Azərbaycan Respublikasının Əməkdar müəllimi
Kim nə deyir desin, vallah yuxuda böyük sirr var. Mən onun ölümünü yuxuda görmüşdüm. Heç kəsə demək istəmədim. Bir bəhanə ilə evlərinin başına dolandım. Həyət-bacada qeyri-adi heç nə görmədim. Zəng eləməyə cürət etmədim: son vaxtlar bir az nasaz olduğunu bilirdim. Qardaşım bizə gəlmişdi.Yuxumu yavaşca ona danışdım. Zəng etməyi məsləhət gördü. Nə isə... telefonu döyəcləməyə əlim gəlmədi.
Səhəri işdə saytlarıarı araşdıranda ölüm xəbərini eşitdim. Soyadını səhv yazmışdılar. (İsanın soyadı qardaşının soyadı ilə eyni deyildi). Təki ölməyini səhv yazaydılar. Əvvəllər Şamaxıya aid olan Poladlı kəndinə - dünyadan vaxtsız köçmüş tələvə yoldaşım Ələkbər müəllimin oğlu Şəhriyara zəng etdim, İsa müəllimin dünyadan köçdüyünü ona xəbər verdim, ondan tələbə yoldaşlarımızın, Əbülfəz Məmmədovun, Akif Axundovun və başqalarının telefon nömrəsini istədim.(Mən telefon nömrələrini, adətən,ayrıca bir dəftərə yazıram). Bilmirəm nədəndirsə, insanlar yaxın dostlarını son mənzilə yola salanda bir-birini qısa bir zamanda axtarıb tapırlar.Şəhriyarın bu işdə mənə kömək edəcəyinə inanırdım.
İsa Əliyev fakültəmizin ən maraqlı tələbələrindən idi. Əsgərlikdən qayıdandan sonra Azərbaycan Dövlət Universitetinin filiologiya fakültəsinin qiyabi şöbəsinə daxil olmuşdu. Ana dili ilə yanaşı, rus dilini də yaxşı bilirdi. Əvvəllər biz elə bilirdik ki, şəhər uşağıdır, sonra məlum oldu ki, kənddə böyüyüb, kənd həyatını hamıdan yaxşı bilir. Rusca və Azərbaycan dilində yaxşı lətifə danışmağı var idi. Bəzən zarafatla deyirdi ki, Moskvaya istirahət evlərinə gedəndə Nəsiminin və Fuzilinin qəzəllərini məclislərdə rus dilinə tərcümə etməyi də bacarır. Bu da həmin məclislərdə onun hörmətini qaldırırmış. Biz İsanın bu bacarığına qibtə edirdik.
İki dildə sərbəst danışmağını və yazmağını nəzərə alaraq, səhv etmirəmsə, ona "M.Şoloxovun əsərlərinin Azərbaycan dilinə tərcümə tarixindən" mövzusunda diplom işi yazmağı məsləhət görmüşdülər. Düşündü, daşındı, təklifi qəbul etdi. Diplom rəhbəri görkəmli ədəbiyyatşünas alim, atamın yaxın dostu Hidayət Əfəndiyev idi.
Hidayət müəllimlə söhbəti tuturdu, tez-tez onun "Monolit" dəki (M.Ə.Sabirin heykəli ilə üzbəz binadakı) evinə gedir, elmi rəhbərindən dəyərli məsləhətlər alırdı. Hidayət Əfəndiyev İsanı alim görmək istəyirdi. İsanın isə fikri başqa idi; o, istehsalata meyilli idi, fikri həmkarlar ittifaqının xətti ilə ucalmaq idi. Belə də oldu.İsa ADU-nu qurtarandan bir müddət sonra Montin adına neft maşınqayırma zavodunun həmkarlar təşkilatının sədri seçildi. Zavodda fəhlələrin mənzil şəraitinin yaxşılaşdırılması, onların zavoda yaxın ərazidə mənzillə təmin olunmaları üçün var qüvvə ilə çalışırdı. Özünün mənzil şəraiti o qədər də yaxşı deyildi: rus qonşusu ilə üçotaqlı mənzilin balaca bir bir otağında qalırdı. Bu otağı vaxtilə partiya işçisi olan atası Mərkəzi Komitədən mükafat kimi almışdı.
Bir müddətdən sonra İsaya da Lenin prospektində (indiki "Azadlıq" prospektində çoxotaqlı mənzil verdilər. Artıq onun uşaqlarının yaxşı şəraitdə təhsil almaları üçün yaxşı şəraiti var idi. Böyük qızı ADU-nun şərqşünaslıq fakültəsinə daxil olmuşdu. İsanın uçmağa qanadı yox idi. İsa mənim ən sadiq dostlarımdan biri idi, bəlkə də birincisi idi. Mən həmişə onu özümə böyük qardaş bilmişəm. Məndə İsanın iki böyük hədiyyəsi var. Bunlar elə hədiyyələrdir ki, onlar həmişə, hər gün mənə İsanı xatırladır. Onlardan biri Azərbaycan SSR Elmlər Akademiyası Nizami adına Ədəbiyyat və Dil İnstitutunun 1967-ci ildə nəşr etdirdiyi "Ərəb və fars sözləri lüğəti"dir. Bu lüğət Azərbaycan klassik ədəbiyyatını oxumaq üçün nəzərdə tutulmuşdur. Mən hər gün bu kitabdan-hələlik lüğətçilik tariximizdə analoqu olmayan ensiklopedik nəşr hesab etdiyim kitabdan istifadə edirəm. Deməli, mən hər gün böyük qardaşımla söhbətləşirəm, onunla fikir mübadiləsi aparıram.
Bir gün İsa mənə zəng etdi ki, "bəs, qızım ali məktəbi qurtarıb, onu səfirliyə işləməyə dəvət edirlər, sənə verdiyim kitabı mənə qaytar". Doğrusu, pərt oldum, hədiyyəni geri istəmək nə deməkdir? İsa onda Xətayi Rayon İcra Hakimiyyətində şöbə müdiri işləyirdi: zəhmətkeşlərin mənzil məsələləri ilə məşğul idi.
Kitab mağazsından "Fars dilinin qrammatikası" adlı bir kitab alıb, onun iş yerinə getdim. Xoş-beş, görüşüb, söhbətləşdik, ordan-burdan danışdıq, söhbət "Ərəb və fars sözləri lüğəti"nə çatanda, "Fars dilinin qrammatikası"nı ərkyana onun yazı masasının üstünə atdım. "Sənə lüğətin əvəzinə, qrammatika gətirmişəm" deyəndə İsa özünəməxsus şəkildə gülüb, "sənə bir kitab da hədiyyə verirəm-dedi, amma bir şərtlə, söz ver ki, bükülünü evdə açacaqsan". Söz verdim.
İsanın orijinallığı çox idi .Bildim ki, mənə nə isə bir sürpriz hazırlayıb. Evə gələndə bükülünü açdım, içindən əl dəyəndə ovxalanan bir kitab çıxdı: bu, Sultan Məcid Qəniyevin (Qənizadənin-N.N.) 1922-ci ildə "Azpoliğraf Trestinin nəşriyyatı tərəfindən Birinci Hökumət mətbəəsində çap edilmiş 500 səhifəlik "Rusca-türkcə lüğət" idi. Bu nadir nəşrə görə İsaya zəng etdim, təşəkkürümü bildirdim. Sən demə, "Ərəb və fars sözləri lüğəti"ni istəməkdə İsanın məqsədi məni iş yerinə çağırmaq və məni yeni hədiyyə ilə, çoxdan istəyində olduğum kitabla sevindirmək imiş.
Maraqlı burasıdır ki, İsa bu kitabı süpürgəçilərdən alıbmış: onlar bu kitabı atmaq istəyirlərmiş. Beləliklə, İsa tarixdə tarixi bir səhvi düzəltmiş, lüğətçiliyimizdə şərəfli yer tutan bir kitabı nadan adamlardan xilas edə bilmişdi.
İsanın bədii obrazını mən yaratmışam. "Bakı" və "Baku" qəzetlərinin ştatdankənar müxbiri kimi onun haqqında "Beşilliyin qəhrəmanları" rubrikasında bir yazı çap etdirmişdim. O vaxtlar İsa Azərbaycan Respublikasının ən yaxşı tokarlarında biri hesab olunurdu: Montin adına neft maşınqayırma zavodunda tokar işləyirdi. Yazı qəzetin redaktoru Nəsir İmanquliyevin də xoşuna gəlmişdi.
İkinci yazını, səhv etmirəmsə, Azərbaycan radiosunun müxbiri Telli adında yaxından tanımadığım bir istedadlı qız yazmışdı. Bu yazı dinləyicilər tərəfindən daha yaxşı qarşılanmışdı.(O vaxtlar radio verilişlərinə maraq indikindən çox-çox artıq idi). Telli xanımın yazısı İsanı daha da məşhurlaşdırmışdı. İsa Telli xanımı hər yerdə tərifləyirdi. Bir dəfə radioda Telli xanımla rastlaşanda, İsa jurnalist Telli xanıma öz təşəkkürlərini bildirir. Telli xanım da "Sizi yazımda tərifləyəndən sonra elçilərimin sayı xeyli artıb" deyə onun təşəkkürünə təşəkkürlə cavab vermişdi.
İsa Əliyev dünyasını dəyişdi, onu dünənki (31.03.2014) yaz günündə Mehdiabad qəbirstanlığında dəfn etdilər.
Qızlarının, nəvələrinin, qohum-əqrəbalarının canı sağ olsun.
İsanı son mənzilə yola salmağa yüzlərlə adam gəlmişdi. Hamı həyatda dostluq etməyi və dostluğu qiymətləndirməyi bacaran İsanın dünyadan köçməsinə təəssüflənirdi.
Əlvida, əziz dost, əlvida...
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM