- Mahir əla yazır. Ona “5”.
- Yox, ağ eləməyin. Yazır... yaxşı yazır.. “4” vermək olar.
- Kimə deyirsiz? Oxumuşam da...Nə əladır, nə yaxşı. Kafi demək mümkündür. Uzağı “3”.
- Yox, heç biriniz düz demirsiniz. Xoşum gəlmir Mahirin yazılarından. Pis yazır. Yağlı “2”.
- Siz nə danışdığınızı bilirsiniz? Mahirin ümumiyyətlə qələmi yoxdur!- “1”
Sadaladıqlarım nəinki mənə, hər bir kəsə aid edilən, öyrəşdiyimiz “5 ballıq” qiymətləndirmə meyarı, qiymət etalonudur. İstər insanın yazıçılıq qabiliyyətini qiymətləndirək, istər adamlığını, istərsə də hər hansı peşəyə sahibliyini. Hətta pisi də bu meyarlarla dəyərləndirirlər. Əla içəndir, əla gəzəndir, əla rüşvət alandır, əla cibgirdir, əla avtoşdur, qumarda əla sıxır. “Əla”nı (“5”) digər “yaxşı” (4), “kafi” (3), “qeyri kafi” (2) və “bir”lə əvəzləmək də olar. Bu baxır bir insanın digərinə münasibətinə və ya özünün səviyyəsinə, dünyagörüşünə.
Azərbaycanda babat və ortabab sözlərinə daha çox üstünlük verilir. Çünki əla olanda adama göz dəyir. O qədər danışırlar, qır-qır edirlər ki, ya övladı yol qəzası törədib kimisə şilküt edir, narkoman, əyyaş olur, ya qızı boşanıb üstünə qayıdır, ya da vəzifəsini, illər boyu yığdığı var-dövlətini, xətir-hörmətini bir andaca itirir. Bəzən azadlığını da. Ona görə də insanlar çox da gözə girməməyə, babat olmağa üstünlük verirlər.
Haşiyə:
Atam Qabil hər dəfə İsmayıl Şıxlıyla söhbət edəndə:
- İsmayıl müəllim, necəsən?
- Babatam, Qabil.
- Babat yaxşıdır, mirzə. Adam əla olanda göz dəyir. (son)
Deyirlər həyat da bunun üzərində qurulub. “Həyatda nə xalis yaxşı var, nə xalis yaman”. Bunu atamdan eşitmişəm. Mir Cəfər Bağırovdan söhbət düşəndə belə deyərdi.
Dünyadakı səhmdar cəmiyyətlər, ən böyük holdinqlər, şirkətlər orta həddi əsas götürürlər. Səhmlərin 51 faizi kimdə olursa onun da sözü keçərli olur.
Dünyanın bir çox sivil ölkələrində seçki qanunvericiliyi də bunun üzərində qurulub. Əgər namizəd seçicilərindən xeyrinə 50 faiz + 1 səs formatında səs toplaya bilirsə, o da qalib elan olunur.
Ortaq məxrəc anlayışı da ortaq fikrin üstün olduğunu təsdiq edir.
Roma şairi və filosofu Qoratsiyin üzə çıxardığı bu formula latınca “aurea mediokritas” adlanır.
Onu da qeyd edim ki, “ortaq” sözü “orta” sözündən düzəlmədir.
Birinci sinfə gedəndə ilk dəfə qiymətdirilməyə başlamışıq. Bütün dərslərdən “5” alanda əlaçı olmuşuq. “4” alanda yaxşı şagird çağrılmışıq. “3” alanda ortabab olmuşuq. “2” alanda isə sinifdə qalmışıq. Əlaçı olanlarımız “Qızıl medal”a layiq görülüblər. Hətta əvvəllər bir-iki “4”-ü olanlar gümüş medal da alıblarmış.
İndi zəmanə dəyişib. Orta məktəbdə istəyirsən oxu, ya oxuma. Kamal atestatı hökmən alacaqsan. Maraqlıdır, görəsən “2” alanlardan hansı kamilliyi gözləmək olar? Bəlkə Təhsil nazirliyi yenilik edib paralel “Cahillik attestatı” da icad etsin.
Sonra Ali məktəbə sənədlərini verirsən. Ən yuxarı 700 bal toplaya bilərsən. Ən aşağı, dəyişdirilməyən, vahid bal həddi isə göstərilmir. Buna TQDK diliylə keçid balı desələr də, konkurs balı adlandırılsa daha düzgün olar. Ta ki, imtahanlar qurtarır, imtahan test vərəqələri yoxlanılır, ondan sonra məlum olur ki, bəs keçid balını aşağı salmaq lazımdır. Nədir-nədir boş plan yerlər çox qalıb. Sonra da TQDK-yla Təhsil nazirliyi arasında bir informasiya savaşı başlanır. TQDK orta məktəb məzunlarının bilik səviyyəsini, daha doğrusu biliksizliyini ortaya qoyur. Yox bununla mübarizə aparmır. Demir ki, necə eləsəm bu hal gələn il təkrar olunmaya bilər? Sadəcə statistikayla oynayır. Bu azmış kimi əksinə, bəzi ixtisas qruplarında keçid balını da aşağı salmaqla ali məktəblərə, xüsusilə də aşağı səviyyəli, ya səviyyəsiz ali məktəblərə aşağı bilikli, tələbə adına layiq olmayan abituriyentlərin ayaq açmasına rəvac verir. Əlbəttə ki, valideynlərin alqış-dua sədaları altında.
İndi sual edəcəksiniz ki, mən sıravi bir adam 150-200 bal toplayan abituriyentlərin bilik səviyyəsinin aşağı olmasını necə təyin etdim? Fikirlərimi sizinlə də bölüşürəm.
Ən yuxarı bal 700-dür. Gəlin onu yarıya bölək. Edəcək 350. Əgər məzun bu balı toplaya bilibsə, deməli qarşısına qoyulan suallardan yarısına müvəffəq cavab verib. “Kafi”, yəni ki “3”. El dilində desək - pis deyil, yaxşı da deyil, babatdır. Belələrini ortabab abituriyent adlandırmaq olar.
Yaxud da köhnə meyarlarla 700-ü 5-ə bölək. Edəcək 140 bal. Yəni ki, 140 balacan yığdın “1” qiymətə layiqsən, 140 - 280 arası bal topladın qiymətin “2”- qeyri-kafidir, 280- 420 arası bal “3”, 420-600 arası bal isə “4” sayılır. 600-700 bal toplayanlara isə hamımız halal olsun deyirik. O cümlədən prezidentimiz də öz təqaüdü ilə onların bir qrupunu qiymətləndirir.
Hər iki qiymətləndirməmə əsaslansaq TQDK artıq neçə illərdir ki, ali məktəblərə “1”, “2” alan bir qrup abituriyentin qəbul olunmasına şərait yaradırmış. Yəni ki, 700 ballıq test suallarının yarısının yarısına da yox (yarısının yarısı 175 bal edir), beşdə birinə, beşdə ikisinə cavab verənləri də tələbə adına layiq görübmüş. Sadəcə keçid balını aşağı salmaqla. Görəsən niyə? Bəzi institutların qəbul planları TQDK-nın milli maraqlarından üstündürmü? Yoxsa ki , hədəf Təhsil nazirliyini , ümumilikdə təhsilimizi nüfuzdan, gözdən salmaqdan ibarətdir?
Bu mövzulu əvvəlki yazılarımda məmur adlarını hallandırmaqda xeyli fəallıq etmişəm. Amma sonra fikirləşdim ki, bəlkə tənqidi fikirlərimlə yanaşı bir sadə vətəndaş kimi öz fikirlərimi də ortaya qoyum. Axı, əsas mexanizmin qurulmasıdır. Ola bilsin ki, işlərinə yaradı.
Bu mənim təkliflərimdir. Özəl fikirlərimdir. Əgər müstəqillik qazandıqdan 24 il sonra təhsilin bütün sahələrində nəyəsə nail olmaq istəyiriksə məncə bunlardan başlasaq yaxşı olar. Cəmiyyətdə biliklinin, savadlının yeri də bilinər, qiyməti də... Ən əsası isə Təhsil naziriliyi ilə TQDK bir olsa dağı yerindən oynadar. Əlbəttə ki, ayrı-ayrı müstəqil qurumlar qalmaq şərtiylə.
LƏTİFƏLƏR
Ali məktəbə daxil olanlar auditoriyada ilk dərslərinə yığışırlar. Bir-biriylə tanış olurlar:
- Sən qəbul imtahanından neçə bal toplamısan?
- 600. Bəs sən?
- Mən isə 151.
- Nə böyük fərqimiz var?
- Nə fərqimiz var ki? İkimiz də tələbəyik.
***
- Ay bala, niyə oxumursan? 670 bal toplamısan e instituta girəndə. İndi isə üçü güclə alırsan.
- Ata, 670 balı toplamaq üçün düz beş il altı müəllim yanına getdim. Söz də verdin ki, instituta girsəm maşın alacaqsan. Mən də çalışdım sözümü tutdum. Sən də çox sağ ol. İki dənə də qurban kəsdiniz. İndi də müəllim tut, mükafat kimi maşın, ev söz ver . Gör necə oxuyuram. Bir şərtlə semestr imtahanlarını TQDK aparsın.
***
- Deyirlər bu il Azərbaycanda geydirmə ali məktəblər bağlanacaq.
- Hardan bildin?
- TQDK keçid balını 450-yə qaldırıb.
- Aaaa... yazıq analar. Bəs qızlarına nə cehiz verəcəklər? Toyda oğlan evindən aldıqları “Başlığ”ın da qiyməti düşəcək.
***
- Deyirlər QAİ balları yığışdırıb.
- Niyə?
- Bal sürücülər arasında şəkər xəstəliyinin artmasına səbəb olurmuş.
- Onda tələbələrə maşallah olsun. Bütün günü Baloniya istehsalı olan bal toplayırlar. Nə şəkərləri qalxır, nə də komaya düşürlər.
Strategiya.az
15 ilin söhbəti olar... Mahir, bir lətifə var e... eşitmisən?
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM