Rəşid bəy Əfəndizadənin İstanbuldakı "Uşaq bağçası"- 1898-ci il

10:12 / 15.01.2016

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının Əməkdar müəllimi

Azərbaycanın görkəmli maarifçilərindən biri Rəşid bəy Əfəndizadə (1863-1942) maraqlı həyat yolu keçmişdir. Rəşid bəy ilk təhsilini zəngin pedaqoji ənənələri olan Şəki şəhərində almışdır.

  1879-cu ildə Zaqafqaziya Müəllimlər Seminariyasının müsəlman şöbəsi açılanda Rəşid bəy Əfəndizadə Qori şəhərinə getmiş, burada  bilikli və bacarıqlı müəllimlərdən Avropa təhsil ənənələri ilə zəngin olan elim və metodiki cəhətdən əvvəlki təhsil sistemindən fərqlənən mükəmməl təhsil almışdır. R. Əfəndizadə 1882-ci ildə Qori şəhərindəki Zaqafqaziya Müəllimlər Seminariyasını bitiərək, yüksək elmi səviyyəli və saf məfkurəli öyrətmən kimi 8 il Qutqaşendə (Qəbələdə-N.N.), 2 il Qutqaşen yaxınlığındakı Xaçmaz kəndində, 1 il 4 ay Şəkinin Qoxmux kəndində geniş və hərtərəfli müəllimlik fəaliyyəti göstərmişdir. İşlədiyi kənd məktəbləri R.Əfəndizadə üçün elmi-metodiki baza rolunu oynayırdır.
 R.Əfəndizadə 1892-ci il dekabrın 27-də Zaqafqaziya Əhli-Təsənni İdarəsinə katib köməkçisi vəzifəsinə təyin olunmuşdur. Onun əyalət müəllimliyindən Zaqafqaziyanın baş şəhərinə işləməyə dəvət edilməsi heç də təsadüfi deyildi.  
  Zaqafqaziya Müəllimlər Seminariyasında Rəşid bəyə şəriətdən və Azərbaycan dilindən dərs deyən Hüseyn Əfəndi Qayıbov 8 il idi ki, Əhli-Təsənni İdarəsinin müftisi vəzifəsində işləyirdi. Hüseyn Əfəndi seminariyada işləyərkən elminə və dərrakəsinə görə Rəşid bəyə xüsusi diqqət yetirir, onun  hərtərəfli təhsil almasına çalışırdı. Rəşid bəyin yaxşı xətti var idi, o, bədii yaradıcılıqla da məşğul olurdu.
  “Ziyayi-Qafqasiyyə” qəzetinin 25 yanvar 1882-ci il tarixli 7-ci nömrəsində dərc olunmuş bir yazıdan öyrənirik ki, Hüseyn Əfəndi  seminariyanın son kursunda oxuyan şagirdlərindən birinin doğma şəhəri Şəkiyə həsr etdiyi şeirini  çap olunmaqdan ötrü redaksiyaya göndəribmiş. Qəzetin idarə heyəti (o vaxtlar qəzetin redaktoru Cəlal Ünsizadə, naşiri isə Səid Ünsizadə idi-N.N.) seminariya tələbəsinin şeirini o vaxtın yeganə anadilli mətbu orqanında çap etməsə də, gənc yazarı naümid qoymamış, gələcəkdə məxsusi bir məcmuədə ona yer ayıracağına söz vermişdi. Təəssüf ki, XIX əsrdə Tiflisdə geniş naşirlik fəaliyyəti göstərən Səid Ünsizadənin belə bir  şeir məcmuəsi nəşr edib-etmədiyini müəyyənləşdirmək  mümkün deyil. Hər halda 1882-ci ildə seminariyanı müvəffəqiyyətlə bitirən şəkili Rəşid bəy Əfəndizadənin bədii yaradıcılığında  Nüseyn Əfəndi Qayıbovun  rolu  danılmazdır.

 

 

 

Rəşid  bəy  Əfəndizadə  (rus dilində yazılmış sənədlərdə Rəşid bəyin  adı və soyadı soyadı  Abdurəşid  İsmayıl Əfəndi oğlu Əfəndiyev kimi yazılıb- N.N.) Azərbaycan dilində təhsil alan hər bir  azərbaycanlının hələ  ibtidai məktəb illərindən tanıdığı  söz ustalarından biridir. "Ay havada uçan durna" misrası  ilə başlanan  gəraylını yaşlı nəslin adamları nostalji  hislərlə  hələ  də zümzümə  edirlər.


  R.Əfəndizadənin "Fəsillər" şeirinin bir bəndi hələ də orta məktəb dərsliklərində şifahi xalq ədəbiyyatının janrlarından birinə -mövsüm nəğmələrinə nümunə kimi təqdm olunur:

Üçü bizə yağıdır,
Üçü cənnət bağıdır.
Üçü yığır gətirir,
Üçü vurur, dağıdır...

( X sinif üçün ədəbiyyat dərsliyi,Bakı,2009,səh.9-10)


Əlbəttə, bu yalnışlıq, çox güman ki, Rəşid bəy Əfəndizadənin şeir dünyasına məhəbbətdən irəli gəlir.

R.Əfəndizadə  1863-cü ildə Şəkidə anadan olub, ilk təhsilini də bu şəhərdə  alıb. 1879- cu ildə Qori şəhərində Zaqafqaziya Müəllimlər Seminariyasının müsəlman şöbəsi açılanda bu yeni təhsil ocağının ilk tələbələrindən biri də R. Əfəndizadə  olub.  O, 1882- ci ildə seminariyanı bitirərək, Qutqaşendə (indiki Qəbələ-N.N. ) kənd məktəbinə müdir təyin olunub, 1890-cı ilin əvvəllərində  Xaçmaz  (indiki  Oğuz rayonunundadır- N.N.) kənd məktəbinə müəllim işləməyə  göndərilib. 1892-ci ilin  sonlarında R.Əfəndizadə Tiflisə gəlib, dekabrın 27-də Zaqafqaziya Əhli-Təsənni İdarəsində katib köməkçisi vəzifəsinə təyin olunub. O vaxt müfti vaxtilə  Qoridə Rəşid bəyə  ana dili və şəriətdən dərs deyən Hüseyn Əfəndi Qayıbov idi.     
  
Rəşid   bəyin   Tiflisə  dəvət edilməsi təsadüfi deyildi.  Müfti Hüseyn Əfəndi Qayıbov tutduğu dini  vəzifə çərçivəsində böyük  maarifçilik  işləri görürdü: kənd və şəhərlərlərdə yeni məktəblər açır, yazılı və şifahi ədəbiyyatın inkişafına,  qabaqcıl müəllimlərin  yazdıqları dərslik və risalələrin çapına qayğı  göstərirdi. 

Sənədlərdən məlum olur ki, R.Əfəndiyzadədən əvvəl Əhli-Təsənni İdarəsində katib köməkçisi vəzifəsində  şamaxılı Mirzə Seyfəddin Seyidov işləyirmiş. O,Tiflis Məhkəmə Palatasına tərcüməçi vəzifəsinə keçəndən sonra  R.Əfəndizadə  onun yerinə müvəqqəti olaraq işə götürülüb.  Səriştəsi, bilik və bacarığı, yazı mədəniyyəti nəzərə alınaraq, R.Əfəndizadə  bir neçə aydan sonra  daimi işə keçiririlib.

R.Əfəndiyev  bundan üç ay sonra  kənd mollası və müəllimlik  attestatı almaq üçün Tiflis--Kutaisi  Sünni Məclisinə müraciət edir. 1893- cü il iyunun 6-da  imtahan  verir.  Zaqafqaziya Ruhani İdarəsinin 2 iyul 1893-cü il tarixli  qərarı  ilə  ona  prixod mollası  və müəllimliyi təsdiq edən  760 nömrəli  attestat  verilir. 

Məşhur müəllimlər  seminariyasını bitirib, 10 ildən artıq bir  müddətdə  kənd məktəblərində  müəllimlik edən R.Əfəndizadənin dini idarədən  sənəd  alması təəccüblü görünməməlidir. Bu, çox güman ki, yeni vəzifədə  möhkəmlənmək, Zaqafqaziya Müəllimlər Seminariyasında işə düzəlmək, hazırladığı dərslikləri Ali Ruhani İdarəsinin xətti ilə  çap etdirmək məqsədi daşıyırdı.

R.Əfəndizadə Ruhani İdarəsində  katib vəzifəsindən o yana yüksələ bilməyib. Yaxşı  xətti, tərcüməçilik məharəti, vəzifə borcuna vicdanlı münasibəti Rəşid bəyə  baş ucalığı gətirsə  də,  aldığı az maaşdan bezərək, o, ailəsini yaxşı  yaşatmaq  üçün  əlavə gəlir yolları  axtarır.  Özünü oda-közə atsa  da, yeganə  çıxış yolunu elmdə və ədəbi yaradıcıluqda  görür. Bu cəhətdən R,Əfəndiyevin  1898-ci il apelin 4-də müfti H.Qayıbov həzrətlərinə yazdığı ərizə maraq doğurur.

 Ərizəçi  ayda 34 manat 29 qəpik əmək haqqı  aldığını, 6 nəfərlik  ailəsini güclə  dolandırdığını ürək ağrısı ilə bildirir və vacib maddi həyati  tələbatını ödəməkdən ötrü gördüyü  işlərdən söz  açır:


"Maddi vəziyyətimi yaxşılaşdırmaqdan ötrü hələ xalq  maarif sistemində işlədiyim illərdə tərtib etdiyim əlifba kitabçasını ("Uşaq bağçası" dərsliyi nəzərdə tutulur-N.N.) nəşr etmək qərarına  gəlmişəm. Kənd məktəblərində Azərbaycan və rus  dillərini tədris edərkən 10  il ərzində  müntəzəm olaraq dərs planı tutmuş, dil öyrətmək sahəsində parlaq  nəticələr  
qazanmışam.  Dərs planlarımda  əsas yeri rus məxəzlərindən götürülmüş  məqalələr, Puşkin, Lermontov, Krılov, Koltsov, Jukovski və başqalarının əsərləri tutur. Senzor Komitəsinin icazəsi ilə əsəri ərəb  əlifbasının kolliqrafiya  qaydaları ilə çap  etdirməkdən ötrü Türkiyəyə-Konstantinopol (İstanbul-N.N.) şəhərinə göndərmişəm. İndi Konstantinopolda Azərbaycan dilini kamil bilən  çap mütəxəsssi  olmadığından tipoqrafiyanın rəhbərliyi  dərsliyin  düzgün  korrektə olunacağına zəmanət  vermir. Odur ki, dərsliyi korrektə  etmək  üçün Konstantinopola getmək  istəyirəm”.


R.Əfəndiyev  ərizəsinin sonunda  səfərlə  əlaqədar  olaraq, ona iki aylıq  məzuniyyət  verilməsini xahiş edir.
Zaqafqaziya  müftisi H.Ə.Qayıbovun  18  may 1898-ci il  tarixli 770  nömrəli  təliqəsinə  əsasən Konstantinopola  getmək  üçün R.Əfəndiyevə  mayın  20-dən iki  aylıq  məzuniyyət və  xarici pasport verilir.

R.Əfəndiyevin  ilk  dərsliyi-"Uşaq bağçası” elə  həmin il  İslambulun (şəhərin adı dərslikdə belə yazılıb- N.N.) 
Bab-i Ali caddəsindəki  38 nömrəli ünvanda yerləşən  İvanaki Panayotidis mətbəəsində çap olunmuşdur.

 .
  

Ümumi  təəssürat üçün  titul səhifəsinin yazılarını  olduğu kimi təqdim edirik:  

"Müəllif  və mucidi (yaradanı, vücudə gətirəni-N.N.)  Rəşid bəy Əfəndizadə. On sənə müzirində kəsb olunmuş təcrübədən sonra tazə üsuli-sövti  üzrə təsis olunub,  təliq (ərəb  yazısı növlərindən biri--N.N. )  və  cüls xətləri üzrə  tərtib olunubdur. Qiyməti  1 manat  20 qəpikdir. Hər həqqi   müəllif  və  naşirinə  aiddir. Maarif  nəzarət  cəliləsinin rəzasəti  ilə təb  olunmuşdur. İslambul.  İvanaki Panayotidis mətbəəsi, Bab-i Ali cadəsi, 38. 1316 səneyi-islamiyyə  (1898 səneyi məsihiyyə)".


 Kitabın 7 səhifəlik müqəddiməsindəana dilində verilən təlimin məqsəd və vəzifələrindən,ayrı-ayrı dərslərin metodik təqdimatından söz açılır 

 Yeri gəlmişkən  onu da qeyd edək ki, İstanbulun Bab-i Ali caddəsində o vaxtlar    onlarla mətbəə var idi. İvanaki Panayotidis  mətbəəsi texniki imkanlarına görə digərlərindən əsaslı şəkildə fərqlənirdi.

 Mətbəənin  ən məşhur nəşrlərindən biri  1897-ci ildə burada çap edilmiş  “Kamus-I Rumi-Rumcadan Türkçeye Luğat”dir. İki cildlik bu lüğətin tərtibçisi-yazanı mətbəə sahibinin özüdür.Nəfis tərtibatlı bu  qamus  kitabı 2054 səhifədir. Dünya lüğətçilik tarixinin nadir kitablarından biridir.

 

 Tarixilik xatirinə qeyd etmək istəyirik ki,
 "Uşaq bağçası"nın çapına 1896- cı il fevralın  29- da  Qafqaz  Senzor  Komitəsi  tərəfindən icazə verilsə də, dərsliyin nəşri iki ildən çox ləngimişdir. Kitabın çapındakl bu ləngimələr nəşriyyat  problemləri ilə bağlı  olub.

 Belə ki, bu illərdə Tiflisdə -Zaqafqaziyanın baş şəhərində Azərbaycan dilində mətbəələr, demək olar ki,öz fəaliyyətini dayandırmalı olmuşdu. 1878-ci ildə yaradılçış "Ziya" mətbəəsi Səid Ünsizadənin  İstanbula müraciətindən bir az sonra  bağlanmışdı. Bu mətbəənin bazası əsasında yaradılan "Kəşkül " mətbəəsi də 1891-ci ildə "Kəşkül" qəzeti bağlanandan sonra  öz fəaliyyətini dayandırmışdı. 
   Haqqında söz açılan hər iki mətbəə  Azərbaycan dilində  kitab çapını xeyli ləngitmişdir.Ünsizadə qardaşlarının 1878-1891-ci illərdə Tiflisdəki coşqun nəşriyyatçılıq fəaliyyətinin  əngəllənməsi  Zaqafqaziyadan kənardakı türkdilli  ədəbiyyatın  da inkişafına  öz mənfi təsirini göstərmişdir.
  Unutmaq lazım deyil ki, türk dünyasının  böyük
yazarlarından biri, Səid Ünsizadənin əqidə və məslək  dostlarından  olan  krımlı  İsmayıl bəy Qasprinski  türkdilli jurnalistik fəaliyyətinə 1879-cu ildə "Ziya" qəzetindən başlamışdır.
  İ.Qasprinskinin   "Tərcüman"dan əvvəlki   bir sıra kiçik həcmli jurnalları" Tuncuq" , " Şəfəq" , "Qəmər "  Ünsizadə qardaşlarının  mətbəəsində çap olunmuşdur.
 İ.Qasprinski  1881-ci ildə Tiflisdə  "Ziya" mətbəəsində çap  etdirdiyi "Tuncuq" jurnalının "Ön söz"ündə    bu xidmətləri çox yüksək dəyəndirmişdir.


"Uşaq bağçası"nın  həcmi  137 səhifədir.  Əsər giriş və  3  fəqərədən-hissədən ibarətdir.  Dərslik  "Müəllim  Rəşid bəy  Əfəndizadə" imzalı 7  səhifəlik müqəddimə ilə  başlayır. Birinci hissənin materialları  25 səhifədə yerləşdirilib. İkinci hissə yenidən  nömrələnib (səh.1-78 ). Üçüncü  hissənin materialları 79-cu səhifədən başlayır, 105 ci səhifədə tamamlanır.

Sonuncu-nömrəsiz cəhifədə Zaqafqaziya müftisi  Hüseyn Əfəndi Qayıbovun və şeyxülislam Axund Əbdüssəlam Axundzadənin hərəsinin  ayrı-ayrılıqda  bir cümləlik  müsbət  rəyi-icazəsi çap olunub:

" Həmin kitabçanı  Zaqafqazın cəmi sünniməzhəb  müsəlmanlarının məktəbləıində ümxaz (istifadə-N.N.)       
 olunmağa nafe (faydalı-N.N.) hesab edüb imza edirəm.

    Zaqafqaz müftisi Hüseyn Əfəndi Qayıbov"


"   Həmin kitabçanı cəmi şiəməzhəb müsəlmanlarının ibtidai məkatibində şagirdlərin istifadəsi üçün təlim kitabı əxz(əldə etmə,alma-N.N.) olunmağa mənfəətlü hesab edirəm.

    Zaqafqaz şeyxülislamı Axund Əbdüssəlam Axundzadə"
     
  
Dərsliyin  birinci hissəsi dilin fonetik  və leksik materiallarının tədqiqinə həsr olunub. Buradakı nəzəri materialların izahında yeri düşdükcə atalar sözü və məsəllərdən istifadə olunub. Dərsliyin  ikinci  və  üçüncü  hissələrinin materialları müntxəbat xarakterlidir.  Burada  rus  və dünya ədəbiyyatından  tərcümə  və  iqtibas  edilmiş təmsil, hekayə, zərifə və s. janrlarda olan nəzm  və nəsr  nümunələri məktəb yaşlı uşaqların  mənəvi dünyasini zənginləşdirən, onların mütaliə mədəniyyətinə   yönələn dəyərli materiallar kimi diqqəti cəlb edir
:

Məktən vəqtidir,əzizim,dur ayağa, ey oğul,
Gün çıxıb,pəncərədən düşdü otağa,ey oğul.

Çox zamandır ki,xoruslar oyadıblar xəlqi,
Paltarın əgninə gey,çəkmən ayağaey oğul.

Quş ola,heyvan ola,insan ola məzmumdur
                                     (məzəmmət olunmuşdur-N.N.) 
Kəsbdən qeyri qədəm qoyma qırağa , ey oğul.

Yük çəkir hər cücü öz ruzqini ,hər arı özün
Vuracaq baldan ötü daşa,batdağa,ey oğul.

Kəsbdir gərçi dutur torçu balıq dəryadan,
Kənçinin meyli olur bostana,bağa,ey oğul.

Fikr eylə,imdi, oğul: elm,sənət kəsbdir,
Sən də get məktəbə,elmə,dur ayağaey oğul.


 "Məktəbə çağırış" adlı  bu şeir K.D.Uşinskinin "Ana dili" dərsliyindəndir.Müəllifi K.D.Uşinskinin yaxın dostu,görkəmli pedaqoq, Zaqafqaziyanın təhsil tarixində əhəmiyyətli rol oynayanL.N.Modzalevskidir  (14.02.1837-12.05.1896). L.N.Modzalevskinindərsliklərdə dəfələrlə yer tutan bu şeirini  H.Qaracadaği də, R.Əfəndizadə də,M.Ə.Sabir də tərcümə etmişlər. Tərcümələr o qədər maraqlı alınmışdır ki, onların orijinal olub-olmamasını müəyyənləşdirmək,bir neçə tədqiqatçıdan başqa,demək olar ki,heç kəsin yadına düşməmişdir.
  Rəşid bəy Əfəndizadənin iklinci dərsliyi  " Bəsirətül-ətfal "dır. Onun ilk variantı 1901-ci il sentyabrın 12-də də Bakıda nəşr olunmuşdur. Müəllif 1907-ci ildə bu dərsliyi  şagirdlərə müsəvvər (şəkilli-N.N.)  dərslik kimi  təqdim etmişdir. Dərslik İstanbulda Bab-i Ali   caddəsindəki 72 nömrəli binada yerləşən Mahmud bəy  mətbəəsində nəşr etdirmişdir.Dərslikdəki illüstrasiyalar məşhur rus rəssamı Vladimir Amosoviç Taburinindir.
 R.Əfəndizadənin İstanbulda nəşr olunan  "Bəsirətül-ətfal"ı Bakıda nəşr olunan "Bəsirətül-ətfal"dan   həcmcə xeyli  kiçikdir. Cəmi 128  səhifədir.

 Dərslikdə klassik  Azərbaycan ədəbiyyatından,  "Kəlilə  və  Dimnə"dən, şifahi xalq ədəbiyyatından edilmiş   tərcümələrin, tərbiyəvi əhəmiyyətli  materialların çoxu  dərslik  müəllifinin    şərhləri   ilə müşayiət olunub.


  "Uşaq  bağçası" ,eləcə də "Bəsirətül-ətfal "dərsliklərindəki  materialların  əksəriyyətindən  müasir  dərsliklərinin yeni nəşrlərində  səmərəli şəkildə istifadə etmək olar.


Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının əməkdar müəllimi,
Respublika Prezidentinin Sərəncamı ilə keçirilən 
ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi,
TQDK-nın Azərbaycan dili fənni üzrə eksperti,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

Bakı,14.01.2016.

əlaqə-   050   632   31 49
  (012)  566     07   95


   

Bakı şəhəri,  Təbriz küçəsi,94,  mənzil 101.





 


         

 

 

 

 



Ədəbiyyat

 

1.ARDTA (Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi). F.291,s.3,s.v.1681.

2.Ə.Abdullayev.Maarif fədaisi.Bakı,1982.

3.Nəsrəddinov Nazim. Maarif carçısı, "Novruz qəzeti", 04.02.1993,N5.

4.Nəsrəddinov Nazim.XX əsrin əvvəllərində İstanbulda çap olunmuş ilk Azərbaycan dərsliyi-
                                     Rəşid bəy Əfəndizadə.    "Bəsirətül-ətfal",    İstanbul,1907.
                                     " Kredo"qəzeti,28.05.2015, N 22(830).
5.Nəsrəddinov Nazim. XX əsrin ilk Azərbaycan dərsliyi- "Bəsirətül-ətfal", Bakı,1901,"Strategiya.az" saytı, 29.12.2012.
6.Nəsrəddinov Nazim.  İlk Azərbaycan dərsliyi- "Bəsirətül -ətfal", İstanbul-1907."Strategiya.az" saytı,29.01.2013

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM