(Dostum İbrahim Ömərovun vəfatının ildönümünə buraxılan “Ağlın zirvəsində sönən bir çıraq” adlı xatirə kitabını varaqlayarkən)
Xatirə kitabları. Düzünü desəm sevmirəm bu kitabları. Çünki hamısı monotondur. “Gözəl insan idi. Qayğıkeş ailə başçısı, yaxşı oğul, yaxşı ata, gözəl dost” – bundan bir addım da irəli getmir ölən şəxs haqda xatirə kitabları. Başqa nə yazasan ki? Sadəcə deyiləsi başqa söz tapmırıq. Çünki belə görmüşük. Bu kitabların qəlibi əvvəldən belə tökülüb. Başqa bir tərəfdən mərhumun ildönümünə tərtib olunan bu cür kitablar da hər mərhumla bağlı hazırlanmır, çap edilmir. Çünki həmin insan haqqında yazmaq üçün onun şəxsiyyət, ağsaqqal, sənətkar, görkəmli alim, şair, yazıçı, dövlət xadimi olması gərək. Yaşı da ki, 60-dan yuxarı.
Atam Qabilin il mərasimində Yazıçılar Birliyi Sona Xəyalın tərtibçiliyi ilə “Qabilli, Qabilsiz günlər” adlı kitab çap etmişdi. Ordan yalnız bir-iki xatirəni oxuya bildim. Nə oxuyaydım ki? Atamı insan və şair kimi mənə tanıtdıracaqdılarmı? Xatirə kitabları sadəcə kitabdır. Dünyadan köçənə hörmət, yaxınlarına isə təsəlli.
Amma dostum İbrahimin vəfatının ildönümünə buraxılan ”Ağlın zirvəsində sönən bir çıraq” (“Bakı Çap Evi” nəşriyyatı) adlı xatirə kitabı mənim bütün təsəvvürlərimi alt-üst etdi.
Çox yox. Cəmi 37 il ömür sürəsən və sənin haqqında dostların, doğmaların, lap iki-üç dəfə görüşdüyün insanlar SÖZ yaza bilə. “Söz”ü özüm böyük hərflə yazdım. Çünki bu kitabda cümlə yox, hər bir söz təkrarsız və qiymətlidir. İbrahim Nizami oğlu Ömərova layiqlidir.
250 səhifəlik kitab və ya İbrahim institutu bitirəndən sonra yaşadığı on beş illik şüurlu ömrə verilən yekun qiymət. Fikirləşirəm, görəsən Allah 70-80 il ömür versəydi, onun haqqında yazılanlar neçə cildə sığardı? Müəlliflər siyahısına baxıram. Millət vəkili, professor, alim, aparıcı jurnalistlərimiz, sadə insanlar, qohumlar. Hələ tam deyil bu siyahı. Neçə-neçə dostunun, iş yoldaşının onun ölümündən sonra göz yaşları qurumasa da, qələmlərinin mürəkkəbi quruyub. Təqsirkarsa feilin keçmiş zamanıdır. Onun haqqında keçmiş zamanda yazmaq çox çətindir.
Mən bu kitabın redaktoru, ön sözün müəllifi və tərtibçisi professor, dostumuz Buludxan Xəlilovun və ideya rəhbəri, İbrahimin xanımı Elnarə Ömərovanın yerində olsaydım hisslərini varağa köçürə bilməyən insanların da adlarını, şəkillərini o kitaba salardım. Sadəcə onlara ayrılan hər səhifədə böyük, qara hərflərlə bir SÖZ yazardım: “SÖZSÜZ”. Çünki qiyməti olmayan hər hansı bir sənət şedevrini qiymət cədvəlində rəqəm tapa bilməyəndə “QİYMƏTSİZ” etalonuyla qiymətləndirirlər. Bəs söz tapa bilməyəndə necə? Əlbəttə ki, “SÖZSÜZ”. Axı belə məqamlarda SÖZ də qiymət etalonudur. Bəs qələmi olmayan, İbrahimi sevən digər sadə sənət sahibləri, insanlar istəməzdilərmi ki, bu kitabda adları və şəkilləri getsin? Əlbəttə ki... belələri yüzlərlədir.
Bu kitab bir xatirədir. Kitab rəfimizi bəzəyən xatirə yox. Ömrümüz boyu ürəklərimizdə gəzdirəcəyimiz xatirələr. İbrahimlə bizi isə yalnız bir şey fərqləndirir. Kitab da elə bu cümlələrlə bitir. Həyat yoldaşı Elnarə Ömərovanın sözləri hamımızın sözüdür: “...hər dəfə ananla, uşaqlarla “yeni mənzilinə” baş çəkəndə dostlarının gətirdiyi gülləri görürəm. Onlarla qarşılaşıram. Unutmayıblar, unutmurlar... Hər şey eynidi... baxışların, duruşun, təkcə görüş yerin dəyişib. Biz ağlayırıq, sən gülümsəyirsən...
Artıq sənin üçün dayanan zaman
Mənimçün dolanır...
Gün olur axşam.
Vaxt keçir... sən məndən uzaqlaşırsan
Mən sənə günbəgün yaxınlaşıram”.
P.S. Bu qədər İbrahim. Bu da dostun Mahirin sənin haqqında yazdığı növbəti SÖZ. Yeni zaman kəsiyində, yeni dostlarınla, biz dostlarsız qeyd etdiyin 1 yaşın mübarək! Yekə oğlan olasan!
Strategiya.az
15 ilin söhbəti olar... Mahir, bir lətifə var e... eşitmisən?
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM