Azərbaycan dilində yazılmış ilk coğrafiya dərsliyinin müəllifi Əsgər ağa Gorani Adıgözəlov (1857-1910) və yaxud qaranlıqdan və alatoranlıqdan işığa

10:43 / 25.02.2016

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının Əməkdar müəllimi

Açar sözlər-dərslik, dərs vəsaitləri,dövri mətbuat, məktəb və mədrəsələr


 XIX əsrin ikinci yarısında Azərbaycan ziyalıları məktəb və mədrəsılərdə  ana dilində  dərslik və dərs vəsaitlərinin  hazırlanmasını  gündəmə gətirdilər.Bu cəhətdən  Mirzə Kazım bəy,Mirzə Şəfi Vazeh, Səid Ünsizadə,Seyid Əzim Şirvani,Rəşid bəy Əfəndizadə,Nəriman Nərimanov,Sultan Məcid Qənizadə  və başqalarının xidmətləri təhsil tariximizdə önəmli yer tutur.Bu dərslik və dərs vəsaitlərinin əksəriyyəti ibtidai (mübtədi) sinif şagirdləri üçün nəzərdə tutulmuşdu. Adları sadalanan müəlliflərdən Səid Ünsizadənin  və  Seyid Əzim Şirvaninin dərslikləri isə oxu kitabı  (müntəxəbat) kimi nəzərdə tutulmuşdur. Bu dərsliklərdə şagirdlərin əql, fiziki və elmi   tərbiyəsinin yüksəldilməsi məqsədilə klassik və şifahi xalq ədəbiyyatından,xalq pedaqogikasından  şagirdlərin yaş xüsusiyyətinə uyğun əxlaqi və didaktik materiallar seçilib, işlənmişdir.
 XIX əsrin  yeni üsullü  məktəb və mədrəsələrdə ayrı-ayrı fənlərin öyrənilməsi də  diqqət artırılır.  Bu məqsədlə   şagirdlər  üçün ənənəvi dərsliklərdən fərqli dərslik və dərs vəsaitlərinin 
hazırlanması məsələləri gündəmə gəlir.Nəcəf bəy Vəzirov Əkinçi qəzetinin6 noyabr 1876-cı il tarixli21 -ci nömrəsində Moskvadan göndərdiyi məktubunda  yazırdı:" ...məktəbxanada oxunan  Leyli və Məcnun,Hafiz vəqeyrə uşaq kitabı deyil.Onları ki böyük oxuyanda şura gəlir,uşaq başına nə kül töksün,onları oxuyub eşqbaz cürəkeş (cürə-bir  udumda içiləcək şey.Burada əzbərçi mənasına uyğun gəlir-N.N.  ) olmasın və bir də bizi oxudanda  məhz oxuyub yazmağı  öyrədirlər və dəxi səy edən yoxdur ki, bir xeyri olan şey də öyrətsin.Məsələn,Məcnun elədiyi qələti oxudunca elmi-coğrafiya kitabı oxutsaq,həm yazıb, oxumağı öyrənnik,həmi dünya üzündə olan vilayətlərdən xəbərdar olarıq".
  

  Bu sözləri yazan vaxt  Nəcəf bəy Vəzirovun hələ 22 yaşı var idi. Onun hələ o qədər də pedaqoji səriştəsi yox idi. amma təhsil aldığı məktəblərdə ona dərs deyən bacarıqlı müəllimləri var idi.Hələ də onların  pedaqoji ustalıqlarını  unutmamışdı. Danışığı da  məhz  öz müəllimlərinin mövqeyini əks etdirirdi. Nəcəf bəy Vəzirov  məhz  öz müəllimlərinin  pedaqoji ustalıqlarına güvənəırək Moskvadan Azərbaycan müəllimlərinə öyüd-nəsihət verir, məktəblərdə dərslərin, dərsliklərin və dərs vəsaitlərinin dövrün  tələblərə uyğun olmasını  arzulayırdı.Onun bu arzusu tədricən reallaşırdı. "Kəşkül" qəzetinin redaktoru Cəlal Ünsizadə 1884cü ildə özünün "Kəşkül" mətbəəsində ana dilində  Avropa və  Şərq pedoqoji irsinə əsaslanan "Hesab  "dərsliyini çap etdirib, şagirdlərə ərməğan etdi.

 "Ziya" qəzetinin 1879-cu il dekabr ayının  27-də çıxan  dördüncü  nömrəsində "Məmləkət əhvalatı" adlı  daimi  rubrikasındakı bir xəbər  ölkədə dərslik siyasətə marağın artdığını göstərir.Rubrikada 3 cümlədən ibarət kiçik bir məlumat oxucularda xoş təəssürat yaradır:

"Darülfünunda rus təhsilindən qurtarmış və bu halda (1879-cu ildə-N.N.) Gəncədə  sledovatel(müstəntiq) mənsəbiylə məmuriyyətdə olan cənab ƏSGƏR BƏY ADIGÖZƏLOFbizim Azərbaycan dilində bir coğrafiya kitabının tərcümə və tərtibinə hümmət edib.
Mənfəəti-ümumiyyə mənzuri ilə xahişməmddir ki, (xahiş edir ki) mətbəəmizdə çap etdirüb,mühtəşir qıla.
(yayıla-N.N.)

Əsgərin ( kitab müəllifin adı dost və tanış adamın adı kimi çəkilir-N.N.)  məmuriyyətdə məşğul olduğu halda, vətəndaşlarını yadbüd elməgi sayan təhsin və təşəkkürdür( alqışa və təşəkkürə yaraşan işdir,bəyəniləndir)"

Təəssüf ki, Ziya mətbəəsində çap olunan  ərəb əlifbalı ilk coğrafiya  dərsliyimiz hələlik tapılmayıb. Bəlkə də bu dərslik  kimlərinsə köhnə evinin banında və ya zirzəmisində öz tədqiqatçısını gözləyir.

Deməli, bu faktı hələ yoxlamaq,dərslikdə materialların necə yerləçdirilməsindən hələ  də danışmaq olmur.Hər halda  "Ziya" qəzetinin ikinci sənəsinin - 1879-сu ilə aid  dördüncü nömrəsindəki yazı bir çox mətləblərdən xəbər verir.
Mən bu qeydləri yazılarımda dəfələrlə xatırlatsam da, nədənsə cöğrayiyaşünaslarımız bu məsələyə etinasızlıq nümayış etdirmişlər. 
Maraqlıdır,Əsgər ağa Goraninin Tiflisdə   şamaxılı  Səid Ünsizadənin "Ziya" mətbəəsində çap etdirdiyi bu kitab,görəsən, hansı dildən  və ya dillərdən tərcümə olunmuşdur? Bu dərsliyin tərtibində hansı elmi mənbəələrdən istifadə olunmuşdur?

Əsgər ağa Adıgözəlovun bu dərsliyini Bakı,Gəncə, Moskva, Sankt-Peterburq,Tiflis və Odessanın arxivlərində , eləcə də şəxsi arxivlərdə axtarılıb tapmaq və onu latın qrfikalı  əlifba ilə nəşr etmək elmi ictimaiyyətimizi ciddi düşündürməlilidir .Bu  dərsliyin tapılması böyük əqidə və fikir sahibinin- Əsgər ağa Goraninin  gələn il keçirilməsi güman edilən 160 illik yubileyinə layiqli hədiyyə ola bilərdi. 

Məncə,Əsgər ağa Göraninin  "Goğrafiya" dərsliyinə  Bakı Real Gimnaiyasında  təbiət tarixi müəllimi olmuş Həsən bəy Zərdabinin (1842-1907), Azərbaycan dilində coğrafiyaya aid silsiləli coğrafiya dərslikləri  hazırlayan Qafur Rəşad Mirzəzadənin (1884- 1943), görkəmli ədəbiyyatşünas alim, Zaqafqaziya Müəllimlər Seminariyasının müəllimi  Firudin bəy Köçərlinin (1863-1918) və bir sıra digər  ziyalılarımızın arxivlərində rast gələ bilərik.
 1923-1926-cı illərdə Bakı Dövlət Universitüetində və  Azərbaycan Ali  Pedaqoji İnstitutunda  babalarımıza -
sonralar akademiklik mənsəbinə yüksəlmiş Mehdi Mehdizadəyə,görkəmli uşaq yazıçısı Mikayıl Rzaquluzadəyə, istiqlal şairi Əhməd Cavada və başqalarına   pedaqogika və psixologiyadan mühazirələr oxumuş türkiyəli alim,  Berlin və Leypziq Universitetlərində  təhsil alan  tərbiyə doktoru  Halil Fikretin (1892-1974)  və  dövrün dərslik siyasəti ilə məşğul olan digər milli ruhlu ziyalılarımızın  arxivlərində  də   məzkur (haqqında söz açılan-N.N.) dərsliyin izinə düşə bilərik.

Əsgər afa Adıgözəlov kimdir?

Əsgər ağa Haqverdi bəy oğlu Adıgözəlov 1857-ci il may ayının 3-də Goran-Boyəhmədli kəndində anadan olmuşdur.O, məşhur "Qarabağnamə"lərdən birinin müəllifi  Mirzə Adıgözəl bəyin nəvəsidir.  Əsgər ağa (bəzi mənbələrdə onu Əsgər bəy kimi də tanıdırlar-N.N.)əvvəlcə kənd məktəbində, sonralar isə Bakı Real Gimnaziyasında təhsil almışdır.   Bakı   Gimnaziyasında təbiət tarixi müəllimi Həsən bəy Zərdabidən dərs alan Əsgər ağa Adıgözəlov  gimnaziyanı qızıl medalla bitirəndən sonra  Moskvadakı  Petrovski-Razumovski adına Kənd Təsərrüfatı Akademiyasının torpaqşünaslıq şöbəsinə daxil olmuşdur. Onun Moskvadan müəllimi Həsən bəy Məlikzadəyə (Zərdabiyə-N.N.) göndərdiyi Azərbaycan və rus dilində yazıdığı məktublar  ədəbi dilimizin epistolyar üslubunun ən gözəl nümunələri kimi dəyərləndirilə bilər.Bu məktubların bir çoxu ilk milli qəzetimiz "Əkinçi"nin səhifələrində işıq üzü görmüşdür.Bu mənada Əsgər ağa Gorani AdıgözəlovAzərbaycanın ilk qüdrətli elmi üsluba daha çox meyilli olan jurnalistlərindən biridir.
  Əsgər ağa Adıgözəlovun (Goranin) bəxti onda gətirmişdir ki, onun yaxşı müəllimləri  çox  olmuşdur. Əlbəttə,onların ən yaxşısı Moskva Universitetinin məzunu Həsən bəy Məlikov idi.
  Əsgər ağa Adıgözəlov Azərbaycan səhnəsinin ilk Hacı Qarasıdır.  M.F.Axundzadənin  "Hekayəti-mərdi -xəsis" əsərinin ilk tamaşasından 32 il sonra H.Zərdabi 1905-ci ildə   "Həyat" qəzetində tamaşanın ən yaxşı ifaçısı kimi Əsgər ağanın aktyorluq məharətini çox yüksək qiymətləndirmişdir.

  Əsgər ağa Adıgözəlov ixtisasca  meşəçi-torpaqşünas idi. O,ixtisasını yaxşı bilirdi.  Əsgər ağa  hələ tələvə ikən "Əkinçi"də dərc etdirdiyi məqalələrində  oxucularla özünü   yüksək elmi düşüncəli  ziyalı kimi tanıda bilmişdi.
 Moskvada ali təhsil alan Əsgər afa Adıgözəlov Vətənə qayıdandan sonra quberniya katibi,kollej asessoru,mülki müşavir,quberniya hakiminin köməkçisi vəzifələrində işləmişdir.Ömrünün son  beş ilini Yelizavetpol (Gəncə) bələdiyyəsinin sədri vəzifəsində tarixdə qalan işlər görmüşdür. Bunlardan biri Nizami Gəncəvinin məqbərəsinin təmiri, ikincisi isə şəhərdə öz hesabına qız məktəbi açması idi. Bu maarif ocağının onlarla məızunu Azərbaycan maarifinin inkişafında, ölkədə təhsilin  idarə olunmasında səmərəli fəaliyyət göstərmişlər.
 Əsgər ağa Adıgözəlov ədəbiyyat bilicisi kimi də ədəbiyyat tariximizdə özünə məxsus yer tutur. Onun "Qocalıqda yorğalıq" pyesi -vodevili ilk dəfə   "Kəşkül" qəzetində dərc olunmuşdur. 
  "Qocalıqda yorğalıq" vodevili 
1892-ci ildə Cəlal Ünsizadənin "Kəşkül" mətbəəsində ayrıca kitab şəklində çap olunaraq,oxucuların mütaliə  dairəsinə ünvanlanmışdır.
  Yeri gəlmişkən qeyd edək ki, Əsgər ağa Adıgğzəlovun rus  və Avropa ədəbiyyatından etdiyi tərcümələrə və təbdillərə həvəslə yaşıl işıq yandırması ədəbi əlaqələr tariximizim maraqlı səhifələri kimi diqqəti cəlb edir. Əsgər ağa Goraninin görkəmli rus şairi  M.Y.Lermontovun  "Yel gəmisi" ("Воздушный Корабль ) şeirinin  ezop manerası ilə etdiyi tərcümə hələ də geniş və hərtərəfli tədqiqata cəlb edilməyib.   Bu təcümənin  incələmə  və yozumu ədəbi əlaqələrimizin maraqlı məqamlarını    ortalığa çıxara bilər. 
  ...Yenə də Əsgər ağa Adıgğzəlova yaşıl işıq yandıran "Kəşkül"ə qayıdırıq.
 "Kəşkül"mətbu fəaliyyətinə 1883-cü il yanvarın 31-də   jurnal formasında başlamışdır.1884-cü ilin martından  qəzet formasında çıxan  "Kəşkül"  1891-ci ilin oktyabr ayında  öz nəşrini dayandırmışdır. "Kəşkül"  əvvəllər "Ziya" mətbəəsində çıxmışdır. Bir müddətdən sonra Cəlal Ünsizadə  öz şəxsi mətbəəsini yaratmış, ona mətbuat işlərində böyüklük edən böyük  qardaşı Səid Ünsizadədən ayrıca fəaliyyət göstərmişdir. Əslində Ünsizadə qardaşları öz mətbu fəaliyyətlərini daha geniş şəkildəhəyata keçirmək üçün hökumət nəzərində  belə görünməyi gərəkli bilmişlər.
 "Kəşkül"  qəzeti bağlanandan sonra  Cəlal Ünsizaə Tiflisdə  öz mətbəəsində  naşirlik, şəhər məktəblərinin birində  isə müəllimlik fəaliyyəti  ilə məşğul olmuş,sonralar İstanbula- böyük qardaşı Səid Ünsizadənin yaşadığı şəhərə köçmüşdür.
  Ə.Adıgözəlovun  "Ziya" qəzetində imzalı heç bir yazısına rast gəlinmir. "Ziya" qəzetində Əsgər ağa Goraninin "Coğrafiya" kitabı haqqında məlumat verilməsi göstərir ki, onun Ünsizadə qardaşları ilə - həm "Ziya"nın naşiri və redaktoru  Səid Ünsizadə ilə,  həm də  "Kəşkülül" redaktoru Cəlal Ünsizadə ilə  onun işgüzar münasibətləri,əqidə və məslək birliyi olmuşdur.
  Əsgər ağa Goraninin həyat və yaradıcılığının  hərtərəfli öyrənilməsi ictimai fikir tariximizin hələ də qaranlıq qalan bir bir sıra məqamlarını işıqlandıra bilər.Bu məqsədlə AMEA-nın müvafiq institutlarının xətti ilə hərtərəfli  elmi araşdırılmalar aparılması çox gərəkli görünür.


  Ədəbiyyat

1.Axundov Nazim.  Azərbaycanda dövri mətbuat(1882-1920).Bakı,1965.
2.Axundov Nazim.  Sənədlərin dili ilə. Bakı,1980.
3.Qurbanov Şamil.  Lermontov və Azərbaycan ədəbiyyatı.Bakı,1976.
4.Zeynalov A. "Kəşkül"də bədii ədəbiyyat.Bakı,1978.
5.Nəsrəddinov Nazim. İlk "Hesab" dərsliyimiz // "Kurikulum" jurnalı, 2010, N 3,səh.36-41

6."Əkinçi" qəzeti. (1875-1877).  Bakı.
7."Ziya" qəzeti.    (1879-1880),  Tiflis.
8."Ziyayi-Qafqasiyyə" qəzeti.(1880-1884). Tiflis.
9."Kəşkül" jurnalı və qəzeti. (1883-1891).  Tiflis.



Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM