Azərbaycan Respublikasının Əməkdar müəllimi
Bizə hansı elmlər lazımdır və yaxud tərcümeyi-halını üç dildə-Azərbaycan, rus və ingilis dillərində yaz, sənin kim olduğunu deyim
Bu sual adi və təzə sual deyil.Babalarımızın babasını maraqlandırqn,düşündürən,daşındırqn sualdır. Babalarımız elm dalınca Çinə də gedib,Ərəbistana da. Ərəbistana ticarətə gedən babalarımız öz məntiqi,ağlı,dərrakəsi, bədii zövqü ilə ərəblərə dərs deyib, yazdıqları şeirlərə Azərbaycan möhürünü vurublar ki, tarix yazanlar sonralar çaş-baş qalmasınlar.
Biz hələ qədim məktəblərimizin tarixini öyrənə bilməmişik,onun köklərini tapa tapa bilmirik.Daşımız da var, tərəzimiz də,amma çəkə bilmədiyimiz,ölçə bilmədiyimiz nəsnələr çoxdur. O taylı, bu taylı nə qədər tarixi abidələrimiz var! Bu abidələri yaradanlar Azərbaycan torpağının yetirmələridir,onlar Azərbaycan məktəblərinin,
azərbaycanlı müəllimlərin yetirmələridir.
2012-ci ilin dekabrında kafedra müdiri işlədiyim Avropa Azərbaycan Mktəbinin şagirdlərini Şəkiyə- M.F.Axundzadənin yubiley tədbirlərinə aparmışdıq.Biz burada zəngin təhsil ənənələri ilə tanış olduq. Tədbir zamanı Avropa Azərbaycan Məktəbi ilə Şəkidəki 5 nömrəli orta ümumtəhsil məktəbinin birgə pedaqoji əlaqələrinin əsası qoyuldu. Bu iki məktəbin maraqlı tədbirləri sonralar da davam etdirildi.
Şəkidəki ən maraqlı tədbirlərimiz şəhərin tarixi keçmişi ilə tanışlıq oldu. Şəki memarlıq abidələri bu şəhərin tarixi məktəblərinin və bu məktəblərin müəllimlərinin düşüncə tərzinin elmi və bədii təfəkkürünün məhsuludur, xalqın dünyagörüşünün daşlaşmış yaddaşıdır.
Böyük Britaniya Universitetlərinin rus dilini öyrənən tələbələri Azərbaycan Dövlət Universitetinin bir qrup tələbəsini 1972-ci ilin yanvar-fevral aylarında öz ölkələrinə dəvət etmişdilər. Bəri başdan deyim ki, bu,turist səfəri deyildi,ölkələrarası münasibətlərin yaranmasına və inkişafına yönələn işgüzar dostluq və əməkdaşlıq tədbiri idi.Biz İngiltərənin və Şotlandiyanın bir sıra nüfuzlu ali məktəblərində olduq.İngilislərin təhsil tarixi,xarici dilləri öyrənmə ənənələri ilə tanış olduq.Mən bu səfər haqqında "Qabaqcıl texnika uğrunda" çoxtirajlı qəzetinin yeddi nömrəsində "İngiltərə qörüşləri" adlı yol qeydlərimdə ətraflı söz aşmışam.Yol qeydlərim yüksək səviyyədə qiymətləndirildi, görkəmli jurnalist Osman Mirzəyev onu "Vışka" qəzetində çap etdirmək üçün rus dilinə tərcümə etdi. O.Mirzəyev nədənsə tərcüməni rus oxucularına çatdıra bilmədi.Görünür, Azərbaycan təhsilinə və onun tarixinə aid fikirlərim kiminsə xöşuna gəlməmişdi. Nümayəndə heyətimizin başçısı, "Azərbaycan gəncləri" qəzetinin redaktoru Qəşəm Aslanovun "Təzadlar ölkəsində" adlı yazısında da Azərbaycan təhsili ilə ingilis təhsilinin əməkdaşlığı haqqında maraqlı fikirlər söylənilmişdi.
Sözümün canı odur ki,biz uğurlarımızdan da söz açmağı bacarmalıyıq.Burada bir məsələdən də danışmaq istəyirəm.İndi Azərbaycanda onlarla xarici ölkə vətəndaşları həvəs və özünəməftunluqla özəl orta məktəblər açırlar.Əlbəttə bu, bəyəniləndir.Bir şərtlə ki,xarici ölkə pedaqoqlarında Azərbaycan təhsilinə yuxarıdan baxma vərdişi yaranmasın.Onları məktəblərə işləməyə dəvət edəndə milli təhsilimizin tarixi haqqında sorğu-suala tutmaq lazımdır. Milli təhsilimizə xarici ölkə pedaqoqlarının etinasızlığı bağışlanılmazdır. Mən təbəssümlə ironiyanı fərqləndirməyi bacaran təhsil rəhbərlərini həmişə yüksək qiymətləndirirəm.
Vaxtilə bir yerdə işlədiyim müəllim yoldaşlarımdan biri hər dəfə köhnə dostları ilə rastlaşanda yeni iş yerindəki amerikalı direktoru haqqında bədahətən qoşulan anektotları (lətifə ilə anektotun incə fərqləri var-N.N.) xısın-xısın danışmağı xoşlayırmış. Çuğulçular bunu amerikalıya çatdıranda idmanşı müəllim dostumuz iş-gücü ilə vidalaşmalı olur. Əslində,o,amerikalının yersiz təbəssümlərinin ona yaraşmadığını açıq deyə bilərdi.
25-30 il bundan əvvəl Azərbaycanda rusdilli ziyalılar dəbdə idi. Doğrudur,onların bəzisinin mütaliə dairəsi geniş idi.Rus dili onları dünnyaya çıxara bilmişdi.Amma onların eqoizmi təhsilimizə əngəl törədirdi.Yaxşı ki zəngin milli ənənəli təhsilimiz qalib gəldi.
İnsan öz fikrini öz dilində daha yaxşı ifadə edir. Orta və ali məktəblərimizdə ana dilli təhsilimizin inkişafının bugünkü təntənəsi milli düşüncə tərzimizin ən əsas göstəricilərindəndir. Xarici dillərin öyrənilməsi yolundakı çalışmalar bəyənilən olsa da, hər bir ölkə vətəndaşının ana dilinində mükəmməl danışması günümüzün ən vacib bəzifələrindən biri olmalıdır.
Son vaxtlarda xarici ölkələrdə ali təhsil almaq bir növ alüdəçiliyə çevrilib.Xaricdə təhsil almaq ənənəsi əvvəllər də var idi.Bu, hər şeydən əvvəl həmin ölkələrin elmi-texniki tərəqqisi ilə ilgili məsələ idi. İndi Azərbaycanda bütün sahələr üzrə yüksək ixtisaslı mütəxəssislər yetişdirmək mümkündür.
Bu gün bizə Xəzərin zənginliklərindən bəhrələnmək üçün elmi mütəxəssislər lazımdır. Biz bu gün kosmik tədqiqatlar yolunda uğurlu elmi işlər görmək üçün elmi gücümüzü artırmalıyıq.
Mənə elə gəlir ki,hansı ölkənin yaxşı kitabxana və zəngin arxivləri varsa,orada təhsil almaq daha maraqlıdır. Yüksək təhsil milli dünyagörüşü və milli ideologiya ilə bağlı məsələdir, Bu gün xarici ölkələrlə tələbə mübadiləsi etmək hələ çox gərəkli görünür. Rusiya və onun baş şəhərləri-Moskva və Peterburq bu cəhətdən daha çox önəmlidir.
Mən diplom işi üzərində işləyərkən, eləcə də AMEA Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasında oxuduğum illərdə dəfələrlə Moskva və Leninqrad şəhərlərindəki kitabxana və arxivlərdə həftələrlə işləmişəm.Topladığım materiallardan indi də məqamı düşəndə istifadə edirəm.
Azərbaycanın bir çox görkəmli ziyalılarının tarixə düşmələrinin əsas səbəbi, məncə, bu şəhərlərdə zəngin elm və təhsil mühitinin olmasıdır.
Həsən bəy Məlikzadə Zərdabi, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani Adıgözəlzadə, Əlimərdan bəy Topçubaşov, Əli bəy Hüseynzadə, astaralı akademik M.Pavlov və bir çox başqaları məhz bu mühitin yetirmələridir.
Başqa olkədə təhsil almaq üçün mütləq ana dilini mükəmməl bilməklə yanaşı, həmin ölkənin dövlət dilini də öyrənmək lazımdır.S.Ə.Şirvaninin oğluna nəsihətini xatırlayırsınızmı?
Ey gözüm, hər lisanə ol rağib,
(Ey gözüm, hər dilə rəğbətin olsun-N.N.).
Xassə kim, rusidir bizə vacib,
(Ələlxüsus bu günümüz üçün vacib olan rus elmini öyrən-N.N.).
Onlara ehtiyacımız çoxdur,
Bilməsək dil,əlacımız yoxdur.
(Dil bilməsək,başqa əlacımız yoxdur).
Təəssüf ki,Azərbaycanda xarici dillərin öyrənilməsində hələ də problemlərimiz var.Biz xarici dili şeir yazmaq dərəcəsində bilmirik.S.Ə.Şirvani ana dilində də, fars dilində də şeir yazırdı.Ərəb dilli dini məsələləri şərh edə bilirdi. nun rus dilində yazdığı tarix əsəri də unudulmamalıdır.
Mükəmməl məktəb təhsili görməyən M.F.Axundov Azərbaycan, fars və rus dillərində həm bədii, həm də elmi-fəlsəfi əsərlər yazırdı.Onun ərəb dilindən etdiyi, arxivlərdə yatıb qalan tərcümələrindən çoxlarının xəbəri yoxdur.
Son illərdə Azərbaycanda ingilis dilini öyrənənlərin sayı daha da artmışdır. Çox yaxşı. Amma bu ingilislərin bəziləri Azərbaycan dilində kəkələyəndə, vallah adam xəcalət çəkir.
Dil bimək yolunda yolumuz hayanadır?
Qəbələ,15.04.2016.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM