Yusif Vəzirovun kölgədə qalan yazıları

09:28 / 02.04.2014

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının Əməkdar müəllimi

Krım tatarlarının "Millət" qəzetinin (1917-1920) müxbirlərindən biri olan azərbaycanlı Yusif  Vəzirovun kölgədə qalan yazıları

  Görkəmli söz ustası Yusif Vəzir Çəmənzəminli  (1887-1943) Ukraynada ali təhsil alarkən rus və Azərbaycan dillərində mətbuatda bir sıra yazılarla  cıxış etmiş, ədəbiyyat  və  ictimai fikir tariximizdə  özünəməxsus yer tutmuşdur. Bu, bir tərəfdən ədəbi ictimai fəallıq, digər tərəfdən isə kasıb həyat tərzini yaxşılaşdırmaq kimi qiymətləndirilə bilər.
 Yusif Vəzirov Şuşada rüşdiyyə məktəbini bitirdikdn sonra Bakıya gəlmiş, vaxtilə H.Məlikov-Zərdabinin müəllimlik etdiyi Bakı Real Məktəbinə daxil olmuşdur. O,1909-cu ildə Bakı Real Məktəbini qurtarıb, ali təhsil almaq məqsədilə Peterburqa yola düşür. Lakin son məqamda riyaziyyat fənninin qorxusundan   fikrini dəyişir, bir ildən sonra Kiyev Universitetinin hüquq fakültəsinə daxil olur. Müharibə şəraitinə görə bir müddətdən sonra  Kiyev Universitetini  çəbhə bölgəsindən uzağa -Saratov şəhərinə köçürürlər. Yusif Vəzirov  1915-ci ildə Kiyev Universitetini Saratov şəhərində qurtarır və bu şəhərdə öz ixtisası üzrə işə düzəlir. Saratovdakı ağır həyat tərzinə,əmək haqqının azlığına görə Y.Vəzirov  Kiyevə qayıdır.O,  burada "Zemstvo" təşkilatına daxil olur və cəbhəyə gedir. Y.Vəzirov  bir müddətdən sonra cəbhədən yenidən  Kiyevə qayıdır, burada  azərbaycanlı gəncləri ətrafına toplayıb, cəmiyyət yaradır. O, Azərbaycan  Demokratik Cümhuriyyətinin Ukraynadakı nümayəndəsi təyin olunur. 1918-ci ildə  Kiyevdə  vətəndaş qarşıdurması yarananda Y.Vəzirov  Simferopola köçür  və burada Ədliyyə Nazirliyində hüquq məsləhətçisi vəzifəsinə işə düzəlir. Y.Vəzirov 1917-ci iliyunun 27-də tatar dilində  nəşr olunmağa başlayan  "Millət" qəzetində əməkdaşlığa başlayır.  "Millət" qəzetinin biblioqrafik göstəricilərinə əsasən demək olar ki, Y.Vəzirovun burada  30-a yaxın məqaləsi,elmi səciyyəli yazıları, silsilə felyetonları (qəzetin 2-civə 3-cü səhifələrində ictimai-siyasi mövzulara aid yazıları )çap olunmuşdur.

   "Millət" qəzeti haqqında qısa arayış. 

    İlk nömrəsi 20 ramazan 1335-ci ildə( miladi tarixlə 27 iyun 1917-ci ildə nəşr olunmuşdur. 1917-ci ildə qəzetin 140 nömrəsi  çap olunmuşdur.Əksər nömrələri
4 səhifəlikdir. Arxivlərdə 1917-ci ilə aid 24-cü nömrə hələlik tapılmamışdır.  Nəşr ardıcıllığına görə bu nömrənin ya iyulun 28- də , ya da 29-da   çıxdığını söyləmək olar. 1917-c- ilə aid son nömrə dekabrın 30-da çıxmışdır.

   1918 -ci ildə  "Millət" qəzetinin  183 nömrəsi işıq üzü görmüşdür. Bu nömrələrin müəyyən sayları itmişdir ki, bu da müasir tədqiqatçıların  işini xeyli çətinləşdirmişdir.
   1919-cu ildə qəzetin 77 nömrəsi çıxmışdır.
    Arxivlərdə  "Millət" qəzetinin 1920-ci ilə aid  30-a yaxın nömrəsi vardır. Beləliklə, 4 il ərzində "Millət" qəzetinin  430-dan artıq nömrəsi türkdilli oxuculara ünvanlanmışdır.
    1917-1919-cu illərdə qəzetə naşir və yazıçı Əli Səbri Eyvazov,sonralar isə O.Murasov, A.Özənbaşlı  və  A. Lətifzadə  rəhbərlik etmişlər.
   "Millət" qəzeti cümə və bayram günləri ertəsindən  başqa hər gün çıxan siyasi, ictimai,iqtisadi və ədəbi milli  qəzetdir. Redaksiya Teatr döngəsində (dalanında) idi. Qəzet "Millət" tipoqrafiyasında çap olunurdu. Qəzetin illik abunə qiyməti 14 rubl, 6 ayığı  8 rubl,3 aylığı-5 rubl, 1 aylığı isə -1rubl  75  qəpik idi.
   "Millət" qəzetinin hürufatı sifariş verilərək İstanbuldan gətirilmişdi.
   Maraqlı olmaqdan ötrü ilk nömrədəki bəzi yazıları oxucuların diqqətinə çatdırırıq.
    Birinci nömrə  redaktor Ə.S.Eyvazovun "Tutduğumuz yol" adlı   özünütanıtma  baş  məqaləsi ilə açılır: "Bu gün Kırım yarımadasının  siyasi mərkəsi olan Ağməsciddə  "Millət" namilə  asmağa müvəfəq olduğumuz  bayrağın  üzərində möhtərəm şairimiz Fikrətin (türk şairi Tofiq Fikrət-N.N.) şu sğzləri yazılmışdır:

 Millət yolu,həqq yoludur tutduğumuz yol!...".

 Cəfər Seyid Əhmədin   "Millətə" yazısı  bu cümlə ilə başlayır:" Millət" bu gün millətin həqqini, səadətini müdafiə edə  bilmək məqsədilə siyasət dünyasına çığıyor"
  "Mazidən istiqlalə toğru" yazısının müəllifi Məhəmməd Rüfətovdur.
  Qəzetin ən fəal müxbirlərindən biri olan Məhəmməd  Kirmənçiklinin  "Son söz" adlı  10 bəndlik şeiri redaksiyanın xüsusi qeydi ilə verilmişdir:"Bu şeir Ağməsciddə və Bağçasarayda  yayılmış tatar milli  aqşamlarında  şair  Cəmil Əfəndi tərəfindən  oqulamış və millətin şiddətli  alqışlarına  məzhər   ( təcəssüm-N.N.)    olmuşdur".
  Qəzetin 3-cü səhifəsində  müxtəlif yerlərdən alınmış xəbərlər  yerləşdirilmişdir.
   4-cü səhifə bütöv şəkildə  VƏQFLƏR İDARƏSİNİN RƏİSİ Cəfər Seyid Əhmədin sərlövhəsi  rus   qrafiksı ilə yazılmış " ЗАЕМЪ СВОБОДЫ"(Hürriyyət istiqrazı) adlı yazısına həsr edilmişdir.

   "Millət" qəzetində bizim üçün ən maraqlı  səhifələr Yusif Vəzirovla ilgili  olanlardır.
 
     Yusif  Vəzirovun "Millət"dəki ilk yazısı "Millətə doğru"adı ilə verilmiş silsiləli yazıdır. Silsilənin ilk yazısı  1918-ci il iyunun 6-da (N39), ikncisi iyunun 9-da (N41), dördüncüsü iyunun 12-də( N 44)çap olunmuşdur. Silsilənin 3-cü ləçəyi  arxivlərdə hələ ki yoxdur.
    Yusif Vəzirovun "Ərzaq məsələsi" məqaləsi  "Millət" qəzetinin 24 iyun 1918-ci ildəki 54-cü nömrəsində dərc  olunmuşdur.Bizə elə gəlir ki, bu məqalə də  silsiləli məqalədir.Çox güman ki, qəzetin itib batmış nömrələrində bu yazının  digər silsilə halqaları vardır.
  31 yaşlı  gənc hüquqşünasın "Millət üçün" silsilə yazısı qəzetin üç nömrəsində dərc olunmuşdur(N81,2 avqust, 1918; N83, 5 avqust 1918-ci il; N 84,  6 avqust 1918.-ci il).
   Yusif Vəzirovun  "Millət"dəki məqalələrini bizə məlum olan ardıcıllıqla sadalayırıq.
   "Böyük hastalik"-N 99, 100,101.
    "Milli aqşamlar"- N 102,27 avqust 1918-ci il.  Bu yazının davamı "Millət "qəzetinin 30 avqust tarixli 105-ci  nömrəsində çap olunmuşdur.
    Yusif Vəzirov  "Bakı qurtuldu" adlı yazısını  qəzetin  29 avqust 1918-ci il tarixli  nömrəsində çap etdirmişdir. Müəllif bu yazısını "Y" imzası ilə çap etdirmişdir.
    Yusif  Vəzirovun  "Millət" qəzetinin 3 sentyabr 1918-ci il tarixli 108-ci nömrəsindəki məqaləsi "Hesabat" adlanır.
    "Azərbaycan və azərbaycanlılar" məqaləsi Yusif Vəzirovun "bəy" titulu ilə dərc etdirdiyi silsilə məqalələrindəndir. "Yusif-bek Vezirov" imzası ilə çap olunan bu  silsilə-məqalə  5 hissədən ibarətdir:
     1) N     111   (06.09.1918)
     2) N     113   (09.09.1918)
     3) N     114   (10.091918)
     4) N     115  (11.09.1918)
     5) N     116  (12.09.1918)

 Yusif Vəzirov "Şeir" adlı məqaləsini   qəzetin 13.09.1918-ci il tarixli 117-ci nömrəsində çap etdirmişdir.
 Yusif Vəzirovun "Haq səs" məqaləsi eyni adlı qəzetin nəşrə başlaması ilə ilgilidir.(08.12.1918-ci ilin dekabrında yazılmışdır.(N171,   11.12.1918-ci il;  
  N176,     18.12.1918-ci il ).


   1919-cu  ilin yanvarında  "Millət" qəzetində  Yusif Vəzirovun  3 yazısı ilə rastlaşırıq. 
     1) N 6  -    06.01.1918,- "Əsgər məsələsi"
     2) N 7      -07.01.1918-  "Rusiya və  müttəfiqlər"
     3) N 8       09.01.1919-  "Ədliyyə müdirliyində islahat"


1918-ci ilin fevralın əvvəllərində Yusif Vəzirov yenə də bəy qüruru ilə əsərlər yazmağa başlayır. O, bu mövzuda yazdığı bütün əsərlərini "Yusif  bəy Vəzirov"imzası ilə yazır.
       1)Litvaniya tatarları.Felyeton  (ictimai mövzu-N.N.)-03.02.1919, N28
       2)Litvaniya tatarları ( davamı) 05.02.1919, N29
       3)Litvaniya tatarları   (davamı)   06.02.1919, N30
       4)Litvaniya  tatarları  (davamı)  07.02.1919, N31
       5)Litvaniya tatarları   (davamı)  16.02.1919, N 38.


 "Millət" qəzetinin 40-ci -   (18.02.1919-cu il);   
                                41 ci  -  ( 19.02.1919-cu il);
                                42-ci -  (20.02.1919-cu il)-nömrələrində də bu mövzu davam etdirilmişdir.

   Yusif Vəzirovun "Millət" qəzetindəki  sonuncu məqaləsi 1919-cu il  fevralın 28-də   (N 48)  "Y.V" imzası ilə   çap etdirdiyi "Peroqor komandanının əmri"dir.

  
     "Millət" qəzeti  ilə tanışlıqdan sonra , inanmaq olur ki, qəzetin bütün   nömrələrinin  diqqətli və elmi təhlili nəticəsində  bir sıra maraqlı materiallar üzə çıxacaqdır.

   
  
                                                       Ədəbiyyat siyahısı

1."Millət" qəzeti,1917-1920-ci illərə aid  nömrələr.   

2.Yusif Vəzir Çəmənzəminli.Ə.sərləri,     I  cild.  Bakı,1966.

3.Yusif Vəzir Çəmənzəminli.  Müstəqilliyimizi istəyiriksə...Bakı,1994.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM