Azərbaycan Respublikasının Əməkdar müəllimi
Azərbaycan SSR EA aspiranturasında bizə ingilis dilindən dərs deyən müəllimlərdən biri də Bəhicə Xalid Səid qızı Məmmədova idi.
(Kafedra müdiri çox tələbkar və zəhmli olan alman dili mütəxəssisi Nəzakət xanım Ağazadə idi).
Məmmədova-Bəhicə xanımın ailə qurandan sonra qəbul etdiyi soyaddır.
Həyat yoldaşının adı yadımda qalmayıb, səhv etmirəmsə, rəhbər icra orqanlarında işləyirdi. O, Təhmasiblərlə qohum idi. Bu ailənin Mehmandarovlarla da qohumluğu var idi. Bunu mənə ümummilli liderimiz Heydər Əliyevin Leninqraddan Bakıya- ata yurdunda yaşamağa dəvət etdiyi ilk hərbi komissarımız Mehmandarovun oğlu qocaman gəmi mühəndisi İqor Mehmandarov demişdi.
İ.Mehmandarov bir neçə ildir ki, dünyadan köçüb. Həyat yoldaşı isə sağ-salamatdır. Qədirbəyov küçəsindəki 63 nömrəli binada yaşayır. Bu ailə futbolçu İ.Ponomaryov və din xadimi A.Paşadadə ilə qonşu idi.
İqor Mehmandarov ilə tanışlığımız 1980-cı illərin sonlarına təsadüf edir. Mən seçki komissiyasının sədri idim. Komissiya leytenant Şmidt adına zavodun mədəniyyət sarayının birinci mərtəbəsində yerləşirdi. Komissiyanın sədri kimi seçicilər haqqında müəyyən məlumat toplamışdım. Bu, hər şeydən əvvəl mətbuat üçün nəzərdə tutulmuşdu. Bura ilk dəfə səs verənlər, ərazinin adlı-sanlı adamları, ən yaşlı seçicilərin siyahısı və sair daxil idi. Bir dəfə məntəqəyə "Bakı" qəzetinin əməkdaşı, yaxından tanıdığım Qüdrət Piriyev növbəti nömrəyə material hazırlamaq üçün gəlmişdi. (Mən bu qəzetin ştatdankənar müxbiri idim. Qüdrəti yaxşı tanıyırdım.). Qüdrət seçicilərin siyahısına baxdı, birdən bir seçicinin adını bərkdən çəkdi: Mehmandarov İqor ...
Maraq bizi seçicinin ünvanına apardı. Bəli, yanılmamışdıq. Bu, məşhur generalın oğlu idi. Sonralar İqor müəllimlə tanışlıq və dostluğumuz uzun müddət davam etdi. Biz aspiranturada oxuyanda Bəhicə xanımın anası hələ sağ idi. Anası tez-tez xəstələndiyinə görə Bəhicə xanım bir-iki dərsi bizə evlərində keçmişdi. Evləri Səməd Vurğun küçəsi ilə Bakıxanov küçəsinin kəsişdiyi yerdə idi. Bəhicə xanımın qızı musiqi dərslərinə də gedirdi. Yeri düşəndə ana qızının musiqi qabiliyyətini də tərifləməkdən çəkinmirdi. Bəhicə xanım yaxşı müəllim idi. Tərcümənin üsul və prinsiplərini çox yaxşı bilirdi. Artıq birinci tədris ilində Bəhicə xanımdan dərs alan aspirantlar ingilis dilində öz ixtisaslarına aid dərslik və monaqrafiyaları yaxşı oxuyub, tərcümə edə bilirdilər. Bəhicə müəllim hər bir aspiranta mehriban ana kimi qayğı göstərirdi. O, nə qədər mehriban olsa da, tədris məsələsində heç kəsə güzəştə getməzdi. Bəhicə xanım dil öyrənməkdə müqayisəli üsullardan səmərəli istifadə edir, dünya dilçilərinin bu sahədəki yeniliklərindən istifadə edirdi. Mən imtahandan - Nəzakət xanımın da iştirak etdiyi namizədlik minimumu imtahanından əla qiymət almışam. O vaxt qayda belə idi ki, imthan qiyməti geniş müzakirədən sonra elan olunurdu. İmtahandan sonra akademiyanın birinci mərtəbəsindəki dəhlizdə nəticəni gözləyirdik. 10-15 dəqiqədən sonra qapı açıldı, Bəhicə xanım dəhlizə çıxdı, sevinclə mənə tərəf addımlayıb, sevinclə də dedi :"Nazim, beş!"
İmtahanda məndən başqa beş alan olmamışdı. Əslində bu beş kafedra müdiri Nəzakət xanım Ağazadənin öz müəllim həmkarına - Bəhicə xanıma verdiyi beş idi. O vaxtlar Nəzakət xanımdan beş almaq böyük hünər sayılırdı. İndiki doktorların və akademiklərin bir neçəsinin Nəzakət xanımın imtahanında tir-tir əsdikləri yəqin ki, hələ də özlərinin yadından çıxmayıb. Sonralar Bəhicə xanım Kanadaya köçdü. Onun haqqında filologiya elmləri üzrə fəlsəfə doktoru Əsgər Quliyev, tədqiqatçı jurnalist (indi fililologiya elmləri üzrə fəlsfə doktorudur-N.N.) Azər Əbilovun maraqlı yazıları var. Bu yaxınlarda professor Buludxan Xəlilov da yazılanlara istinad edərək Xalid Səid Xocayevin təhsili, türkoloji fəaliyyəti və ailəsi haqqında maraqlı yazı ilə mətbuatda çıxış etmişdir. Mənim yaxşı tanıdığım Bəhicə xanım yaddaqalan müəllimlərdəndir. O, zəngin ailə tərviyəsi görmüş, zəngin dünyagörüşlü, zəngin əqidəli ziyalılardandır. Belə insanların düşməni olmur, onların minlərlə pərəstişkarı və müəllimliyinə həsəd aparanları olur.
Bakı,
15.05.2016.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM