Müəllim. Deyirlər ki, bu ad müqəddəsdir. Deyirlər ki, bu peşə müqəddəs peşədir. Ən böyük dahini də müəllimlər yetişdirir. Deyirlər. Deyirik. Sadəcə “deyirlər”, sadəcə “deyirik”. Günlər bizi sovet dövründən uzaqlaşdırdıqca, müstəqilliyimizin dərinliklərinə irəlilədikcə bunu lap tez-tez deyirik. Maraqlısı budur ki, deməklə yanaşı dediyimizə inanırıqmı? Əməl edirikmi?
Mən elə bir məktəbi bitirmişəm ki, o, Zaqafqaziyada yeganə ordenli məktəb olub. Sona Tağıyeva, Sosialist Əməyi Qəhrəmanı Zərbəli Səmədov, Sadıq Məmmədzadə, Ramizə İsmayılova, Şəfiqə Əliyevanı, 190 nəmrəli məktəbi bütün Azərbaycan tanıyırdı. Anam Hacıbəyim Rəhimova 1943-ci ildə kişi müəllimlər müharibəyə çağrıldığından 13 yaşından kiçik siniflərə müəllimlik etməyə başlayıb. 11 illik təhsil sistemindən 10 illik təhsil sisteminə keçid üçün təşkil olunan eksperimental sinfin rəhbəri olub. Atam da müəllim olub. Cəmi iki il. Özüm də müəlliməm. Daha doğrusu diplomumda filoloq ixtisasıyla yanaşı, Azərbaycan dili və ədəbiyyat müəllimi ixtisası da əlavə yazılıb. Niyə? Çünki o vaxt Azərbaycan Dövlət Universitetinə tələbə qəbulu elmi işçi ştatına təlabatdan qat-qat yuxarı idi. İşsiz qalmayaq deyə müəllimliyi DƏ ora əlavə etmişdilər. “Də”ni təsadüfən böyük yazmadım. Çünki bu gün bu hal müəllimli ixtisasına aiddir. Bu gün müəllim yetişdirən ali məktəblər, məzunların iş tapması üçün diplomda müəllim ixtisasının yanına hansı ixtisası əlavə yazırlar görəsən? Görəsən Azərbaycanda Müəllimlər institutunun və özəl məktəblərin buraxdığı müəllimlər ordusuna ehtiyac, təlabat varmı?
Nə isə. Vaxt keçdi sovet dağılmağa, pis, qarmaqarışıq dövrlər başladı. Soveti dağıtmaq üçünsə ilk növbədə qara əllər onun təhsilinə uzandı. Yox, uzanmadı. Özümüz əl uzatmağa başladıq. Hər şeyə xərcləməyə pul tapdıq. Amma acından ölən məktəbə, müəllimə süpürgə pulu qədər əl uzatmağa pul tapmadıq. Bir şirvanı, hansısa 5 məmmədi verəndə, bunu bütün aləm bildi. Müəllimdən xalq da, boş büdcəmiz də üz döndərdi. Amma ən dəhşətlisi isə müəllimin xalqdan üz döndərməsiydi. Bu da baş verdi. Müəllim ilk növbədə aldığı müəllimlik peşəsinə hörmətlə yanaşmadı. Ən ucqar dağ kəndində, rayonda ona ehtiyac duyulduğu halda ora can atmadı. Arqumentləri isə tutarlı və güclü oldu. Haqq etmədiyi və aylarla gecikdirilən müəllim maaşına acından ölmək istəmirdi. Başladı xarici ölkələrə gedib defisit mallar gətirib alver etməyə. Kommersiya dükanları açıb satıcılıq eləməyə. Taksi sürməyə. Hansı yollara getmədi müəllimlər və gələcəyin müəllimləri. Acıdıqmı onlara? Fikirləşdikmi ki, xırda maaşa necə dolanır, nə yeyir, nə içir? Balalarına nə yedizdirir? Əyninə təzə paltar alıb, səliqəli geyimiylə şagirdlərinə nümunə ola bilirmi? Sonu isə acınacaqlı oldu. Məhz müəllimlər süpürgə pulunun əvəzini artıqlamasıyla çıxdılar sizlərdən, bizlərdən. Uşaqlarınıza lazımınca dərs keçmədilər. İmkanı olanlar ciblərinin ağzını açıb, imkanı olmayanlar isə uşaqlarının, özlərinin boğazlarından kəsib əlavə müəllimlər tutdular. Yenə də həmin müəllimləri. Əvvəl-əvvəl ali məktəbə hazırlaşmaq üçün 10-11-ci siniflərdə uşaqlarımızı əlavə müəllim yanına göndərdik. İndi isə 1-ci sinifdən müəllim tutmaq artıq dəb halını alıb. Yox düz demədim, sadəcə məcburuq buna. Çünki biliyə, savada diqqətli olsaq da, müəllimə, müəllim sənətinə hörmətimiz yoxdur. Bu azmış kimi, müəllimləri borclu da çıxarırıq. Deyirik ki, “maaş azdır? Kim onları məcbur edir ki, müəllim işləsinlər. Bu yolu seçiblərsə, canları çıxsın təmiz işləsinlər”. Düz də deyirik. Amma dediyimizə inanmaya-inanmaya düz danışırıq. Kənarda isə “Bu sənət sahibləri qəribə insanlardı e... adam da 200 manata görə müəllimlik edər? Bunların əsəbləri dəmirdəndir vallah” söyləyirik.
Bu illər ərzində müəllimlərə çox zərbə vurdular. Onları qeyri-obyektivlikdə, rüşvətxorluqda, tərəfkeşlikdə ittiham edib, qəbul imtahanlarından uzaqlaşdırdılar. Sonra isə ümumiyyətlə imtahan üzünə həsrət qoydular. Uşaqlarımıza dərs deməyi onlara həvalə etdilər, amma imtahan götürməyi yox. Tam məntiqsizlik. Son illər isə orta məktəblərdə buraxılış imtahanlarına da onlar buraxılmadı. 11 il ağaca qulluq elədilər, barını isə TQDK saf-çürük etdi. Əksəriyyət məzunlar isə çürük çıxdı. Səbəbkar isə təbii ki, müəllimlər idi. Biz müəllimə son 25 ildə necə zərbə vurmuşduqsa, bumeranq kimi qayıdıb dəydi özümüzə. Ən dəhşətlisi isə - gələcəyimizə.
Bu qədər, hörmətli həmvətənlərim. Siz də öz misallarınızı mənim yazdıqlarımın yanına düzüb bir suala cavab tapın:
Hadı Rəcəblinin “müəllimi” nə edir? Bu həmin kənd müəllimidir ki, elə indi də sovet vaxtındakı qədər maaş alır. O elə həmin müəllimdir ki, külfət sarıdan maşşalla həmişə varlı olub. Bu elə həmin müəllimdir ki, öz sənətini sevir, uşaqlara bilik verir, kəndin tozlu küçələriylə addımlayanda yenə də kiçikdən böyüyəcən ayağa qalxıb “salam, müəllim” sözlərini eşidir. Dərsdən sonra saxladığı təsərrüfatla məşğul olur, arıçılıq edir, bal satır, mal-qara bəsləyir, ailəsinin ehtiyaclarını ödəyəndən sonra əlavə qatıq, süd, yumurta, nehrə yağını gizlincə satışa çıxarır. Müəllimliyi oxumamışdan qabaq babasından öyrəndiyi bənnalıq, xarratlıq, dülgərlik, arıçılıq, dərzilik sənətini də unudulmağa qoymur. Bu ona əlavə çörək qazandırır. Müəllimlik onun beyninin, dərsdən sonra etdikləri isə əlinin, qabarlı əlinin məhsuludur. Biri o birinə mane olurmu? Əsla!!! Əksinə, tamamlayır desəm yanılmaram. Bu, təkcə deputat Hadı Rəcəblinin misal çəkdiyi müəllimdirmi? Çox yaxın təmasda olduğum Şamaxı və Yardımlıda belə zəhmətleş müəllimlər azdırmı? Yaxud da digər rayonlarda. Yaxud sualı başqa cür qoyum: Kimsə bu müəllimləri şagirdlərindən pul və ya nəsə tələb etdiyini görübmü? Hadı Rəcəblinin dediyi kənd müəllimi həmişə belə olub. Həmişə də müəllim səviyyəsini, qürurunu qoruyub, saxlayıb. Gizli-gizli tövlədə inək sağsa belə.
Hadı Rəcəbli nə edir? Sadəcə müəllimin dərsdən sonra məşğuliyyətini, halal zəhmətini bir daha qeyd edir. Şair Famil Mehdi kimi
Dilən, professor, utanma, dilən,
Dillən, professor, utanma, dillən,
Qoy sənin yerinə zaman utansın,
Səni bu günlərə salan utansın.
Qırılan ağac yox, tufan utansın,
Vurulan turac yox, vuran utansın.
deyə xəcalət çəkib, bunu nəzmə çəkmir. Zəhmət, əmək isə utanclıq yox, insana həmişə başucalığı gətirir.
İndi hansı yaxşıdır? Müəllimlik diplomunu sandığa atıb, bu sənətə nifrətlə baxıb alverçilik etmək, taksi sürmək. Yaxud da şagirdlərə bilə-bilə təhsil verməyib, dərsdən sonra onlara onsuz da öyrətməli olduğu fənni canla-başla başa salmaq, öyrətmək, bunun müqabilində pul qazanmaq, ya da ümumiyyətlə heç bir iş bacarmayıb, şagirdinin əlindəki dörd aylıq məvacibi həcmində bahalı telefonlara baxaraq, təmiz müəllim adına qısınıb “budumu bizə verilən qiymət?” deyə sual etmək, yoxsa Hadı Rəcəblinin müəllimi kimi müəllimliyindən əlavə bənnalıq, dərzilik, çobanlıq, arıçılıqla məşğul olmaq? Hadı Rəcəbli deməsəydi də onlar belə yaşayıblar, belə yaşayırlar, belə də yaşayacaqlar. Sadəcə millət vəkilimiz bunu birbaşa dedi. Ad çəkdi. Kənd müəllimi nümunəsini fərdiləşdirdi.
İndi deyəcəksiniz ki, kənddə, rayon yerində bu işlər məqbul sayıla bilər. Bəs Bakıda, digər şəhərlərdə necə olsun? Əgər millət vəkilinin bu sözü sizə pis təsir edirsə, haydı sabahdan uşaqlarınızı özəl məktəblərdən çıxarın. Əlavə müəllim yanına göndərməyin. Və ora xərclədiyiniz pulları yanınızdakı məktəblərin büdcəsinə köçürün. Müəllimin dərsdən sonrakı asudə vaxtının səmərəli keçməsi üçün məktəblərdə kurslar, dərnəklər açın. O kurslarda həm müəllimlər əlavə qazanc yeri tapsınlar, həm də nəinki sizin, qoy imkanszın, kasıbın da balaları nəsə öyrənsin. Amma bir şərtlə. Sağ əlin verdiyini, sol əl bilməsin. Bir də ki, dilinizdən bir misal əskik olmasın: “Ay müəllim, uşağımı öyrət. Əti sənin, sümüyü mənim”.
Özəl məktəblərə böyük pullar köçürüb deməyin ki, “yüksək bilik verir”. O məbləğə məktəb yox, onun yüksək maaş verdiyi müəllim canla-başla işləyir. Ən çox qazanan isə özəl məktəb açıb müəllimlərin biliyindən qazanan biznesmen olur. Müəllim evinə yenə də çörəkpulu aparır, biznesmen isə maşın, mənzil, villa pulu.
Bir də ilk növbədə öz uşağınızı qiymətləndirməyi bacarın. Oxumaq istəmirsə, buna gücü çatmırsa çıxarın 9-cu sinifdən uşağınızı. Qoyun sənət öyrənsin. İmtahanı verə bilmirsə, hazırlaşıb bir də cəhd etsin. Bacarmırsa qoy xaric etsinlər onu məktəbdən. Rüşvətlə, pul gücünə uşaq oxutdurub nə özünüzə əziyyət verin, nə də müəllimin adını ləkələyin. Bir şeyi anlayın. Müəllim heç vaxt rüşvət tələb etmir. Bizlər uşağımızın qayıblarını, paxırlarını örtmək üçün onların qapısına gedib yalvarırıq. İndi isə yalvarmağımzın da bir əhəmiyyəti yoxdur. Müəllimin quru adı qalıb, səlahiyyətləri isə əlindən alınıb.
Bir dostum var. Ali məktəb müəllimidir. Günlərin bir günü semestr imtahanında bir qohumumu ona tapşırdım. Açdı jurnalı. Baxandan sonra dedi ki, “Mahir, axı nə istəyirsən? Gül kimi tələbədir. Zərbəçidir”. Nə desəm yaxşıdır? “Müəllim, qohum dörd-beşlə oxuyur. Amma atası istəyir ki, bütün qiymətləri “5” olsun. Qızı əlaçı olsun”. Dostum heç nə demədi. Apardı məni imtahan otağına. Dayandı bir kompüterin qabağında və ona xitabən – “Kompüter, bu mənim dostumdur. Mahir Qabiloğlu. Qohumunu tapşırmağa gəlib. Deyir ki, dördə də cavab versə, “5”yaz. Kompüter, xahiş edirəm, sözünü yerə salma”.
Bu qədər. Müqəddəs müəllim adını qoruyub saxlayan Hadı Rəcəblinin müəllimindəsə işiniz olmasın. Hadı müəllim, heç sən də danışıb yada salma. Nümunə də göstərmə. Bu cür müəllimlər, istər kənddə, istərsə də şəhərdə, nümunə yox, müqəddəs sayılırlar.
Ayağında qaloş, yağışda, boranda, səhərin alaqaranlığında kəndin palçıqlı yollarıyla yavaş-yavaş addımlayan, əlindəki çomaqla həyətlərdən üstünə şığıyan kənd itlərini qova-qova şagirdlərinə bilik verməyə gedən, hədiyyəyə, pula görə yox, dərsini oxumadığına görə şagirdini söyən, döyən Hadı Rəcəblinin müəlliminə eşq olsun!
Strategiya.az
15 ilin söhbəti olar... Mahir, bir lətifə var e... eşitmisən?
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM