Orta məktəbdə bütün fənlər eyni dərəcədə öyrənilməlidir

14:59 / 08.02.2016

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının Əməkdar müəllimi

Bu gün hamı məktəbdən danışır. Bu gün, demək olar ki, bütün valideynlər məktəbə nəzarət edir. Təəssüf ki,hamı təhsilimizə kömək edə bilmir.


"Molla Nəsrəddin " jurnalının sovet dövründə çıxan nömrələrinin birində maraqlı və düşündürücü bir karikatura var: şagirdin belunə, səhv etmirəmsə,18 qalın kitab yüklənib.Karikatura   oxuculara "Orta məktəbdə oxunan elmlər -Дисиплины  для средней школы "adı ilə  təqdim olunmuşdur.

Yazıq şagird bu yükün altında irəliləmək , qabağa yönəlmək istəyir,amma bacarmır. Bu kitabların  cərgəsində birinci yerdə " Арифметика(Hesab -N.N.)" dərsliyidir. 

Yеri gəlmişkən qeyd edək ki,karikaturada bütün dərsliklərn adı rus dilində verilmişdir.
Karikaturadakı  sonrakı  ardıcıllıq  belədir:"Алгебра","История Греци", "История Рима", "История Франции", "Психометрия", "Общая психология", "Психология народов", "Психология толпы", "Психология мужчины", "Психология женшины", "Психология черепах" и др .

 Göründüyü kimi burada  orta təhsil üçün vacib olan fənlərin bir neçəsinin - "Ana dili", "Biologiya" və "Coğrafiya"nın adı  belə  çəkilmir.
Keçilən fənlərin çoxu psixologiyaya aiddir.
Bu dərs kitablarının adının psixologiya ilə bağlılığı hər halda psixoloji məsələdir. 


"Molla Nəsrəddin"in iixtisasca kənd ibtidai məktəb müəllimi olan redaktoru Cəlil  Məmmədquluzadənin  (1869-1932)  bununla nə demək istədiyi müxtəlif fikirlər doğura bilər. Hər halda C.Məmmədquluzadə və onun məsləkdaşları  orta təhsilin təəssübünü çəkir, söz içində söz deyirdilər.

Yeri gəlmişkən onu da qeyd edək ki, C.Məmmədquluzadənin müəllimlik attestatı ona  ancaq ibtidai məktəblərdə dərs demək hüququ verirdi.
Qori şəhərində açılan Zaqafqaziya Müəllimlər Seminariyası məzunlarının heç birinin  yuxarı siniflərdə  dərs demək səlahiyyəti  yox idi.

Seminariyanı bitirmiş məzunların hamısı ancaq kənd ibtidai məktəbilərindən işləməyə hazırlanmış kadrlar idi. Ancaq seminariyanın Nəriman Nərimanov,Mustafa Mahmudov, Üzeyir Hacıbəyov və bir neçə digər məzunu özlərinə şəhərdə iş tapa bilmişdilər.Bu,özü bir qəhrəmanlıq idi. 
Zaqafqaziya   Müəllimlər Seminariyasını bitirmiş kənd müəllimləri təhsilimizin tarixində əhəmiyyətli iş görürdülər; onlar müəllim işlədikləri kəndin adət-ənənələrini,dialekt xüsusiyyətlərini,etnoqrfiyasını öyrənir, dövri mətbuatda  ana dilində və rus dilində məqalələrlə çıxış edir, məcmuə və almanaxlarda  oxucuların mütaliə dairəsinə yönələn  yazılarla diqqəti cəlb edirdilər.Seminaristlərin cərgəsində rus və Avropa təhsilindən səmərəli istifadə edərək, Azərbaycan və türkdilli ölkə şagirdləri üçün dərslik və ədəbiyyat müntəxəbatlarıı, tərcümə lüğətləri  yazanlar da  var idi. Bütün bunlar müəllimin cəmiyyətdəki rolunun əhəmiyyətini başa düşməkdən irəli gəlirdi.

Əcəba, bəs ali təhsilli bugünkü müəllim kadrlarımız bu gün təhsilimizin idarə olunmasında, tədrisin ararılmasında niyə  Qori Müəllimlər  Seminariyası məzunlarının  gördüyü işi görə bilmirlər.?

Təhsilin idarə olunmasının birinci, ön sırada getməli olan əsgərləri məhz orta məktəb müəllimləri olmalıdırlar.

Bu gün orta məktəb dərsliklərində şagirdlərimizə lazım olmayan o qədər mövzular var ki,onları sadalamaqla qurtarmaz.Müəllimlərimi,söz yox ki, bunları görürlər,ancaq susurlar. Bəlkə də başlarını ağrıtmaq istəmirlər. Bu gün təhsil  sahəsinin bütün əməkdaşları tutduğu mövqedən asılı olmayaraq, "Molla Nəsrəddin "jurnalının haqqında söz açılan   karikaturasından  nəticə çıxarmalıdırlar. Təhsil ümumxalq işidir. Təhsilin idarə olunmasında hamı iştirak etməlidir.Orta məktəb müəllimlərinin səlahiyyətləri artırılmalı,onların  cəmiyyət üçün həmişə gərəkli ola biləcəyi  dərk olunmalıdır.Yaş senzinə görə onları təhsildən uzaqlaşdırmaq təhsil təşkilatçılarına heç də başucalığı gətirmir.
Bugünkü təhsilimizin ən böyük problemi dərslik problemidir. Bu problemin öyrənilməsi  bu məsələni dərindən öyrənməyi tələb edir. 
Milli təhsilə önəmli yer verilməlidir.

Dünya təhsil sisteminin xeyirli və əhəmiyyətli  təcrübəsi sistemli şəkildə öyrənilməlidir.Təhsiin həyatla  əlaqəsinə ciddi fikir verilməlidir.Fikrimizi bir-iki nümunə ilə aydınlaşdırmaq istəyirik.

Fizika fənnini  öyrənən şagird elektrik ütüsünü təmir edə bilmir.  Mənzildə  su kranı xarab olanda orta məktəbin 10-11 sinif şagirdi ailəyə "kömək edir": evə usta çağırır. Halbuki orta məktəbin yuxarı sinifşagirdi bu işi özü bacarmalıdır. 

Orta məktəbdə biologiya və botanika öyrənən kənd məktəbi şagirdləri praktik təcrübələr aparmaqda şətinlik çəkirlər.Onların çoxu cır meyvə ağaclarını calaq edə bilmir.

İndi orta məktəb şagirdlərimizin çoxunun leksikonundakı sözlərin sayı, bəlkə də 1500-2000-dən çox deyil. Şagirdlərimizin çoxu  elmin inkişafı üçün bizə çox gərəkli olan  rus dilini bilmir.
Orta məktəblərdə ingilis dilinin öyrənilməsi əsasən test tapşırıqlarını düzgün yazmağa yönəldilmişdir.Orta məktəblərimizdə ingiliscə şeir yazan şagirdlərimiz, demək olar ki,yoxdur.(Şeir yazmaq- dili bilmək deməkdir). 


Orta məktəblər üçun yazılan dərsliklər sadələşdirilməlidir.
Dərslik müəllifləri onlara verilən yaxşı imkanlardan səmərəli və təhsilin lazım olan məqsədinə yönəlmiş şəkildə istifadə etməlidirlər.Amma bəzən müəlliflər dərsliyi  elmi mübahisə meydanına çevirirlər.


Unutmaq lazım deyil ki,elmi mübahisənin başqa meydanları var.

Azərbaycanın təhsil tarixində dərsliklərin hazırlanmasında gözəl ənənələr var.

Bu dərsliklərin çoxunu XIX əsrin ikinci yarısında  və XX əsrin əvvəllərində  məhz orta və ibtidai məktəb müəllimləri yazmışlar.Onların bu xidmətləri həmişə dövlət tərəfindən yüksək qiymətləndirilmişdir.Bu münasibər bu gün də özünü göstərməlidir.

Dərslik işində təsadüfi adamlara meydan,özü də geniş meydan verilməməlidir.


Orta məktəb şagirdlərə bir neçə fənnin həyatda hər insana lazım olan məsələlərini öyrətməlidir.

Belə olacağı təqdirdə təhsilimizin üfüqləri hər tərəfdən aydın görünə bilər.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM