Azərbaycan Respublikasının Əməkdar müəllimi
Dərslik məsələsi çətin məsələlərdəndir. Azəbaycanın bir sıra ziyalıları dərslik məsələsinə ictimai fəaliyyətin əsas meyarlardan biri kimi yanaşmış, öz şəxsi nümunələri ilə bu cəhətdən də tarixə düşmüşlər. M.Ş.Vazeh, M.F.Axundov, H.Zərdabi(Məlikzadə) millətin mədəni inkişafında mətbu sözə, mütaliəyə, dərslik məsələlərinə dəfələrlə müraciət etmiş, tarixdə izi qalan işlər görmüşlər. Səid Əfəndi Ünsizadə nəşriyyat fəaliyyətində dərsliklərin çapı və yayılması yolunda iri addımlar ataraq, hər bir azərbaycanlının mütaliə mədəniyyətini yüksəltmək üçün "başqa yerdən qazandıqlarını" nəşriyyatın genişləndirilməsinə sərf etmiş, gördüyü bu işlərə görə yüksək qürur hissi ilə öyünmüşdür. Onun 1882-ci ildən başlayaraq, Tiflisdə öz şəxsi mətbəəsində çap etdirdiyi dərslik-müntəxəbatlar indi də öz əhəmiyyətini itirməmişdir.1884-cü ilin yanvarında Səid Ünsizadənin kiçik qardaşlarından biri-Cəlaləddin Ünsizadə Axund Cəlal imzası ilə öz mətbəəsində- "Kəşkül" qəzetinin mətbəəsində rus və Şərq alimlərinin dərsliklərinə əsaslanaraq, "Hesab" dərsliyi yazmışdır. "Ziya" qəzetinin 1879-cu ilin dekabrında verdiyi xəbərə görə, Moskvada N.B.Vəzirovla bir yerdə ali məktəbdə oxuyan, Bakı Real Gimnaziyasında Həsən bəy Məlikzadədən dərs alan Əsgər Ağa Gorani Adıgözəlzadə "Coğrafiya" dərsliyi yazmışdır.
( Təəssüf ki, həmin dərslik hələ tapılmamışdır).
Dərslik məsələsi sonralar da milli ziyalılarımızın diqqət mərkəzində olmuşdur.
Məktəb dərsliklərinin ən başlıca vəzifəsi şagirdlərə müəyyən elmi biliklər verməkdir.
Azərbaycanın dərslik tarixində yadda qalan,uzun illər boyu şagirdlərin təfəkkür fəaliyyətini zənginləşdirən dərsliklərimiz çoxdur.
Bu cəhətdən milli dərslik və dərs vəsaitlərinin hazırlanmasında R.Əfəndizadə , A.Şaiq, M.Mahmudbəyov, Ağa bəy İsrafilbəyli, S.M.Qənizadə,C.Cəbrayılbəyli, F.Ağazadə kimi ziyalıların xidmətləri təqdirəlayiqdir. Bu tarixi dərsliklərdə əsas yeri tərbiyə və davranış məsələləri tutur. Müəlliflər nədən yazırlarsa yazsınlar,söhbəti milli tərbiyəyə gətirib çıxarırlar. Adları çəkilən müəlliflərin dərslik və dərs vəsaitlərində mövzular elə işlənmişdir ki, nəticəni şagird özü çıxarır.
Mövzuya keçid kimi dediyim bu sözlər dərslik yazmaq fikrinə düşən hər bir ziyalını ciddi düşündürməlidir.
Bu gün dərslik yazmaq fikrinə düşən və asanlıqla istədiyinə nail olanlar çoxdur. Təbii ki, bu dərsliklərin hamısı tarixdə qalmaq hüququ qazana bilmir. Mən bu gün üstündə 2003-cü ildən "İlin ən uğurlu dərsliyi" damğasını gəzdirən bir dərslikdən söz açmaq istəyirəm.
Bu damğanı dərsliyə kim vurub, hələ heç kəs bilmir.Deyəsən, müəlliflərin özləri də bilmirlər. Bu, bəlkə də naşirlərin kommersiya üsuludur.Hər halda Azərbaycan müəllimlərinin by dərsliyə marağı və alternativ dərsliklər seçimində ona üstünlük verilməsi faktdır.
Söhbət müəllifləri professor Qəzənfər Kazımov, docent Faiq Şahbazlı, orta məktəb müəllimi Aygün Mikayılova kimi göstərilən 8-ci sinfə aid "Azərbaycan dili " dərsliyindən gedir. Sonungu dəfə 2012-ci ildə nəşr edilmişdır. Həcmi 144 səhifədir. Dərslikdə yaxşı nə varsa, bəyəniləndir. Yaxşı nə yoxsa, söhbət elə onların haqqındadır. Bu da təbiidir.
Orta məktəb dərsliklərində elə mövzular var ki, uzun müddətdir ki, onların düzgün yanaşma üsulu tapılmır. Bunlardan biri də tabelilik əlaqələrinin bir növü olan idarə əlaqəsidir.Dərslikdə idarə əlaqəsinin tərifi belə verilmişdir:
"Əsas tərəfin tələbi ilə asılı tərəfin müəyyən hallara düşməsinə idarə deyilir".
( Burada, çox güman ki, söhbət söz birləməsinin II tərəfindən və ya xəbərdən gedir . Məsələn: sənin kitabın; məktəbə gedirəm; evdən gəlirəm və s.-N.N.)
İdarənin tərifindən (qaydasından) sonrakı sətirlər:
"İdarə əlaqəsi ismin halları ilə bağlıdır .(əlaqədardır-N.N.).Adlıq haldan başqa, qalan beş halda olan sözlər idarə əlaqəsində asılı tərəf kimi çıxış edir"
Belə çıxır ki, "Göyçay torpağı", "Sən kitab oxuyursan" nümunələrindəki qeyri-müəyyən halda olan sözlər ( "Göyçay" və "kitab" sözləri də idarə olunan sözlərdir.Birinci söz "torpaq" ismi ilə, II söz "kitab" sözü isə "oxumaq" feli ilə idarə olunmuşdur.
Təəssüf ki, dərslikdə adi məntiqi nəticəyə əsaslanan bu fikri təsdiq edən nümunə yoxdur.
Dərslikdə kimin hansı bölməni yazması göstərilmədiyinə görə sözü bəzən ünvanına çatdırmaq mümkün olmur.
Azərbaycan dilində ismin iki halı həm müəyyənlik, həm də qeyri -müəyyənlik bildirdiyinə görə fikrimizi başqa nümunələrlə izah etmək istərdik. Qeyri-müəyyən yiyəlik hal da, qeyri -müəyyən təsirlik hal da şəkilçisiz olur. Onların hər ikisini formal olaraq, müəyyən hala gətirmək mümkündür.
"Sən dərslik müəllifisən" cümləsindəki "dərslik" sözünü "dərsliyin" şəklində, " Sən kitab oxuyursanmı? cümləsindəki kitab" sözünü isə "kitabı" şəklində işlətmək müümkündür.
Deməli, tərifə görə mübahisə obyekti olan hər iki söz idarə olunan sözdür: məntiqə görə də , elə görüntüyə görə də. Bu fikrə dilçilikdə aydın münasibət yoxdur. Bu beş-on ilin elmi mübahisəsi deyil. Elmdə mübahisəli olan nəsnə dərsiyə yaxın gəlməməlidir. Dərslikdə hamı və ya əksər alimlərin , elmə ,elmi fikrə elmi yanaşması olan metodistlərin fikri işıqlandırılmalıdır. Dərslik elmi mübahisə meydanı deyil. Elmi mübahisə üçün AMEA var, bizim söhbətimizlə əlaqəsi olan AMEA-nın Dilçilik İnstitutu var. Yeri gəlmişkən qeyd edək ki,dərsliyin müəlliflərindən biri - professor Qəzənfər Kazımov son illərdə Pedaqoji Universitetdəki iş yerini AMEA-ya dəyişıb, deməli, o , araşdırma işlərinin aparıldığı ən ali elm ocağında işləyir.
Söz birləşməsinə aid sualların cərgəsində həm elmi, həm də pedaqoji ictimaiyyəti narahat edən bir məsələ də var.
III növ təyini söz birləşməsinin daxili üzvü- tərəflərin arasına daxil olan söz və ya sözlər sintaktik təhlildə necə təhlil olunmalıdır ? Dərslikdə buna da birbaşa , mübahisəsiz görünən cavab yoxdur.Fikrimizi nümunələrlə izah edək .
Vəlinin Ucarda evi var; Əhmədin yüz kitabı var.
Birinci cümlədəki "Ucarda" sözü söz birləşməsinin ikinci tərəfinə aid deyil ,onu təbii ki,söz birləşəsindən ayırıb, söz birləşməsinin ilk sözündən əvvələ keçirmək olar: Ucarda Bəlinin evi var.
İkinci cümlədəki söz birləməsinin arasına daxil olan söz isə söz birləməsinin ikinci tərəfinə aiddir, onu (buradakı
" yüz " sözünü birləşmənin ilk sözündən əvvələ keçirmək olmaz., " Yüz Əhmədin kitabı var" burada başqa məna daşıya bilər.
Dərslikdə bu məsələyə, demək olar ki, toxunulmayıb. Şəxssiz cümlədən danışılan yerdə (səh 128) buna işarə olsa da, texniki qüsura yol verilib, "Cavanşirin ona yazığı gəldi"; "Kişinin ona bərk acığı tutdu" cümlələrinin xəbəri aydın göstərilsə də, birinci cümlədəki "ona" sözünün, ikinci cümlədəki "ona" və "bərk" sözlərinin hansı cümlə üzvü olduğu göstərilmir. Amma buna ehtiyac var idi.
Dərslikdə yaxşı niyyətlə verilmiş çalışmalar bəzən şərtin nahamarlığına görə yaxşı alınmayıb.301 nömrəli çalışmada şəxssiz cümlə ilə ilgili 7 cümlə var. Cümlələrin hamısı təkcə xəbərdən ibarətdir. Bu cümlələrə tamamlıq və zərflik
( müəlliflər, yəqin ki, tamamlıq və zərflik yerində işlənə biləcək sözləri nəzərdə tuturlar) artırıb genişləndirmək istəyirlər.
Yaxşı, artırdıq. "Mənim xoşum gəlmir " cümləsinə "səndən " sözünü "MƏNİM" sözündən əvvəl yazaq, yoxsa sonra?
Dərslikdə "Adlıq cümlə" havadan asılı qalıb, ona yiyə duran yoxdur.
Əvvəllər adlıq cümlə mübtəda əsasında formalaşan sadə cümlə kimi izah olunurdu. İndi adlıq cümləni SADƏ CÜMLƏNİN ŞƏXSƏ GÖRƏ növlərinə aid etmirlər. Niyəsi budur ki, xəbəri yoxdur. Xəbəri olmayan dil vahidi də proqram müəlliflərinə görə, cümlə üzvü ola bilməz. .Dərslik də proqram əsasında yazılır. Bəlkə başqa səbəb də var. Hər halda indiki şagirdlərin suallarına cavab vermək lazımdır.
Söz - cümləni cümlə yerinə qoyuruqsa,onda gəlin onu 304- cü çaışmadakı kimi 4 qrupa ayıraq: təsdiq söz-cümlələr, inkar söz-cümlələr, sual söz-cümlələp, emosional (nidalardan ibarət olan) söz-cümlələr. (səh.132-133).
Ara sözlərin ancaq modal sözlərlə ifadə olunması fikri də da mübahisəli görünür (səh.112).
Dərsliyin təzə (2012-ci il) nəşrində köhnə nəşrdəki "frazeoloji birləşmələr sadə üzv hesab olunur" fikrinə düzəliş verilib.İndi frazeoloji birləşmələr mürəkkəb üzv hesab olunur. Bu , belədirmi? Gəlin fikirləşək.
Neçə illərdir ki , III növ təyini söz birləşməsinin II tərəfi say olacağı təqdirdə , belə birləşmələrin təyini olub olmaması mübahısə doğurur. Mübahısə bu gün də var, bəlkə YARIN da olacaq. Dərslikdə "ustalardan ikisi", "əlaçılardan beşi" tipli birləşmələr hələ də III növ təyini söz birləşməsi kimi təqdim olunur (səh.18). Bu da belədiirmi? Əgər belədirsə, 51- ci çalışmadan imtina etməliyik. Burada III növ təyini söz birləşməsi 1 T yiyəlik hal+ II tərəf m (hər üç şəxsə aid mənsubiyyət şəkilçisi - N.N.) kimi göstərilir.
Dərslikdə bəzən mübahisədən qaçmaq məqsədilə "əksərən", "bir qayda olaraq" kimi müəllifləri məsuliyyətdən uzaqlaşdiran sözlərdən istifadə olunur.. 53- səhifədə oxuyuruq: "Başlamaq, istəmək, bilmək, olmaq, etmək felləri ƏKSƏRƏN başqa sözlərə birləşərək, xəbər vəzifəsində işlənir. Məsələn: Nazim oxumağa başladı.Mən yatmaq istəmirdım..." Bu nümunələr inandırıcı görünmür. Belə ki, Nazim oxumağa da, yazmağa da başlaya bilər. Eləcə də mən yatmaq da istəyərəm, oyanmaq da...
Dərslikdə bugün üçün yaxşı səslənməyən cümlələri asanlıqla yeni nəşrdə dəyişmək arzu və tövsiyə olunur. Cümlənin tərbiyəvi əhəmiyyəti olmalıdır. Mən demirəm ki, dərslik müəllifləri sığallı cümlələrdən istifadə etsinlər. Hər halda "Səlim ağanın başına çomaq vurmaq" (Nümunə M.İbrahimovdandır -N.N.)kimi insanlığa uyğun olmayan tarixi vərdişləri yada salmayaq. (səh.122, çalışma 279/3). 284 -cü və 285-ci çalışmalarda da yaxşı səslənmədiyinə görə bir -iki cümlə daha münasib sözlü cümlələrlə dəyişdirilməlidir.
Dərslikdə üzvlənən və üzvlənməyən cümlələrə aid bir neçə cümləlik yer ayrılmalıdır. Məqsəd və intonasiyaya görə cümlə növlərinə aydınlıq gətirilməlidir. Bu, sadə cümlənin, yoxsa ümumiyyətlə həm sadə quruluşlu, həm də mürəkkəb quruluşlu cümlənin növləridir? Yaxşı ki,uzun illərin səhvindən sonra buradakı uyğunsuzluğa son qoyuldu və seminar iştirakçılarından birinin (kimliyini qəsdən demirəm) təklifi ilə səhv düzəldildi. Məqsəd və intonasiyaya görə cümlə növlərinin həm sadə , həm də mürəkkəb cümləyə aid olması faktı təsdiq olundu.Təzə nəşrdə bu fikrin təsdiqinə bir cümlə ayrılmasna ehtiyac duyulur.
41-ci səhifədə "Dövlət himnimizi kim yazıb" cümləsi redaktə olunmalıdır. Şagird ona məlum olan cavabı verməkdə çətinlik çəkir.(Şagirdlərin hamısı bilir ki, himnimizin musiqisini Ü.Hacıbəyov yazıb. Mətnin müəllifi isə Əhməd Cavaddır ). Burada sualın kimə - himnin bəstəkarına, yoxsa sözlərinin müəllifinə aid olması bilinmir.
Dərslik haqqında qeydlərimi yazarkən mətbuatda bir neçə ay bundan əvvəl oxuduğum bir xəbər - müsahibə mənə çox maraqlı göründü. Sərlövhə belə idi:
Azərbaycan dilinin qrammatikası yenidən yazılacaq
Maraqlıdır, biz orta məktəb dərsliklərinin daha da təkmilləşdirilməsi üçün monitorinq aparırıq, AMEA-nın Dilçilik İnstitutu isə Azərbaycan dilinin qrammatikasını yenidən yazmağı, sən demə, çoxdan planlaşdırıbmış.
Xəbər-müsahibənin bəzi yerlərini olduğu kimi oxucuların diqqətinə çatdırıram: Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutu respublikanın ən görkəmli dilçi alimlərinin iştirakı ilə Azərbaycan dilinin qrammatikasını yendən yazacaq.
İnstitutun direktor əvəzi .....bildirib ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Azərbaycan dilinin fundamental və monoqrafik tədqiqatları davam etdiriləcəkdir. Buna görə də respublikamızın görkəmli alimlərini cəlb etməklə vahid normaya uyğun müasir Azərbaycan dilinin fundamental, funksional qrammatikasının yazılması planlaşdırılıb.
Yeni yazılacaq "Azərbaycan dilinin qrammatikası"nda Azərbaycan dilinin bütün aspektləri ...sırf nəzəri planda yazılacaq.
Bu xəbərdən bir neçə ay sonra institutun pəhbərliyi dəyişdirilmişdir.Yeni rəhbərliyin əvvəlki qərara münasibətini bilmək, hər halda maraqlıdır.
Adı çəkilən xəbərdə dərslik yazacaq müəlliflərə tövsiyə edilib ki, yeni qrammatika köhnə qrammatikanın təsiri altında yazılmasın.
O vaxt müəlliflərə yeni qrammatikanı yazanda köhnə qrammatikanı bir kənara qoymaq tövsiyə olunurdu:
"Sözsüz ki, onları öyrənmək lazımdır. Ancaq onların təsirindən də xilas olmaq lazımdır. Bir az (görəsən , çox olmaz-N.N.)
dünya dilçiliyinə çıxmaq lazımdır. Öyrənmək lazımdır ki, görək bu məsələlər dünya dilçiliyində necə öz əksini tapır".
Nə deyirik, öyrənək də. Dünya dilçiləri elmi qrammatika yazmağı Rusiya çarının əlindən düz üç dəfə Demidov mükafatını alan Mirzə Kazım bəydən öyrənirdi, indi biz onlardan ( dünya dilçilərindən-N.N.) öyrənəndə qiyamət qopmaz ki..
.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM