Xalqımızın türkdilli ilk mətbuat nümunələri

10:01 / 23.07.2015

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının Əməkdar müəllimi

 Azərbaycan Milli Mətbuatın 140 illiyi


  22 iyul 1875-ci ildə (hicri qəməri tarixi ilə 1292-ci il rəcəbülmürəccəb ayının  8-də) Bakıda  Badkubə Gimnaziyasının  Moskva Universitetini bitirmiş müəllimi Həsən Məlikzadə Zərdabinin rəhbərliyi ilə  Azərbaycan dilində "Əkinçi "adlı  iki həftəlik  qəzet (ayda 2 nömrəsi çıxaq şərtilə) nəşrə edilir.  Azərbaycan milli mətbuatının tarixi məhz bu vaxtdan başlayır. "Əkinçi" qəzeti 57 nömrəsi hazırlansa da,onlardan yalnız 56-sı oxucularına çatıb. 57-ci nömrənin çapını elə cap   prosesində müəyyən şərtlərlə dayandırıblar. Azərbaycan dilini yaxşı bilən sası dinli mürəttib nömrədə dövlət siyasətinə zidd materialın getdiyini xəbər verdiyi üçün məsələni araşdırmağa başlayıblar.Həsən Məlikov Zərdabi (o,özünə "bəy" demirdi. Şamaxı məktəbində oxuyanda da, Bakı Gimnaziyasında və sonralar Bakı Real Məktəbində işləyəndə də sənədlərdə Həsən Məlikov kimi tanınırdı."Əkinçi"də özünü Həsən Məlikzadə kimi tanıdırdı).
  Sovet dönəmində Mətbuat Günü  mayın 5-də keşirilirdi.Bu gün 1912-ci ildə  "Pravda" qəzetinin ilk nömrəsinin çıxdığı gün idi. Pravda -həqiqət deməkdir. Doğrudur rus "Pravda"sından əvvəl Azərbaycanın özünün "Həqiqət"i var idi.  Üzeyir Hacıbəyovun  1909-cu il dekabrın 25-də Bakıda nəşrinə başladığı qəzetin də adı "Həqiqət" idi. 4 səhifəlik bu qəzetin ilk 6 nömrəsini Ü.Hacıbəyov, 1910-cu ildə çıxan 150 nömrəsini isə Ə.Kamal redaktə etmişdir.
  Sən demə,bayram etmək üçün bizə "HƏQİQƏT"  yox, " PRAVDA " lazım imiş.
 Nə isə...
 Həsən Məlikov adi müüəllimlərdən deyildi.O, elə bir məktəbdə işləyirdi ki,şəriət müəllimindən başqa , bütün müəllimlər Avropanın nüfuzlu ali təhsil ocaqlarını bitirmişdilər. Bu məktəbin müəllimləri haqqında Həsən  Məlikovun lənkəranlı rus şagirdlərindən biri,sonralar metallurgiya üzrə akademik olan Sosialist Əməyi Qəhrəmanı M.A.Pavlovun "Воспоминания металлурга"   (Metallurqun xatirələri) kitabında( Moskva,1946) maraqlı qeydləri var. Ən maraqlısı budur ki, burada Həsən Məlikov hamıdan yaxşı müəllim kimi hörmətlə anılıb.
  Həsən Məlikov  qəzetçilik  fəaliyyətinə  başlayanda maddi bazası yox idi.Amma Bakı qubernatoru  D.S.Staroselski ona kömək etdi.Quberniya mətbəəsində "Əkinçi"yə yer ayırdılar,bir neçə dəfə qəzetə pul yardımı verildi.Bu qayğı hər şeydən əvvəl H.Məlikovun cəmiyyətdə tutduğu mövqe ilə ilgili idi.Həsən Məlikov seçilirdi,sayılırdı,ona inanırdılar.1877-ci il oktyabrın 7-də-bizə məlum olan sonuncu nömrəsinin çapından 7 gün sonra   "Əkinçi"nin fəaliyyəti dayandırılanda D.S.Staroselski  artıq Bakıda deyildı;onun vəzifəsi böyüdülmüş,onu  Tiflisdə daha məsul vəzifəyə təyin etmişdilər.  
 Maraqlı bir faktı da  qeyd edək ki,1877-ci ildə nəşri dayandırılan "Əkinçi" 2 il dövlət sənədlərində fəaliyyətdə olan qəzet kimi tanıdılırdı.Deyilən şərtlərlə razılaşacağı təqdirdə, "Əkinçi" öz nəşrini davam etdirə bilərdi.

  "Əkinçi" nədən yazırdı və necə yazırdı? Qəzetin 1875-ci ildə çıxan ilk mömrəsi bütövlükdə  Həsən Məlikovun öz əsəri idi. Döğrudur, o,qəzetin çapından xeyli əvvəl tanıdığı və qələminə,dərrakəsinə inandığı dost-tanışlarına elannamıələr göndərmiş, onları əməkdaşlığa dəvət etmişdi.Lakin birinci nömrədə heç bir müxbir yazısı yox idi ."Əkinçi"nin ilk nömrəsi bir  rusdilli jurnalistin ana dilində yüksək səviyyəli çıxışı idi.Bu, ana dilimizin yazılı təntənəsi idi. Yazı dili barədə müəllimi M.F.Axundovun tənqidi qeydlərindən nəticə çıxaran H.Məlikov çevik sintaksisi, üslubi gözəlliyi olan dil ilə mətbuat səhnəsinə atılmışdı.H.Məlikov Zərdabi alınma sözləri məharətlə oxuculara başa salırdı.  O,hamı tərəfindən fərqinə varmadan işlədilən sözləri mənalandıra bilirdi.
 Çox təəssüf ki,H.Zərdabinin publisistik dili  haqqında   hörmətli müəllimimiz Ə.Orucovun 1947-ci ildəki tədqiqatından sonra  hələ də  lazımınca incələnməyib,tədqiq edilməyib."Əkinçi"nin leksikası,tezlik lüğəti hazırlanıb,xalqın istifadəsinə verilməlidir.  "Əkinçi"nin morfologiya və sintaksisində öyrəniləsi nəsnələtr çoxdur.
  Biz bu gün SOS siqnalını bərkdən və ucadan səsləndirməliyik.İndiki  şagird və müəllimlərimizin çoxu Azərbaycan dilində pis danışır.Adi məişət sözləri unudulub,frazeoloji birləşmələri loru söz hesab edənlərin sayı çıxalıb, şagirdlər ələklə xəlbiri  fərqləndirə bilmirlər,alçaya gavalı,gavalıya alça deyirlər.Bunları  və  bu kimi materialları bilən,oyrədən və öyrətməyə  qadir olan müəllimləri isə  FƏXRİ TƏQAÜDƏ göndərirlər.

  İndi bizim qəzetlərdə "Əkinçi" qəzetinə    Nəcəf bəy Vəzirovun Moskvadan  göndərdiyi  ("Əkinçi",N 21; 06.11.1876-cı il ) məktublar kimi məktub yoxdur.(Mən bu məktub haqqında ayrıca bir yazı çap etdirmişəm-N.N.). N.Vəzirov Moskvadan Bakıya göndərdiyi məktubunda haray çəkirdi,qışqırırdı,kar qulaqları açmaq istəyirdi:" ...kitab və müəllimlərdən bir neçə kəlmə danışaq.Biz(im) məktəbxanada oxunan Leyli-Məcnun, Hafiz və qeyrə uşaq kitabı deyil.Onları ki böyük oxuyanda cuşa gəlir,uşaq başına nə kül töksün onları oxuyub eşqbaz,cürəkeş və bir də  bizi oxudanda məhz oxuyub yazmağı öyrədirlər və dəxi səy edən yoxdur ki, bir xeyri olan şey də öyrətsin.Məsələn , Məcnun elədiyi qələti oxudunca elmi-coğrafiya kitabı oxusaq, həm yazıb oxumağı öyrənnik,həm dünya üzündə olan  vilayətlərdən xəbərdar olarıq".
 Əkinçidə rus və Avropa qəzet və jurnallarından elə materiallar seçilib,tərcümə olunurdu ki, bunların dil öyrənməkdə çox böyük əhəmiyyəti diqqəti cəlb edirdi.
"Əkinçi" dilimizin ensiklopediyasıdır. "Əkinçi" hər ailənıin stolüstü kitabı olmalıdır. Məndə "Əkinçi"nin nömrələr toplusundan ikisi var.Təəssüflənirəm ki,onlardan birini şagirdlərimdən biri özü oxumauıb, mənə bağışlayıb. Gəlin uşaqlarımızı elə tərbiyə edək ki,onlar "Əkinçi"ni ana dili kitabı kimi dəyərləndirsinlər.


                             

***

              Əqidə və məslək dostlarının  üçü haqqında  düşüncələr...


   Azərbaycan mətbuatı tarixində  adları yadda qalan ziyalılarından bir qrupu-türkdilli publisistik yaradıcılığını 1879--cu ilin yanvarında Tiflisdə nəşrə başlayan "Ziya" qəzetindəki bir məqalə ilə türkdilli oxuculara ünvanlayan Krım tatarı İsmayıl bəy Qaspıralı,  türk jurnalistlərinin  ağır təbiətli,təmkinli,qayğıkeş və istiqanlı  müəllimi Həsən bəy Zərdabi və onun kürəkəni,  göyü,damadı Əlimərdan bəy Topçubaşov.

  Çox təəssüf ki,  hələ də "Əkinçi"dən sonra fəaliyyətə başlayan "Ziya" ("Ziyayi-Qafqasiyyə") (1879-1884),
"Kəşkül "(1883-1891) kimi mətbuat orqanlarının yaradıcıları Ünsizadə qardaşlarının-Səid Əfəndi Ünsizadənin (1825-1905) və onun kiçik qardaşı Cəlaləddin Əfəndi Ünsizadənin foto şəkillərini hələ də tapılıb üzə çıxarılmayıb.Onların Tiflisdən İstanbula köçdükləri, burada Şirvanlılar məhəlləsində yaşadıqları güman edilsə də, bu istiqamətdə iş aparmaq lazımlı görünür.  Ünsizadələr  nəslinin  İstanbuldakı qohum-əqrəbaları ilə əlaqə saxlamaq ictimai - fikir tariximizin öyrənilməsində bir çox nəsnələri meydana çıxara bilər.
 Azərbaycanda da Ünsizadələrin bəzi qohum-əqrəbaları var.Yenə də, çox təəssüf ki,onlarda hələ də sovet qorxusu olduğundan elm üçün, mətbuat tariximiz üçün gərəkli  çağırışlara cavab vermirlər.Güman edirlər ki, birdən bu axtarışların düşər-düşməzi olar.
  Ünsizadələr nəslindən Rəşid müəllim ( bəlkə də onun oğlu-N.N.) 1970-ci illərdə Göyçayda icra hakimiyyətində işləyib.Ünsizadələrdən biri -Cingiz hərbi həkim idi. Biri Kasparda təchizat şöbəsində işləyirdi.Ünsizadələrin bir qohumu-Elmira xanım Mustafayeva(Ağsunun Növcü kəndində doğulmuşdur) Respublika Mərkəzi Xəstəxanasının  köhnə univermağın yanındakı  poliklinikasında  müalicə həkimi işləyirdi.Ünsizadələrdən biri Bakının abtomobil təsərrüfatlarının birində dəmirçi işləyirdi.Mən onun adını ƏMƏK BETERANI döş nişanı alanların siyahısında görmüşdüm. Təəssüf ki,əlaqə saxlaya bilmədim.
  Əvvəllər Rabitə Nazirliyi,səhv etmirəmsə, hər il Bakı şəhərində yaşayan telefon abonentçilərinin soraq kitabçalarını çqp edirdi.Sonralar bu nəşr,  deyəsən, kiməsə  sərf eləmədi, nəşrin çapı dayandırıldı. Amma,təbii ki,Rabitə və İnformasiya Nazirliyində telefon abonentçilərinin siyahısı var. Həmin siyahıdan Ünsizadələrin  izinə düşmək olar.Mən onlardan birini tapmışdım.Amma telefona həmişə yaşlı bir qadın cavab verirdi,o da mənim tədqiqatçılıq  məramımı başa düşmürdü.
Ünsizadələri tapıb,onların ailə arxivlərində mətbuat tariximizə aid  materialları  öyrənmək lazımdır.Bu il Səid Ünsizadənin (1825-1905)yubiley ilidir.Onun 190 yaşı tamam olur.Bu tarix dövlət səviyyəsində qeyd edilməlidir.

 Səid Ünsizadə ümummilli liderimiz Heydər Əliyevin çox yüksək qiymətləndirdiyi   maarifçi ziyalılardan biridir. "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin18 iyun 2001-ci il tarixli 506 nömrəli Fərmanı"nda  Səid Ünsizadənin adı Mirzə Kazım bəy, M.Ş.Vazeh, Seyid Əzim Şirvani, Aleksey Çernyayevski, Mirzə Əbülhəsən bəy Vəzirov,Rəşid bəy Əfəndiyev, Sultan Məcid Qənizadə, Nəriman Nərimanov, Üzeyir bəy Hacıbəyov, Abdulla Şaiq kimi ziyalıların cərgəsində çəkilmişdir.
  Burada bir balaca haşiyəyə çıxmaq istəyirəm. İnsanlara vaxtında qiymət vermək,onlarla maraqlanmaq lazımdır.
...Bakı Dəmir Yolu Texnikumunda çox ziyalı görkəmi olan  rusdilli  bir müəllim işləyirdi.Təbriz küçəsində - texnikumun yanında ikimərtəbəli binalardan  birinin birinci mərtəbəsində tək-tənha yaşayırdı. Ünsiyyətdən qaçmağa çalışırdı. Bu, Bakı və Şamaxı ədəbi mühitinin dərin bilicilərindən, XX əsr mətbuat tariximizin yaradıcılarından biri olan, bir çox dərsliklərin tərtibçisi  Qafur Rəşad Mirzəzadənin oğlu Şərif kişi  idi. Mən onu bibim oğlunun qonşusu kimi tanıyırdım.  Məhəllə uşaqlarının Şərif baba kimi tanıdıqları və sevdikləri Şərif kişi öləndə  onun illərlə qoruyub saxladığı ərəb əlifbalı dərslik və jurnallarını,eləcə də bədii kitablarını  zibilliyə atmışdılar.Təkcə  onun rus  və alman dilində olan kitabları kiminsə xoşuna gəlmişdi.



***

Bu da bir qab-hind qozunun qabı- " KƏŞKÜL "

"Kəşkül" klassik  və dünya ədəbiyyatındakı  divan,cüng,almanax, təzkirə kimi lirik şeirlər toplusudur. Ünsizadə qardaşlarının birgə layihəsi olan "Kəşkül" də topludur,dərgidir, jurnaldır, bir növ Şərq ensшklopediyasıdır. Mənası hind qozu qabığından hazırlanmış torba,qab anlamındadır.Şərq səyyahlarının,dərvişlərinin torbasında-kəşkülündə hər nəsnə olurdu.Ünsizadə qardaşları da öz kəşküllərinə  bədii və ictimai mənalı sözün hər birinə aid materiallarlı yığmağa hazır idilər.Təki yaxşı söz deyən olsun.




"Kəşkül" jurnalının ilk nömrəsinin  ( Senzura idarəsinin jurnalın çap edilməsinə verilən  icazə tarixi - 31 yanvar 1883-cü il ) sonuncu səhifəsi

Qeyd.

   Həmişə haray çəkirdilər ki,bəs "Kəşkül"ün ilk nömrəsi hələ tapılmayıb.
  İlk nömrə haqqında  danışanda "Ziyayi-Qafqasiyyə "qəzetində verilən məlumatlara əsaslanırdılar. Sovetlər dağıldı, "Kəşkül" jurnalının ilk 3 nəmrəsi tapıldı. Bu cümlədən nə fikirləşirsinizsə, fikirləşin.Öz işinizdir.Amma,mənə elə gəlir ki,bu nömrələrin üzə çıxarılması kiməsə sərf etmirmiş. "Kəşkül"ün bu nömrələrinin foto surətlərini  tələm-tələsik M.F.Axundov adına Azərbaycan Mərkəzi Dövlət Kitabxanasına vermişdilər (indi nədənsə, bu kitabxananın oxucu biletlərinin üstündə M.F.Axundovun adı və soyadı yoxdur-N.N.).Fotolar  yaxşı çap olunmadığından, onlar  toto toplusuna tərsinə tikildiyindən  bu materialları oxumaq çətinlik törədirdi.Nömrərərin orijinalını onu kitabxanaya təhvil verəndən alıb,oxumaq istədim Neçə adamı minnətçi salsam da,... müəllimin mənzilinin təmiri qurtarmadı ki,qurtarmadı( əlbəttə ki, təmir olunan mənzilin vəziyyətini başa düşmək çətin deyil).

Yeri gəlmişkən bir məsələni yenə də yada salmaq istəyirəm.Orta məktəbin tarix kitabında (Azərbaycan taruxi,X sinif )   "Kəşkül"ün ilk nömrəsinin 1880-ci ildə  çap olunduğu  göstərilir.Yaxşı ki, ali məktəbə  tarix fənni üzrə qəbul imtahanları proqramında hələ ki  mətbuatla bağlı sual yoxdur.
  "Kəşkül"ün 11 nömrəsi jurnal formasında  ayda bir dəfə çap olunub.  Jurnalın üz qabığında onun proqramı oxuculara bəyan edilir: "Ədəbiyyat və siyasiyyatdan bəhs edən TÜRKİ və FARSİ  və ƏRƏBİ  məqalatı  (mövzuları-N.N.  ) dərc edir".
  Jurnalın ilk nömrəsinin ( 31 yanvar 1883-cü il, N 1) sonuncu - 28-ci səhifəsində rusca verilmiş tanınma səhifəsində də bu fikir təsdiq olunur: " КЕШКУЛЪ - ЕЖЕМЕСЯЧНЫЙ ЛИТЕРАТУРНЫЙ и ПОЛИТИЧЕСКИЙ ЖУРНАЛЪ НА ТАТАРСКОМЪ и ПЕРСИДСКОМЪ и АРАБСКОМ ЯЗЫКАХЪ".
    "Kəşkül"  sonralar -1884-cü ilin  martından  ayda iki dəfə -15 gündən bir qəzet kimi nəşr olunmuşdur. Onun sonuncu nömrəsi 1891-ci ilin oktyabrında çıxmışdır.

   Mənfəətdən xali olmadığı üçün Kəşkülün birinci nömrəsində çap olunmuş yazıların adlarını sadalayırıq:

1.Mənzum dua
2."Kəşkül"ün müqəddiməsi
3.Mətbu sözün mahiyyəti
4.A.Bakıxanovun  "Nəsihətlər"i
5.1877-ci ildə Dağıstanda baş vermiş iğtişaşlar
6.Ordan-burdan  (Cмесъ-qarışıq,hər nəsnədən bir az-N.N. )
7.Əlifba məsələsi (Ərəb əlifbası haqqında)
8. Bir xan haqqında 
9.S.Atamalıbəyovun hekayəsi (məktubu)
10.Rusiya və İngiltərə Orta Asiyada
11.Tehranın "İttila" ("Xəbər"-N.N.)qəzetəsi 
12.Elanlar


***

Babamın kitabı - "MOLLA NƏSRƏDDİN" (1906-1918,      Tiflis)
                                                                                               (1921,             Təbriz)
                                                                                               (1922-1931,     Bakı).
                           
Babam Rəsul İsmayılovun (1877-1959) atası Nəsrəddin İsmayılovun (?  -  ? ) qəbri  qonşusu və yaxın dostu, "Molla Nəsrəddin"in attestatlı molla müxbirlərindən biri olan Mirzə Ələkbər Sabirin qəbrinin həndəvərindədir. Mən Molla Nəsrəddin və  "Molla Nəsrəddin" jurnalı  haqqında az yazmışam.Tezliklə vaxt tapıb,səhvlərimi düzəldəcəyəm.Təki sağlıq,salamatlıq olsun.



  Hər nömrəsinin satış  qiyməti  qəpik-quruş -  cəmi 12 qəpik olan, amma dövrünün ən qiymətli nəşrlərindən biri kimi dəyərləndirilən "Molla Nəsrəddin" jurnalının  saylarından birinin üz qabığı.Karikaturanın müəllifi Oskar Şmerlinqdir.

 "Molla Nəsrəddin"in  istənilən karikaturası jurnalın yaradıcı heyətinin məqsəd  və məramı haqqında zəngin məlumatlarla doludur.



P.S. "Ziya" qəzetinə aid 3 şəkli ayrıca məktubla göndərirəm. Mümkünsə, bu şəkilləri" Kəşkül"dən əvvəl , bu ardıcıllıqla yerləşdirin.



176 kb-     I           (1879-cu il)
17 kb     -  II          (1880-ci il)
62 kb      -III          (1881-ci il)
 

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM