Dünyaya səpələnmiş Ünsizadələr və yaxud Ünsizadələrin nəsil şəcərəsi, soy ağacı

10:31 / 19.10.2016

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının Əməkdar müəllimi

  Bu yaxınlarda mənə xəbər verdilər ki, oktyabrın 10-11-də Bakıda Azərbaycan Respublikası Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunda mühacirət ədəbiyyatına aid elmi konfrans keçiriləcəkdir. Paytaxtdan uzaqlarda olduğum üçün gözlədiyim məclisə gedə bilmədim. Ancaq burada 19-cu əsrin 80-ci ilərindən başlayaraq Türkiyədə mühacir həyatı yaşamış Ünsizadələr haqqında  söhbət açılıb-açılmayacağı ilə maraqlandım. Bəlkə də kuliarlarda söhbət olub, amma gündəlikdə bu məsələ yox imiş.
   Bu da təbiidir. Belə ki,bəzi ədəbiyyatşünaslar Türkiədə yaşayıb-yaradan söz ustalarımızın yaradıcılığını mühacirət ədəbiyyatına aid etmirlər. Bununla razılaşmaq olar. Türkiyə həmişə babalarımızın üz tutduqları müqəddəs məkan olub. İndi də Türkiyəyə üz tutanların, burada təhsil alan, ali məktəblərdə dərs deyən azərbaycanlı gənclərimizin sayı getdikcə artır.
  Türkiyə ilə Azərbaycan arasında elmi, mədəni və iqtisadi əməkdaşlığın kökləri bir neçə əsr bundan əvvələ gedib çatsa da, XIX əsrin II yarısında  daha geniş vüsət alır. M.F.Axundzadə, H.Zərdabi (Məlikzadə), Səid əfəndi Ünsizadə, Rəşid bəy Əfəndizadə, Şəkili Şahin əfəndi və başqaları Azərbaycan- Türkiyə münasibətlərinin formalaşmasında əhəmiyyətli işlər görmüşlər. Bu, geniş mövzudur.
   
Mən Azərbaycan və Türkiyədə formalaşan ədəbi və mədəni əlaqələr, maarifçilik ideyalarının yayılmasının bəzi məqamları haqqında  30-dan çox məqalə, onlarla şərh yazıb türk oxucularına  ünvanlamışam. Burada əsas yeri Türkiyədə çap olunmuş ilk Azərbaycan dərslikləri, pedaqoji mətbuat tariximizin Türkiyə ilə ilgili məqamları, Azərbaycan kökənli, Azərbaycan əsilli Abdulbaki Gölpınarlının həyatı və yaradıcılığı kimi məsələlərə xüsusi diqqət verilmişdir. 
  Azərbaycan və Türkiyə  arasında geniş və hərtərəfli elmi və mədəni əlaqələr yaradan maarifçilərimizdən biri Hacı Səid Əfəndi Ünsizadədir. Səid Ünsizadə əslən şamaxılıdır. Atası Əbdürrəhman Əfəndi dövrünün adlı-sanlı işıqlı fikir adamlarından biri idi. Onun "Ünsi" təxəllüsü ilə şeirlər yazması da məlumdur. Əbdürrəhman Əfəndinin üç öğlu var idi: Səid, Cəlal və Kamal. Hər üç qardaşın mətbuat tariximizdə özünə məxsus yeri vardır. Səid Ünsizadə milli mətbuatımızın formalaşmasında H.Zərdabidən sonra ən  mötəbər yeri tutmuş, 1879-1884-cü illərdə Tiflisdə "Ziya" adlı həftəlik qəzet çap etdirmişdir. Əvvəllər "Ziya"nın çıxarılmsına kömək edən Cəlal Əfəndi 1883-cü il yanvarın 31-də "Kəşkül" adlı jurnalın nəşrinə başlayır."Kəşkül" bir ildən sonra qəzet formatında çıxır.
 Ünsizadə qardaşlarının Tiflisdə gördükləri maarifçilik fəaliyyəti çoxlarını qıcıqlandırırdı. Onların əleyhinə yönələn kompaniyada həm bəzi dövlət məmurları, həm də özünü dost kimi göstərən köhnə tanışlar da var idi. Səid Ünsizadə  Zaqafqaziya Əhli-Təsənni Ruhani İdarəsinin maarif məsələlərinə baxan üzvü olsa da, geniş pedaqoji fəaliyyət göstərirdi. Onu Tiflisdəki Ali Pedaqoji məktəblıərin birinə dərs deməyı dəvət etmişdilər. S.Ünsizadənin şəxsi daş basmaxanası (litoqrafiyası) var idi. Litqrafiya üsulu ilə basılan kitabların mütaliəsinin çətinliyini hiss edən S.Ünsizadə öz şəxsi vəsaiti hesabına bir müddətdən sonra Tiflisdə avadanlıqları İstanbuldan gətirilən Azərbaycan dilli mətbəə açır və burada kitab çapına geniş yer verilir.
  S.Ünsizadə dövrünün ən  çox oxunan publisisti idi. Onun yazılarının əksəriyyəti məktəb və maarif məsələlərinə, təlim və tərbiyənin inkişaf etdirilməsinə həsr edilmişdir. S.Ünsizadə mətbuat dilinə sadəlik və gözəllik gərirən  söz ustalarından idi. O, ana dili ilə yanaşı, fars, ərəb və rus dillərində də yazmağı bacarsa da, üstünlüyü  düşündüyü dilə-Azərbaycan dilinə verirdi.
  S.Ünsizadə yazılarının birində şəxsi mətbəəsində çap etdyi qəzetdən maddi qazanc götürmədiyini yazır, başqa yerdən qazandıqlarını qəzet  çapına yönəltdiyini xüsusilə vurğulayırdı. Başqa yer deyəndə, o, çox güman ki, yazdığı dərslik və risalərin çapını, eləcə də Ruhani İdarəsinin üzvü kimi aldığı yüksək maaşı nəzərdə tuturdu. S.Ünsidadə iki dərsliyin, bir neçə risalənin müəllifidir. "Həyat" qəzetinin 5 iyul 1905-ci il tarixli 21-ci nömrəsində dərc olunan nekroloqdan öyrənirik ki, Səid Ünsizadə QURANın türk dilinə təfsirini yazmışdır.
  S.Ünsizadə "Kəlilə və Dimnə"dən ("Hümayünnamə"dən-N.N.) tərcümə etdiyi bir neçə hekayəni "Ziyayi-Qafqasiyyə" qəzetində dərc etmişdir. 
    S.Ünsizadənin qohumlarından birinin dediyinə görə, onların ailə arxivindəki bir əlyazma sənədində Səid Ünsizadənin Şamaxı və onun ətrafında kifayət qədər malı, mülkü olduğu qeyd olunmuşdur. 
  Səid Ünsizadə dostluq etməyi bacaran ziyalılardan idi. Onun Bakı qubernatoru  D.Staroselski ilə dostluq münasibətləri Azərbaycanın maarif və mədəniyyət tarixi üçün faydalı və gərəkli olmuşdur. S.Ünsizadə 1870-ci illərin sonlarında Şamaxı qazısı vəzifəsində işləyərkən məhz Bakı qubernatorunun tövsiyə və təqdimatı ilə Tiflisə ruhani idarələrinin fəaliyyətini yoxlamağa göndərilmişdi. Sonralar D.Staroselski Tiflisdə yüksək dövlət qulluğunda işləyərkən, çox güman ki, onların işgüzarlıq əlaqələri daha da genişlənmişdir.
  Bugünkü araşdırmalar sübut edir ki, S.Ünsizadə Tiflisə adi yoxlamadan daha çox daimi işləməyə göndərilmişdir. S.Ünsizadə Tiflisə ezamiyyətə göndərilləndə Zaqafqaziya müftisi şamaxılı Əbdülhəmid Əfəndi Mustafa Əfəndi oğlu Əfəndizadə idi. Ə.M.Əfəndizadə də Tiflisə Şamaxı qazısı vəzifəsindən getmişdi. Ə.M.Əfəndizadə Şərq ədəbiyyatı, islam məfkurəsi bilicisi idi. O, M.F.Axundzadənin yaxın dostlarından biri kimi tanınırdı. M.F.Axundzadə o vaxtlar Brüsseldə oxuyan oğlu Rəşidə göndərdiyi məktublarda  ona şeyxülislam Əhməd Hüseynzadədən və müfti Ə.Əfəndizadədən salam göndərirdi. 1881-ci ilin dekabrında müfti Ə.M.Əfəndizadə beyninə qan sızması nəticəsində dünyasını dəyişir.S.Ünsizadə təziyyə məsələləri ilə məşğul olduğu üçün həftəlik "Ziya" qəzetinin bir nömrəsi vaxtında çıxmır. Müftilik vəzifəsi uğrunda açıq və gizli mübarizə gedir. Çoxları Səid Ünsizadənin müfti  oacağını güman edir, hətta "Qafqaz" qəzetində bu fikir daha çox qabardılırdı.   Özünü müfti vəzifəsində görmək istəyənlərdən biri də Zaqafqaziya Əhli-Təsənni İdarəsinin üzvü Molla Abbas Məhəmmədzadə idi. O, himayədarlarının, o cümlədən Qafqaz rəhbərliyində dini məsələlərə cavabdeh şəxs olan A.P.Berjenin təqdimatı ilə 2 il müftilik vəzifəsi icra edir. 1884-cü ilin yanvarında heç kəsin gözləmədiyi şəxs -Hüseyn Əfəndi Qayıbov Qori Müəllimlər Seminariyasındakı müəllimlik işindən ayrılaraq müftilik vəzifəsinə gətirilir. H.Qayıbov Qoridəki müəllimlik vəzifəsindən əvvəl Zaqafqaziya Əhli-Təsənni İdarəsində katib köməkçisi və daha sonralar katib işləmişdi. Müftiliyə real namizəd olan S.Ünsizadə Şamaxı qazısı təyin olunmaq adı ilə Tiflisdən uzaqlaşdırılır. S.Ünsizadə "Ziya"nın redaktorluğunu özündə saxlasa da, qəzetin çap işinə nəzarəti damadı (kürəkəni)  İsmayı bəy Şilyanskiyə tapşırır. 1884-cü ildə Tiflisdə son 11 nömrəsi çıxır. Yeri gəmişkən qeyd edək ki, İ.Şilyanski hüquqşunasdır. Onun soyadının Azərbaycanın Şilyan adlı kəndlərinin biri, çox güman ki, Kürdəmirin Şilyan kəndinin adından götürüldüyü ehtimal olunur. Belə ki, indinin özündə Kürdəmirdə Səid Ünsizadənin qohum-əqrəbalarından yaşayanlar çoxdur.  

  1884-cü ilin əvvəllərində Şamaxıya dini vəzifəyə qayıdan Səid Ünsizadə burada geniş maarifçilik işlərini davam etdirir. Onun buradakı xidmətləri haqqında ən mötəbəır mənbə dostu S.Ə.Şirvaninin yasdığı iri həcmli bir qəsidədə öz əksini tapmışdır.Həmin qəsidə "Ziyayi-Qafqasiyyə" qəzetində dərc olunandan sonra S.Ünsizadənin əleyhinə bədxaharının hücumu başlayır, onun qazı kimi fəaliyyətinə kölgə salmaq istəyənlərin sayı çoxalır.Arxiv sənədlərini diqqətləı oxuyanda bu yazışmaların  bacarıqlı bir təşkilatçısı olması fikri ortaya çıxır.Maraqlı burasındadır ki,dövlət məmurları, o cümlədən Bakı qubernatoru S.Ünsizadəninin fəaliyyətində heç bir gölgəli məsələ olmadığını  yazılı 
şəkildə ölkə rəhbərliyinə çatdırırlar. Yöndəmsiz yazışmalardan təngə gələn S.Ünsizadə öz ərizəsi ilə tutduğu vəzifədən çıxır. 1890-cı ildə o, 1884-cü ilin iyununda  nəşri əsassız yerə dayandırılan  "Ziyayi-Qafqasiyyə" qəzetinin nəşrini jenidən bərpa etmək istəs də, icazə ala bilmir. Ətrafındakı hadisələrdən rəncidə olan   Səid Ünsizadənin İstanbul həyatı başlayır. O, Türkiyədə üç dəfə maarif naziri olan Münif Əfəndinin köməyi ilə təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olur.İki ildən sonra  qardaçı Cəlal Ünsizadə də   Tiflisdən İstanbula köçür.Təkcə kiçik qardaş Kamal Əfəndi  ailəsi və qohum -əqrəbaları ilə birlikdə Bakıda yaşamağa üstünlük verir. O,uzun müddət burada sistemsiz şəkildə "Məzhər" adlı qəzet çıxarır, 1906-ci ilin yanvarında yaradılmış Qafqaz Xeyriyyə Cəmiyyətinin üzvü kimi fəaliyyətini davam etdirir.
  Ünsizadələrin çoxu  Azərbaycanda özlərinə yer tapa bilmirlər. Onlar Ağsu,Kürdəmir, Göyçay, Gəncə, eləcə də Ukraynanın,Belorusun,Rusiyanın,Türkiyənin yaşayış üçün  onların maarifçilik fəaiyyəti yararlı olan yerlərinə  səpələnirlər. Türkiyəyə köçənlər  Türkiyənin 1934-cü il Soyadı Qanununa görə soyadlarını dəyişməli olurlar. Bu soy adı dəyişmə kampaniyası  Ünsizadələrlə sonrakı əlaqələri çətinləşdirir.
   Türkiyədə yaşayan Ünsizadələrin   ən çox  İstanbuldakı Şirvanlılar məhəlləsində məskunlaşırlar. Bəzi mənbələrdə Amerika qitəsinə üz tutan Ünsizadələrdən də söz açılır.
  Keçmiş SSRİ məkanında Ukraynada yaşayan Ünsizadələrdən  daha çöx xəbərlər gəlirdi.Bu xəbərlərin çoxu ixtisasca topoqraf olan Mustafa Ünsizadə ilə ilgilidir.  Batum,Simferopol,Odessa və sankt-Peterburq ilə ilgili tədris və işgüzar səfərləri olsa da, Mustafa Ünsizadə Bakıda yaşamağa üstünlük vermişdir.Onun bir oğlu- Ədhəm Xəzər Gəmicilik İdarəsini təchizat şöbəsində işləyirdi. O,Bakıda Həsənoğlu küçəsində yaşayırdi. Əli adlı oğlu haqqında məlumatım yoxdur. Mustafa kişinin oğlu Çingiz hərbi həkim idi Zığ hərbi çəhərciyində işləyir və beşmərtəbəli 41 nömrəli evin 35-ci mənzilində yaşayırdı.Bir neçə ildir ki,ailəsi ilə Bakıdan ,səhv etmirəmsə, Pyatiqorski şəhərinə köçmüş və  burada dünyasını dəyişmişdir. Deyilənə görə, övladları orada yaşayırlar.Ünsizadələrin mən tanıdığım bir münmayəndəsi Elmira Mustafa qızı  Səmədova   köhnə univermağın yaxınlığıında  LEÇKOMİSSİYA adı ilə tanınan  poliklinikada  terapevt işləyirdi.Onunla 1990-cı illərin əvvəllərində ünsiyyət qurmışdum.Sonralar CƏNCLİKdəki evlırini dəyişdiklərinə görə telefon əlaqələrimiz kəsildi. Nəvəsi Zaur Səmədovun dediyinə görə bir neçə ildir ki,həyatını dəyişib.
   Bu yaxınlarda internet səhifələrindən Ünsizadələri iki nümayəndisin soyadına rast gəldim.Onlardan biri Leninqrad vilayətinin Qatçina şəhıərindəki Dövlət İqtisad,Maliyyə,Hüquq və Texnologiya İnstitutunun (ГИЭФПТ-бывщий ЛОИЭФ) 
hazırlıq şöbəsinin dekanı, qəbul komissiyasının məsul katibi Olqa İvanovna Ünsi-zadədir. 08.08 1956-cı il təvəllüdlüdür. (Tel. (81371) 41321. Onun haqqında bəzi məlumatları və fotoşəklini oxuculara ünvanlayıram. 1937-ci ilin xovfundan Olqa İvanovna Ünsizadələr ilə qohumluğunu dana bilər.
  Digər Ünsizadənin - Ünsizadə Natalya Vladimirovnanın sorağı Belorusdan gəlir. O, oxuculara 2014-cü ildə kirayə haqqını vaxtında ödəyənlərin müsabiqə qalibi kimi təqdim olunur.
                                   ***
  Dünyaya səpələnən Ünsizadələr ...Ümummilli liderimiz Heydər Əliyevin 18 iyun 2001-ci ildə imzaladığı Sərəncamda görkəmli ziyalı Səid Əfəndi Ünsizadənin (1825, Şamaxı- 1905, İstanbul) maarifçilik fəaliyyətinə verdiyi yüksək qiymət bizi mədəni irsimizə qayğı ilə sevgini daha artırmağa çağırır. Maarifçilik həyatımızda xüsusi yeri olan Ünsizadələrin həyatını dərindən öyrənmək  təlim və tərbiyə işində hələ də qaranlıqda qalan bir sıra məsələlərin işıqlandırılmasına yol göstərə bilər.


 
 

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM