Küçədə bir tanışımla rastlaşıram:
* Ay Mamed (ad şərtidir), filankəsi niyə gözünçıxdıya salmısınız? Nədir, nədir böyük vəzifədə işləyən qaynatasını işdən çıxarıblar?
* Doğrudan? Mənim heç xəbərim yoxdur. İşə bax e... Orda işləyən mən fil qulağında yatmışam. Bu barədə xəbəri mənə kənardan verirlər.
Hər yerdə belədir. İşlədiyin yerdə – istər nazirlik, komitə olsun, istərsə də xırda bir idarə – kənardan hər şey çox yaxşı görünür. Özü də ki, ağ, qırmızı, göy, sarı yaşıl kimi xoşagələn rənglər nəzərə çarpmır. Qara rəng gözü deşir. Lap xırda, nöqtə boyda olsa belə. Bəlkə də elə qaranı özümüz axtarırıq: Mirzə Ələkbər Sabirin “Fəxriyyə” başlığı ilə vəsf elədiyi azərbaycanlıların nəvə-nəticələri deyilikmi?
Zülmətsevər insanlarız üç-beş yaşımızdan,
Fitnə göyərir torpağımızdan, daşımızdan,
AzTV-ni izləmək isə lap asandır. İstəyirsən Aranda ol, ya da Turanda. Biz keçmiş işçilər baxanda hər şeyi aydın görürük.
Bu dəqiqə qulağım səsdədir. Yox. Elə bilməyin ki, AzTV-nin 60 illiyi münasibətilə fərqlənən işçilərin qiymətləndirilməsini gözləyirəm. Ki, zəng edib ad alan həmkarlarımı təbrik edim. Birdən bu barədə sərəncam olmasa... Onda heyfslənəcəm: “Bax, bütün günü işləyirsiniz, çalışırsınız, gözünüz nuru gedib, radiasiya qazanırsınız. Gecəylə gündüz, ailə-uşaq nədi bilmirsiniz. Ürəyinizi qoyursunuz verilişlərə. Heç pul mükafatı da yazmayıblar. Bu da axırı. Hansısa teatrda yubiley tədbiri-konsert. 60 yaşınız mübarək! Quruca təbrik”.
Mahir, başlama demaqoqluğa. Sən başlıqda qoyduğun suala cavab ver: “AzTV nədir?” AzTV böyük bir ailədir. İstəyirsən ordan çıx və ya çıxartsınlar. “Ordan işdən çıxmırlar, ayrılırlar” desəm lap yerinə düşər. Gözün yenə də orda qalır. Lap qıraqda milyonlar qazansan da... Lap ordan yüz qat artıq bir vəzifədə çalışsan da... Çünki çox doğma bir ailə mühiti var orda. İstəyir sədr yaxşı olsun, yaxud da pis, çörəkkəsən, xəsis. Amma mən ora təzə işə düzələndə köhnə işçilərin çoxu AzTV-ni ailə yox, bataqlıq adlandırırdılar.
Mən də 11 il bu ailənin üzvü olmuşam. İşdən çıxmamışam, öz təbirimcə desəm, “ayrılmışam”. AzTV-nin uğurlarına saymıram. Bunu dilə gətirmirəm də...
HAŞİYƏ: Gürcüstan müstəqillik qazanandan sonra, başqa dövlətlərdə olduğu kimi burda da dispor təşkilatları yaranmağa başlayır. Hər ölkəyə səfəri zamanı diaspora nümayəndələri ilə görüşən, öz məsləhətlərini verən Ümummilli lider Heydər Əliyev Gürcüstana səfəri zamanı bu cür görüş keçirmir. Səbəbini isə belə açıqlayır: “Azərbaycanlılar Gürcüstanın aborigen əhalisidir. Diaspora deyillər” (SON)
Çünki kökü dərinlərə gedən televiziyadır. Uğursuzluq bu ada yad bir sözdür. Baxmayaraq ki, keçmiş iş yoldaşım Sadıq Elcanlı mənə “Mahir, “525-ci qəzet”də AzTV-ylə bağlı silsilə məqalələrim gedir. İstəsən, oxuyarsan.” deyəndə, bir az maraqlı gəldi. Amma tapıb oxumadım.
HAŞİYƏ: Yəqin yadınızda olar. “KVN-Parni iz Baku” komandasının tamaşalarının birində belə bir səhnəcik var. Deməli Prezident Heydər Əliyev Moskvaya rəsmi səfərə gedir. Prezident Putin rəsmi görüşdən sonra hörmətli qonağı Kremllə tanış etmək istəyir. Heydər Əliyev də ona belə cavab verir: “Tı komu Kreml pokazıvaeş?” (SON)
İndi lətifəsi Sadıq Elcanlıya yaraşan: “Sadıq müəllim, sən AzTV-ni kimə tanıtdırırsan?” Görünən dağa nə bələdçi? Nə qədər tərifləsək də, gileylənsək də, tənqid eləsək də, pisləsək də, sədrinə qarğışlar yağdırsaq da... AzTV bizimdir. Bizim doğma evimizdir. Ailəmizdir. Biz də onun üzvləri. “Biz” deyəndə, təkcə orda işləyənlər və ya ordan ayrılanları nəzərdə tutmuram. AzTV hamınındır. Böyük Heydər Əliyev demişkən: “AzTV xalqımızın milli sərvətidir”. Azərbaycanda lap 100 kanal olsun. Özləri də yaxşı bilirlər ki, AzTV-yə çata bilməzlər. Mümkünsüzdür. Baxımlı ola bilərlər. Lap yüz dəfə artıq baxımlı ola bilərlər. Bu gün mənim bu sözümün əleyhinə də çıxıb, öz özəl televiziyalarını dünyanın başına da qaldıra bilərlər. Amma sabah o şəxslərə desələr ki, “AzTV-yə sədr, sədr müavini, baş redaktor, adi aparıcı qoyuruq səni...” qaça-qaça yox, iməkləyə-iməkləyə gedərlər, gedirlər də... Pisdirsə, niyə gedirsiniz?
AzTV-ni böyük həmkarım Qulu Məhərrəmlisayağı tənqid edənləri də alqışlayıram. Bu olmalıdır. AzTV-yə rəhbərlik edənlər və ya orda işləyənlər yaxşı bilməlidirlər ki, qıraqdan onlara bir ictimai nəzarət var. Onların verilişlərini, fəaliyyətlərini, sonsuz təmir işlərini görən, analiz edən və bunu yazmaqdan qorxmayan insanlar da var. Hətta onların lap xırda vəzifəsinə göz dikənlər də var. Bu onları ruhdan salmamalı, əksinə öz məsuliyyətlərini artırmağa, yeni-yeni gözəl verilişlər yaratmağa ruhlandırmalıdır. Yazılanlara təhqir kimi qiymət verib, onu Cinayət Məcəlləsi səviyyəsinə qaldırmağı isə səmimi qəbul etmirəm. O vaxt mətbuatda
AzTV-ni “telekanalizasiya”, KVN-də “Xəbərlər”i “Xərəblər” deyə adlandıranda səslərini niyə çıxartmırdılar? Niyə məhkəməyə müraciət etmirdilər?
AzTV abreviaturasının əvvəlinə “ən baxımlı kanal”, “ən gözəl kanal”, “1 nömrəli kanal” ifadələrini artırmaq təhqir olardı. Sadəcə AzTV . Çünki onu hamı belə tanıyır. O bizim son 60 illik həyatımızın yaxın dostudur.O, Azərbaycanımızın son 60 illik tarixinin sirdaşı, yaddaşıdır.
Bu gün bəlkə də yeganə kanaldır ki, (İTV də) ona baxanda nə şoka düşürsən, nə də dilinin altına validol qoyursan. Ümumilikdə götürəndə isə bütün televiziyalar onlara rəhbərlik edənlərin zövqünün təzahürüdür. Burda “uşaq evin güzgüsüdür” misalı lap yerinə düşür.
Mən AzTV-dən çox şey gözləyirəm. İstəyirəm ki, özünün xüsusi avadanlıqlar quraşdırılmış vertolyotları olsun. Əvvəllər olduğu kimi, tanınmış “sifət”ləri çox olsun. Yəni ki, tamaşaçı leyblsız belə, aparıcıya baxanda bilsin ki, AzTV-ni açıb. Dublyajın səviyyəsi yüksəlsin. Əmək müqaviləsində göstərilən zaman həddi aradan qaldırılsın. Çünki jurnalistsiz, rejissorsuz, operatorsuz, texniki heyətsiz televiziyanı təsəvvür etmək mümkünsüzdür. Bu peşə, sənət sahibləri koçeqar – qazanxanaçı deyil ki, yalnız qış vaxtı işləməyə gəlsin və onunla da müddətli əmək müqaviləsi bağlansın. Düzdü, Əmək müqaviləsi bağlanmalıdır. Yalnız öhdəlik baxımından, müddət yox. Bu yanlış bənd işçini işdən çıxarılmaq qorxusu altında saxlamaqdan başqa bir şey deyil. Özü də ki, yaradıcı işçini...
Arzu edirəm ki, AzTV-nin barında yenə pivə-araq satılsın. İşçilərin “Ceyran, bir çaynik çay gətir” sədaları eşidilsin. Kimsə çəkilişdən qayıdıb, “həm də çəkilişdən qayıdıb” həmin gün çörək qazanmayan dostlarını pomidor-yumurta çığırtmasına, yaxud da barmen İlham Səfərovun sosiskalarına qonaq etsin. Montajnılardan toy kassetlərinin “Vağzalı” sədası eşidilsin. Operatorlar müxbirlərə “Burda əsas mənəm. Mən çəkməsəm sən nəyi efirə verəcəksən” deyə xoruzlansınlar. Esmiranın “Kamera yoxdur”, Yeraz və ya buzovnalı Novruzun “Maşın yoxdur” qışqırığı aləmi götürsün. Sədrlə müavini həyətdə dayanan şəxsi maşınlara tamaşa edib, işçilərinin qazandıları pulun gözəyarı miqdarını müəyyən edib başlarını bulasınlar. Yox. Deyəsən bu arzu olmadı. Sadəcə nostalji hisslər.
Yuxarıda qeyd etmişdim ki, bəs qulağım səsdədir. İndi səbəbini açıqlayım. Arzu edirəm ki, mətbuatımız Televiziyamızın 60, radiomuzun 90 illik yubiley günlərində yazı, məqalə atəşinə tutulsun. Bu məkanın nə qədər qocaman və gənc jurnalisti var e... hərəsi 3-4 xatirə və foto paylaşsa sizcə necə olar? Məncə əla. Düzdür qocaman rejissor Vasif Babayev Feysbukda qan eyləyir. Amma, təkcə 20
Yanvar hadisələrindən sonra yaşadıqlarını, çəkdikləri zülmü qələmə alsa... Ay həmkarlar, AzTV-nin tarixini yazmaq sizlik, bizlikdir.
Sonda hamını, lap sədrimiz Arif Alışanovu da bayramımız, yubileyimiz münasibətilə təbrik edirəm. O vaxt Nizami Xudiyev haqqında “Çörəkverən sədr” adlı yazı yazmışdım. O gün olsun ki, bugünkü AzTV-çilər də öz rəhbərləri haqqında nəvaxtsa “Səxavətli, əliaçıq, çörəkverən sədr – Arif Alışanov” başlıqlı yazılar yazsınlar. Arzu edirəm ki, AzTV-də pensiya yaş həddi 75-ə qaldırılsın. Çünki AzTV ailədir. Ailədə qocalanı “Qocalar evi”nə göndərən övladlara ...... deyirlər. Bir daha TƏBRİKLƏR! TƏBRİKLƏR! TƏBRİKLƏR!
Strategiya.az
15 ilin söhbəti olar... Mahir, bir lətifə var e... eşitmisən?
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM