S.Ə.Şirvaninin bir şeirinin yazılma səbəbi və əks-sədası

09:08 / 23.01.2016

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının Əməkdar müəllimi

Maarifçilik tariximizdən səhifələr


        S.Ə.Şirvaninin bir şeirinin yazılma səbəbi və əks-sədası

                    Açar sözlər - mətbuat, maarifşilik,ezop manerası,ianə dəftəri, himayədarlıq

  S.Ə.Şirvanini yaradıcılığında məktub janrında yazılmış onlarla şeiri var. Bunların əksəriyyəti müəyyən münasibətlə qələmə alınmış ictimai məzmunlu, ezop maneralı, bədiilik cəhətdən diqqəti cəlb edən, hələ də dərin və hərtərəfli incələmələrini tapmayan sənət nümunələridir. 
  Şairin  Hacı Səid Ünsizadəyə həsr etdiyi   117 beytlik qəsidəsi klassik irsimizdəki mədhiyyə xarakterli  digər qəsidələrdən köklü şəkildə fərqlənir. Bu şeir   "Ziyayi-Qafqasiyyə" qəzetinin  
21 mart 1884-cü il tarixli 4-cü nöməsində dərc olunmuşdur.
  S.Ə.Şirvani bu şeiri ilə, Zaqafqaziya Əhli-Təsənni İdarəsində tutduğu vəzifədən çıxarılıb ,doğma   şəhəri Şamaxıya  qazı  və Quberniya Əhli-Təsənni İdarəsinin sədri  vəzifəsinə göndərilən  Səid Ünsizadəyə sanki  bir növ toxtaxlıq verir, onun gördüyü böyük maarifçilik işlərini oxucuların diqqətinə çatdırırdı.
  S.Ə,Şirvani 1884-cü ilin yanvarın əvvəllərində  Tiflisdən  Şamaxıya qayıdan Səid Ünsizadənin burada görəcəyi işlərdən də söz açır, bu işdə quberniya ziyalılarını əlbirliyə,himayədarlığa çağırırdı.  O, bu şeirində Şamaxıda maarif və mədəniyyət məsələlərinə rəvac verə biləcək nüfuzlu sakinləri, zər və zor sahiblərini, Səid Ünsizadəyə yeni vəzifəsində kömək ola biləcək şəxsləri dəyərləndirir və bu əbirlikdən ortaya çıxması gözlənilən  vəzifəni  müəyyənləşdirirdi:

  Bizə cəlbi-mənafe eyəsək dövlət deyil mane,
  Gətirmək tazə üslubə gərəkdir köhnə dünyanı.

  Qəsidədə  "köhnə dünyanı təzə üsluba gətirmək üçün"  S.Ünsizadənin maarifçilik manifesti hərtərəfli işıqlandırılır,oxucu bir vaxtlar paytaxt şəhəri olan Şamaxının və quberniyaya daxil olan yerlərin  yaxşılığa döğru dəyişəcəyinə inanır. 
  S.Ə.Şirvaninin  "Şamaxının vəziyyətinin təsviri" sərlövhəsi ilə Əsələrini  ikinci cildinə düşmüş şeiri də yazılma səbəbinə görə tarixi məqamlarla ilgilidir. Məzmunundan hiss olunur ki,30 bəndlik bu əsər dərc olunmaqdan ötrü "Ziyayi-Qafqasiyyə" qəztinə göndərilmişdir. Lakin Səid Ünsizadə  oxuculara 120 misralıq bu şeirin mahiyyətini  çatdıtmışdır ( "Ziyayi-Qafqasiyyə" qəzeti,1883,N 12). Mahiyyət də bundan ibarətdir ki,şamaxılılar 1859-cu il zəlzələsindən sonra  Bakıya köçürülən    paytaxtın  Şamaxıya qaytarılmasını  istəyirlər.  Bu məqsədlə  dörd nəfər məşhur iş bilən  şamaxılı  "Moskvaya,Peterburqa ,dəxi hər yana" gedəcək ki, vəziyyət dövlət məmurlarına çatdırılsın.         S.Ə.Şirvani şeirin 29 -cu bəndində, son bənddən əvvəlki bənddə - məqtə bəndində ( məqtə bəndi Seyid Əzimin bir sıra əsərlərində sondan əvvəlki  şeir vahidində olur-N.N.). sevincini oxucularla bölüşür

  Seyyida,qorxma,bu dörd kəs gedər, inşallah!
  Arizü nəxli verər bir səmər,inşallah!
  Yenə Şirvanə qubernə gələr,inşallah!    
  Kövkəbi-bəxtdə bir özgə səadət görünür!

  S.Ə.Şirvaninin  məktub  və ya  müəyyən şəxslərə müraciət şəklində yazılmış digər əsərlərinin incələnməsi, bədii materialın tarixi hadisələrlə inteqrasiyası şairin yaradıcılığını dərindən öyrənmək baxımından da maraqlı görünür. Şairin Şirvanın  tarixinə aid bir əsərinin  olması da  bu cəhətdən  dahi söz ustasının bədii və elmi təfəkkürünün  vəhdət şəklində  öyrənilməsi yönündə indiyədək diqqətdən yayınan  alatoran və qaranlıq məsələləri işıqlandıra bilər. 
  S.Ə.Şirvaninin müxtəlif illərdə Bakı Bəy Komissiyasının sədri olmuş məmurlarla və bu qurumun üzvləri ilə   tanışlıq  və  dostluq münasibətləri 51 bəndlik " Elədi" müxəmməsində bir sıra məqamları aydınlaşdıra bilər. ( Şairin Əsərlərinin  ikinci cildində  adı çəkilən  şeir oxuculara  "Şirvanın təzə bəyləri haqqında" adı ilə təqdim olunur. səh.13-21).Bu əsər araşdırılması vacib görünən çoxlu faktlar, rəmz və işarələr, söz içində söz demək üslubunun  müxtəlif çalarları ilə  zəngindir.
  S.Ə.Şirvani Azərbaycanın ilk professional müxbirlərindən biridir.O,sağlığında  "Əkinçi" (1875-1877),  "Ziya" (1879-1880),onun davamı olan  "Ziyayi-Qafqasiyyə" (1880-1884) qəzetlərində,  "Kəşkül" adı ilə nəşr olunan   junal  və qəzetdə  (1883-1891) ən fəal müxbirlərdən olmuş, həm şeirləri, həm də müxtəlif məzmunlu imzalı və imzasız  xəbərləri ilə  oxucularla ünsiyyətdə qurmuşdur. Maraqlıdır ki, H.Zərdabi də, Səid Ünsizadə də,Cəlal Ünsizadə də  nəşrini düşündükləri mətbu orqanların  proqram və nizamnamələrini hazırlayarkən dövrün  bir sıra qabaqcıl ziyalılarına müraciət etmiş,onların mətbu söz haqqında fikirlərini öyrənmişlər.Bu cəhətdən S.Ə.Şirvanini  bu mətbu orqanlarının   idarə heyətinin üzvü hesab etmək olar. 
  Seyid Əzimin   Bakıya - Həsən bəy Zərdabiyə, Tiflisə - şamaxılı Səid  və  Cəlal Ünsizadə qardaşlarına göndərdiyi  ictimai məzmunlu mənzum məktubları XIX əsrin ictimai fikir tarixini öyrənmək baxımından tədqiqatçıları  maraqlı məcraya yönəldə bilər.Bu məktublarda  mətbuatın cəmiyyətdəki  rolu, mətbu sözün qüdrəti,məktəb və mədrəsə məsələləri,dərslik, bədii ədəbiyyat və risalələrin mütaliə mədəniyyətində əhəmiyyəti  haqqında söylənilən  maraqlı mülahizələr bu gün də çox əhəmiyyətli görünür.

  "Əkinçi" qəzetini redaktoru Həsən bəy Məlikzadə də, Ünsizadə qardaşları da mətbuat fəaliyyətinə başladıqları ilk günlərdən qarşılaşdıqları abunə çətinliklərindən həmişə ürək ağrısı ilə gileylənmişlər.Belə giley-güzar bəzən mətbuat səhifələrində də özünə yer tapırdı. Burada maraqlı bir  məqam da özünü göstərirdi. Qəzetdə xarici mətbuatdan edilən tərcümələrdə Avropa və Amerika ölkələrindəki qəzet və jurnallardan  söz açılır,oxucu ya mətbuatın cəmiyyətdəki rolu haqqında düşünməyə istiqamət verilirdi.
  Mətbuatın çətin və məsuliyyətli yollarında görülən bütün cəhdlərinə baxmayaraq, "Əkinçi"nin  də, "Ziya"nın  da, "Kəşkül"ün   də abunəçiləri 300-500 nəfərdən  çox deyildi. Hətta  "Ziya" qəzetini ilk nümrələrinin -1879-cu ilin yanvar və fevralında çıxan nömrələrinin sayı  heç yüz nəfərə də çatmırdı. Lakin Səid Ünsizadə qəzetin  nəşrinin davamı üçün öz  nəşriyyat təsərrüfatının başqa  sahələrindən- kitab,risalə,təqvim çapından qazandığı məbləğdən qəzet nəşrinə müəyyən  pay ayırırdı.
  S.Ünsizadənin qəzet nəşrindəki düşdüyü çətinliklər diqqətli oxucuları da narahat edirdi. Milliyyətindən asılı olmayaraq, yerlərdən "Ziya"ya  az-çox yardım göstərirdilər.Çox güman ki,bu, S.Ünsizadənin hökumət dairələrindəki bəzi nüfuzlu məmurlarla əlaqədar idi. "Ziya"ya madi kömək göstərənlərdən biri də irəvanlı Abbas ağa idi.
  
  Filologiya elmləri doktoru,professor Əzizə Cəərzadənin verdiyi məlumata görə  irəvanlı Abbas ağa bu qədim türk şəhərinin adlı-sanlı xalq müəllimi olmuşdur. O, ana dili ilə yanaşı, fars dilini  də, rus dilini   də gözəl bilirmiş. Fars dilinin qayda-qanunlarından daha xəbərdar olduğundan  onu  daha çox "Fars Abbas" adı ilə  tanıyırdilar.Rəsmi sənədlərdəki adı Abbas Razi Məmmədzadədir. Onun "Самоучитель фарсидского языка для русских" (ruslara müstəqil təhsil almaq üçün fars dili-N.N.) dərsliyi 1911-1912-ci illərdə Bakıda Orucov qardaşlarının mətbəəsində çap olunmuşdur.

  Abbas ağa "Ziya" qəzetinin abunəçilərindən biri idi. O, "Ziya" qəzetinin çətinliklərindən xəbər tutaraq,  qəzetə yardım üçün Qafqaz canişinliyinə 50 manat pul və  naşir Səid Ünsizadənin adına   farsca yazılmış bir məktub göndərir.Səid Ünsizadə bu xəbəri qəzetin 13 oktyabr 1879-cu il tarixli 34-cü nömrəsində  oxuculara çatdırır. Abbas ağanın məktubu qəzetdə eynilə dərc olunur.
   S.Ə.Şirvaninin "Ziya" qəzetinə ünvanladığı  irəvanlı  Abbas ağa haqqında haqqında  yazdığı 
19 beytlik şeiri də məhz  abunə çətinlikləri  və bu yolda görülən işlər barədədir.
   S.Ə.Şirvani  bir nüsxəsinin  qiyməti  15 qəpik, illik abunə haqqı Rusiyanın kağız pulu ilə 6 manat olan  "Ziya" qəzetinə 50 manat ianə göndərən müəllimin fədakarlığını alqışlayır, bu münasibətlə yazdığı şeiri işıqlandırmaq üçün Tiflisə-qəzetin naşiri Səid Ünsizadəyə göndərir.Şeir  "Ziya " qəzetinin   11 oktyabr 1879-cu il tarixli 38-ci nömrəsində dərc olunur.
  Yeri gəlmişkən qeyd edək ki,S.Ə.Şirvani, "Ziya"nın  naşiri Səid Ünsizadə, onun qardaşı, qəzetin baş mühərriri Cəlal Ünsizadə  əslən şamaxılı idilər.Onların hər üçü Şamaxı ədəbi və pedaqoji mühitinin  yetirmələri idi. 1874-cü ildə Səid Ünsizadənin Quberniya Ruhani İdarəsinin sədri və Şamaxı qazısı olduğu vaxtlarda açdığı ibtidai məktəbdə Seyid Əzim və Cəlal Ünsizadə müəllimlik etmişlər. Seyid Əzim də, Cəlal Ünsizadə də məktəb tariximizə "Məclis məktəbi" adı ilə daxil olmuş  bu təhsil təhsil ocağında  işləyərkən   müəllimliklə yanaşı,dərslik tərtibi ilə də məşğul olmuşlar. Başqa sözlə,S.Ə.Şirvani Ünsizadə qardaşları ilə əqidə və məslək dostu idi. Ünsizadə qardaşları  mətbuat və nəşriyyat fəaliyyəti ilə  əlaqədar olaraq, Şamaxıdan Tiflisə kğçəndən sonra "Məclis məktəbi"nin əsas ağırlığı S.Ə.Şirvaninin üstünə düşmüşdü. 
   Seyid Əzim Ünsizadə qardaşlarının işlədikləri mətbu orqanda "Ziya" qəzetində S.Ə.Şirvani  oxuculara   "qəzetimizi Şamaxı müxbiri"  adı ilə təqdim olunurdu.
  Ünsizadə qardaşlarının əqidə və məslək dostu, "Ziya"nın Şamaxı müxbiri S.Ə.Şirvani irəvanlı Abbas ağanın ana dilli mətbuat yolundakı xeyirxahlığını belə alqışlayır:

  Mərhəba,ey İrəvanın xaki-zibamənzəri
  Kim,gəlib səndən vücudə əhli-məna sərvəri.

  Mərhəba,ey İrəvan, ey məcməül-bəhreyn əsər,
  Bəhrsən, Abbasi-namavər, o bəhrin gövhəri.

  Gövhəri-qabil,müini-əhli-irfan,feyzi-hər.
  Kim, olubdur zatı bir alicənabın yavəri.

  Eyləyib himmət "Ziya" haqqında  ol xurşidfər,
  Ta "Ziya" olsun cahanda əhli-həqqin rəhbəri.

  Aləmə açsın zəbani-pənd, töksün dürlər,
  Zöhrəvü xurşidü məh olsun o dürrə müştəri.

  Mərhabə,ey sahibi-himmət Məhəmmədzadə kim,
  Sən bu imdad ilə şad etdindili-peyğəmbəri.

  Çün qəzetdən şad olur əhli-səvadi-ruzigar,
  Sən onu ehya edib,şad eylədin aləmləri.

  Sən təki bir beş nəfər qeyrətkeş olsaydı əgər,
  Çəkməz idik aləm içrə minnəti-gavü  xəri.
  
  Gər qəzet qədrini hələ bilməsə bu qövm, eybi yox,
  İbtidadə hər işi, ari, ( bəli,hə-təsdiq ədatı-N.N.) sanırlar sərsəri.

   XIX əsrin bədii dil nümunəsi olan bu  şeirdə bugünkü ədəbi dildə çətin başa düşülən sözlər, izafətlər olsa da, diqqətli oxucu  buradakı  fikirlərin,demək olar ki,hamısını anlayır və dərk edir. 
    Seyid Əzim "Ziya" qəzetini  cahanda haqq əhlinin rəhbəri görmək istəyir. O istəyir ki,qəzetdə təbiyəvi məsələlərə xüsusi yer verilsin, yazılardan dürr tökülsün. Şeirdə savadlı əhalinin  mətbuata yaxşı münasibəti də  alqışlanır və təqdir edilir. Hər işin əzəlinin çətin olduğunu bilən şair inanır ki, gələcəkdə mətbu sözün dəyəri daha  üstün bilinəcəkdir.Başqa sözlə, nadan adam  qəzeti,mətbu sözü qiymətləndirməsə də, bunun  nəqsi  ( eybi,nöqsanı-N.N.) yoxdur. Görülən yaxşı işlər heç zaman  unudulmayacaqdır. 
    Abbas ağanın qəzetə ianəsini yüksək qiymətləndirən şairin  Azərbaycan dilində yazdığı  bu şeirin nüktəsi ( incə mətləbi-N.N.) Abbas ağanın daha yaxşı bildiyi fars dilində verilmişdir: 

"Qədri zər zərgər şünasəd, qədri cövhər cövhəri" ( yəni "Zər qədrini zərgər bilər,cəvahirin qədrini 
cəvahirçi" -N.N.).

   S.Ə.Şirvaninin şeiri  qəzetdə dərc olunandan iki ay sonra  "Ziya"nın  yeni il üçün abunə pulunun bir neçə məşhur şəxs-general -mayor İ.Yadigarov,Şərabçı oğlu,Qaibov,Uzunbaşlı,Şirniçi Hafiz Əfəndizadə,Xəlil Ağazadə,Dərvişbəyzadə, Hacı Molla Əlizadə tərəfindən idarəyə vasil olduğunu yazırdı.
     S.Ünsizadə   xalqı qəflət yuxusundan oyatmaq, onun maarifləndirilməsi  yolunda əzəmətli işlər görürdü;yeni istiqamətli məktəb açır, Azərbaycan dilində litoqrafiya və nəşriyyat yaradır, kitab,qəzet və jurnal çıxarmaq yolunda şəxsi nümunə göstərir,  məktəb yaşlı uşaqların mütaliəsinə xidmət edən dərslik-müntəxəbat yaradır,rus və türk dillərindən tərcümələr edir, qonşu dövlətlərin ziyalıları ilə maarifə xidmət yönümlü dostluq əlaqələri yaradır, başçılıq etdiyi mətbu orqanlara yeni üslub və formalar gətirirdi. O, himayə və hökmdarlığında yaşadığı çar Rusiyasının  dövlət məmurları ilə  xalqa xidmət edə biləcək əlaqələr yaramağı da şəninə və qüruruna sığışdırmağa  məcbur idi.Bu cəhətdən onun Bakı qubernatorları və yüksək rütbəli din xadimləri ilə münasibətləri diqqəti cəlb edir.
  S.Ünsizadənin  Tambov quberniyasının Spasski şəhərində ailəsi ilə sürgündə olan Mirzə Həsən Əfəndi Əlqədari, görkəmli şərqşünas,Peterburq Universitetində  azərbaycanlı M.C.Topçubaşovdan  Şərq dilləri dərsi alan  A.P.Berje,  türkdilli ilk jurnalını-"Tunğuc"u  Ünsizadə qardaşlarının mətbəəsində çap etdirən krımlı İsmayıl bəy Qasprinski, müxtəlif illərdə Türkiyədə üç dəfə maarif naziri olmuş  Münif Əfəndi ilə dostluq və əməkdaşlığı da yaddan çıxmamalıdır.Bu dostluq əlaqələrin hər biri iri bir pedaqoji və ictimai-siyasi layihənin yaranması ilə ilgili idi.
   S.Ünsizadənin geniş və hərtərəfli maarifçilik fəaliyyətində ən başlıca cəhət  \onun ana dilində yaratdığı mətbuat idi. O,qəzetdən heç bir mənfəət götürmürdü; özünün yazdığı kimi başqa yerlərdən qazandığını mətbuatın formalaşmasına və tərəqqisinə sərf edirdi.
   S.Ünsizadə bu məsələdən söz açaraq,yazırdı:

"Bu dəxi insaf degil ki,  "mənfəəti-şəxsiyyətimizi  mülahizə edib, bunun kimi ümumi mənfəətli olan işi tətil edək.Pəs lazımdır ki,əvvəlimci mərtəbədə millət işlərimizin  tərəqqisinə bais olan mətbəə və qəzetə xüsusunda qeyrət və həmiyyət göstərək".

   Çox təəssüf ki,türk dili anlaşılan və başa düşülən türkdilli yerlərdə Səid Ünsizadəyə və onun  "Ziya"sına  qeyrət və həmiyyət göstərən az idi,hətta kəndlərdə qələm əhli sayılan mollaların çoxu qəzetə abunə yazılmamışdı.Bu cəhətdən "Ziya"nın eyhamlı bir  "təsadüfi" xəbəri  maraqlı görünür:

"Tiflisdə mülk icarə edənlərdən  Şahbazın savadı olmadığı halda, keçən sənə ianət niyyəti ilə  qəzetimizə abunə olmuç idi. Bu il dəxi abunə olunub,təvəqqe edibdir ki,onun əvəzində ona gündərilən nüsxə axundlardan birinə göndərilə.
  Buna müqabil keçən ildən bəri ruhanilərdən birinin xidmətinə  "Ziya" nüsxələri göndərilməkdə idi. Amma bu ildən qəbul etməyir ki,ona qəzetə göndərilsin" ( "Ziya" qəzeti,N 4,27.12.1879).

   S.Ə.Şirvaninin irəvanlı Abbas ağaya yazdığı şeirin tarixi və əks-sədası bir çox ədəbi -elmi incələmələrə yol aça bilər. 
   Bir şeirin təəssüratı əsasında yazdığımız qeydlər  göstərir ki, şair və yazıçılarımlızın yaradıcılığının tədqiqinə yeni yanaşma prizmasından baxmaq, ədəbi hadisə və əhvalatların görünməyən tərəflərini diqqət və həssaslıqla incələmək lazımdır.

Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının əməkdar müəllimi,
Respublika Prezidentinin Sərəncamı ilə keçirilən ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi,
Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının bölmə üzvü,
TQDK-nın Azərbaycan dili fənni üzrə eksperti,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

  Ədəbiyyat siyahısı

1.S.Ə.Şirvani. Əsərləri, 2-ci cild, Bakı-1969, səh.67-68.
2.Cəfərzadə Əzizə.   Abbas Razi Məmmədzadə/ "Azərbaycan" jurnalı,1968, N4, səh.196-198.
3."Ziya" qəzeti,    11.10.1879, N 38.
4. Nəsrəddinov.Nazim.Bir şeirin tarixi və əks-sədası."Dalğa" qəzeti,    2-9 .11.1992, 

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM