Azərbaycan Respublikasının Əməkdar müəllimi
M.Ə.Sabirin 1907-ci il mayın 12-də "İrşad" qəzetində (redaktoru o vaxtlar Ə.Ağayev idi -N.N.) çap olunmuş maraqlı bir mürəbbesi (dördlüyü) var. Cəmisi 6 bənddir. Ziyalıların başa düşdüyü, o dövrün ədəbi dil normalarına uyğun üslubda, daha çox milliləşən alınma sözlərlə tanınan maraqlı, ezop maneralı, simvolları ilə yadda qalan əsərlərdən biridr. II Dövlət Dumasının bağlanma ərəfəsində yazılmışdır. Mövzusu da elə bununla ilgilidir. Məlumat üçün deyək ki, II Dövlət Duması 1907-ci il fevral ayının 20-dən iyun ayının 2-dək fəaliyyət göstərmişdir. Dumaya seçilmiş azərbaycanlı deputatları da sadalayırıq - Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, İsmayıl Tağıyev, Məhəmməd ağa Şahtaxtinski, Mustafa Mahmudov, Zeynal Zeynalov.
Şeirin II Dövlət Dumasının Bakıdan seçilmiş 2 deputatından birinə -Zaqafqaziya Müəllimlər Seminariyasının 1899-cu il məzunlarından birinə-kürdəmirli Mustafa Mahmudova xitabən yazıldığı hiss olunur. Mustafa Mahmudov deputat seçkisindən əvvəl Bakıdaki I rus-tatar məktəbinin direktoru idi. Ölkənin həyatında böyük nüfuzu olan ziyalılardan idi.
Sözümün canı var; Mustafa Mahmudov M.Ə.Sabirin xatırladığım şeirinin dərc olunduğu "İrşad"ın əsas yazarlarından biri idi, qəzetdə zəngin və maraqlı çıxışları ilə yadda qalırdı.
M.Ə.Sabirin yolu Şamaxıdan Bakıya düşəndə burada yaşayan Şirvan ziyalıları ilə görüşüb söhbət etməsi, müəyyən fikir mübadiləsində fəal iştirakı məlumdur. Bakı təhsilində Şamaxı və Şamaxı mühitində yetişən ziyalıları fəal iştirak edirdilər. Şamaxıda yaşayan M.Ə.Sabirin bir sıra şeirləri məhz bu görüşlərin zəminində ekspromt olaraq yazılmışdır.
Mustafa Mahmudov kənd mühitində böyümüşdü,əvvəlcə Kürdəmirdə,sonralar isə Göyçayda təhsil almışdı. Onun Qoriyə gedən yolu da buradan - Göyçaydan başlamışdı. ZMS-nı qurtaranda təyinatını Qutqaşının (Qəbələ-N.N.) Vəndam kəndinə versələr də, M.Mahmudov H.Zərdabinin və Ə.Topçubaşovun köməkliyi ilə təyinatını Bakıya dəyişdirə bilmişdi. Bakı böyük ictimai həyat üçün böyük məkan idi. M.Mahmudov bu məkandan istifadə edərək, II Dövlət Dumasına vəsiqə ala bilmişdi.O, Dumanın imkanlarından istifadə edərək xalqın maariflənməsində böyük işlər görəcəyinə inanırdı.Bu inam M.Ə.Sabirdə yox idi. O,xalqın maariflənməsi yolunda başqa mövqedə dururdu.M.Ə.Sabir yaxşı tanıdığı, yüksək əqli imkanlarına yaxşı bələd olduğu Şirvan ədəbi və ziyalı mühitinin gənc nümayəndəsinə (M.Mahmudov 1878-ci ildə Kürdəmirdə anadan olmuşdur-N.N.) ad çəkmədən :xitab edirdi:
Hə, de görüm, nə oldu bəs, ay balam, iddəaların?
Tutmuş idi yeri, göyü nalələrin, nəvaların.
Yoxsa qanıb da eybini başlamısan ədaların?
Şimdi, hərif, söz haman mən deyən oldu, olmadı?
M.Ə.Sabirin sözü düz çıxdı, şeirin çapından bir neçə gün sonra II Dövlət Duması qapandı.Mustafa Mahmudovun təhsil və maarif məsələləri haqqındakı Dumadakı uğurlu çıxışları ölkənin təhsilinə uğur gətirmədi.
Nəhayət, gəlirik əsas məsələyə. İndi Mustafa Mahmudov kimi müəllimlər də, adi vətəndaşlar da şagirdlərin məktəbdənsonrakı taleyini düşünür, hamı da nədənsə öz fikrinin doğruluğuna inanır.
TQDK uzun müddət böyük işlər görməkdədir.Azərbaycan təhsilinin tarixində bu qurumun özünəməxsus əhəmiyyətli xidmətləri var.Burada zəngin texnoloji ənənləri ilə yadda qalacaq tarixi layihələr uğurla həyata keşirilir. İndi bu qurumun gələcəyi haqqında müzakirələr səngimək bilmir.Şagirdlərin ali məktəblərə uzanan yollarının haradan başlayıb, haraya yönələcəyi barədə müxtəlif proqnozlar verilir, araşdırmalar aparılır.
Təəssüf ki, müzakirələrdə təhsil maşınını irəliyə aparmaq yolunda fikirlərin haçalaşması da öz sözünü deyir. Şəxsən
mən - təhsildən az-çox məlumatı və bu sahədə dövlət tərəfindən təsdiq olunmuş xidmətləri olan təhsil işçisi kimi bu fikirdəyəm ki, orta məktəblərin rolu daha da artırılmalıdır. Təhsil tərbiyədən başlamalıdır. Orta məktəbdə yaxşı təhsil alan şagirdlər ali məktəblərə imtahansız qəbul edilməlidirlər. Ali məktəbin I kursunda etimadı döğrultmayanlara başqa yol göstərilməlidir. 1992-ci ildən cəmiyyətin təhsilində uğurlu fəaliyyəti ilə tanınan TQDK-nın elmi və metodiki fəaliyyəti orta məktəblərdə təhsilin daha da yüksəldilməsinə yönəldilməlidir. Məsələyə Krılovsayağı yanaşma olmamalıdır.
Təhsil maşını hansı yolla getməlidir? Bax, məsələ budur.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM