Hörmətli redaksiya, yaxud da sayt!
Salam. Sizə yazmaq istəməzdim. Çünki biz tərəflərdə yazı yazana boşboğaz deyirlər. Düzdür dostlarımla birlikdə asfallt üzərində maşının təkərləriylə “yazmağı”, ilan şəkli çəkməyi sevirik. Amma bu yazmaq siz yazdığınızdan deyil. Sizin kimi yazana jurnalist deyirlər, bizim kimi “yazan”ları isə xalq arasında qaqulya, qaqaş çağırırlar.
Bizdə saymaq prestij sayılır. Yox, sevinib atdanıb düşməyin. O saymaqdan demirəm. Nə qədər yazsanız da sizi saymayacağıq. Mən pul saymağı deyirəm. Allah sizə də qismət eləsin, çox gözəl şeydir. Təzə Amerikan dollarının rulonunun plyonkasını cırırsan, ətri götürür aləmi. Ən bahalı Kuba siqarı kimi burnuvun altından o yana, bu yana keçirib dərindən nəfəs alırsan. Dolların ətri gedir-gedir dolur ciyərlərinə. Oxxayy... Bütün nə xəstəliyin, dərdin var hamısı çıxır çanından. Eləmirsən tənbəllik başlayırsan saymağa. Pulsayan maşınla yox. Ona etibar eləmək olmaz. Əllə. Baş barmağını dilində tüpürcəkləyib saymadın, day nə ləzzəti? Bir paçka sayırsan. Barmaqlarına baxırsan. İki paçka sayırsan. Barmaqlarına baxırsan. Bir də görürsən ki, barmaqların, əllərinin içi qapqaradır. Dilin də o cümlədən. Dilimdəki pul ləkəsi yavaş-yavaş keçir qanıma. Ordanda damarlar, kapilyarlar vasitəsilə bütün bədənimə yayılır, hüceyrələrimə hopur.
Sonra qar kimi ağ köynəyini geyinib çıxırsan şəhərə. Əlini də hərdən sürtürsən üstünə. Qarası yaxılır köynəyinə. Kim ki, “buna bax e, nə pintidir e... çirkli köynək geyinib” desə bil ki, kasıb-kusubdur, o nə bilir pul ləkəsi nədir? Belələri ancaq vicdan, qan, yağ, namus ləkəsi nə olduğunu bilərlər. Jurnalistlər isə mürəkkəb ləkəsindən başqa bir şey anlamırlar. Qələmlərini mürəkkəbə batırıb üstümüzə sıçradırlar ki, ləkəsinlər bizi. Amma yenə alınmır. İyirmi-otuz dollar paçkası sayıram, sonra da üstümə sürtürəm. Pul ləkəsi elə silirki mürəkkəb ləkəsini, izi-tozu da qalmır. Pul ləkəsi namus ləkəsini də, qan ləkəsini də elə rahat aparır.
Nəsə çox haşiyə çıxdım. Harda qaldım? Hə, pul ləkəsində. Kim ki, bu ləkəni tanıyır, deməli bizimkilərdəndir. İndi pul ləkəsini tanımayanlar, sual verəcəksiniz ki, ay vəzifəli balası, bəs bezmirsən dollar saymaqdan? Bezirəm. Niyə bezmirəm ki... Elə bilirsiniz insan deyiləm? Mən də insanam. Başa düşürəm ki, insan hər gün kabab, plov yeyə bilməz. Yeknəsəqlik biz varlıları da məhvə apara bilər.
Ona görə də hərdən “ağzımın dadını” dəyişdirirəm. Atama deyirəm ki, mənə manat gətir. Keçirəm manat saymağa. Manatdan bezəndə Avro sayıram. Funt sterlinq də pis deyil. Amma nə deyirsiniz deyin dolların yerin vermir. Necə başa salım sizi ki, başa düşəsiniz, ay kasıblar. Bax toyda lap ağ balıqdan kabab ver, qara kürünü süfrəyə düz, yenə axırda nə deyəcəklər? “Yeməklərin şahı, zəfəranlı, ətirli plov gəlir”. Bax dollar da plov kimi şeydir. Pulların şahıdır, ətirlidir. O gün bir kasıb nə desə yaxşıdır? Deyir ki, siz varlıların pulunu balta da kəsmir. Əsəbləşib gəldim evə. Bir dollar paçkasını qoydum kötüyə. Baltanı götürüb vurdum. Xırt iki yerə böldü. İkinci paçkanı da qoydum. Vurdum. Bunu da kəsdi. On dənə paçkanı beləcə zay etdim. Hirslənib gedib tutdum qurumsağı ki, ə...məni dolamısan? Deyirsən ki, varlıların pulunu balta kəsmir. Necə yəni kəsmir? Kəsdi, axı... Nə desə yaxşıdır? “Mən çaşdım. El misalında deyilir ki, “filankəsin pulunu balta kəsmir”. Bilməmişəm “varlıların pulunu balta kəsmir” demişəm” Dedim ki, ay axmaq, sənin bir səhvinə görə 100 min göyü havaya sovurmuşam e... o söz siz kasıblar üçün deyilib e... yəni ki, pulu balta kəsmir. Sizin də pulunuz yox. Olmayan şeyi balta necə kəssin?
Nə isə yorulmuşam bu kasıb-kusubu başa salmaqdan ki, atamın, mənim pulumu saymasınlar. Ara yerdə də yüz min dolları belə xarab elədim. Eybi yox, kasıba qadağa, başıma sadaqa.
İndi də siz jurnalistlər yığmısınız məni boğaza. Gah saatımı göstərirsiniz, gah maşınımı, gah da villamı. O saatdan 28 Maydakı keçiddə bilirsiniz nə qədərdir? Özü də 5 manata. Kitayski. O otuz-qırx minlik saatı taxım sən jurnalistin qoluna, iki ay bütün müqəddəslərə and içsən də inanmayacaqlar ki, bu qədər qiyməti var. Amma beş manatlıq Kitayski saatı tax mənim qoluma, o saat bütün saytlar çar cəkəcək ki, şvetsarskidir. Özü də yedinka. Xüsusi olaraq mənümçün istehsal olunub. Çünki mən qiymətli adamam. Saat məni yox, mən saatı qiymətə mindirirəm.
Nəsə çox çərənlədim. Yazmaqda məqsədim başqa idi, gör nələri də açdım dedim. Hörmətli jurnalistlər. Çox xahiş edirəm, nəyi yazırsınız yazın. Bircə maşınlarıma toxunmayın. Yandırıb-tökməyin məni. Kasıbın gözündə tiri qoyub, varlının gözündə çöp axtarmayın. Maşınlarımızın Feysbukdakı şəkillərini hər dəfə çap edəndə xəcalətimdən yerə girirəm. Qiyməti bir yana, motorun gücünü yazanda voobşe məhv oluram. Bir ay camaat arasına çıxa bilmirəm xəcalətimdən. Vallah siz jurnalistlər dəhşətsiniz. Siz maşın görməmisiniz. Siz motor görməmisiniz. Heyf ki, yüz dənə xəstəliyim var. Yoxsa sizə elə maşınlar, elə motor gücləri, elə zmeykalar göstərərdim ki?
Qonşumuzda yoluğun, kasıbın biri var. O gün baxıram feysbuka nə yazsa yaxşıdır. Deyir ki, əsgərliyə gələn kimi bir dənə tank alıb qoyublar altına. Motorun da gücü 1500 at gücü. Asfalta çıxanda asfaltı dağıdır. Bir dənə qazı basanda motorun xorultusuna dağ-daş tərpənir. Qulaqları səsdən deşilməsin deyə xüsusi papaq da qoyurlar. Dərə-təpə nədi bilmir. Zmeykanın biri bir qəpik. QAİ də yox, VAİ də. Üç dost oturub sürürlər özləriyçün. Şəklin də çəkib qoyub feysə. Altında da nə yazsa yaxşıdır? “Bununla yüz ermənini birdən əzərəm, heç uf da demərəm”. Ay jurnalistlər, bəs buna niyə susursunuz? Mənim incə-mincə Hammerimə tank deyirsiniz, amma qonşunun tankını gözünüz görmür. Bir azərbaycanlını maşınla basıb qol-qıçını sındıranda, ya o dünyalıq edəndə bizi günün qəhrəmanı edirsiniz. Atamızı işdən çıxartdırırsınız. Yüz ermənini birdən maşınının altına basıb öldürmək istəyəni gözünüz də görmür. 500 min dollara maşın gətirdəndə bütün aləmə car çəkirsiniz. Bilirsinizmi, tank necəyədir? Quqla girib maraqlanmışam. “Abrams” tankı M1A2 model, ili 1999, özü də sadə salon - düz 6 milyon 200 min dollar. İndi özünüz sual verin kasıb qonşumun harda idi pulu ki, tankı alıb qoya altına. Hökumət havayı verib. Mən yatsam yuxumda da görmərəm. Özü də yazır ki, hər şeyimiz havayıdır – yeməyimiz də, geyimimiz də. Supları yaman tərifləyir. Mən isə külbaş supun bir boşqabına restoranda 70 manat pul ödəyirəm.
Nə isə, ay jurnalistlər, yazanda kasıb qonşumdan da yazın. Bizdən yazmaq istəsəniz, mənim bu iki misramı əlavə etməyi unutmayın:
Biz varlılar da onlardan biri
Qaqulya, “Qonşudan qalma geri”.
Strategiya.az
15 ilin söhbəti olar... Mahir, bir lətifə var e... eşitmisən?
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM