Şərq-Qərb elmi-mədəni dəyərlər mübadiləsi «İpək yolu»nun bərpası kontekstində

09:54 / 03.05.2014

Hakim İsakov

Tarix üzrə fəlsəfə doktoru

    Dövlət müstəqilliyimizin bərpa olunması, digər sahələr kimi beynəlxalq elmi, mədəni əlaqələrin də yenidənqurulmasını, genişləndirilməsini, müasir texnologiyalar və ideyalar mübadiləsini, ümumbəşəri dəyərlərə daha geniş formada inteqrasiyanı həyati zərurətə çevirmişdir. Bu baxımdan yeni formada dirçəldilən «Tarixi ipək yolu» qədim dövrlərdə olduğu kimi müasir dövrdə də xalqların yaxınlaşmasına,  ideya və biliklər mübadiləsinə, elmi əlaqələrin inkişafına, dil və mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə geniş imkanlar açmışdır.                Təsadüfi deyil ki, elmi, mədəni əlaqələrin genişləndirilməsi zəruriliyi  «Tarixi  ipək yolu»nun bərpasına həsr edilmiş beynəlxalq Bakı konfransında xüsusilə qeyd olunmuş, nümayəndə heyətlərinin çıxışlarında öz əksini tapmışdır. Məsələn, konfransda çıxış edən Avstriya nümayəndə heyətinin başçısı Martin Sacik bununla əlaqədar demişdir: «Bərpasına səy  göstərdiyimiz bu yol təkcə ticarəti deyil, həm də  ideya və dəyərlər mübadiləsi üçün  eyni  dərəcədə əhəmiyyətli bir yoldur, buna görə də biz  mədəniyyətlərimizin zənginləşməsində bu yolun katalizator kimi çox mühüm funksiyasının da dirçəldiyini unutmamalıyıq. Bununla əlaqədar biz Avropada bunu yüksək qiymətləndiririk ki,  son illərdə bir çox Avropa dəyərləri  Qara dəniz, Qafqaz, Mərkəzi Asiya ölkələrində dərin kök salmışdır. Biz bunu demokratik strukturların inkişaf tapmasında, insan hüquqlarının genişlənməsində, müdafiəsində, məhkəmə hüquq islahatlarının keçirilməsində görürük» (1). Yeni ipək yolunun yaradılması eyni zamanda Qafqazda və Mərkəzi Asiyada müasir mədəniyyətin səviyyəsi haqqında Avropanın məlumat almasına, bu dəyərlərdən faydalanmasına səbəb olacaqdır. Təsadüfi deyil ki, Azərbaycan bəstəkarı  Ü.Hacıbəyov,  gürcü       rejissoru      İoseliani     və     böyük      Qırğız         yazıçısı Ç.Atmatov     kimi  sənət xadimləri  Avropada özlərinə geniş auditoriya qazanmış və qazanacaqdır(2).  Tarixçilərin, etnoqrafların aşkar etdiyinə görə hələ VIII-XI  əsrlərdə ərəb dilində sonra isə fars və türk dillərində yazılmış əsərlərimiz Mərkəzi Asiya və Orta Asiyadan başqa ərəb ölkələrində, İranda, Hindastanda və Avropada geniş yayılmışdır. Təbii ki, svilizasiyanın gələcək inkişafı üçün  elmi, mədəni dəyərlər mübadiləsi çox vacibdir,  bu həm də qloballaşan dünya problemlərinin həlli üçün, xalqların bir-birinə yaxınlaşması, humanist əlaqələrin genişləndirilməsi üçün zəruridir.  Təsadüfi deyil ki, YUNESKO ipək yolunu beynəlxalq  miqyasda qiymətləndirərək xalqların malik olduqları dəyərləri bütövlükdə  dünya mədəniyyətində geniş istifadə etmək sahəsində bu yolun əhəmiyyətini nəzərə alaraq hələ  XX əsrin 80-cı illərinin sonunda «Böyük ipək yolu mədəniyyətlərin dialoqudur» adlı proqram işləyib hazırlamışdır. Proqram 2000-ci ilə qədər olan dövr üçün Avrasiyanın 30-dan çox ölkəsini  əhatə etmişdir. Bu proqram həmin ölkələrdə  təşəkkül tapmış elm, mədəniyyət və ictimai fəaliyyət sahəsində əldə edilmiş nailiyyətləri özündə əks etdirmişdir. Proqrama uyğun olaraq xüsusi ekspedisiya təşkil olunmuş, Orta Asiya və Mərkəzi Asiya ölkələrində, Çində Monqolustanda, Qazaxstanda, Azərbaycanda, Krımda, Ukraynada böyük tədqiqat işləri aparılmışlar. Toplanmış tədqiqat materiallarına əsasən bir sıra beynəlxalq seminarlar keçirilmiş və mühüm əhəmiyyəti olan problemlər geniş müzakirə olunmuş, Yeni ipək yolunun yaradılması məsələsi elmi-nəzəri tədqiqat obyektinə çevrilmişdir(3).

      Elm və mədəniyyətlərin dialoqu ilə bağlı problemləri  şərh edərkən  ilk növbədə onu qeyd etmək lazımdır ki, mədəniyyətlərin qarşılıqlı  əlaqəsi obyektiv xarakter daşıyan    bir    prosesdir. Digər    tərəfdən    dövlət     müstəqilliyi,    yeni     istehsal münasibətlərinə keçid,  ipək yolunun bərpa olunması, ticarət iqtisadi əlaqələrin inkişaf etməsi  possovet məkanına Qərb mədəni dəyərlərinin nüfuz etəməsi ilə müşahidə olunur. Belə bir şəraitdə isə bu proseslər elə nizamlanmalıdır ki, milli mədəniyyətimizə mənfi təsirlər olmasın. Qeyd etmək lazımdır ki,  inkişaf etməkdə olan əksər ölkələr gündəlik həyatında mədəni dəyərlərin üstünlüklərindən istifadəyə əsaslanırlar, buna  görə də müasir qərb mədəni dəyərləri milli mədəni dəyərlərə uyğun gəlməli onları inkar etməməlidir. Belə ki, zorla hər hansı bir mədəniyyətin digər milli mədəniyyətə tətbiqi subkultura deyilən yeni bir sosial halın meydana gəlməsinə, milli mədəniyyətin süni surətdə asılı vəziyyətə düşməsinə səbəb ola bilər.Buna görə də hazırda elmi mədəni dəyərlərin  qarşılıqlı münasibətlərində milli mənəvi dəyərlər passiv vəziyyətdə qalmamılı, öz maddi və mənəvi dəyərlərini iqtisadi cəhətdən inkişaf etmiş ölkələrə  yaymalıdır(4). Vaxtilə sovet mədəni dəyərləri qeyri rus mədəni nailiyyətlərinin zənginləşməsinə  kömək etsə də, eyni zamanda milli mədəni dəyərlərinin məhvinə yönəlmişdir. Bütün bu amillər nəzərə alınmaqla      Azərbaycan       Respublikası    dövlət       müstəqilliyi     əldə  etdikdən sonra dünya ölkələri ilə elmi, mədəni əlaqələrin məqsədyönlü şəkildə inkişafını davam etdirmişdir.

        Azərbaycan Respublikası müstəqillik əldə  etdikdən sonra dünyanın 25-dən çox elmi mərkəzləri ilə əməkdaşlıq haqqında ikitərəfli müqavilə protokolu imzalanmışdır

Bu baxımdan qardaş Türkiyə ilə elm və təhsil sahəsindəki əməkdaşlıq xüsusilə diqqəti  cəlb edir. Belə ki, təkcə 1991- 1995-ci illərdə Azərbaycan Elmlər Akademiyasının 15 İnstitutu Türkiyənin müxtəlif Univrsitetləri ilə elmi əməkdaşlıq sahəsində ikitərəfli müqavilələr imzalanmışdır.Belə ki, 1991-ci il avqustun 16-da Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu ilə Türkiyənin « Nüvə Sənayesi A.S.» və « Mina  A.S.» firması ilə(5),bundan başqa adı çəkilən İnstitutun ABŞ, İran(6). 1994-cü ilin aprelin 13-də Azərbaycan EA-nın qərarı ilə  Azərbaycanın Foto Elektronika İnstitutu ilə Türkiyənin « Vilimsel  Texniki Araşdırma qurumu və  Mərmərə Araşdırma mərkəzi arasında elmi əməkdaşlıq haqqında razılıq əldə edilmişdir (7). 1991-ci ildən Azərbaycan EA-nın Geologiya İnstitutu  Türkiyənin Ərzurum Universiteti ilə birlikdə  zəlzələlərin proqnozlaşdırılması sahəsində əməkdaşlıq etməyə başlamışdır(8). 1995-ci ildən Türkiyənin «Tibi Mərmərə Araşdırma  Mərkəzi Kosmik Texnologiya» bölümü ilə Azərbaycan EA-nın Fizika İnstitutu və Şamaxı rəsədxanası ilə birgə tədqiqat işlərinin aparılması üçün razılıq əldə edilmişdir. Azərbaycan Respublikası müstəqillik əldə  etdikdən sonra dünyanın 25-dən çox elmi mərkəzləri ilə əməkdaşlıq haqqında ikitərəfli müqavilə protokolu imzalanmışdır (9).Türkiyə ilə təhsil sahəsində də əməkdaşlıq davam etmişdir. .1992-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Türkiyə Təhsil Nazirliyi arasında tələbə mübadiləsi haqqında müqavilə imzalanmışdır. 1992-ci il sentyabrın 21-də Respublika Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının  İstanbul şəhərindəki « Çağ öyrətim anonim» şirkəti  arasında təhsil sahəsində birgə iş haqqında müqavilə imzalanmışdır(10). 1995-ci ilin məlumatlarına görə Türkiyənin müxtəlif  Universitetlərində  50 nəfərdən artıq Azərbaycan Elmlər Akademiyasının elmi işçiləri, o cümlədən elmlər namizədləri, doktorları İstanbul, Ankara, Ərzurum, Konya və  bir    sıra  başqa ali məktəblərdə fəaliyyət  göstərirlər.  Türkiyə ilə  təhsil sahəsində olan əlaqələrin genişlənməsini belə bir fakt da sübut edir ki, 1995-ci ildə xarici ölkələrdə təhsil alan gənclərin sayı 2773 nəfər olmuşdur ki, bunun da 1853  nəfəri Türkiyədə təhsil almışdır(11).               

             Azərbaycan Respublikası Təhsil Nazirliyinin  ali təhsil sahəsində təhsil sənədlərinin və elmi dərəcələrin tanınması ilə bağlı YUNESKO-nun 1979-cu il Paris Konvensiyasına, 1983-cü il Bankonq regional Konvensiyasına,   habelə Avropa regionunda ali təhsil sahəsində  ixtisasların tanınması haqqında 1997-ci il Lissabon Konvensiyasına qoşulması mühüm əhəmiyyətə malikdir. Azərbaycan  təhsil sistemi  YUNESKO-nun Yunisef, Avropa Təhsil fondu,  Avropa Şurası, Avropa İttifaqı kimi nüfuzlu beynəlxalq təşkilatların təhsil proqramları ilə, həmçinin Açıq Cəmiyyət institutu Soros  fondu və başqa qeyri hökumət  təşkilatları ilə əməkdaşlıq etməyə başlamışdır. Hər il yüzlərlə təhsil işçisi Soros Fondunun köməyi ilə müasir tədris texnologiyaları ilə tanış olmaq üçün xarici ölkələrə ezam olunur. Azərbaycanın - Texniki Universiteti, Neft Akademiyası və digər ali məktəbləri Avropa İttifaqının maliyyələşdirdiyi Tempus, Tasis proqramına cəlb olunmuşdur. 2003-cü ilə dək bu proqram çərçivəsində  respublikamızın ali məktəblərinə 3 mln. 370 min avro məbləğində maliyyə-texniki yardım göstərilmiş(12), 40-dan çox ölkənin, o cümlədən ABŞ, B.Britaniya, Almaniya, Yaponiya, Türkiyə və İsrailin təhsil sisteminin təlim texnologiyaları, idarəetmə modelləri öyrədilmişdir(13)_. Bir çox ölkələrlə birbaşa təhsil əlaqələri, şagird və tələbə mübadiləsi yaradılmışdır( 14). Təkcə 2002-2003-cü ildə 10-dan artıq xarici ölkənin ali məktəblərində 882 nəfərdən çox Azərbaycanlı təhsil almış, respublikamızın ali məktəblərində isə 2100 xarici tələbə təhsilini davam etdirmişdir(15). Azərbaycan Respublikası müstəqillik əldə  əldə etdikdən sonra dünyanın müxtəlif institutları ilə ikitərəfli əlaqələr də inkişaf etdirilmişdir.  Məsələn, Bakı Dövlət Universiteti Türkiyənin İzmir EK, Mərmərə,Səlcuq Yüzüncü il Universitetləri, ABŞ-ın Texas, Beylor Universiteti,  İranın Təbriz Universiteti, Fransanın Pikardiya Universiteti, Almaniyanın Odesval Universiteti, Çinin Elm və Texnologiya Universitetləri, Rusiya Federasiyasının Novosibirsk Universiteti, Ukrayna Milli Elmlər Akademiyasının « Dövlət və Hüquq İnstitutu» ilə  iki tərəfli əlaqələri yaradılmışdır(16). 2004-cü ilin oktyabrında ölkə Prezidenti İlham Əliyevin Rumıniyaya  səfəri zamanı digər sahələrlə yanaşı təhsil sahəsində də əməkdaşlıq diqqət mərkəzində olmuş, Azərbaycan Dövlət Neft Akademiyası ilə Rumıniyanın Neft Qaz Universiteti Ploşet və Bakı Dövlət Universiteti ilə Buxarest Milli İnstitutu arasında əməkdaşlıq sazişi imzalanmışdır(17).  Təkcə 1999-2000-ci illərdə Bakı Dövlət Universitetinin 15 fakultəsində 12 ölkədən 432 əcnəbi, o cümlədən hazırlıq kurslarında 26 dinləyici, əsas fakultələrdə 357 tələbə, 13 magistrant, 38 aspirant, 3 doktorant təhsil almış, bu müddətdə Bakı Dövlət Universitetinin 17 tələbəsi və magistrantı isə təhsilini davam etdirmək üçün ABŞ, Almaniya, İtaliya Universitetlərinə göndərilmişlər (18). Azərbaycan Texniki Universitetinin Avropa dövlətləri Universitetləri ilə  əlaqələri genişlənmişdir. Texniki Universitet tədris prosesinin dünya standartlarına uyğunlaşdırılması  istiqamətində müəyyən işlər görmüşdür. Bu baxımdan Azərbaycan Texniki Universiteti Respublika Təhsil qanununa əsasən çoxpilləli təhsil sisteminə keçmiş, tədrisin müasirləşdirilməsi üçün Avropa Mədəniyyət və Təhsil Komissiyası tərəfindən nəzərdə tutulmuş beynəlxalq proqramlarda bir qayda olaraq iştirak etmişdir. Tasisin Tempus proqramında respublikamız üçün Elektrotexnika- Energetika sahəsində  2000-2001-ci il üçün nəzərdə tutulmuş müsabiqədə iştirak etmək üçün Universitetin bir qrup alimi müvafiq layihə hazırlamışdır. Hələ 1993-cü ildə Almaniyanın Köln Universitetinin professoru Rza Talibi Dəryanın vasitəçiliyi ilə yaradılmış əməkdaşlıq əlaqələri  1999-cu ildə Universitetlərarası əməkdaşlıq protokolunun imzalanması ilə nəticələnmişdir. Həmin  əməkdaşlıq protokoluna uyğun olaraq Texniki Universitet Köln Tətbiqi Elmlər Universitetinə  Tempus layihəsinə partnyor olmaq üçün müraciət etmiş, müsbət cavab almışdır. Azərbaycan Texniki Universiteti tərəfindən Tempus layihəsi müsabiqəsində iştirak etmək üçün İtaliyanın Turin şəhərində yerləşən     baş     qərargahına     Universitetin  hazırladığı layihə təqdim olunmuşdur. Texniki Universitetin elektrotexnika fakultəsində   tədrisin müasirləşdirilməsi layihəsi Avropa Mədəniyyət və Təhsil  Komissiyasının qərarı ilə 2000-2001-ci illərdə keçirilmiş  müsabiqənin qalibi olmuşdur(19). Bu layihə üçün Avropa Komissiyası 263 min avro qrand ayırmışdır. Layihəyə uyğun olaraq  15.06. 2001-ci il tarixindən 15. 03. 2002-ci il tarixinə dək Azərbaycan Texniki Universitetinin bir qrup alimi Almaniyanın Köln Tətbiqi Elmlər Universiteti və Heerlen Tətbiqi Elmlər Universitetində  ixtisasartırma kursu keçmişdir.Teniki Universitetdə isə Tempus bürosu yaradılmışdır. Belə bir cəhəti xüsusi qeyd etmək lazımdır ki, müasir dövrdə Azərbaycanda elmin inkişaf strategiyası müəyyənləşdirilərkən Şərq düşüncə tərzinin Qərbin elmi tədqiqat təcrübəsi, müasir texnologiyları ilə üzvi surətdə birləşdirilməsi vacib məsələdir(20).

        Müasir dövrdə dünyada cərəyan edən qloballaşma və inteqrasiya prosesləri  dünya ölkələri ilə mədəni əlaqələrin də  inkişafına  böyk  təsir göstərmiş, «Tarixi ipək yolnun bərpası isə bu prosesə dinamizm vermişdir. Bu baxımdan  H.Əliyevin 1997-ci il noyabr ayının 18-də imzalamış « Mədəniyyət haqqında» qanununun xüsusi əhəmiyyəti olmuşdur. Azərbaycan Beynəlxalq Muzeylər  Şurasına ( İKOM), Beynəlxalq Kitabxanalar Şurasına( İFLA) üzvü olmuş,  Azərbaycan Milli komitələri yaradılmışdır. 1997-ci ilin yazında Azərbaycan Respublikası «Mədəniyyət haqqında» Avropa Konvensiyasına qoşulmuşdur(21). Azərbaycan muğamının YUNESKO tərəfindən tərtib olunmuş dünya sənəti inciləri sırasına daxil edilməsi üçün layihə hazırlanmışdır. Bundan başqa M.F Axundov adına   Milli kitabxana dünyanın 45 –dən çox ölkəsinin 60-a yaxın kitabxanası ilə əlaqə yaratmış ,kitab mübadiləsi aparmışdır(22). Azərbaycan kinosu dünya kino ekranlarında geniş təmsil olunmağa başlamış, mükafatlar almışdır. Belə ki, hələ  1995-ci il  noyabrın 10-da Azərbaycan bədii filmi ilk dəfə Beynəlxalq Nant üç qitə kino festivalında nümayiş etdirilmişdir. «Yarasa» bədii  filmi 1996-cı ildə Fransada keçirilən kino festivalda ən yaxşı bədii film adına, Misir beynəlxalq kino festivalında isə ən yüksək  mükafata layiq görülmüş,1997-ci il beynəlxalq Madrid kinofestivalında isə « Özgə vaxt» filmi yüksək qiymətləndirilmi(23). 2002-ci ildə rejissor Vaqif Mustafayevin çəkdiyi « Bir həsədin tarixi» sənədli filmi Qran Pri mükafatına layiq  görülmüşdür(24). 1997-ci ildə ABŞ-ın Azərbaycandakı səfirliyi Bakının kino klublarına 9  bədii film  hədiyyə etmişdir(25). Azərbaycanın  dünya ölkələri ilə mədəni əlaqələrinin genişlənməsində fırça ustalarının əsərlərinin də böyük rolu olmuşdur. 1994-cü ilin avqustunda BMT-nin Nyu-Yorkdakı binasında görkəmli  azərbaycan fırça ustası S.Bəhlulzadənin əsərlərinin sərgisi açılmış, buraya 40 qədər rəsm əsəri təqdim olunmuşdur(26). Bundan başqa S.Bəhlulzadənin 1995-ci ildə ABŞ-da, 1996-cı ildə Almaniyada əsərlərinin sərgisi təşkil olunmuşdur(27). 1996-cı ildə görkəmli Azərbaycan rəssamı Toğrul Nərimanbəyovun Parisdə , 1997-ci ildə Vaşinqtonda, Nyu-York, və Çikaqoda isə K. Nəsibzadənin əsərləri nümayiş etdirilmişdir(28). Rəssam Elnur Babayevin rəsm əsərləri isə 1999-cu ildə BMT-nin Türk mədəni mərkəzində nümayiş etdirilmişdir. Azərbaycan Amerika mədəni əlaqələrində uşaq rəsm sərgiləri də mühüm rol oynamışdır. 1994-cü ilin mayında  «Amoko -Kaspians petroleum» şirkətinin təşkilatçılığı ilə Xyüston məktəblilərinin Bakının 164 saylı məktəbində  rəsm sərgisi keçirilmiş, eyni zamanda Bakı məktəblilərinin rəsm əsərləri bir neçə ay Amerika sərgi salonlarında uğurla nümayiş etdirilmişdir(29). Heydər Əliyevin fərmanı ilə  dahi Azərbaycan şairi M.Fyzulinin 500 illik yubileyinin Fransada, Türkiyədə, İraqda,İranda, Rusiyada, dünya şöhrətli musiqiçi Bülbülün  100 illik yubileyinin Moskvada, Tbilisidə, Ankarada, məşhur bəstəkar  Qara Qarayevin 80 illik yubileyinin Moskvda, Parisdə, görkəmli müğənni Rəşid Behbudovun 80 illik yubileyinin Moskvada keçirilməsi, Azərbaycan xalqının qədim yazılı abidəsi olan « Kitabi-Dədə- Qorqud» dastanının 1300 illik yubileyinin Parisdə-Yunesko-nun iqamətgahında yüksək səviiyədə qeyd olunmasının mədəniyyətimizin dünyada tanınmasında, mədəni dəyərlərimizin mübadiləsində  böyük rolu olmuşdur(30). Son illər ərzində Azərbaycanın mədəniyyət dünyasına  maraq daha da artmış, planetin ən müxtəlif ölkələrinin tanınmış incəsənət kollektivlərinin respublikamıza qastrol səfərləri olmuşdur. Onların sırasında dünyaşöhrətli musiqiçi Mstislav Rastropoviç,Belçikalı drijor Jan Beyli, Amerika pianoçusu Nikolay Suk, Dünya balet ustası Maya Plisetskaya, İqor Moiseyevin rəhbərlik etdiyi Rusiya Dövlət Rəqs Ansamblı,Fransa və Türkiyənin teatr sənəti ustaları, Çin Xalq Respublikasının rəqs kollektivi və bir çox başqa sənət adamlarının və kollektivlərinin  adlarına rast gəlmək olar (31). Azərbaycan incənət ustalarının xarici ölkələrə səfərləri, mükafatlar alması xalqımızın mədəni dəyərlərinin dünyada tanınmasında mühüm rol oynamışdır. Məsələn, Fransada VII Beynəlxalq musiqi festivalında Üzeüyir Hasıbəyov adına Azərbaycan Dövlət Simfonik orkestrinin böyük qələbəsi, digər sənət korifeyləri ilə yanaşı  Azərbaycanın Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Qara Qarayev kimi dahi bəstəkarlarının əsərlərinin yüksək ustalıqla səsləndirilməsi bu ölkə tamaşaçılarının böyük  heyranlığına səbəb olmuş, Fərhad Bədəlbəyli Fransanın « Sevale» ədəbiyyat və incəsənət ordeni lə təltif olunmuşdur(32).Bənzərsiz muğam ustası Alim Qasımov 1999-cu ildə  Yunesko Milli Şurasinın ali mükafatı « Pikasso-miro» qızıl medalına layiq görülmüşdür(33). Azərbaycan incəsənət ustalarının « Ekspo-2000» ümumdünya sərgisində çıxışları müstəqil dövlətimizin mədəniyyət sahəsində əldə etdiyi uğurlardan sayıla bilər. Almaniyanın Hannover şəhərində Azərbaycan Dövlət Kamera Orkestrinin, Dövlət mahnı teatrının çıxışları mədəniyyətimizə yeni şöhrət gətirdi. Planetin 174 ölkəsinin və 34 beynəlxalq təşkilatın təmsil olunduğu sərgidə Azərbaycan respublikasının mədəniyyət proqramıı ayrıca qeyd edilərək mədəniyyət xadimlərimizi xüsusi sertifikatla qiymətləndirildi(34). Son illərdə mədəniyyətimizi təbliğ etmək məqsədilə respublikanın Mədəniyyət Nazirliyi xətti ilə Azərbaycanda fəaliyyət göstərən ayrı-ayrı şirkətlərlə müştərək layihələr də yaradılır. Məsələn, belə layihələrdən biri «Asir» şirkəti ilə 2000-ci ildə həyata keçirilmiş, Azərbaycan musiqisi incilərindən ibarət «Küləklər və Odlar musiqisi» adlı kompakt-diskin buraxılmasıdır. Bu diskdə Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Qara Qarayev, Fikrət Əmirolv, Cövdət Hacıyev, Tofiq Quliyev, Rauf Hacıyev, Bülbül, Rəşid Behbudov, Şövkət Ələkbərova, Rafiq Babayev, Fərhad Bədəlbəyli, Fidan Qasımova, Xuraman Qasımova,Zeynəb Xanlarova, Alim Qasımov və başqa sənətkarların yakradıcılığı təqdim olunmuşdur(35).  BMT-nin keçmiş baş katibi Butros Qale 1996-cı ildə müsahibələrinin birində demişdir ki « Planetin zənginliyi mədəniyyətlərin müxtəlifliyidir. Biz bu müxtəlifliyi saxlamaqla əlaqələrimizi davam etdirməli, qərarlar tapmalıyıq»(36). Qeyd etmək lazımdır ki, Azərbaycanın mədəniyyət sahəsindəki xarici siyasəti mədəni irsin qorunması, dünya mədəni nailiyyətlərindən yaradıcılıqla istifadə edilməsi, mədəni dünyaya bərabərhüquqlu inteqrasiya əsasında Azərbaycan cəmiyyətinin mədəni həyat səviyyəsinin    yüksəldilməsidir.  Məlum olduğu kimi  dünya incəsənəti bütün xalqların mədəniyyətlərinin fəal qarşılıqlı təsiri, sintezi nəticəsində yaranmışdır. Bütün dövrlərdə incəsənət xalqların estetik tələbatlarını ödəməklə humanist   ideyaların      yayılmasının,    xalqların    yaxınlaşmasının təsirli vasitəsi olmuşdur.  Müasir qloballaşma dövründə dünya xalqları  belə bir həqiqəti daha çox dərk etməyə başlamışdır  ki, yalnız qarşılıqlı elmi və mədəni əlaqələr sayəsində  bəşəriyyəti narahat edən qlobal problemlərin həlli, humanist, svil cəmiyyətlərin  yaradılması və iqtisadi tərəqqiyə çatmaq mümkündür.

      Göründüyü     kimi,   sürətlə qloballaşan dünyada dəyərlər sisteminin arxitekturasında dəyişikliklər baş verir, sivilizasiyalar arasında münasibətlərin yeni formaları yaranır, fərqli düşüncə mədəniyyəti formalaşır.Bu prosesdə multikulturalizm  Azərbaycanın vizit kartına çevrilir.Bəşəriyyətin qorunub saxlanması və inkişafı üçün mədəniyyətlərarası, konfessiyalararası, sivilizasiyalararası dialoqu , dəyər sistemlərinin müxtəlifliyinin qorunub saxlanması, onların qarşılıqlı zənginləşməsi zəruriliyi qarşiya çıxır.  

 

    

                                                      

                                                              Qeydlər

 

1.Nadjafov.E Problemı i perspektivı vozrojdeniə  «Şelkovoqo puti».    Şelkovıy putğ, 2000,№ 2,s.10.

2. Əliyev.A., Qasımov.Ə, Qasımov.N İpək yolu bəşəriyyətin tərəqqi yoludur. Bakı, Səda,1999,s.172.

3.Abdullayev.V Heydər  Əliyev diplomatiyasında ipək yolu strategiyası. Respublika,  2000, 7 may.

4. Əliyev.A., Qasımov.Ə, Qasımov.N cöstərilən əsəri, s.171,172

5. Hüseynov.E Azərbaycan Respublikasının Türkiyə ilə mədəni və iqtisadi əlaqələri( 1991-1995)( Tarix. elm. nam. alim. dərəc. alm. üç. təqd.ol.avtoref.), Bakı,2000,s.20.

6. Respublika qəzeti, 8 yanvar, 2001

7. Hüseynov.E. gstərilən avtoreferat, orada, s.20.

8. 34. Orada,s.8.

9. Xalq qəzeti, 15 dekabr,2005

10.Orada,s.9.

11. Təhsil Nazirliyinin 2 may 1995-ci il tarixli kollegiya iclasının materialları.s.47

12.Müstəqil Dövlətimiz,Parlantemiz. Bakı,Milli Məclisin nəşriyyətı,2001,s.259

13. Orada,s.258.

14.Əliyev.H. Müstəqilliyimiz əbədidir.IV kitab,Bakı,Elm, 1997,s.426

15. Azərbaycan tarixi 7 cilddə, VII c,Bakı,Elm,2003,s.448.

16.. Qazeta Bakinskiy raboçiy.,21 oktəbrə, 2004 q

17 Məhərrəmov.A  Bakı Dövlət Universiteti. Bakı, Göytürk,2000,s.72.74

18. 23.Qaffarov.T Azərbaycan Respublikası 1991-2001. Əsrə bərabər 10 il.Bakı,Tural,2001,s.264.

19. Azərbaycan tarixi ,VII c , orada,s.450

20.Qaffarov.T Azərbaycan Respublikası 19991-2001. Əsrə bərabər 10 il.Bakı,Tural,2001,s.264.

21 Azərbaycan tarixi ,VII c , orada,s.450

22. Orada,s.469

23.Orada.

24. Vışka qəzeti, 7 avqust, 1994.

25. Azərbaycan tarixi, orada,s.470.

26. Orada.

27. .Rezulğtatı otçetov İnstituta Otkrıtoqo Obşestva  Azerbaydjana za 1998 qod.

28. Azərbaycan Respublikası 1991-2001.(         R.Mehtiyev,Ə.Həsənov, F.Abdullazadə və b-nın red ilə),Bakı, Elm,2001. s.288.

29. Orada.

30. Yenə orada.

31. Yenə orada.

32. Orada,s.289

33. Orada.

34. Şalaxmetov.S Mir prinosit sçastğe. M,2000,s.339

35. Azərbaycan Xalq Cümhuriyyətinin 85 illiyinə həsr olunmuş elmi konfransın materialları. Bakı,Elm, 2003,s.35.

36. Orada,s.36

       

 

 

 

 

 

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM