nəqli cümləmizin intonasiyası bərbaddır. Əlbəttə, bu məsələdə ən böyük problem ibtidai məktəb proqramındadır. Müəllimlərin nitq mədəniyyətini yüksəltmək lazımdır. Bu günün müəllimi dialekt dilində danışır. Hətta yuxarı sinif müəllimləri də orfoepik vərdişlərə hələ tam yiyələnməyiblər, çünki mükəmməl orfoepiya lüğətlərimiz yoxdur.
Nəhayət, Azərbaycan dilinin orfoqrafiya lüğətinin ilk nöqsanlı nəşrindən 9 il sonra -2013-cü ildə yeni nəşrinin sorağını eşitdik. Bu lüğətin hazırlanmasına böyük qüvvə sərf olunub, bir sıra bacarıqlı mütəxəssislər əməkdaşlığa cəlb olunub. Təəssüf ki, yeni nəşr hər ailənin kitabxanasına yol tapa bilməyib,çünki qiyməti bahadır. Yeni nəşrin məziyyətləri ilə hamı tanış deyil. Çoxları indi ancaq yeni qayda kimi "fel"in "feil" şəklində yazıldığını bilir. Orfoqrafiya lüğəti hər bir ailənin stolüstü kitabı olmalıdır.
Məncə , hələ bir sıra sözlərin yazılışının və dil qaydalarının yenidən müzakirəsinə ehiyac vardır. Biz hələ "nənə" sözünün yönlük haldakı orfoepiyasını müəyyənləşdirə bilməmiçik. Orfoqrafiya qaydalarının təkmilləşdirilməsinə böyük ehtiyac var. Radio və televiziya verilişlərinin dilinə nəzarət tamamilə unudulub. Bu sahədə hərc-mərclik var; heç kəsdən məsuliyyət tələb olunmur. Bəzi məmurlar cəm şəkilçisini ahəngə görə uyğunlaşdıra bilmir: “ vasitələr” - “vasitəlar”, “kliplər” - “kliplar”, “artikllər” - “artıkıllar” şəklində tələffüz edilir. “Farfor” sözündə vurğunu ikinci hecaya atırlar, “yarmarka” sözündə sonuncu hecaya düşdüyünü zənn edirlər.
“Arzu etmək” felinin paradiqmasının tələffüzündə ( burada: şəxsə görə dəyişməsində) bəzi ziyalılarımız 6 dəfə çaşırlar. “Deyil” sözünün “degil”, “döyül”, “dəgil”, “döyü” variantlarından hətta ziyalılarımızın da nitqində rast gəlinir.
Dərsliklərimiz də yaxşı vəziyyətdə deyil. AMEA Nəsimi adına Dilçilik İnstitutu dil dərsliklrinə nəzarət edə bilmir.Onları narahat edən orta məktəb müəllimlərinin metodik hazırlıqlarının aşağı səviyyədə olmasıdır.Əlbəttə, bu narahatlıq başa düşüləndir. Faktları qeydə almaq ümumi işin bir tərəfidir. Əsas məsələ əlbirlik və çətin məsələlərdə dil birliyidir. Ölkənin sərəfraz müəllimləri çoxdur. Onların bilik və bacarıqlarından istifadə olunmalıdır.
Biz bu gün ortaq dilində dərslik yazmaq barədə fikirləşməliyik. Əlbəttə, mən də bir sıra türkoloqlar kimi o fikirdəyəm ki, ortaq türk dili Azərbaycan dilində yazılmalıdır. Azərbaycan dilinin özəlliyi də, gözəlliyi də buna geniş üfüqlər açır. Bu fikrə razı olmayan türk qardaşımız varsa, qoy ortaq türk dili kimi öz türkcəsinə əsaslansın. İmtahan üçün "Dədə Qorqud dastanları"na müraciət edək. Onlara bu eposdan kiçik bir mətn verək.
" Gecə yaturkən Qaracıq Çoban qara qayğulu vaqeə gördi.Vaqeəsindən sərmərdi uru turdu.Qabancücü,Dəmirgücü - bu iki qardaşı yanına aldı .Ağılın qapısını bərkitdi. Üç yerdə - dəpə kimi taş yığdı, ala qollı sapanın əlinə aldı ".
Türkdilli qardaşlarımızın Dədə Qorqud eposundan - bu məşhur ümumtürk dastanından seçilmiş bu sözləri başa düşəcəklərinə şəxsən mən o qədər də inanmıram:
Azərbaycanlıların çoxu isə bu sözləri başa düşür, incələyir və buradakı hər sözü çözəliyə bilir. Bu,faktdır.Faktdan da qaçmaq olmur.
Türkdilli məktəblilərin birgə fəaliyyətinə yönələn maarifçilik tədbirlərimiz , demək olar ki, yoxdur. Halbuki bu, günün tələbidir.
Bu günlərdə şagirdlərimin birinin essesində maraqlı bir fikirlə rastlaşdım. Şagird orta məktəblər üçün hazırlanmış Tarix dərsliyinə əsaslanaraq,Azərbaycan dilininə Avropa alimlərindən birinin verdiyi yüksək qiymətdən fərəhlə söz açırdı.
Faktı dəqiqləşdirmək üçün mənbələrə müraciət etdim,araşdırmalar apardım. Görkəmli alman alimi, dilçisi, din tarixçisi, Leypziq Universitetinin məzunu və sonralar bir sıra nüfuzlu universitetlərin professoru olan FRİDRİSH MAX MÜLLERin Azərbaycan dili haqqında yüksək fikirləri məni də çox fərəhləndirdi və qürurlandırdı. F.M.Müller (1863-1900) yazırdı ki, elə bil dünyanın bir çox alimləri bir yerə yığışaraq Azərbaycan dilini - dünyanın ən mükəmməl, ən gözəl dilini yaratmışlar.
Bu fikrin orijinal variantını-alman dilindəki variantını mütləq tapıb elmi ictimaiyyətə çatdırmaq lazımdır.
Bugünkü türk dünyasının ortaq türk dilinə ehtiyacı vardır.Eşitdiyimə görə bu istiqamətdə müəyyən işlər görülməkdədir. Ortaq türk dili yaradaraq, bütün dünyanı gəzib-dolaşmaq mümkündür. Bu məqsədlə ortaq türk dilləri üçün minimum sözlük - ən çox işlənməsi məsləhət görülən lüğət -TEZLİK LÜĞƏTİ yazmaq lazımdır. Lüğətə artıq çoxdan milliləşən alınma sözləri də daxil etmək məsləhətdir. Ortaq türk dilinin minimum sözlüyü üçün seçilən sözlərin rus və ingilis dilində tərcüməsi verilməlidir ki, ondan istifadə etmək mümkün olsun. Bu lüğət üçdilli linqvistik (filoloji) lüğət olmalıdır. Mənə elə gəlir ki, bu kitabın çapını ölkəmizdəki fondlardan biri öhdəsinə götürə bilər. Burada heç kəs unudulmayacaq. Qazanan xalq olacaq. Bu iş tarixdə adı qalan işlərdən biri kimi dəyərləndiriləcək.
Burada maraqlı bir fikir yadıma düşdü. Gənclik illərimdə "Elektrik beyni ilə söhbət" adlı bir kitab oxumuşdum. Buradakı bir məqam hələ də yadımdadır:" İngilis fermeri 50 sözün köməyilə ona tabe olan, onun himayəsinə sığınan xarici ölkə qulluqçu ilə danışa bilir".
Bəs bizə ortaq türk dili üçün neçə söz lazımdır?
Lüğətdə əvəzliyin mənaca bütün növlərinə aid sözlər öz yerini tapmalıdır. Minimum sözlük lüğətində türk dillərinin əksəriyyəti üçün aydın olan sadə quruluşlu 100 ümumişlək fel, məktəb və maarifə aid 200 isim, məişət dilində ən çox işlənən 200-ə yaxın əşya adı, 25 rəqəm adı (bir, iki, üç, dörd, beş, altı, yeddi, səkkiz, doqquz, on, iyirmi, otuz, qırx, əlli, altmış, yetmiş, səksən, doxsan, yüz, min, milyon, milyard, trilyon, kvadrilyon, kvintilyon), sifətə aid 20-30 söz öz əksini tapmalıdır. Başqa sözlə, lüğətdə ilkin mərhələ üçün 600-700 sözün yerləşdirilməsi məqsədəuyğundur.
Lüğətdə müəyyən paradiqmaların yerləşdirilməsi də vacibdir: zaman şəkilçilərinin şəxsə görə dəyişilməsi, mənsubiyyət şəkilçilərin paradiqması, fel şəkillərinin müqayisəli təqdimatı və s.
Bu gün türk dünyasına, türk uşaqlarına XIX əsr maarifçiləri Səid Əfəndi Ünsizadə, Rəşid bəy Əfəndizadə, Sultan Məcid Qənizadə kimi ziyalıların dərslik, müntəxəbat və lüğətləri daha faydalı görünür.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM