Yazıma seçdiyim başlıq mənə aid deyil. Atam Qabilin eyni adlı, 7 bəndlik şeirindən götürmüşəm bu adı. İlk və son şagirdləri, Yardımlının loğmanları Zeyni Adiyev və Şahbaz Əkbərova həsr etmişdi bu şeiri. Hər dəfə Yardımlıya gedəndə, onlar görüşünə gələndə uzaq 1948-49-cu illəri, Yardımlıda müəllimlik etdiyi günləri yadına salardı.
Yaxın gəlin mənə bir az,
Kövrək ötür sinəmdə saz.
Ey ilk və son şagirdlərim,
Həm sevincim, həm kədərim, -
Doktor Zeyni, doktor Şahbaz!
Mən lap cavan, siz lap uşaq...
Geri dönək, geri uçaq...
Zəng səsləri... tanış avaz...
“Çapayev”i əzbər desin
Doktor Zeyni, doktor Şahbaz!
Bu xatirələrin içində məzəli əhvalatlar da vardı. Onlardan birini qələmə almağa qərar verdim.
Aş
1948-ci ildə APİ Lenini bitirən, şəhər uşağı olan Qabilin təyinatını verirlər ucqar dağ rayonu olan Yardımlıya. Üç yol maşını – avtobus, yük maşınının kuzovunda – dəyişə-dəyişə, nəhayət gəlib çıxır Yardımlıya. Başlayır Fəzail Əkbərovun (sonralar quda oldular) direktor olduğu orta məktəbdə Azərbaycan dili və Ədəbiyyat fənnindən dərs deməyə.
Yardımlı camaatında elə indinin özündə də müəllimə, elmə, biliyə böyük diqqət və hörmət var. Birinin uşağı ali məktəbə girə bilməyəndə xəcalətindən bir ay rayon mərkəzinə çıxa bilmirmiş. Müəllim cavan olsun, ya qoca küçəylə gedərkən, oturan ağsaqqallar da hörmət əlaməti olaraq ayağa durub, “Salam, müyəllim. Necəsən?” deyə hal-əhval tutarlarmış.
Kənara çıxan ev uşağı ilk növbədə nə üçün darıxar? Əlbəttə ki, evdə bişən yeməkləriyçün. Günlərin bir günü əlaçı şagirdlərindən olan Zeyni Adıyev müəllimi Qabilə yaxınlaşır.
- Qabil müəllim, atam sizi evimizə qonaq çağırır.
- Gələrəm, - deyə Qabil fikirləşmədən əlaçı şagirdinə cavab verir.
- Müəllim, atam soruşdu ki, müəllimin ürəyi nə istəyir desin. Onu da bişirək.
- Aş, - deyə Qabil fikirləşmədən cavab verir.
Razılaşırlar ki, bəs səhəri günü axşam atası Buludxan onun arxasıyca yaşadığı evə gələcək. Səhər açılır. Zeyni yenə də Qabilə yaxınlaşır.
- Müəllim, atam soruşdu ki, təkcə aş istəyir? Yeməklərdən başqa nə olsun?
- Heç nə. Ancaq aş istəyirəm. Çoxdandır ki, aş yemirəm.
Zeyni duruxsa da, heç nə demir. Axşam olur. Vədələşdikləri kimi Qabil şagirdi Zeyninin qonağı olur. Süfrə açılır. Ortaya kasalarda dovğa gəlir. Qabil heç nə demir. Hörmət əlaməti olaraq dovğadan bir-iki qaşıq yeyir. Başlayır aşı gözləməyə. Zeyninin atası soruşur:
- Müyəllim, daha yemirsən?
- Yox. Bəsdir.
Bunu deyən kimi başlayırlar süfrəni yığışdırmağa, ortaya şirni düzməyə ki, bəs çay versinlər. Qabil də çaş-baş qalır ki, qonaq dəvət eləməkləri nədir, süfrəni yığışdırmaqları nə. Dözməyib soruşur:
- Bəs özünüz əvvəlcədən soruşmuşdunuz, mən də aş demişdim. Bəs Zeyni sizə deməyib?
- Müyəllim, deyib, - deyə Buludxan kişi dillənir. – Biz də bişirmişik.
- Bəs hanı?
- Müyəllim, bəs indi yediyin nə idi? Aş idi də. Deyəsən dadsız çıxmışdı, xoşuna gəlmədi. Bir-iki qaşıq yedin, day istəmədin.
- Mən dovğa istəməmişdim, mən aş istəmişdim.
Sonradan məlum olur ki, Yardımlıda aş ayran aşına, yəni bakılıların dilində desək dovğaya deyirlər. Qabilin nəzərdə tutduğu yemək isə yardımlıların dilində “plov”dur. (Bakılılar plova aş deyirlər) Ona görə də Qabil aş yemək istədiyini deyəndə şagirdi Zeyni duruxub qalıbmış. Atası Buludxan da onu ikinci dəfə məktəbə göndəribmiş ki, get müəllimdən bir də soruş. Aş-plov məsələsi o vaxtdan yaddaşlara yazılan ən gözəl xatirələrdən birinə çevrilmişdi.
Strategiya.az
15 ilin söhbəti olar... Mahir, bir lətifə var e... eşitmisən?
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM