Tarix üzrə fəlsəfə doktoru
1918-ci il mart soyqırımı ermənilərin zaman-zaman xalqımıza qarşı törətdiyi soyqırımın tərkib hissəsi olaraq XX əsrin insanlığa sığmayan ən qanlı cinayətlərindən biridir.
Bu faciənin uzaq gedən məqsədi uydurma “Böyük Ermənistanın” dövlətinin yaradılması istiqamətində növbəti addımın atılması idi. Faciənin yaxın məqsədi isə Rusiyadakı 1917-ci il fevral inqilabından və oktyabr dövlət çevrilişindən sonar Azərbaycanda milli hərəkatın genişlənməsi, “Müsavat partiyasının cəmiyyətin ən nüfuzlu siyasi qüvvəsinə çevrilməsi idi. Bolşevizim pərdəsi ilə maskalanmış tarixi düşmənlərimiz bununla barışmaq istəmir, xalqımıza qarşı yeni cinayətlər törətmək planını həyata keçirməyə başladılar. S.Şaumyan bu məqsədlə I dünya müharibəsi cəbhəsindən qayıdan 12 minlik ordunu Bakıda saxladı.
1918-ci il 31 mart soyqırımının əsas təşkilatçısı S.Şaumyan, A.Mikoyan, icraçıları isə Andronik, Hamazaps, Lalayan, Əmiryan və digər quldur başçıları idi.
1918-ci il 31 mart soyqırımı zamanı Şimali Azərbaycanda 35 mindən çox insan qətlə yetirilmişdir. Soyqırımın coğrafiyasina nəzər salsaq Şamaxıda, Bakıda, Qubada,Lənkəranda, Səlyanda, Kürdəmirdə, Zəngəzurda, Naxçıvanda böyük qətliyamların törədildiyini görmək olar. Şamaxıda 72 kənd, 13 məscid, o cümlədən Cümə məscidi yandırılmiş , 13 qız uşağı zorlanmış, 8027 nəfər qətlə yetirilmişdir. Qubada 58 kənd yandırılmış, 7000 insan qətlə yetirilmişdir. Zəngəzurda 115 kənd yandırılmış, 7700 insan qətlə yetirilmişdir. Təkcə Bakıda bu faciə zamanı 12.000 insan qətlə yetirilmiş, “Açıq söz” qəzeti,”Kaspi” mətbəəsi, tarixi memarlıq abidəsi olan “İsmailiyyə” binası yandırılmış, Təzə pir məscidi top atəşinə tutulmuşdu. Soyqırım aksiyasının törədilməsi üçün müsəman olmaq kifayət idi. Ermənilər bolşevik müsəlmanları da qətlə yetirirdilər. Erməni qətliyamları çox vəhşi üsullarla həyata keçirilirdi. Fövqəladə Təhqiqat Komissiyasındakı şahid ifadələrindən birində deyilirdi ki, “Ermənilər Hacı Əmir Əliyevin mənzilinə soxularaq onun 80 yaşlı anasını, 60 yaşlı həyat yoldaşını gözü qarşısında güllələmiş, 25 yaşlı gəlinin diri-diri divara mıxlamış, uşaqlarını isə süngüyə kecirmişlər”. Erməni soyqırımı nəinki Şimali Azərbaycanda həmçinin Qərbi Azrbaycanda, Cənubi Azərbaycanda ( Xoy, Marağa Urmiyada), Şərqi Anadoluda ( 1915-ci il) da olmuşdur.
1918-ci il mart soyqırımını S.Şaumyan vətəndaş müharıbəsi kimi qələmə verirdi. O 1918-ci il aprelin 13-də V.Leninə yazdığı məktubunda demişdi: “Bakıda vəhşi müsəlman partiyalarının müqaviməti üzündən sovet hakimiyyətinin taleyi tükdən asılı vəziyyətdə qalmışdır”. N.Nərimanov isə bu hadisəni kəskin şəkildə tənqid edərək S.Şaumyana, A.Çaparidzeyə yazdığı məktubunda demişdir: “ Mart hadisəsi Şura hökumətinə ləkə salıbdır, siz bu ləkəni təmizləməsəniz Şura ideyası çox yaşaya bilməyəcəkdir”. O dövrdə ABŞ gələn general Harborda da yalan məlumatlar çatdırıldı. Belə ki, erməni yepiskopu Baqrat generala verdiyi məlumatda bildirmişdi ki, guya bu hadisələr zamanı cəmisi 1000 nəfər adam həlak olmuşdur ki, bunun da 300-ü erməni, 700-ü isə müsəlmandır.
Bu hadisələr zamanı Türklərin xalqımıza qardaşlıq yardımı da olmuşdur. Bunu Bakıda Nuru paşanın, Lənkəranda Camal paşanın, Qubada İzzət paşanın, Naxçıvanda Kazım Qarabəkir paşanın xidmətlərində görmək olar. Bu faciənin dəf edilməsi zamanı, 5000 Azrbaycan hərbçisi, 1130 Türk əsgəri şəhid olmuşdur.
Soyqırım sonrakı aylarda da davam etmişdir. Belə ki, 1918-ci ilin iyunun 22-də Andronik S.Şaumyana teleqram göndərmişdi.Teleqramda deyilirdi: “ Culfa mənim əlimdədir, istədiyiniz vaxt onu sizin sərancamınıza təqdim edə bilərəm. Şaumyan isə cavab teleqramınada yazırdı. Xalq qəhrəmanı Andronikə! Sizin 577 saylı teleqramınızı aldım, tam mətni ilə Moskvaya yola saldım, mənim adımdan Türk süngülərindən xilas olmuş cəsur erməni döyüşçülərinə atəşin salamlarımı çatdırın”.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə bu hadisələrin öyrənilməsi ilə bağlı xeyli iş görülmüş, 1918-ci ilin iyulunda Xəlil bəy Xasməmmədovun başçılığı altında Fövqəladə Təhqiqat Komissiyası yaradılmış, 36 cildlik, 3500 səhifəlik istintaq materialı toplanmışdı.Bu gün bu materiallar 1918-ci il mart soyqırımını öyrənmək üçün dəyərli mənbələrdən biri hesab olunur.
Azərbaycanda Sovet rejimi qurulduqdan sonra isə bu hadisələr xalqdan gizlədilmiş, arxivlər bağlı saxlanılmışdı. Lakin, ölkəmiz ikinci dəfə dövlət müstəqilliyi əldə etdikdən sonra xalqımıza qarşı törədilən faciələrin obyektiv şəkildə öyrənilməsi istiqamətində geniş imkanlar açıldı. Ümummilli lider H.Əliyev 1998-ci il martın 26-da “1918-ci il mart soyqırımı haqqında” fərman imzaladı. Fərmanda bu hadisələrlə bağlı Milli məclisin sessiyalarının keçirilməsi, bu sahədə tədqiqat işlərinin aparılması, hər il mart ayının 31-nin milli matəm günü kimi qeyd edilməsi, bu faciənin dünya ictimaiyyətinə çatdırıması kimi konkret vəzifələr qoymuşdu.Təsadüfi deyil ki, H.Əliyev çıxışlarının birində qeyd etmişdi ki, “ Biz tariximizin hər bir dövrünü subyektivlikdən kənar olduğu kimi yazmalıyıq. Təhriflər həmişə xalqa zərər gətiribdir”. Son vaxtlar bu istiqamətdə xeyli iş görülmüş sanballı əsərlər işıq üzü görmüşdür. AMEA-nin müxbir üzvü Y.Mahmudovun “ Qarabağ. Real tarix-faktlar-sənədlər”, Prof. T.Musayevanın « Исторические факты о деяниях армян на Азербайджанском земли», рrof. A.Paşayevin “Açılmamış səhifələrin izi ilə” , S.Əsədovun “ “Миф о Великой Армении» belə əsərlərdəndir. Sözsüz ki, bu əsərlərin çox böyük siyasi, elmi, tərbiyəvi əhəmiyyəti vardır.Belə ki, bu əsərlər ermənilərin xalqımıza qarşı törətdiyi cinayətlərin dünya ictimaiyyətinə çatdırılmasında, onların iç üzünün açılmasnda. tarixi yaddaşın möhkəmləndirilməsində, gənc nəslin vətənpərvərlik, milli dövlətçilik ənənəlri ruhunda tərbiyə mühüm rol oynayır.
I Pyotrun vəsiyyətlərindən ruhlanan ermənilər uydurma “Böyük Ermənistan” əfsanəsini reallaşdırmaq, öz terror əməllərini təşkilatlanmış formada həyata keçirmək üçün 1887-ci ildə “Hıncaq”, 1890-cı ildə “ “Daşnaksyutun” partiyasını yaratmışdılar. Bu gün isə onların - “Asala”, “Asala”, Hayqat”, “Cekron” “ Apostol” “Erməni milli assambleyası” kimi yeni terror təşkilatları fəaliyyətlərini davam etdirir. Onlar XX əsrin 70-ci illərində türklərə qarş genişmiqyaslı terror əməlləri həyata keçirmişlər. Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra isə ermənilərin xalqımıza qarşı 32 terror aktı olmuş , 3000- minə yaxın günahsız insan qətlə yetirilmişdir. Təsadüfi deyil ki, elan edilməmiş Qrabağ müharibəsinin təqsirkarı kimi 1993-cü ildə BMT-nin erməni silahlı birləşmələrinin işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmasına dair 822, 853, 874, 884 saylı, Avropa Şurasının 14/ 16 saylı qətnaməsi, İslam Konfransı təşkilatının qətnaməsi vardır. Lakin, böyük xristian qardaşı Rusiyaya arxalanan Ermənistan bu qətnamələri yerinə yetirmir. Azərbaycan isə həm itisadi, həm də hərbi cəhətdən güclənməkdədir. Dünyanın nəhəng layihələri olan “BTC”, “Baki-Tbilisi-Ərzurum”, “TRASEKA”, Kars-Axalkalaki”, “Tap”, “Tanap” kimi layihələrdə iştirak edir, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasnda öz sözünü deyir. Ölkəmizin dünyada siyasi nüfuzu da getdikcə artmaqdadır. Məhz bunun nəticəsidir ki, 2011-ci ilin oktyabrında BMT-nin üzvü olan 155 dövlətin dəstəyi ilə Azərbaycan BMT-nin 15 qeyri daimi üzvündən biri seçilmişdir. Davos forumunun son hesabatına görə ölkəmiz iqtisadi reytinqinə görə dünya ölkələri sırasnda 33-cü yerə çıxmışdır.Bu gün Azərbaycan Respublikası idman, mədəniyyət, kosmos ölkəsi kimi tanınmışdır. 2015-ci il avropa olimpiya oyunlarının keçirilməsində ev sahibliyi Azərbaycana etibar edilmişdir.
Göründüyü kimi, Ermənistan ölkəmzin artan iqtisadi, hərbi gücü qarşısında dayana bilməyəcək, ölkə başçısı İlham Əliyevin qeyd etdiyi kimi əgər lazım gələrsə Azərbaycan öz ərazisini hərbi yolla işğaldan azad edə bilər, buna Azərbaycanın artan iqtisadi və hərbi gücü imkan verir. Digər tərəfdən isə beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Heç də təsadüfi deyil ki, BMT Nizamnaməsini 51-ci maddəsi də bunu bir daha sübut edir. BMT Nizamnaməsinin qeyd edilən maddəsində göstərilir ki, hər bir ölkə öz ərazisini terrorçulardan təmizləmək hüququ var. BMT Nizamnaməsinin 2-ci maddəsində qeyd edilir ki, BMT üzvü olan hər bir dövlət digər dövlətin ərazi bütövlüyünə, suverenliyinə hörmət etməlidir. BMT Nizamnaməsinin 6-cı maddəsində isə qeyd edilir ki, özgə ərazisini zəbt etmiş ölkə Baş Assambleyanın qərarı ilə BMT üzvülüyündən azad edilə bilər.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM