Azərbaycan Respublikasının Əməkdar müəllimi
Ucundadır dilimin həqiqətin böyüyü və yaxud Hüseyn Cavid oxuculardan nə üçün üzr istədi?
Gözlənilmədən TQDK-dan zəng etdilər ki, dərsliklərin monitorinqi davam edir, növbəti seminarda orta ümumtəhsil məktəblərinin 11-ci sinfi üçün hazırlanan ƏDƏBİYYAT dərsliyi müzakirə olunacaq. Zəng edən müzakirədə çıxış etməyi də xahiş etdi. Razılaşdım.
Hal-hazırda şagirdlərin istifadə etdikləri Ədəbiyyat dərslikləri Təhsil Nazirliyinin 17.07.2003-cü il tarixli 716 nömrəli əmri ilə təsdiq edilmiş proqram əsasında hazırlanmışdır.
Bir neçə kəlmə bu proqramların hazırlanma məsələlərindən söz açmaq istəyirəm.Proqramın tərtibi Təhsil Nazirliyin təsdiq etdiyi 10 nəfərlik işçi qrupuna tapşırılmışdı.Bir neçə ay ərzində ciddi müzakirər aparıldı,verilən təkliflər nəzərdən keçirildi. Günlərin birində komissiya üzvləri arasında müəyyən fikir müxtəlifliyi yarandı, iki nəfər qarşıdurması isə əndazəyə sığmadı. Proqram üzərində aparılan iş sona çatdırılmadan təsdiq olundu.Dərslik yazmağa məsləhət görülən bəzi müəlliflər, deyilənə görə,proqramın bəzi maddələri ilə razılaşmadıqlarına görə nazirlik tərəfindən proqramlara düzəlişlər edildi və bu düzəlişlər haqqında pedaqoji içtimaiyyət nazirliyin rəsmi orqanı olan "Azərbaycan müəllimi" qəzeti vasitəsilə məlumatlandırıldı.
Aydınlıq üçün deyim ki, 17.07.2003-cü ildə təsdiq olunmuş proqrama əsasən XI sinfin dərsliyində 12 söz ustasının yaradıcılığı işıqlandırılmalı idi:
1.Cəlil Məmmədquluzadə. "Danabaş kəndinin əhvalatları", "Anamın kitabı "
2. M.Ə.Sabir. "Nə işim var?", "Səttarxana" şeirləri
3. Hüseyn Cavid ."Səyavuş" faciəsi.
4.Cəfər Cabbarlı. "Nəsrəddin şah" tarixi pyesi
5.Yusif Vəzir Çəmənzəminli. " İki od arasında" romanı.
6.Səməd Vurğun."Muğan" poeması
7.Məhəmmədhüseyn Şəhriyar. "Heydərbabaya salam" poeması
8.Rəsul Rza ."Qızılgül olmayaydı" poeması
9.İlyas Əfəndiyev."Xurşidbanu Natəvan" tarixi dramı
10.Bəxtiyar Vahabzadə."İki qorxu" tarixi poeması
11. İsmayıl Şıxlı."Dəli Kür". ( parçalar)
Filologiya elmləri namizədi Nəcəf Nəcəfovun təklifi ilə proqrama dünya ədəbiyyatından türk söz ustası Nazim Hikmətin "Kərəm kimi" və "Ceviz ağacı" şeirləri daxil edilmişdi.
Bu materiallara həftədə iki saat hesabı ilə 68 saat vaxt ayrılmışdı.
Seminarın yazı-pozu işi professor Xeyrulla Məmmədovun təklifi ilə mənə həvalə olunduğu üçün mən bu işlərdən xəbərdaram."Nigar-Ə" KM-in mətbəəsində ofset üsulu ilə 8000 nüsxə tirajla cap olunan proqramlardan ikisi də (iki ədədi ) məndədir.
TQDK-nın beşmərtəbəli binasının liftsiz altıncı mərtəbəsində keçirilən dünənki seminara çox ciddi hazırlaşmıdılar. Bu da səbəbsiz deyildi: seminarda dərsliyin
4 müəlliflindən birinin - AMEA -nın müxbir üzvü Nizami Cəfərovun da iştirak edəcəyi əvvəlcədən çoxlarına xəbər verilmişdi.Bu gəliş iştirakçılara öz sözlərini deməyə imkan yaratdı.Monitorinq iştirakçıları inanırdılar ki,dərsliyin gələcək nəşrlərində onların sözü eşidiləcək. Məsələ burasındadır ki, X və XI sinif dərslikləri
hələ bir neçə il bundan əvvəl TQDK-da geniş və hərtərəfli müzakirə edilmiş,dərsliklərin daha da yaxçılaşdırılmasına yönələn çox qiymətli fikirlər söylənilmişdi.Təəssüflər olsun ki, bu materiallar ya Təhsil Nazirliyinin müvafiq qurumlarına çatdırılmamış, ya da deyilən sözə etinasız yanaşılmışdır.
Monitorinqdəki çıxışlar göstərdi ki,respublikamızda müəllimliyi bacaran cavan müəllimlər çoxdur.Onların maraqqlı təklifləri, yəqin ki, dərsliyin növbəti nəşrində nəzərə alınacaqdır. Çıxışlardan aydın oldu ki, XI sinfin ƏDƏBİYYAT dərsliyi elmi cəhətdən mükəmməlliyi, dilinin sadəliyi, üslubunun aydınlığı cəhətdən digər dərsliklərdən əsaslı surətdə fərqlənir.Burada sözün kəsərli olması, şagirdləri düçündürə bilməsi üçün konkret addımlar atılması da göz
qabağındadır.Dərslikdə əvvəllər mübahisəli görünən elə məsələlər var ki, müəlliflər cəsarətlə onlara aydınlıq gətirmişlər.Bu cəhətdən "Mirzə Fətəli Axundzadənin(1812-1878) janr və mahiyyət etibarılə DRAMA YAXIN OLAN KOMEDİYALARI" ifadəsi(səh..21) maraqlı görünür. Səhv etmirəmsə,tragekomediya termini (səh.26) də ədəbi dilə son illərin dərsliklərindən gəlib.
176 səhifəlik bu dərsliyin ( Ədəbiyyat, Xİ sinif. Bakı,2012-ci il ) asanlıqla düzəlməsi mümkün olan bir neçə qüsuru var; dərslik yaxşı redaktə olunmayıb, bəlkə də heç redaktə olunmayıb, bəzilərini şəxsən yaxşı müəllim kimi tanıdığım rəyçilərin rəyi (kitabda nə az, nə çox 5 nəfər adlı-sanlı müəllim rəyçi kimi göstərilib. Məncə, rəyçilərin sayını çoxaltmaqdansa, onların məsuliyyət hissini artırmaq daha yaxşı olardı).
Kimin necə başa düşəcəyindən ehtiyatlanmadan deyirəm: mən dərslik siyasətini yaxşı başa düşən 100 müəllimdən birincisi olmasam da , yüzüncüsü də deyiləm. Bu işi hər halda bir müəllimdən yaxşı bilirəm. Mən Mirzə Kazım bəydən bu tərəfə dərsliklərin çoxunu orijinalından oxumuşam.Hal-hazırda Mirzə Kazım bəyin 1839- cu ildə yazdığı "Грамматика турецко-татарского языка" dərsliyinin 175 illiyi haqqında yazdığım məqaləmi tamamlamaq ərəfəsindəyəm. R.Əfəndiyevin "Uşaq bağçası"(İstanbul,1898) dərsliyi haqqında ilk geniş və hərtərəfli yazını mən yazmışam. Cəlal Ünsizadənin "Hesab" dərsliyi ( Tiflis,1884) haqqında türkdilli elmi ictimaiyyətə elmi məlumatı mən çatdırmışam.
Belə ki, mənim dərslik haqqında danışmağa həm səriştəm, həm də elmi yanaşma təcrübəm var.
XI sinfin ƏDƏBİYYAT dərsliyində(Bakı,2012)
düzəldilməsi o qədər də vaxt aparmayan səhvlər
*Ə.Haqverdiyevin ali təhsil sənədi yoxdur. O, qolu sındığına görə Yol Mühəndisləri İnstitutunun birinci kursundan çıxarılıb,Universitetin şərq fakültəsini azad dinləyici sifətilə qurtarıb.(səh.8.)
*Hadidən gətirilən bir misrada bir hərfin bir kobud səhvi var:",,Əsarətdə olur MƏRZ əhali" yox, MƏHV əhali yazılmalıdır.(səh.10)
*F.Köçərli 1868ci ildə yox,1863-cü ildə anadan olub."Təlimi-Sokrat" onun orijinal əsəri deyil, tərcümə əsəridir.
*C.Məmmədquluzadə 1921-ci ilin may ayınadək yox, mayın 24-dək Təbrizdə olub(səh.18).
*C.Məmmədquluzadənin "Azərbaycan" məqaləsi də dərslikdə daha geniş izah olunmalıdır.Burada incələnməli maraqlı məsələlər çoxdur.(səh.24).
*M.Ə.Sabir "Məclis məktəbi"ndə cəmi iki il oxuyub. Onun 1874-1883-cü illərdə Şamaxıdakı "Məclis məktəbi"ndə oxuması real faktlarla uyğun gəlmir.
O, bu məktədə cəmi 2 il təhsil alıb.(Əlbəttə 21 yaşlı Ələkbərin ibtidai sinif şagirdləri ilə oxuması heç bir vəchlə doğru deyil).
QEYD.Bu il Səid Ünsizadənin açdığı, S.Ə.Şirvaninin dərs dediyi, M,Ə.Sabirin dərs öyrəndiyi Şamaxı "Məclis məktəbi"nin 140 yaşı tamam olur.Bu məktəb İsmayıl bəy Qaspralının 1884-cü ildə Ağməsciddə açdığı (S,Ünsizadədən 10 il sonra-N.N.) məktəbdən daha üstün sayılmalıdır. Ağməscidlilər kimi biz də öz işıqlı fikir adamlarımıza layiq olduqları qiyməti verməliyik.
*M.Ə.Sabirin "Hophopnamə"si II dəfə 1913-cü ildə yox,1914-cü ildə nəşr edilib.
*Xəstə adamı fərmanla yox,DƏRMANLA müalicə edərlər. Bu baxımdanM.Ə.Sabirdən gətirilən nümunə işləri korlayıb:"Mərəzi-eşqə nə
tədbir, FƏRMANIN var" yazılışı səhvdir.(səh.32).
*"Səttarxanadır" şeirinin dərc oluna tarixi 20.09.1908-ci il göstərilib.Bu,düzgün deyil;oktyabrda baş verən hadısə haqqında bir ay əvvəl tərifli şeir yazmaq ağlabatan deyil.(səh.41).
* Dərslikdə H.Cavidin 1906-1909-cu illərdə İstanbul Universitetində oxuduğu qeyd olunur.Monitorinq zamanı bu fakt belə izah olundu ki, H.Cavid əslində tam ali təhsilli deyil. Əlbəttə, burada UTANILASI heç bir nəsnə yoxdur.Bunu açıq şəkildə söyləmək lazımdır.(53).Onsuz da Hüseyn Cavid türk dünyasının ən mütəfəkkir insanlarından biridir.
*H.Cavidin "Məndən fələk ayırdı vəfapişə yarımı..." şeirində(səh.55-56) şairin təxəllüsü dərslikdə yazıldığı kimi "Salik "yox, "Arif" dir. "Dəniz tamaşası" şeirində də 3-cü misrada dolaşıqlıq var. (səh.56).
*"Azər" poemasından verilən ilk şeir parçasında da mənaya təsir edən yanlışlıq vardır. "Burada "okşarsan"- "qoşarkən" kimi,"yarın" isə "YARIŞ" kimi verilib.(səh.58).
*Dərslikdə S.Vurğunun "müasir Azərbaycan dilinin banisi" kimi təqdimi barədə düşünmək lazımdır..Bəlkə də bu, A.S.Puşkinə rus ədəbiyyatında verilən qiymətə oxşadılıb(səh.79).
*Azərbaycanda rus-tatar məktəblərinin tarixi 1887-ci ildən başlanır.Yuxarı Salahlı kəndindəki 5 sinifli məktəb T.Mamleyev soyadlı bir tatar tərəfindən yaradılmış adi məktəb idi.(səh.79).
* "Səmədin yaradıcılığında" ifadəsi həmyaşıdlar arasında işlədilə bilər (səh. 82).
*İngilis uşağı "mənim ailəm-my family " deyə bilər,amma azərbaycanlı uşağın "mənim ailəm"deməsi milli mentalitet baxımından düzgün deyil(səh.107).
*Dərslikdə İ.Əfəndiyevin1914-cü ildə Füzulidə anadan olması göstərilir. Halbuki
o vaxt bu yaşayış məkanının adı Qaryagin ( Karyagin) idi (səh.167 ).
*İ.Əfədiyevin "Körpüsalanlar" romanının qəhrəmanı Səriyyə dərslikdə ali təhsilli mühəndis kimi göstərilir. ( səh.169). Halbuki Səriyyə Texnikum bitirib. O, Adillə texnikumda diplom imtahanı verərkən tanış olub.(Adil imtahan komissiyasının üzvü kimi onunla alman dilində söhbət etmişdir.).
***
Hüseyn Cavid 1913-cü ildə Tiflisdə "Şərq" mətbəəsində Keçmiş günlər "adlı bir şeir kitabı çar etdirir. Bu kiabda bir sözün səhv yazılışına görə Hüseyn Cavid oxuculardan üzr istəyir və üzrxahlığını kitabın sonuncu səhifəsində yerləşdirir.
Ədəbiyyat
1.Nizami Cəfərov,İsa Həbibbəyli,Nurlana Əliyeva,Afət Bakıxanova. Ədəbiyyat. Bakı. Çaşıoğlu,2012,176 səh.
2.DUƏK.Hüseyn Cavid,Cəfər Cabbarlı...Seçilmiş əsərlər.Bakı,1990.
3.Cəlil Məmmədquluzadə. Seçilmiş əsərlər. Bakı,1987.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM