Seyid Əzim Şirvani (1835-1888) və onun gümüş medalının tarixi məqamları

09:33 / 14.07.2016

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının Əməkdar müəllimi


  1879-cu ildə Zaqafqaziya Müəllimlər Seminariyasının müsəlman şöbəsi açılanda orada dərs deyəcək azərbaycanlı müəllimlərin də axtarışına başlandı. Seminariyanın yeni şöbəsində oxuyacaq tələbələrə  ana dili və şəriətdən iki müəllimin dərs deyəcəyi müəyyənləşdirildi. Onların biri sünniməzhəb tələbələrə, digəri isə şiəməzhəb tələbələrə dərs deməli idi. Bu məqsədlə görkəmli şərqşünas 1851-ci ildə Sankt Peterburq Universitetinin şərq fakültəsinin 1851-ci il məzunu A.P.Berjenin rəhbərliyi ilə namizədlərin axtarışına başlanır. Sünniməzhəb tələbələrə Zaqafqaziya Əhli-Təsənni İdarəsinin katibi Hüseyn Əfəndi Qayıbovun namizədliyi irəli sürülür.
  H.Ə.Qayıbov A.P.Berjenin yaxşı tanıdığı qələm sahiblərindən biri idi. 1869-cu ildə Almaniyanın Leypsiq şəhərində A,P.Berjenin "Die Sanqer des XVIII und XIX Jahrhunderts in adserbeidshanischer" kitabı nəşr olunmuşdu. Kitabda müsəlman (Azərbaycan-N.N.) şairlərinin şeirlərinin toplanmışdı. M.F.Axundovun xahişi ilə bu şeirlərin toplanmasında  Zaqafqaziya Əhli-Təsənni İdarəsinin katibi H,Ə.Qayıbov böyük xidmətlər göstərmişdi. Zaqafqaziyada təhsil sisteminə nəzarət işində əhəmiyyətli rol oynayan A.P.Berje birgə ədəbi-şərqşünaslıq işi sahəsində yaxından tanıdığı H.Ə.Qayıbovun zəhmətini onun vəzifəsini artırmaqla qiymətləndirmişdir. Belə ki  A.P.Berjenin zəmanəti ilə H.Ə.Qayıbov asanlıqla Zaqafqaziya Müəllimlər Seminariyasına Qafqaz Təhsil Dairəsinin popeçiteli K.P.Yanovskidən təyinat almışdır.
  Seminariyanın  şiəməzhəb tələbələrinə ana dili və şəriətdən dərs demək üçün iki namizədin  sənədləri araşdırılmışdır. Onlardan biri Zaqafqaziya Ruhani İsdarəsinin üzvü Əbdüssəlam Axundzadə, digəri isə Şamaxı şəhər məktəbinin ana dili və şəriət müəllimi Hacı Seyid Əzim Seyid Məhəmməd oğlu Şirvani idi.
  Bu barədə Tiflisdə nəşr olunan "Ziya" qəzetinin 6 sentyabr 1879-cu il tarixli 33-cü nömrəsində "Seminariya barəsində" ətraflı məlumat verilir:

"Əhli-təsənni tərəfindən  əqaidi -diniyyənin təlimi müsəlman müəllimlərinin bu halda Tiflisdə cənab müfti həzrətlərinin  təhti-nəzarətində olan müsəlman məktəbinin  müəllimi Qayıbova həvalə olunur. Və əhli-şiyə tərəfindən ancaq ehkam şəriyyəni təlim etməklik şeyxülislam həzrətlərinin təhti-nəzarəti alilərində olan məktəb müəllimi   Axundzadəyə  və ya ki,Şamaxı rus məktəbinin və Məclis Məktəbinin  müsəlman müəllimi olan  ...Hacı Seyid Əzim Şirvaniyə həvalə olunacaqdır.Bu məsələnin həlli Popeçitel İdarəsində (Qafqaz Təhsil İdarəsində-N.N.)həll olunacaqdır.Yuxarıda göstərilən məktəblərin əhvalatından bir növ xəbərdar olduğumuzdan  zikr olunan müəllimləri  təbrik və təhnit  ( mübarəkdarlıq-N.N.)   ) zəminində  acizənəmiz oldur ki,onlara etibar olunan  darülmüəllimün mədrəsəsinin...pişrəftində sai ( çalışan,səyli-N.N.) və cahid (cəhd edən -N.N. ) olalar ".

   Müəllimlik müsabiqəsində iştirak etmək üçün S.Ə.Şirvani  Tiflisə yola düşür.Lakin müsabiqədə dövrünün görkəmli din xadimi, hakim dairələrinə daha yaxın olan Əbdüssəlam Axundzadəyə uduzub geri qayıdır.S.Ə.Şirvani Tiflisdən Şamaxıya qayıdarkən yolüstü Gəncədə Nizaminin məqbərəsini ziyarət edir. Nizaminin baxımsızlıq ucbatından ürək ağrıdan uçuq-sökük məqbərəsi Seyid Əzimi narahat edir.Seyid Əzim şeirə,sənətə göstərən bu biganəliyi öz halı ilə müqayisə edib,məşhur rübahisini söyləyir:
       

  Ey Şeyx Nizami, ey nizamı dağılan,
  Ey Gəncədə izzü ehtişamı dağılan,
  Olmuşmu səninlə mən kimi aləmdə
  Beyti,evi,məktəbi,kəlamı dağılan?


  S.Ə.Şirvani Şamaxıya qayıdır və  iəvvəlki kimi iki məktəbdə pedaqoji fəaliyyətini davam etdirir.Zəmanəsinin o vaxtkı dövri mətbuatında - Tiflisdə Azərbaycan dilində nəşr olunan "Ziya" qəzetində  müxbirlik fəaliyyətini davam etdirir, Başladığı təzkirə üçün yeni-yeni materiallar toplayır,ölkəşünaslıq materialları üzərində işləyir,Şamaxı ədəbi məclisinin məşğələlərində maraqlı poeziya nümunələri ilə çıxış edir,məktəb yaşlı uşaqlar üçün hnəsihətamiz əsərlər yazır,həm Azərbaycan, həm də fars dillərində yüksək poetik dəyərli  əsərlər yaradır.
   Bu illərdə S.Ə.Şirvaninin beynəlxalq  şeir müsabiqələrində fəal iştirakı da diqqəti cəlb edir.  Müxtəlif vaxtlarda üç dəfə Türkiyənin maarif naziri olan Minif Paşanın  Tiflisdə Azərbaycan  dilində çıxan  "Ziyayi-Qafqasiyyə"  qəzetində açdığı  "Ey bülbül" adlı  Ezop maneralı  şeir  müsabiqəsinə qoşulan  Azərbaycan şairlərindən biri  də Seyid Əzim Şirvani olmuşdur.
  S.Ə.Şirvani zəmanəsinin bəyənilən işıqlı fikir adamlarından biri idi.Onun ayrı-ayrı tarixi şəxsiyyətlərə,şair və din xadimlərinə yazdığı qəsidələr hələ də öz ciddi elmi təhlilini tapmamışdır.
  S.Ə.Şirvani rəmzlər ustası idi. Onun rəmzlərini, adi söz içində dediyi sözləri başa düşmək,anlamaq üçün ədəbiyyatşünaslarımız hələ çox işləməlidirlər.
  Cəmiyyətdə S.Ə.Şirvaninin mövqeyini  hamıya  tanıtmaq üçün dövrün  dini rəhbərləri səmərəli işlər görürdülər. Onlar Seyid Əzimin  maarifçilik fəaliyyətinin  kölgədə qalmasına heç cür razı ola bilmirdilər.Zaqafqaziya şeyxülislamı Əhməd bəy Hüseynzadə, müftilər  Əbdülhəmid Əfəndizadə və Hüseyn Əfəndi Qayıbov S.Ə.Şirvaniyə həmişə qayğıkeşlik etmişlər.Məhz onların qayğısı nəticəsində 1886-cı ilin noyabr  ayında Seid Əzim Şirvaninin  maarifçilik və müəllimlik fəaliyyətini dövlət səviyyəsində qiymətləndirmək haqqında  ciddi addımlar atıldı.Qafqaz Təhsil Dairəsi 27 dekabr 1886-cı il tarixində 11795 nömrəli məktubu ilə Zaqafqaziya Şiə İdarəsinin rəhbərliyinə müraciət edərək, Hacı Seyid Əzim Seyid Məhəmməd oğlu Şirvaniyə Stanislavski lenti üzərinə  sancaqlanan  "За усердие" ("Səylərinə görə")  gümüş medalı verilməsi barədə material hazırlayır. Bakı-Dağıstan Xalq Məktəbləri müdiriyyətinin adından  da Qafqaz Təhsil Dairəsinin popeçiteli K.P.Yanovskiyə  təqdimat məktubu göndərilir.  Veriləcək gümüş medal barədə həm Zaqafqaziya Şiə İdarəsinin, ,həm də digər qurumların münasibəti öyrənilir.Heç kəs S.Ə.Şirvaniyə  maarifçilik fəaliyyətinə görə "За усердие"  gümüş medalının  verilməsinə  maneçilik göstərmir.
  Təəssüf ki, S.Ə.Şirvani  Stanislavski lenti üzərindəki bu  gümüş medalı 7 manat 50  qəpiklik poçt rüsumuna görə  uzun müddət ala bilmir.Medal sahibinə çatdırılanda  şairin ölümünə 10 gün qalırdı.

Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,
Respublika Prezidentinin Sərəncamı ilə keçirilən ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi,
Azərbaycan Respublikası Prezidentinin  aylıq təqaüdçüsü,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

   Bakı,14.07.016.

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM