TQDK-nın tarixdə qalacaq sənədlərindən biri və yaxud bəyənilən maarifçilik fəaliyyətinin təsdiqi

10:01 / 12.04.2016

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının Əməkdar müəllimi

    TQDK-nın ləğv olunduğunu eşidəndə təhsil sistemimizin inkişafında az-çox xidmətləri olan mütəxəssislərdən biri kimi  məni çoxdan narahat edən, düşündürən məsələlər haqqında düşüncələrimi oxucularla bölüşdürmək  fikrinə düşdüm.
TQDK zəmanə yaratmışdı. TQDK yaradılan vaxtlarda ali məktəblərə qəbulda  bir sıra neqativ hallar geniş yayılmışdı. Bu neqativ hallar elə bir bəlaya çevrilmişdi ki, şəhərin yay günlərinin hərarəti durmadan artırdı. Anarın "Şəhərin yay günləri" əsəri elə-belə yaranmamışdı. O vaxtlar qəbul imtahanlarında müəllim kimi iştirak etmək bir çox nəsnələrlə ilgili idi.

  1992-ci ildə TQDK yaradılanda mən Azərbaycan Milli Elmlər Akademiyasının Bakıdakı 178 nömrəli məktəbindəki TƏBİƏT ELMLƏRİ FAKÜLTƏSİNDƏ müəllim işləyirdim. Fakültənin dekanı kimya elmləri namizədi Elxan Əmirbəyov idi. O, fakültədə dərs demək üçün Elmlər Akademiyasının İnstitutlarından 10-dan artıq elmlər namizədlərini və elmlər doktorlarını məktəbə dəvət etmişdi. Biz qısa bir müddətdə Bakının bir çox məktəblərindən yüksək intellektual səviyyəli şagirdlərin bir qrupunu bir yerə toplaya bildik. Bu müəllimlərdən dördü TQDK-nın seminar rəhbərləri seçildilər. Başqa sözlə, Elxan müəllimin komandası TQDK-nın təcrübə və metodika məktəbi səviyyəsinə çatmışdı. Fakültənin bütün müəllimləri təhsilin bütün mərhələlərini keçmiş mütəxəssislər idi. Mənə elə gəlir ki, müəllimin şəxsi nümunəsi şagirdlərin layiqli vətəndaş kimi formalaşmasında əhəmiyyətli rol oynayır. Bəzən bunları deməyə kiminsə dili gəlmir. Bu fikrin qüvvəsi kimi diqqəti bir məsələyə yönəltmək istəyirəm. Ədəbiyyat dərslərində yazdıqları əsərlərdən əvvəl şair və yazıçıların həyatı öyrənilir. Bunu müəllimlərə də şamil etmək lazımdır.
   Şəxsən mən həmişə fəxr edirəm ki, orta məktəbdə yaxşı müəllimlərdən yaxşı dərs almışam. Məktəbi gümüş medalla bitirmişdim. Həkim olmaq istəyirdim. Lakin iki il idi ki, Azərbaycan Tibb İnstitutuna daxil ola bimirdim. Üçüncü il də həkim olmaq fikrimdə israrlı idim. Azərbaycan Dövlət Universitetinin qiyabi şöbələrində qəbul imtahanları tez başladığına görə biliyimi burada sınamaq qərarına gəldim. Dörd imtahandan 17 bal- (4,5,5,3) toplayaraq, ali məktəbə -filologiya fakültəsinin qiyabi şöbəsinə daxil oldum. Zavodda tokar işləyə-işləyə respublikamızın o vaxtkı yeganə universitetini bitirdim. Tokar işləyə-işləyə, istehsalatdan ayrılmadan AMEA Nəsimi adına Dilçilik İnstitutunun  türk dilləri üzrə qiyabi aspiranturasına daxil oldum, "Ziya" və "Ziyayi-Qafqasiyyə" (1879-1884) qəzetlərinin dili" mövzusunda tədqiqat işi apardım. Azərbaycan KP Nərimanov Rayon Komitəsində müəssisə siyasi maarif kabinetinin müdiri işlədim. Sonralar gördüm ki, o vaxtın siyasi maarifi mənlik deyil. Odur ki, siyasi maarifdən təhsillə ilgili maarifdə işləməyə qərar verdim.  Orta məktəb, Ekologiya Liseyi, Kompyuter Kolleci, gimnaziya, ən sonda isə Avropa Azərbaycan Məktəbindəki müəllimlik fəaliyyətim.

  Mənim müəllimliyimə ilk ən yüksək qiymət verən ümummilli liderimiz Heydər Əliyev olmuşdur. 18 mart 2000-ci ildə Azərbaycan Respublikasının Prezidentinin 302 nömrəli FƏRMANI ilə respublikanın 36 müəlliminə Azərbaycan Respublikasının Əəməkdar müəllimi fəxri adı verildi. Onlardan biri də mən idim.
  2012-ci ildə Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin Sərəncamı ilə keçirilən ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi oldum. Təvazökarlıq çox pis nəsnədir. Bu fikrin başqa variantını atalar sözlərinin sırasından tapa bilərsiniz. Görülən işlər haqqında hesabat verməyəndə  elə bilirlər ki, işdə gün keçirirsən. İnsan öz yaradıcılıq imkanlarını mütləq  nümayiş etdirməlidir. Belə nümayiş yoxdursa, deməli, iş  də yoxdur. Mən həmişə o fikirdə olmuşam ki, müəllim tutuquşu yox, əzbərçi yox, yaradıcı olmalıdır. Çox təəssüf ki, məktəblərimizdə hələ də tutuquşu müəllimlərimiz çoxdur. Allah şagirdlərimizi belələrindən qorusun. Abituriyentlərin test üsulu ilə ali məktəblərə qəbul edilməsi əzbərciliyə yol açırdı. Şagirdləri maraqlandıran bir məsələ həmişə gündəmdə idi. Şagirdlər qəbul imtahanlarına aid əlavə materialları oxumaqdan  çəkinirdilr. Məncə şagirdləri qısa sorğu-sualla ali məktəblərə qəbul etmək olar.
 2016-cı il aprelin 11-də TQDK ləğv olundu. Bu, gözlənilən idi. TQDK ona tapşırılan işləri başa çatdırmışdı. Bundan sonra TQDK-dan xatirələr danışılacaq, onun təhsil sistemindəki rolundan bəlkə də dissertasiyalar yazılacaq. TQDK təhsilimizin müəyyən mərhələsinin tarixidir. Mən çox fəxr edirəm ki, bu tarixin yazılmasında mən də iştirak etmişəm. Bu qurumda Azərbaycan dli və ədəbiyyatı seminarının ilk rəhbəri olmuşam. 22 il bu qurumun Azərbaycan dili fənni üzrə  eksperti olmuşam. TQDK-nın 20 illiyi münasibəti ilə təltif olunduğum Fəxri Fərmanı bu qurumdakı fəaliyyətimin tarixi sənədi kimi oxucularımıza təqdim edirəm.

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM