Xan qızı Natəvanın qocalıqda miras istəyi

09:15 / 07.03.2016

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının Əməkdar müəllimi

Natəvanın miras çəkişmələri

 Azərbaycan Respublikası Dövlət Tarixi Arxivində XIX əsrin tanınmış şairi Xurşidbanu Natəvanla ilgili bir çox materiallar saxlanılır. Materialların çoxu Zaqafqaziya Şiə İdarəsinə aid 290 nömrəli fondda toplanmışdır.  Tərtibinə 1890 -cı ilin  martın 21-də başlanmış rus dilində yazılmış    sənədlər toplusu yeddi  vərəqdən ibarətdir. Həmin sənədlər  şairin tərcümeyi -halını    dərindən öyrənmək baxımından çox maraqlıdır. Sənədlər toplusunun başlığı  onun məzmunundan xəbər verir: 


( По прошению жителья  гор.Шуши  Хуршуд Бану  Бегума дочери  покойного генерал - майора  Мехти Кули хана  и выдать ей свидительство  и ее родстве  с бездетно  умершим Давид ханом  Агаларовым Джеваншир)



"Şuşa şəhərinin sakini mərhum general-mayor  Mehdiqulu xanın qızı  Xurşid Banu Bəyimə    onun sonsuz mərhum David xan  Ağalarov Cavanşirlə qohumluğunu  təsdiq  edən  şəhadətnamə  verilməsi haqqında".

( По прошению жителья  гор.Шуши  Хуршуд Бану  Бегума дочери  покойного генерал - майора  Мехти Кули хана  и выдать ей свидительство  и ее родстве  с бездетно  умершим Давид ханом  Агаларовым Джеваншир)

  Materiallardan aydın olur ki,Tiflisdə Cavanşirlər nəslindən David xan Ağalarov Cavanşir   vəfat etmişdir. 
  Cavanşirlər nəslindən bir neçə adam özünü David xanın birbaşa  qohumu hesab edir,  varissiz ölən David xanın  mirasına sahib olmaq fikrinə düşür.  
   David xanla qohumluğunu təsdiq etmək üçün Xurşid Banu Bəyim   daha diribaş  tərpənir, Zaqafqaziya Şiə Ruhani İdarəsinin Sədrinə -  şuşalı şeyxülislam  Axund Mirzə Həsən Tahirova müraciət edir. 
  Yeri gəlmişkən deyək ki, Mirzə Həsən Tahirovun  (1837-1893)  ulu babaları əslən Güney Azərbaycanın Sərab vilayətindəndir. Bu nəslin  törəmələri  sonralar Arazın bu tayına köçmüş, Şuşa  şəhərində, Kəngərli və Qapanlı kəndlərində məskunlaşmışlar. 
  Şeyxülislam Axund Mirzə Həsən Tahirzadə Tahiroğlular kimi tanınan  şəcərənin Məhəmmədtahir soyundandır. O, Xurşidbanu Natəvandan 5 yaş kiçikdir. Çox güman ki, Həsənlə Natəvan uşaqlıq illərindəm bir-birini yaxşı tanımışlar. 
  Yeri gəlmişkən Mirzə Həsən bəy Tahirov haqqında oxucular üçün maraqlı ola biləcək bir faktı da xatırlatmaq istəyirəm. 
  Axund Mirzə Həsən bəy Tahirov Təbrizdəki məşhur "Talibiyyə" mədrəsəsinin ( mədrəsə -burada ali dini təhsil ocağı mənasındadır-N.N.)  məzunudur.

O,1878-ci il oktyabrın 25-dən  1879-cu il mayın 4-dək Sankt Peterburq Universitetinin şərq fakültəsində  fars dili  müəllimi işləmişdir. Onu bu vəzifəyə universitetin rektoru Andrey Nikolayeviç Beketov (1825-1902) dəvət etmişdi.    
    A.N.Beketov  azərbaycanlılara yaxşı münasibət bəsləyən ziyalılardan idi.  O, 1849-cu ildə Kazan Universitetini bitirəndən sonra  bir neçə il Tiflis Gimnaziyasında  botanika müəllimi işləmişdir.  
  A.N.Beketovun Mirzə Kazım bəy, Həsən bəy Məlikov(Zərdabi), Mirzə Həsən bəy Tahirov, şeyxülislam Axund Fazil İrəvani ilə işgüzar münasibətləri araşdırılmalıdır. Bu araşdırmalar bir çox nəsnələri aydınlaşdıra bilər.
   Bu kiçik lazımi  mövzu yayınlanmalarından sonra Natəvan mövzusuna qayıdırıq. 
   Beləliklə,  Xan qızı Xurşid Banu Bəyimi, onun əslini, nəslini yaxından tanıyan  şuşalı  şeyxülislam tərəddüd etmədən  lazım olan  sənədləri cəmi altı günün ərzində hazırlayıb, ərizəçiyə çatdırır. 
  Sənədləri Şeyxülislamla yanaşı, Ruhani İdarəsinin üzvləri  - Axund Molla Mustafa Talıbzadə   (görkəmli pedaqoq, yazıçı  Abdulla Şaiqin atası-N.N.)   və   Axund Hacı Məmmədhəsən Mollazadə imzalamışdır.
   Sənədlər Cavanşirlər nəslinin ailə şəcərəsini öyrənmək baxımından  çox əhəmiyyətlidir.  Xurşid Banu Bəyim   mərhum general -leytenant İbrahim xanın oğlu mərhum general -mayor   Mehdiqulu xanın doğma və qanuni qızıdır. Xurşid Banu Bəyimin anası  -   Bədircahan Bəyim Uğurlu xan qızı Ziyadxanovadır. General Mehdiqulu xan  general-leytenant  İbrahim xan Cavanşirin oğlu  mərhum Əhməd xanın  yeganə qardaşıdır.   Əhməd xanın oğlu general -leytenant Həsən bəy Ağalarovdur. David xan general-leytenant  Həsən bəy Ağalarovun oğludur.  
   Şəhadətnamə 1890-cı il martın 27-də imzalanmışdır.

                                   *** 
...Həmişə ucalıqda olan, qocalığında kasıb həyat tərzi keçirən, "taqəti dizdən gedən", "gözünün nuru tökülən "Xan qızı  Natəvanın ölümünə hələ  yeddi il qalırdı..
  Natəvan ona heç də baş ucalığı gətirməyən miras davasına qoşulmuşdu.

  Bu davada kim qazandı, kim uddu. bilinmir.
 ... Qaranlığa və alatoranlığa işıq  sala biləcək arxiv sənədlərinin axtarışç davam edir..
                        

 

                                  Ədəbiyyat


1.Azərbaycan Respublikası Dövlət Tarix Arxivi. Fond 290. Siyahı 2,saxlama vahidi 1077.
2 Dünya UşaQ Ədəbiyyatı  Kitabxanası.//Xurşid Banu Natəvan. Bakı,Gənclik,1987, 
     səh.375-399.
3.Kasıblığın üzü qara olsun. "Strategiya.az".11.06.2014
4.Xan qızı Natəvanın qocalıqda miras istəyi. "Olaylar" qəzeti,17.06.2014.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM