«Tarixi ipək yolu» və Şamaxı

09:42 / 29.03.2014

Hakim İsakov

Tarix üzrə fəlsəfə doktoru

  Beş min illik dövlətçilik tarixi olan Azərbaycan ərazisi çox qədim dövrlərdən Şərqlə- Qərbi, Şimalla- Cənubu  əlaqələndirən nəhəng körpü rolunu oynamışdır.Qədim Çini, Mərkəzi Asiya və Hindistanı Aralıq dənizi və Qara dəniz sahillərindəki başlıca ticarət mərkəzləri ilə birləşdirən beynəlxalq karvan yollarının 2 əsas qolu  Azərbaycandan keçirdi. Bu qollardan biri Kür çayı boyunca Kolxidaya, İberiyaya (Gürcüstana), digər qol isə Şimala dönərək Xəzər dənizinin qərb sahilləri ilə Dərbəndə oradan isə Şimali Qafqaz çölləri ilə yunan şəhərlərinə gedib çıxırdı .Bu  yolların  üzərində fəaliyyət göstərən qədim şəhərlərimizdən biri də  Şamaxı olmuşdur.

       Ymumiyyətlə ticarət yolları öyrənilmədən antik və orta əsr şəhərlərinin iqtisadi həyatının dərindən tədqiq edilməsi  mümkün deyildir. Bu baxımdan da qədim Şamaxı şəhərinin Azərbaycan  şəhərləri və xarici ölkələrlə olan iqtisadi, mədəni əlaqələrinin öyrənilməsində ticarət yollarının tədqiqi mühüm əhəmiyyət kəsb edir.

        Arxeoloji qazıntılar zamanı Şamaxıda tapılmış mis sikkələr, Çində istehsal edilmiş çini qablar, beynəlxalq ticarət əlaqələrinə xidmət edən karvansaraların olması qədim  Şamaxının Tarixi ipək yolundakı fəaliyyətini sübut edir. Belə karvansaralardan Şamaxıdakı XIII əsrə aid Göylər kəndindəki karvansaranı və digərlərini göstərmək olar .

      VIII-IX əsrlərdə Bərdə ilə şərqdən kəsişən Berzeng-Şamaxı, Şabran Dərbənd yolu Azərbaycanın digər şəhərləri kimi Şamaxını da Dağıstan, Şimali Qafqaz,Qara dəniz sahilləri və Yaxın Şərqlə birləşdirirdi.

      X əsrdə Bərdə paytaxt kimi öz əvvəlki rolunu itirdikdən sonra Şamaxı Məzyədi Şirvanşahların mərkəzi kimi  inkişaf etmiş, nəqliyyat yollarının əhəmiyyəti  xeyli artmışdı. Ərəb müəlliflərinin verdiyi məlumata görə IX-XIII  əsrlərdə Şamaxı qərbdən Bərdə-Gəncə-Tiflis, şimaldan Şabran-Dərbənd,şərqdən Xəzər dənizi,cənubdan Pirsaat çayı kənarı ilə uzanan karvan yolları ilə dünyanın bir çox ölkələri ilə iqtisadi, mədəni əlaqələr saxlayırdı. Arxeoloji qazıntılar zamanı  Şamaxıda və İranın Nişapur şəhərində tapılmış 4 lüləkli çıraq qoyan qablar, piyalələr onun ipək yolu vasitəsilə  İranla  olan əlaqələrini göstərir.

         XI-XII əsrlərdə Şamaxının Orta Asiya şəhərləri ilə də iqtisadi mədəni əlaqələri olmuşdur.Arxeoloji qazıntılar zamanı Şamaxıda  tapılmış Otra Asiya şəhərlərinə məxsus basma naxışları olan saxsı qablar bunu  bir daha sübut edir.

     XII əsrdə Şamaxı Hindistanla,Çinlə iqtisadi mədəni əlaqələr saxlamışdı. Şamaxıda tapılmış Çinə məxsus qablar bunu sübur edir. Belə hesab edirlər ki, XII-XIII əsrlərdə bu  qablar Orta Asiya və İran vasitəsilə  Azərbaycana gətirilmişdir.

       XIV əsr Şamaxının ticarət yolları haqqında məlumat verən Həmdulla Qəzvini yazırdı ki, XIV əsrdə Elxanilər dövlətinin mövcud olduğu dövrdə 4 böyük ticarət yolu vardı. Bunlardan biri də  şimal yolu adlanan Biləsüvar,Maxmudabad,Şamaxı, Dərbənd yolu idi. Bu yol Təbriz şəhərini Qafqaz və Rusiya şəhərləri ilə birləşdirirdi.

    XIV–XV əsrin ikinci yarısında Şirvanşahlar ərazisinin Çobanilər,Cəlarilər,Teymurilər Ağ Qoyunlular, Qara Qoyunlular arasında döyüş meydanına çevrilməsinə baxmayaraq  Şirvanın ticarət yolları öz əhəmiyyətini itirməmişdi.

      XIV-XV əsrlərdə beynəlxalq ticarət əlaqələrində əsas yeri ipək tuturdu. Şamaxıdan Avropa və Şərq ölkələrinə, İrana, Kiçik Asiyaya,Suriyaya ipək daşınırdı. Bu barədə məlumat verən Teymurilər sarayındakı İspan səfiri Klavxia yazırdı ki, Şamaxıdan Sultaniyyəyə yüksək keyfiyyətli ipək daşınır, ipəkdən ötrü Genuya və Venetsiya tacirləri  Şamaxıya gəlirdilər.

         Rus tacirləri Şirvana Volqa çayı  vasitəsilə Həştərxan,  Xəzər dənizi və Dərbənd yolu ilə gəlirdilər. Gətirilən əsas məhsul isə neft, duz və xəz- dəri idi  . 

        Yazılı mənbələrdə XIV əsrdə Şamaxı yolu ilə Rusiya şəhərlərindən qiymətli xəz dərinin Təbrizə və İranın digər yerlərinə daşındığı da göstərilirdi. Bununla əlaqədar ən qiymətli sənəd monqol Qazan xanın qış tədarükü ilə əlaqədar Şirvandan aldığı vergilərin siyahısıdır.Bu siyahıda Sibir samuru, qoqom kimi qiymətli xəzlərin adları çəkilir ki, bunların da Rusiyadan Şirvana gətirilməsi heç bir şübhə doğurmur.Monqolların Təbriz əhalisindən aldığı vergi  siyahısında da həmin xəzlərin adları çəkilir ki, bunları da şübhəsi ki,  Təbriz tacirləri Şamaxı bazarlarından əldə etmişlər .

       XIV-XV əsrlərdə Şamaxı Yaxın Şərq ilə Rusiya və Avropa  şəhərləri arasında ipək ticarətində mühüm dayaq məntəqəsi idi. Şamaxı Təbriz toxucularını yüksək keyfiyyətli ipəklə təmin etmişdir. Bu dövrdə Təbriz ilə Şamaxı arasında iqtisadi əlaqələr o qədər güclü olmuşdur ki, hətta Şirvanşah İbrahim müharibə zamanı Qara Yusifə əsr düşdüyü zaman Təbriz tacirləri onun əf olunması üçün lazım olan məbləği ödəməyə razı olmuş və onu azad etmişlər .

      Səyyah Barbaronun verdiyi məlumata görə XV əsrdə  Şamaxıda 30-60 min əhali yaşamış və o Azərbaycanın ən iri, Yaxın Şərqdə isə orta səviyyəli iqtisadi mərkəzlərdən biri olmuşdur. Səyyah A.Kontari   isə  Şamaxını  Təbrizlə  müqayisə edərək   belə qənaətə gəlmişdir ki, Şamaxı həyat üçün əlverişli məhsul bolluğu baxımından Təbrizdən üstündür.

      XVI əsrdə Cənubi Qafqazda ipək istehsalı və ticarəti başlıca olaraq Şamaxıda cəmlənmişdi. Şamaxıda rus, hind, türk, fars tacirlərinə xidmət edən karvansaralar vardı . Səyyah Cenniksonun fikrincə Şamaxı « Gözəl kral şəhəri» idi. Şamaxı xarici ölkələrdən axışıb gələn, xam ipək alan, onu başqa ölkələrdə mənfəətlə satan çoxsaylı tacir kütləsinin cəmləşdiyi mərkəzi bazar olmuşdur . 

        XVI əsrin II yarısında  Şamaxıda  İngilislərə məxsus « Moskva şirkətinin» daimi nümayəndəliyi açılmışdırr.Səyyah Artur Edvards yazırdı ki, «Moskva şirkəti» Şamaxıdan hər il 30- 40 min  funt məbləğində xam ipək alırdı.

           İngilis tacirləri Volqa-Xəzər ticarət yolu ilə  Yaroslavl şəhərindən Şərqə ticarət səfəri edir, Həştərxana çatdıqdan sonra Xəzərin Qərb sahilləri ilə üzərək Dərbəndə daxil olmadan Niyazabad limanına yetişir, yükləri orada boşaltdıqdan sonra Şabrandan keçərək Şamaxıya çatırdılar. İngilis səyyahı Antonii Cenniksonun məlumatına görə Həştərxandan  Şamaxıya səfər  iki həftəyə, Moskvadan isə Şamaxıya qədər olan ticarət yolunu qət etmək üçün  iki aya dək vaxt lazım idi.

         XVI əsrin ortalarından etibarən Volqa-Xəzər ticarət yolu Moskva dövlətinin Avropa və Asiya ölkələri ilə ticarət əlaqələrində mühüm ticarət arteriyası idi.Bu yollar vasitəsilə Volqaboyu şəhərləri,  Polşa və digər Avropa ölkələri ilə ticarət əlaqələri saxlayırdı.

     Ümumiyyətlə XVI əsrdə Azərbaycanın Qərbi Avropa ölkələri ilə ticarət əlaqələrində ipək xüsusi rol oynayırdı.Bu isə təsadüfi olmayıb inkişafda olan Avropa manufakturalarının Azərbaycan ipəyinə olan tələbatının artması ilə bağlı idi. Şirvan ipəyinin Rusiyaya, İngiltərəyə  ixracında Şamaxı xüsusi rol oynayırdı.

      İngilis tacirlərinin  XVI əsrdə Şamaxıya 6 ticarət- kəşfiyyat səfərləri olmuşdur. Birinci  səfər 1562-ci ildə olmuş, bu səfərə Antoni Cennikson rəhbərlik etmiş, ikinci səfər 1563-cü illərdə  olmuş,  Tomas Olkok,Corc Renn,Riçard Çini iştirak etmiş, üçüncü səfər 1565-1567-ci illərdə olmuş, Riçard Conson, Artur Edvards,AleksandrKutçin iştirak etmiş, dördüncü səfər 1568-1569-cu illərdə olmuş, Con Spark, Lorens Conpen, Xritofer Dovset Riçard Pinql iştirak etmiş, Beşinci səfər 1569-1574-cü illərdə olmuş, Cefri Deket iştirak etmişdir. Bütün bu  beş səfər uğurlu olmuşdur. 1580-ci ildə Xristofer Berroxun rəhbərliyi altında olmuş altıncı səfər isə uğursuzluqla nəticələnmişdir. Belə ki, rus tacirləri Moskva knyazlarından tələb etmişlər ki, İngilislərin Volqa- Xəzər ticarət yolundan istifadəsinə son qoysunlar. Bu tələbin qoyulmasında isə əsas məqsəd Moskva dövlətinin Azərbaycanla, qonşu Şərq ölkələri ilə ticarətində inhisar mövqeyi qazanmaq məqsədini güdmüşdür .

        Şamaxı bazarında nəinki Rusiyanın xəz dəri məmulatları, həmçinin Orta Asiya,Türkiyə və Hindistanın çoxçeşidli malları da satılırdı . Şamaxıda istehsal olunan ipək mallar Moskvaya ixrac edilən əsas əmtəə idi.Rusiya Azərbaycan ticarət əlaqələri əsasən Şamaxı və Bakı vasitəsilə həyata keçirilirdi. Şamaxıda Moskva tacirlərinin ticarət nümayəndəliyi yaradılmışdı. Onlar Moskva dövlətində hazırlanmış sənətçarlıq məmulatların satır, xam ipəyi və ipək parçaları isə alıb aparırdılar .

         Şamaxıda olmuş  Alman səyyahı Adam Olearinin XVII əsrin ortalarına olan  məlumatına görə  Şamaxı azərbaycanlılardan başqa gürcü, yəhudi, rus, hind tacirlərinin ticarətlə məşğul odduğu sənaye mərkəzi idi. Burada 44 karvansara, 200-ə yaxın dükan vardı.Daha sonra o yazırdı ki,şəhərin cənub hissəsində böyük bazar,  bağlı küçələrdə isə müxtəli mallar olan dükanlar yerləşirdi. Qızılı, gümüşü parçaları, oxu, yayı, qılıncı və digər əl işlərini burada ucuz qiymətə almaq olardı.

        1725-ci ildə Şamaxıda olmuş İngilis Henri Bryus öz xatirələrində, Şamaxını Cənubi Qafqazın ən məşhur ticarət mərkəzi kimi qiymətləndirərək yazırdı: « Şamaxıda bütün Şərq xalqlarının ticarət şirkətləri vardır. Məhz bu səbəbdən şəhərdə bütün ölkələrdən gələn tacirlərə rast gəlmək olar» .

      Şamaxının ipək yolu üzərində yerləşməsi şəhərin iqtisadi inkişafı üçün əlverişli şərait yaratmışdır.Lakin  1192-ci ildə və 1667-ci ildə baş verən ikinci zəlzələ, müharibələr Şamaxının iqtisadi inkişafına müəyyən zərbə vurmuşdu. 1724-cü il Rusiya ilə Türkiyə arasında bağlanmış İstanbul müqaviləsi, Şirvana daxili muxtariyyətin verilməsi  Şamaxı şəhərinin ticarət əlaqələrinin əvvəlki səviyyəyə çatmasına imkan yaratmışdı.

     1562-ci ildə Şamaxıda olmuş İngilis səyyahı Antoni Cennikson Osmanlılarla Səfəvi dövləti arasında  Avropaya çıxışı olan ticarət yolları uğrunda mübarizə getdiyini göstərmişdir.     

       Tarixi ipək yolu öz    fəaliyyətini   dayandırdıqdan   sonra da         Şamaxı

Volqa-Xəzər ticarət yolu ilə Niyazabad limanı vasitəsilə xarici ölkələrlə ticarət əlaqələri saxlayırdı. XVI-XVII əsrlərdə Şamaxı tacirləri Rusiya ilə geniş ticarət əlaqələrinə malik idi. 1684-cü il Çar fərmanı ilə Moskvada ticarət edən gəlmələrin siyahıya alınması zamanı burada Şamaxılı tacirlərin olması qeydə alınmışdır. XVII əsr sənədlərində Moskvada Şamaxıdan olan Lətif, Abdul, Məhəmməd, Xıdır,Mustafa Günen kimi şəxslərin adları qeyd olunmuşdur.

          Göründüyü kimi, Şərqi Avropanı o cümlədən Rusiyanı və Volqaboyunu Dərbənd keçidi vasitəsilə Cənubi Qafqaz, İran, Kiçik Asiya və Hindistanla əlaqələndirən karvan yolları Azərbaycan torpağında keçirdi(9,s.12). Azərbaycanın Bərdə, Naxçıvan, Şəki və digər qədim şəhərləri kimi  Şamaxı şəhərinin də «Tarixi ipək yolu»nun fəaliyyətində, Azərbaycanın Yaxın Şərq,  Rusiya və Avropa  ölkələri ilə ticarət-iqtisadi və mədəni əlaqələrinin genişləndirilməsində mühüm rolu olmuşdur. Bu gün isə Şamaxı «Yeni ipək yolu» üzərində turizmin inkişaf etdirilməsində, ölkəmizin iqtisadi qüdrətinin gücləndirilməsində  fəal iştirak edir.

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM