Mübarizə bu gün də var,sabah da...

09:57 / 15.08.2015

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının Əməkdar müəllimi


        Və yaxud şagirdlərimin   qızıl medalı işığında yaranan  pedaqoji xatirələr                 

 Bu il  Avropa Azərbaycan Məktəbinin ilk buraxılışı oldu.  Məktəbin 9 məzununun hamısını göstəriciləri  burada təhsilin yaxşı səviyyədə olduğundan xəbər verir.Məzunlardan ikisi qızıl medala namizəd göstərilmişdi. Nədənsə,nəticələr açıqlanmırdı.Nəhayət  "Ümumtəhsil məktəblərinin məzunlarının qızıl və ya gümüş medalla təltifi haqqında " Azərbaycan Respublikası təhsil nazirinin  7 avqust 2015-ci il tarixli 862 nömrəli əmri avqustun 11-də mətbuatda açıqlandı. Qızıl medala layiq görülən 131 nəfər məzunun cərgəsində mənim 4 il həm müəllim, həmdə son iki ildə fasilitator kimi dərs dediyim şagirdlərin də adını oxudum: 

117.Məmmədova Günay Anar qızı-  Avropa Azərbaycan Məktəbi

118.Quliyeva Əsmər Maşallah qızı-  Avropa Azərbaycan Məktəbi

Siyahı rayonların ardıcıllığı ilə düzüldüyünə görə onların bəxtinə bu sıra nömrələri düşüb.  Mənə elə gəlir ki,belə rəsmi materialların təqdimatında əlifba sırası gözlənilməlidir.

Maraqlıdır ki,bu qızıl medal Günayın son bir ildə qazandığı 3-cü qızıl medaldır. O, birinci medalı 2014-cü ilin noyabrında Antalyada keçirilən beynəlxalq fənn olimpiadasında ingilis dili biliyinə görə qazanmışdır.  Günay ikinci qızıl medala isə bu il Respublika Fənn Olimpiadasında tarix fənni üzrə göstərdiyi nəticəyə görə layiq görülmüşdür. (Fənn olimpiadasında qaliblərə qızıl medal vermək son ilin yanaşmasıdır. Bu qayda keçən illərdə də tətbiq
olunsaydı,Günayın 4 qızıl medalı olmalı idi: Günay keçən il  də Respublika Fənn Olimpiadasında Azərbaycan dili və ədəniyyat fənni üzrə birinci yerə çıxmışdı.
İndi- təhsilə qayğı ilə  yanaşıldığı dövrdə  medal almağın,məncə,o qədər də texniki çətiliyi yoxdur.

                                                                                          ***


 Mənim orta məktəbdə də, ali məktəbdə də yaxşı   müəllimlərim olub.Müxtəlif yerlərdə yaşayarkən mənə   ibtidai siniflərdə dərs deyən Zərxanım müəlliməni də, Şölə müəlliməni də mən hələ də unutmamışam. Onlar ilk növbədə bizə yaxşı tərbiyə verirdilər. Mən də  vaxtilə -1923-1926-cı illərdə Bakıda babalarımıza dərs deyən görkəmli türk alimi Xəlil Fikrət kimi təhsildən əvvəl tərbiyəyə fikir verirəm.
 Tərbiyə olmayan yerdə heç bir təhsildən danışmaq olmaz.
 Orta məktəblərdə şagirdlərin tərbiyəsi  həm şagirdlırdən və onların valideynlərinin  məktəbə və müəllimlərə münasibətindən, həm də müəllimlərin  özlərindən  asılıdır.Təəsüf ki,hələ də orta məktəblərimizdə dedi-qodunu, riyakarlığı,rəhbər vəzifəlilərə yarınmağı özünə həyat tərzi seçən  yaramaz və alçaq müəllimlərimiz  də vardır.Onlar bu gün ifşa olunmazsa,sabah artıq iş işdən keçəcəkdir.
 20-25 ilin söhbətidir. İri təhsil ocaqlarının birində direktor müavini işləyirdim. Direktor onun özünə məxsus  olan, əslində pedaqoji şəraitə uyğun gəlməyən  metodiki göstərişlərinə əhəmiyyət verməyən,respublikanın  ən yaxşı  ingilis dili müəlliməsini işdən çıxarmaq istəyirdi.
Göndüzün işıqlı vaxtında bəhanəni çıraqla axtarırdı. Eşitdim ki, direktor məktəbin şagirdlərini ingilis dili müəlliməsi haqqında  material toplamağa  cəlb edir. Təhsil ocağının vəzifəli şəxslərindən biri kimi onu  başa saldım ki,indi Pavlik Morozovlara ehtiyac yoxdur.Deyəsən, səhvini başa düşdü.
  Vaxtilə gözümçöxdıya salınan həmin müəllim indi respublikanın ən yaxşı müəllimlərindən biridir,silsilə elmi məqalələr,metodik vəsaitlər  və dərslik müəllifidir.Onu bir nadanın əlindən  xilas etdiyimə görə   hərəkətlərimdən məmnunluq duyuram.
 Mən  həmişə yaxşı işdə birinci olmağa çalışmışam.orta məktəbi  də gümüş medalla bitirmişəm.Qızıl medaldan məhrum edildiyimə görə 51 ildir ki,təltif edildiyim həmin gümüş medalı almamışam.(Deyəsən,arxivimdə saxlamaq üşün bu il aılacağam-N.N.) Maraqlı bursındadır ki,  nazirliyin yoxlamasından sonra mənə ən yaxşı bildiyim fənlərin birindən-ədəbiyyatdan  "4" vermişdilər.

 Mən təsadüfən müəllim olmuşam. Amma bu sahəyə gəlişimdən narazı deyiləm.Həkim-stomotoloq olmaq istəyirdim.Birinci il qəbul imtahanında fizika müəllimi Qocayev  sualları danışmağa imkan  vermədi."Daxili fotoeffekt nədir ?" sualı ilə  arzularıma  qara xətt çəkdi.
  O vaxtlar orta məktəb proqramında bu sual yox idi,amma indi var.Nə qədər izah etdimsə, daxili fotoeffekt hadisəsini danışsam da, daxili foteeffektin anodla katod arasında ola bilməsi faktına isttinad etsəm də,xeyri olmadı, müəllim dediyindən dönmədi.Mən  hələ də belə inadkar və rəhbərliyə yarınan,min oyundan çıxmağa hazır olan müəllimlərə  acıyıram,onlra yazığım gəlir ki, nə üçün  S.S.Axundovun "Qaraca qız 
hekayəsindəki ayı kimi rəqs etməyə meyillidirlər.
  Nə isə,prorektorun sözünə baxıb,əlimdəki imtahan vərəq
ini ona verdim,o da vərəqi müəllimə uzadıb dedi:" İkisini yaz,rədd olub ,getsin". Bu,müəllim olan prorektorun sözləri idi. "Süleymana qalmayan dünya sizə də qalmaz "deyib,imtahan məclisini tərk etdim. Özündənrazı  prorektorun  dediyi sözlər hələ də qulaqlarımdadır :" Bala,sənin yerin filfakdır, filfaka get."

 Həmin ləyaqətsiz professorun - propektorun adı indi yadımda deyil,onda 1964-cü il idi,kimsə onu xatırlaya bilər. İmtahandan çıxıb,o vaxtkı "Pioner bağı"nda düz bir saat hönkürtü ilə ağladım . Bu,mənim həyatdakı ilk etiraz hönkürtüm idi.
  Əlbəttə,professorun sözünə baxmayıb, ikinci il də Tibb İnstitutuna sənəd verdim,müsabiqədən keşmədim, halbuki həmin balla instituta girənlər çox idi.Mənim isə o vaxtkı qəbul üçün əsas verən gümüş medalım var idi.Qanunsuzluğu qələmin gücü ilə o vaxtkı ən böyük dünyamızın - SSRİ-nin liderlərinə çatdırdım. Hər məktub və teleqramdan sonra mənə o vaxtkı təhsilin ən böyük fiqurlarından biri, Tibb İnstitutunun hərbi kafedrasının başçısı ŞƏRABÇIYEV  soyuqqanlıqla eyni cavabı verirdi:"Siz müsabiqədən keçməmisiniz".Amma lazım bildiyi adamları müsabiqədən keçirirdi.
 Bunu mən də bilirdim, müsabiqədən keçməmişəm.Mən  eyni ballıların cərgəsində  birinci olduğumu sübut edə bilmirdim. Rektor Xamis Həsənovun qəbuluna getdim.O,mənə ya topladığım bu ballarla başqa instituta girməyi , ya da instituta  gələn il yenidən   sənəd verməyi məsləhət gördü.
Rektorun - psixator-həkim olan professor  Xamis Həsənovun sözünə baxıb sənədlərimi Kirovabad (indiki Gəncə-N.N.) Kənd Təsərüfatı Akademiyasına apardım. Orada da sənədlərimi götürmədilər ki, sən şəhərlisən,biz bu ali məktəbə ancaq kəndçiləri qəbul edirik.Nə qədər sübut etməyə çalışdım ki, mən orta məktəbi  7  kəndrayonunun  məktəblərində oxumuşam, deməli,kənçinin ən böyüyüyəm. İnanmaq istəmədilər.Cəmisi 17 gün şəhər qeydiyyatında olduğum Bakıya qayıtdım. Eşitdim ki,mən Kirovabadda olanda Tibb Universitetinin rektoru  Xamis Həsənov  başçılıq etdiyi instituta  50 nəfər  əlavə qəbul yeri alıb. Bu, Tibb İnstitutun tarixində yeganə əlavə qəbuldur.Bu əlavə qəbulun kimə xidmət etdiyi sonralar məlum oldu.Arxivləri açın,maraqlanın,quArtıq mən oyundan kənarda idim,Xamis Həsənov bilə-bilə məni başından eləmişdi.
 Elə buna görə  həyatda aşı kinayə və acı təbəssümlə  xatırladığım  beş adamdan ,bəlkə də,birincisi , professor müəllim Xamis Həsənovdur.Onun əlavə qəbul yolu ilə ali məktəbə yerləşdirdiyi abituriyentlərdən biri ilə 1972-ci ildə Londonda tanış oldum.Məh onu tanısam da onu məni haradasa gördüyünü aydınlaşdırmaq istəyirdi.O,ali məktəblərin birinin prorektorunun oğlu idi.Sonralar hansı yollasa professor oldu.Çəkişmələrin qurbanı kimi həyatdan köçdü.
 İkincisinə 30 il bundan əvvəl   Xəzər Gəmiçiliyi İdarəsinin poliklinikasında rast gəldim. O,rayonların birinin hərbi  komissarın  qızı idı.
  
 Mübarizədən yorulmadım,üçüncü il  də Tibb İnnstituna (AMİ-yə) hazırlaşdım.O vaxtlar qiyabi fakültələrə sənəd qəbulu iyunda başlayırdı.Azərbaycan Dövlət Universitetindəki qəbul qaydalarını öyrənmək üçün  sənədlərimi elə - belə universitetə verdim.İmtahanlara hazırlaşmadan  sənədlərimi qiyabi filologiya fakültəsinə verdim.Birinçi imtahandan "beş" alsaydım, gümüş medallı olduğuma görə digər imtahanlarda  azad olunacaqdım. Alınmadı.Birinci imtanahdan  4 , qalan iki imtahandan 5 aldım. Kənd məktəblərində xarici dili dərslərini müntəzəm keçmədiyimə görə, ali məkktəbin qəbul qaydasına görə xarici dil fənnindən  mənə 
"üç " yazdılar. 17 balla ali məktəbə qəbul olundum.Ən cox bal toplayan Aliyə Mehdiyeva oldu. O,20 bal toplamışdı.Maraqlıdır ki, Aliyə (sonralar Təhmasib soyadını daşıyırdı-N.N.) semestrin ilk imtahanından - "Sovet İttifaqı Kommunist Partiyasının tarixi"ndən "iki "aldı. 
 Qəbul imtahanından ikinci yüksək nəticəni Sümqayıt məktəblisi Ofeliya Babayeva tutdu-18 bal.
Sonrakı yerə mən  çıxmışdım.
  Atama zəng etdim,ali məktəbə daxil olduğumu ona  da bildirdim. Atam 30-cu illərin əvvəllərində - həkimlikdən əvvəl Qalağayında (indiki Sabirabadda-N.N.)  türk dili müəllimi işləmişdir. Nəqli keçmiş zaman şəkilçisinə işarə edərək  onun mənə dediyi dediyi sözlər bu oldu:"  Mənim  -mış-a,muşa-a veriləsi pulum yoxdur . Ağlını başına topla: ya medinstitut ,ya da yurfak (ya tibb institutu,ya da hüquq fakültəsi-N.N.).Yadında saxla ki,sənə ev kirəsi üçün  ancaq bir il pul göndərə bilərəm. İşləyib,oxuyarsan".
 O vaxtlar leytenan Şmidt adına neft maşınqayırma zavodunda tokar işləyirdim.
 İndiki uşaqlar,hətta tanınmış ingilis dili müəllimlərinin çoxu "tokar" sözünün mənasını bilmir.

 Azərbaycan dilçiləri 60-70- ci illərdə bu sözü "tornaçı" sözü ilə əvəz etməyə çalışırdılar Elə bilirdilər ki, "torna" Azərbaycan sözüdür.Halbu ki, "torna" ingilis sözüdür,metal hissələri emal edən dəzgahçı mənasına uyğundur.
 Mən 8 il tokar işləmişəm.1972-ci ilin noyabrında Moskvada, dünyanın 150-dən çox ölkəsindən gələn  fəhlə gənclərin  beynəlxalq  məclisində-Zəhmətkeş Gənclərin  Ümumdünya Məclisində   ən yaxşı fəhlə  kimi  Azərbaycanı təmsil etmişəm.
 Nə isə...  Atam ixtisas seçimimlə razı olmasa da, qiyabi təhsilə üstünlük verdim,həm işlədim , həm də ali təhsil aldım.  İlk üç ili əla oxumasam da, sonralar fəlsəfə müəllimi Soltan Abbasovla sözüm düz gəlmədi,əlaçılığıma son qoyuldu.    Birinci kursda  dekanımız  professor Ağamusa Axundov əyani şöbəyə keçməyimi məsləhət bilsə də,atamın razılığı olmadığı üçün bu təklifi qəbul etmədim. Görkəmli türkoloq professor Fərhad Zeynalovun rəhbərliyi ilə  " Müasir türk dillərində  rus dili və rus dili vasitəsilə  başqa dillərdən alınmış sözlərdən əmələ gələn feillər  " mövzusunda  yazdığım diplom işinə görə  filologiya fakültəsinin elmi şurasının qərarı ilə məni  Azərbaycan SSR Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun aspiranturada oxumağa göndərdilər. Halbuki əyani şöbədə əla oxuyan tələbələr  bu yerə daha çox iddialı idilər. Mən zavodda tokar işləyə-işləyə Akademiyanın aspiranturasında oxudum.  Pofessor Mirzə Rəhimovun rəhbərliyi ilə "Ziya" və " Ziyayi-Qafqasiyyə" qəzetlərinin (1879-1884) dili  " mövzusunda tədqiqat işi üzərində işlədim.
 8 il Azərbaycan KP Nərimanov Payon Komitəsində müəəssisə siyasi maarif kabinetinin müdiri vəzifəsində işlədim.Məqsədim  partiya xətti ilə daha mötəbər vəzifələrdə işləmək idi.Sən demə,bu iş o qədər də asan deyilmış.Siyasi maarifdən məktəb maarifçiliyinə keçdim.

( "Məktəb maarifçiliyi"  termini,məncə,yeni termin kimi dilimizə bu gündən daxil olur-N.N.).
 Azərbaycanda təhsilin tarixi,pedaqoji əlaqələr, pedaqoji və uşaq mətbuatı tarixi,proqram və metodik vəsaitlərin,test texnologiyasına aid materialların hazırlanmasına aid  yadda qalan xidmətlərim var. Təkcə son 4 ildə -Avropa Azərbaycan Məktəbində kafedra müdiri və müəllim işlədiyim illərdə 200-dən artıq elmi və elmi - publisistik məqalələrim Azərbaycanda və xarici ölkələrdə çap olunmuşdur." Şamaxının öz dünyası,söz dünyası"  kitabım çapa hazırlanır.
M
ənə ümummili liderimiz Heydər Əliyevin   2000-ci il 18 mart tarixli 302 nömrəli Fərmanı ilə   Azərbaycan  
Respublikasının əməkdar müəllimi fəxri adı verilmişdir. Respublika Prezidentinin Fərmanı ilə verilən bu fəxri ad  yaxşı müəllim olduğumun  rəsmi təsdiqidir. 
  Ömrün ağır yerişli çağları başlamışdır.Başa düşsələr də,düşməsələr də  yaxşı insalara tərbiyə vermişəm,dərs keçmişəm. Yaman insanlara  öz yerlərini göstərmişəm.Yəqin ki,məni anlayıblar,başa düşüblər.
  Həyat davam edir.Mübarizə bu gün də var,yarın da...Mən də  onun ön sıralarındayam.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM