Akademiklərin cərgəsindəki müəllim

09:39 / 08.09.2015

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının Əməkdar müəllimi

  Mən həyatda öz yerini bilən insanlardanam.Heç vaxt məclisin yuxarısına can atmıram.Məclisin yuxarısında özünə yer axtaranlardan həmişə pis baxmışam. Şəkil çəkdirməklə də aram yoxdur.
 Bir əsgərlik yoldaşım var idi. Məshəti türki idi: Jdanovlu Məhəmməd. Məhəmmədin yaxşı bir ifadəsi var idi;  gedək, şəklə düşək. Yəni, gedək şəkil çəkdirək. Məhəmməd bu şəkli neyləyirdi, neyləmirdi, bilmirəm, ancaq hələ də o yadımdadır ki, Məhəmməd rəyasət adamı idi, gözə görünməyi, sonra da yanındakılarla öyünməyi özünə şərəf bilən adamlardan idi.
 Əsgər dostum Məhəmməd yekəpər adam idi. O qədər yekəpər idi ki, əyninə əsgər paltarı tapmırdılar. İki uşaq atası olsa da, sovetlərin vaxtında kənddə sürdüyü traktorun üstündən dartıb, Çitaya-tikinti batolyonuna (stroybata) göndərmişdilər. İndini bilmirəm, o vaxtlar iki övladı olan atalar ordu sıralarında xidmət etməkdən azad olunurdular. Rotada ali təhsilli cəmi iki əsgər var idi; biri leninqradlı Petrov, biri də mən. Qalanları-onuncunu qurtaran azərbaycanlılar və özbəklər, bir də səkkizinci sinifdən gələn volodyalar, vanyalar.
 Əsgərlikdə özünü dartıb, dağ başına qoyanları sevmirlər. Əsgərliyin öz rəyasəti, fərqlənməsi var. Rəyasətə can atan Petrovu, demək olar ki, heç kəs saymırdı. Uşaqlar  həmişə onu araya qoyurdular. Çünki o, yeməkdən doymur, həmişə qazanda ət axtarırırdı.
  Nə isə... ordudan qurtulmaq üçün Məhəmmədə iki adam kömək edə bilərdi, biri Volodya, biri də mən. Qalanlarının yazı yazmaq, fikrini rusça ifadə etmək bacarığı yox idi. Əsgərlikdə o vaxtlar başqalarına yol göstərmək, onun əvəzinə yazı yazmaq yolverilməz qayda idi. Mən bu qaydanı pozdum. Məhəmmədin adından ərizə yazdım, onu ordudan evə yazdılar. Onu yola salmaq üçün iki gün Məhəmmədi tapa bilmədik. Sonralar məlum oldu ki, içki alüdəçisi olan qusarlı zabit Mirzəyev  iki gün ona görmədiyi günləri göstərirmiş...
Uşaqlardan biri lap sonralar mənə  göndərdiyi məktubunda yazırdı ki, Məhəmməd bu iki gün ərzində zabirtlər yataqxanasında qızlara rusca şeir oxuyurmuş. Qısası, mənim əsgər dostum Məhəmməd yerini bilməyən adam idi. Burada yadıma düşən bir əhvalatı deməsəm, ölləm.
 Atamın dayısı oğlu rəhmətə getmişdi. Eşitdim, nəslin böyük oğlu kimi onu son mənzilə yola salmağa yollandım. İyulun 17-si idi. Yayın cırcıramalı günlərindən biri idi. Gedib çatmasına 3 saat vaxt lazım olan yola çıxdım. Şamaxıya çatanda yağış elə başladı ki, hava elə tutuldu ki, 1 saatdan sonra çatacağım arandakı vəziyyətimi təsəvvür etməyə başladım. Arana çatanda məclisdəkilərin hamısını kostyumda gördüm. Mən qısa qollu köynəkdə idim. Axı Bakıdan çıxanda təqvimdə iyulun 17-si idi. Tanıyanlar da, tanımayanlar da mənə təəccüblə baxırdılar. Mən belə vəziyyətdə yuxarıda otura bilməzdim. Təkid etsələr də israrımdan dönmədim. Məclisin ən axırında oturdum. Onda bildim ki, məclisin aşağı başı o qədər də yaxşı olmurmuş. Rəhmətlik Ələddin də ki milçəkləri qırmağı ilə fəxarətli görkəm alırdı. Madam ki, söhbət məslis qaydalarına gəlib, çatdı, gələcəkdə kimlərəsə görk olmaqdan ötrü bir neçə saat davam edən son mənzilə yola salma-vida məclisindən söz açmaq istərdim. Bu günlərdə  bir mərasimə getmişdim. Rəsmi xatirə mərasiminə. Qabaq cərgədə mərhumun qohum-əqrəbaları oturmuşdu. Onlara bağsağlığı verməyin yeri deyildi; onsuz da məni yaxşı tanımırdılar. Məni tanıyan alimlər də, nədənsə, məni tanımadılar. Canları sağ olsun, mən, onsuz da, onları bu xəbəri eşidəndən tanımırdım. Heç tanımağa əsas da yox idi. Keçib parterdəki seyrəkliyi ilə diqqəti cəlb etməyən 4-cü cərgədə oturdum. Matəm melodiyaları çalınırdı. Mərhumun qohumlarından biri canfəşanlıqla tanıdığı adamları yerləşdirməyə çalışırdı. Hiss olunurdu ki, yazıq qadın belə hadisə ilə birinci dəfədir ki, rastlaşıb. Mərhumun kişi qohumları mərhumun ciddi görkəmli portreti ətrafında durmuşdular.
 Matəm melodiyası çalınırdı..
 Bu melodiya məni həmişə kövrəldir. Melodiyadan başqa, demək olar ki, heç nə eşitmirəm, heç kimi də görmürəm. Mənə elə gəlir ki, belə məslislərdə həmişə rejissor işi olmalıdır. Ön cərgələrə nəzarət olunmalı, rəyasət üçün yer ayrılmalıdır. Özü də rəyasət rəyasət yerində yox, aşağıda olmalıdır. Burada  hamı öz yeri bilməlidir. 
 Matəm melodiyası çalınırdı...
 Sol əlimi çənəmin altına qoyub, müəllimimi düşünürdüm. İki saatdan sonra onu torpağa tapçıracaqlar. Sonra hamı öz işi ilə məşğul olacaq. Sola baxıram.. Artıq dörd akademik mənim solumda oturub, mərhumun yaxşılıqlarını yada salırlar. Bax, o, filankəsdir. Çox maraqlı alimdir. Bir ildə onu iki dəfə təbrik etmişəm. Niyəsini demirəm. Elə bilməyin ki, işim düşübmüş. Yox,s adəcə olaraq, zəhmətkeş alimdir. Yazıb-yaratmaqla məşğuldur. Həyatda yerini bilən adamdır. Məncə, hələ heç kəs onun haqqında pis söz danışmayıb. Yanındakı Quranı əzbər bilən ziyalılardandır. O, yaddaşımda həmişə hafiz kimi qalıb. Yaxşı səsi var. Bu, elə-belə söz deyil. Ziyalılığın birinci şərti məhz səsdir. Səsi yoxdursa, deməli, nəfəsi yoxdur.
 Onun yanındakı rəhmətlik müəllim dostumun kəndçisidir. Rəhmətlik müəllim dostum deyirdi ki, kənd məclislərinə gedəndə həmişə onu arayıb,  axtarırmış. Biri sonra gəldi. O, akademikə oxşamırdı. Amma, deyəsən, tezliklə akademik olacaq. Niyəsini demək istəmirəm. Boş qalan III cərgə də tutulurdu. Gələnlərdən biri dördüncülərin hamısı ilə görüşdü, məni də təbəssümlə salamladı. Haradan tanıdığını ayırd edə bilmirdi. Hər halda salamı yaxşı alındı. Bir az keçdi, başqa bir akademik mərhumun qohumları ilə görüşüb, onlara başsağlığı verib, III sıraya yaxınlaşdı, çoxları ilə əl tutdu, akademikliyinə parterdə yer tapdığına görə, deyəsən, sevindi də.. Məni tanıdısa da özünü tanımazlığa vurdu. Akademiklərin cərgəsinə mənim necə düşməyimə deyəsən, inana bilmirdi. Tez-tez "akademik" sözünü işlədirdi. Bu söz də, bu vəzifə də ona yaraşırdı. Vaxt gedirdi...Mərhumun yola salınmağına az qalırdı. Birdən musiqi kəsildi. Salondakılar ayağa qalxdılar. Rəyasət adamları gəlmişdilər. Çıxış edənlər yana-yana danışırdılar. Bu da təbii idi. Mərhum adi akademiklərdən deyildi. O, mənim ən yaxşı müəllimlərimdən biri idi. Bu gün akademiyamızın akademikləri vaxtilə akademik olmaq arzusunda olan adi bir müəllimlə-mənimlə bir cərgədə hamımızın müəllimini son mənzilə yola salırdılar.



Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM