Əzizim Anar!
Sənə hamıdan salamlar. Burda hər şey yaxşıdır. Sizlərdən də daim xəbərdarıq. Azərbaycanın göyə buraxdığı Space peykindən bir xətt də bura qoşublar. İnternetimiz yaxşı işləyir. Üstəlik fani dünyadan gələn əbədi elçilər də ədəbiyyatımızda baş verən son olaylarla bağlı müfəssəl məlumatlar çatdırırlar. Yəqin ki, Zəlimxan Yaqubla Maqsud İbrahimbəyovun son rəylərinə şübhəylə yanaşmazsan. Mənim başçılıq etdiyim Axirət Dünyası Yazıçılar Birliyinin sıraları durmadan artır. Son 2 ildə 4 xalq yazıçısı və şairini Birlik üzvlüyünə qəbul etmişik: İsa, Vaqif, Zəlimxan və Maqsud.
Anar, düzünü deyim ki, burda hər şey yaxşıdır. Mən rəhbərlik etdiyim yazıçıların istedadından da, yaradıcılıqlarından da razıyam. Bütün problemləri də yüksək səviyyədə həll olunub. Bunları bilirsənmi niyə yazıram? Bu yaxında bir xəbər oxuduq. Ki, şair Saday Şəkərli həbsə düşüb. Sən də Baş prokurora məktub ünvanlayıb onun bağlı qapılarının açılmağını xahiş etmisən. Mən də, bütün Cənnətməkan yazıçılar da səninlə həmrəyik. İnanıram ki, Zakir müəllim bu məktubunu müsbət qiymətləndirəcək. 100 faiz əminəm. Çünki şairə məhbəs yaraşmır. Bax, bu olay məni çox təsirləndirdi. Düzü, paxıllıq etdim sənə. Niyə? Qoy niyəsini ətraflı izah edim.
Azərbaycanın idman uğurlarının sədası bura da gəlib çatır. O cümlədən futbolda da qazandığımız uğurlar. O gün dostum, AFFA-nın mərhum prezidenti Ramiz Mirzəyevlə oturub nərd atırıq. Soruşdum ki, ay Ramiz, niyə sənin vaxtında futbol indiki kimi irəli getməmişdi? Cavab verdi ki, “Qabil müəllim, onda pul az idi. Mənim vaxtımda neftin barreli 18 dollar idisə, sonradan 7-8 dəfə qalxdı. Bu da xarici klublardan babat oynaya bilən futbolçuları Azərbaycana transfer etməyə zəmin yaratdı. Onlar oynadı, bizimkilər də baxıb öyrənməyə başladılar. Futbolumuzun şərəfini qoruya-qoruya beynəlxalq turnirlərə də gedib çıxdılar. Hətta bizim yerli futbolçular da inkişaf edib transfer olunmağa başladılar”.
Ay Anar, elə bunu eşitmişdim ki, Cin vurdu beynimə. Nərdin qapaqlarını hirslə çırpıb bağladım. Çox pisimə gəldi. Səsim Cənnəti götürdü: “Bu nə haqsızlıqdır? Futbolçunu transfer edirlər, futbol inkişaf edir. Müəllimi transfer edirlər, elm, təhsil inkişaf edir. Həkimi transfer edirlər, əməliyyat etməyi, aparatdan istifadə etməyi başa salır. Sonra da bizim həkimləri, müəllimləri, hətta icra başçılarını da xaricə göndərirlər ki, get qabaqcıl təcrübəni öyrən. Hətta adi maşındüzəldən, kombi ustası da xaricə gedə bilir, ya da ordan gəlib buradakıları öyrədirlər. Bəs ədəbiyyat? Niyə ədəbiyyatda transfer yoxdur? Bu nə haqsızlıqdır?”
Səsimə bütün şairlər, yazıçılar yığışdılar. Mat-mat mənə baxdılar ki, “bəs deyəsən Qabil dəli olub. Başına hava gəlib yəqin. Ədəbiyyat hara, transfer hara?”
Təcili qurultay çağırdım. Giriş sözüylə çıxış edib dedim ki, bu haqsızlığı fani dünyada ediblərsə, buna çarə qıla bilmirlərsə, biz cənnətməkanlar buna hökmən əlac etməliyik. Yerbəyerdən səslər gəldi ki, “axı necə?” İzah etdim ki, bütün sahələrdə transfer ikitərəfli gedir. Həm xaricdən mütəxəssislər gəlir, həm də bizimkilər xarici ölkələrə gedib, mütəxəssis olub qayıdırlar. Ədəbiyyatda isə nə o yana gedən var, nə də bu yana gələn. Yenə sovet dövründə gediş-gəliş vardı. İndi getmək istəyən də aeroportdan o yana çıxa bilmir. Ətrafındakılara yumruq atır. Belə yazıçıları elə düz edirlər xaricə çıxmağa qoymurlar.
Yenə də yerbəyerdən “Qabil, çıxış yolunu söylə. Vaxtımızı alma., şam yeməyinin vaxtına az qalıb” sədaları gəlməyə başladı. Mən isə tələsmədən, aramla “Ay Cənnətməkanlar, bu necə ola bilər ki, Anar Yazıçılar Birliyinin sədri kimi yuxarılara məktub yaza bilər, məhbus şair Saday Şəkərlinin buraxılmasını xahiş edə bilər, mən Axirət Dünyası Yazıçılar Birliyinin sədri Qabil yox? Özü də ki, bu sahədə transfer mövcuddur. Amma birtərəfli qaydada. Anar bura öz Birliyinin sayseçmə üzvlərini göndərə bilirsə, biz niyə əks addımlar atmaqla onun bu alicənablığına cavab verməyək?”
Bax onda zala sakitlik çökdü. Hamı fikrə daldı. Hamı deyəndə ki, ancaq 20-21-ci əsrin yazıçıları. 20-ci əsrdən əvvəl dünyasını dəyişənlər “transfer” sözü nə deməkdir, hələ lüğətdə onun mənasını axtarırdılar. Axı, internetə girə bilmirlər.
Sözümə davam etdim: “Mən də İnkir-Minkirə məktub yazıb, bəzi istedadlı yazıçılarımız barədə ölüm hökmünün ləğv olunmasıyla bağlı Allah qarşısında məsələ qaldırılmaqlarını xahiş edəcəyəm. Çünki Anara kömək lazımdır. Ədəbiyyatımız güclənməlidir”.
Anar, zalı alqış sədaları bürüdü. Bəzilərinin gözlərində sevinc yaşları gilələndi. Çoxlarının gözlərindən “görəsən kim olacaq o dünyaya qayıdan ilk xoşbəxt yazıçı” ifadələrini oxudum. Qurultayın gündəliyində olan 1-ci məsələ müzakirəsiz-filansız, yekdilliklə qəbul olundu. Növbə çatdı 2-ci məsələyə. Yəni ki, adları əfv siyahısına salınacaq yazıçıların seçilməsinə. Bax onda Cəlil Məmmədquluzadəyə Cənnətin ortasında heykəl qoyulmasıyla bağlı fikir gəldi ağlıma. Klassikdir də... lap elə təkcə “Ölülər” əsərinə görə.
Gözümü 1-ci sırada oturan Zəlimxan Yaquba dikdim. Nə desə yaxşıdır? “Yox, Qabil müəllim, məni üzürlü say. Təzə canım qurtarıb əzablardan. Sənin böyrəklərin var idi, məni başa düşməzsən. Zülmdən təzə canım qurtarıb. Cəhənnəm əzablarından qurtulub Cənnətə düşmüşəm. Qayıtmaram, Ustad. Qayıtmaram. Əsla”.
Üzümü Hüseyn Abbaszadəyə tutdum. “Yox, ay Qabil! Axı hara qayıdım? Uşaqlar mən öləndən sonra mənzili də satıb, köçüb gediblər xaricə. Hara qayıdım? Lap tutaq ki, qayıtdım. Gərək mənzil növbəsinə duram. Anar mənə mənzil verəndir?”
Baxışlarımı Vaqif Səmədoğluya dikdim. Kədərli-kədərli başını buladı: “Ay Qabil, son şeirimi eşitməmisən?
İlahi,
Dar quyu dibində,
Qaranlıq nəm içində,
İşıqlı qəm içində,
Ağrısız
Bir az yatmaq istəyirəm...
İndi Allah deməz ki, Vaqif, özün müraciət etdin, mən də sənin müraciətinə müsbət cavab verdim. İndi də adını siyahıya saldırıb, Qabili üstümə göndərmisən?”
Gözüm zalda Əliağa Kürçaylını axtardı. Gözlərində yaş gilələndi: “Yox, Qabil, istəmirəm. Yadından çıxıb mənim ağrıdan səhərəcən yatmadığım günlər? Yay vaxtları gecələr balkona çıxırdın. Görürdün ki, mən də balkondayam. Səhərəcən Bulvardakı Saat Qülləsinə baxırdım ki, gün nə vaxt doğacaq. Ağrıdan qovrulurdum. Bir də ki, ata ölümünə öz gənc həyatıyla cavab verən Ülkərimi burda qoyub, necə gedim?”
Anar, kimin adını çəkdimsə istəmədi əfv olunmağını. Ailə dramlarını, gəlinlərinin, nəvələrinin “bu qoca kaftar axı nə vaxt öləcək biz də oğul toyu görək? Bir otağı tək canıyla zanit edib” deməklərini, fani dünyaya onlara bir yük olduqlarını deyirdilər. Övladlarından razı olanlar isə onlara baxıb qulaqlarını çəkir, “iraq bizdən” söyləyirdilər.
Hamısı onlar üçün çıxarılan ölüm hökmündən razı olduqlarını bildirirdilər. Elə bil ki, fani dünya, oğul-uşaqları üçün zar-zar ağlayan onlar deyildi. Haqq dünyasının, Cənnətin qədrini indi başa düşmüşdülər. İstəmirdilər əvvəlki həyatlarına geri dönsünlər.
Amma mənə də Qabil deyərlər. Məcbur qalıb, amiranəlik nümayiş etdirdim. Sənə orada qulaq asmayanı nə edirsən? Yazıçılar Birliyinin üzvülüyündən çıxarırsan. Burda isə özünü pis aparan yazıçını Cəhənnəmə perevod edirlər. Əlbəttə ki, əgər dəlil-sübutu yetərincə olmadıqda:
- Mikayıl Müşfiq, nakam şairimiz, qayıdırsan geri. Ürəyində qalan neçə-neçə şeiri kağıza köçürərsən. Başına gələnləri də qələmə alarsan. Gülhüseyn Hüseynoğluya oxşama bu sahədə. Qorxma, yaz. “Davam edir 37” şeirini yazan Xəlil Rzadan ibrət götür. Yaz-yarat. Poeziyamıza yeni bahar gətir. Türkiyənin bayrağına aya işarə edib, pantürkistdir deyilərək güllələnməyinə səbəb olan
Mən gəncəm, bilirəm, istiqbalım var,
Hələ bədr olmamış bir hilalım var
misralı yaradıcılığını bədrlə. İstiqbalına çat.
- Baş üstə, Qabil.
- Cəfər Cabbarlı, nakam yazıçımız. Ölməsəydin hələ neçə-neçə dram əsəri yazacaqdın. İlhamını yenidən alovlandır. Özü də ki, o vaxt yaxşı ki, Allah səni aradan çıxartdı. Yoxsa 37-də səni də güllələyəcəkdilər.Ya da ki, donosçuya çevirəcəkdilər. İndi rahat qayıdıb, öz dramaturgiyanı və Azərbaycan dramaturgiyasını dirçəldə bilərsən.
- Baş üstə, Qabil.
- Fərman Kərimzadə, nasir üçün 52 yaş nədir ki? Hələ çox romanlar yarada bilərdin, yaxşı da yazırdın. Qayıt geri. Amma əsəbləşmə day. Vətən-yurd dərdindən beyninə yenə də qan sızar. Nəinki Qərbi Azərbaycan, Dağlıq Qarabağ, üstəlik 7 rayon da artıq ermənilərdədir. Bundan təsirlənib beyninə qan sızan yazıçı da yoxdur. Sən ədəbiyyatı düşün. Yanğını ədəbiyyatda söndür. Roman janrını dirçəlt.
- Baş üstə, Qabil.
- Əlibala Hacızadə...
- Yox, Qabil, qayıtmaram. Üz vurma. Xətrini çox istəyirəm. Amma qayıtmaq yoxdur.
- Başa düşmədim, Əlibala. Bəs o gün olanlar yadından çıxıb? Əsəd Cahangir ANS kanalında “Azərbaycanda bestseller kitabları olan bir dənə yazıçı olub, o da Əlibala Hacızadədir” deyəndə sevincindən uçmaq üçün məleykələrdən icarəyə qanad almışdın. Demirdin ki, növbəti “Xalq yazıçısı” mən olacaqdım ömür vəfa versəydi? Qayıt. Həm buralardan bir dənə bestseller roman yaz, həm də halalca adını al. Gülağa Tənha da cildlərini çıxarıb başa çatdırsın. Həm də bu dünyanı vəsf edib, müasir fantastika janrının əsasını qoy. Sonra nə vaxt istəsən qayıdarsan da... O vaxtacan yerinə “zamen” taparam.
- Baş üstə, Qabil müəllim.
- Əli Kərim, hamı sənə “hayıf ondan. Cavan getdi” deyir. Şeirlərin dillərdə gəzir. Qayıt gözəl poemalar yarat. Yoxsa bu janr ölüb gedir. Hamı roman yazır. Elə şairi də. Poema yazan yoxdur. Sənin ilhamının kükrəyən vaxtıdır. Fəxri ad almağa da şansın çoxdur. Axı Göyçaydansan.
- Baş üstə, Qabil. Amma Göyçayda doğulmağının mətləbə nə dəxli?
- Get, bala, get. Orda başa salarlar.
Hə, Anar, beləcə qurultayımız başa çatdı. İlk səfərə çıxmaq istəyən az tapıldı. Amma hər sahəyə aid olanı bir təhər seçə bildim. Sən Allah üzlərinə yaxşı baxın. Yoxsa qayıdanda pisləsələr fani dünyanı, çətin ki, transferə çıxarmağa adam tapam. Amma Mikayıl Müşfiq və Cəfər Cabbarlı çox narahatdırlar. Ehtiyatlanırlar ki, fani dünyada dirildiklərini görüb, heykəllərini götürərlər. Yerində də göydələn tikərlər. Sən Allah, nəzarətdə saxla ki, vandalizm aktı baş verməsin. Haqları da var. Cəfər Cabbarlı deyir ki, “Qabil, iki kinoteatrım vardı. Öz adıma olanı “Space” adlı telviziyaya çevirdilər. Qəhrəmanım Sevilin adına olanı əvvəl restoran etdilər, indi də söküb bina tikirlər. Qorxuram ki, dirilməyimi görüb, Sovetskidəki ev-muzeyinin kvadrat metrinə 1500 manat ödəyib, oranı da dağıdarlar”. Gör də. Əgər elə olsa, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova mənim adımdan de ki, heç olmasa kvadratına 2000 manat ödəsin. Günəşlidə ev ala bilsinlər.
Anar, başa düşürəm ki, inciyirsən. Ürəyində gileylənirsən ki, bəs ay Qabil, heç nə lazım deyil. Hər şey yaxşıdır. Narahatçılığa səbəb yoxdur. Ədəbiyyatdır da öz axarında gedir. İntibah da olar, tənəzzül də. Qurumuş çay belə, bir də görürsən sel gətirir. Amma ki, Anar, yox. Devalvasiyadır. Kitab-zad alan da azalır. Pul da gəlməsə indikilər çətin yazalar. Hətta mənim də 90 illik yubileyim münasibətilə üçcildliyimin çıxarılmasına Mədəniyyət Nazirliyi pul tapmır. Kəsib bir cild saxlamaq istəyirlər. Ona görə vaxtında tədbir gördüm. Elə əsl transfer pəncərəsini açmaq dövrüdür. Bəstəkarlar, rəssamlar, heykəltaraşlar birlikləri də artıq transfer qurultaylarının vaxtını təyin ediblər.
Hə, Anar. Nə başını ağrıdım. Beləcə əfv məktubunu təqdim etdim İnkir-Minkirə. Bir xahiş də etdim. Buna qabaqlayıcı tədbir deyirlər. Çünki Mikayıl Müşfiq, Cəfər, Fərman, Əlibala, Əli Kərim gəlib buraları sizə yaman tərifləyəcəklər. Siz də o saat həvəslənəcəksiniz. Buralara can atmağa başlayacaqsınız. Ona görə də İnkir-Minkirə ünvanladığım məktubda xüsusi qeyd etdim ki, sağ qalan 4 Xalq şairi və 5 Xalq yazıçısına povestka-zad göndərməsinlər. Ta ki, ədəbiyyatımızı əvvəlki şöhrətinə qaytarana qədər. Amma deyəsən məktubum yetənə qədər Söhrab Tahiri xilas etmək qərarına gəliblər. Araba axtarışındaydılar. Ona görə də Bəxtiyar Vahabzadədən həmyerlisi və deputat davamçısı, “Avromed”in sahibi Cavanşir Feyziyevin telefonunu soruşurdular.
Sizlərə salam və hörmətlərimizi çatdırırıq. İnanırıq ki, idman, elm, təhsil, texnologiya sahəsində mövcud olan Transfer qanunu ədəbiyyatımıza da öz müsbət töhfəsini verəcəkdir.
HÖRMƏTLƏ: Qabil, Axirət Dünyası, Cənnət şəhəri.
4 Aprel 2016-cı il.
PS: Anar, lap yaddan çıxarmışdım. Bu gün aprelin 4-üdür. Haqq dünyasında 9 yaşım tamam oldu. Bunu elə-belə dedim. Qəbrimi ziyarət umacağım yoxdur.
Strategiya.az
15 ilin söhbəti olar... Mahir, bir lətifə var e... eşitmisən?
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM