Otuz doqquz ildən sonra yazılan məktubun təəssüratı

10:01 / 18.04.2014

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının Əməkdar müəllimi

 Çoxdandır məktub almırdım. Əslində movil telefonlar çoxdandır ki, məktubu öldürüb.Telefonun düymələrini tıklayan kimi  cibində telefonu olan babanı da eşidirsən, nənəni də. Hələ görüntülü telefonu  (SKУPE)  demirəm. Qonşumuz 93 yaşlı Tubu xala  Moskvadakı oğlu ilə hər gün "ВРЕМЯ" vaxtı SKYPE ilə danışır.Tubu xala diqqətlə Moskvadakı kiçik oflunun -55 yaşlı oğlunun evinin  hər tərəfinə  nəzarət edir, Bakıdan Moskvaya göstəriş verir.Oğlunun danışığı və təbəssümü  Tubu xalanın  xoşuna gəlməyəndə onu  dilə tutur ki, geriyə-Bakıya  qayıtsın.
  Nə isə... İndiki halda bu telefon ki var, heç yana qaça bilməzsən;Tubu xala harada olsan, səni tapacaq.
  Ağıl, dərrakə, mədəniyyət baxımından Azərbaycan dünyanın ən böyük ölkələrindən biri olsa da, ünsiyyət məsafəsi baxımından  kiçik ölkədir; bu başdan o biri başa 1-2 saatlıq  uçuş yolu var. Mənə elə gəlir ki, şəxsi təyyarələr artdıqca Bakı ilə Lənkəran, Qazax, Zaqatala, Xudat  arasındakı yol indi Bakıdan Biləcəriyə getmək  misalında olacaq.
 Bu uzun-uzadı girişi elə-belə yazmıram.
 Əməkdaşımız iş yerində mənə bir məktub verdi.Təəccübləndim. Bəli, çoxdandır ki, məktub almırdım.Açmaq istəmirdim; dedim, bəlkə Hovruzəlinin səhv saldığı məktublardandır. Açdım. Məktub  ünvanına düz çatmışdı. Səliqə ilə açdım ki, lazım gəlsə,yapışdırıb geriyə yollayım.

     "Salam,Nazim müəllim!
     Uzun müddətli axtarışdan sonra sizi "Təhsil" jurnalının  səhifələrindən birində tapdım".

(Cümlədəki beçinci sözü "səni" də oxumaq olardı, "sizi"  də. Xətləri müqayisə edəndən sonra  gördüm, yox, "sizi"dir.  Bəlkə də bu, yaxşı xasiyyət deyil, amma sözləri mənalandırmaq, incələmək, çözələmək  mənim köhnə adətimdir.Mən yazıda səhv axtarmıram, səhv özü məni tapır).
  
 Sonrakı cümlə: "Uğurlarınıza çox sevindim. Amma baxan kimi tanıdım.... 

   ("Uğur" deyəndə oxuduğu yazılarıma işarəni başa düşdüm. Ay qardaş, sən hansı uğurdan danışırsan? Mənimlə akademiyada oxuyanların çoxu akademikdir, elmlər doktoru, professordur, sən məni, necə deyərlər, Səməndər Rzayev demişkən,  ... ilə təbrik edirsən. Nə olar, canın cağ olsun. 
   Qardaş, beş ildir ki, sanballı beş kitab çıxarmaq istəyirəm, hələ  birini də çıxara bilməmişəm.Hazır qovluqları qoltuğuna vurub mətbəəyə getmək istəyəndə elə nəsnələrlə qarşılaşırsan ki, bir anda bütün planlar dəyişir).


   Tanıdım, Məmməd,tanıdım.

   Ağstafanın Tatlı kənd sakini  Məmmədov Məmməd Qara oğlu mənə 40 il bundan əvvəlin fəhlə həyatını xatırladırdı. Leytenant Şmidt adına neft maşınqayırma zavodunda işləyirdim.Fəhlə işləyə-işləyə o vaxtın yeganə universitetində qiyabi oxuyurdum,evim yox idi, yataqxanada qalırdım. Əslində Bakıda evimiz var idi. Atam onu hökumətə təhvil verib,təyinatla işləməyə getmişdi. Sonradan Solntsev küçəsindəki o birotaqlı mənzili geri almaq da müşkülə çevrilmişdi.

   Kim nə deyir desin, yataqxana həyatı mənə çox nəsnələri öyrətmişdi:  yaxşını da, pisi də. Yaxşılar daha çox idi. Burada pis deyəndə mən  fəhlələrin bir -birinə elmə ,təhsilə görə paxıllığını nəzərdə tuturam.
  1966-cı ildə bir otaqdan(otağın nömrəsi, səhv emirəmsə, 51 idi ) 3 nəfər yüksək balla  universitetin  hüquq fakültəsinə  daxil olmuşdu: Seyfulla, Həsənağa, bir də naxçıvanlı  Zeynalov (adını unutmuşam).Başqa uşaqlar da bəhsəbəs ali məktəblərə hazırlaşırdılar.  fəhlələr dörmərtəbəli 150 otaqlı yataqxananın 120 otağında məskunlaşmışdılar,30 otaq inzibati məqsədli idi.
    Məmmədgil 112-ci otaqda yaşayırdılar:Allazov Vaqif,  Tahir, səhv etmirəmsə bir də Kamil. Vaqif ADU-nun tarıx fakültəsini qurtardı,arada rastlaşırıq,indi böyük bizneslə məşğul olur.Universitetə qəbul olanda  kimyaçı Ramiz ondan bir qonaqlıq qoparmışdı.Gürcüstanlı Tahirlə,qubalı Kamil pedaqoji institutun ümumtexniki fənlər fakültəsini bitirdilər. Tahir indi Bakıda-Zərifə Əliyeva adına məktəbdə müəllim iləyir.Zavodda iri bir istehsalat sahəsinin rəhbəri olan Kamil indi başqa sahənin mütəxəssisidir. Demək olar ki, hər gün həyətdə də, metroda da rastlaşırıq.
    Hə, Məmməd, məktubunu alıb  oxuyandan 5-6 saat sonra səninlə telefon söhbətinə başladıq.(Məktubda telefon nömrəni  yazmışdın -  070 657 59 80).
   Sən zavodda az  işlədin: 2-3 il. Özün deyən kimi, "Oqtay Rəhimovun istehsalat sahəsində işləyirdin".
   Oqtay Rəhimov yaxşı istehsalat rəhbəri idi.Çoxdandır ki, xəbərim yoxdur. O vaxtlar mən fontan armaturları sexində tokar  içləyirdim.Bir vaxrlar bizim rəisimiz də başqa Oqtay idi: Kadımov Oktay Raqimoviç.Moskvada Bauman adına Ali Texniki Məktəbi qurtarmışdı.Rusdilli olduğu üçün hamı  onu   Kadımov Oktay Raqimoviç kimi tanıyırdı.Bakıda böyümüşdü, əsli, məncə, Ağcəbədidən idi. Sonralar fəhlələr ona Azərbaycan dilini öyrətdilər.  Yerli Sənaye Nazirliyinə rəhbər vəzifəyə təyin olunandan sonra  heç bir xeyirdə-şərdə görünmürdü.( Bəzən əlaqələr xəbərsiz-ətərsiz itir-batır. Hər halda Oqtay Qədimov həmişə yaxşılığı ilə yadda qalan rəhbərlərdən idi).
  Məmməd, məktubunda  leytenant Şmidt adına zavodu, onun yataqxanasını xatırladırsan .  Bəli, yataqxananın adı fəhlə yataqxanası olsa da, bura əsl tələbə yataqxanasına oxşayırdı. Bəzən məşhurluğuna görə  zarafatla yataqxananın ünvanını - Çapayev küçəsi,100-ü  Moskvanın Kremli  ilə müqayisə edirdik.Burada yaşayanların cərgəsində sonralar yüksək vəzifəyə təyinat alan o qədər  şmidçi var ki...  Doğrudur, bəziləri tərcümeyi hallarının bu səhifələrini gizləyirlər, amma mən  hələ də başa dşmürəm ki, leytenant Şmidt adına zavodun yaraqxanasında yaşamaqda ayıb olan nə var ki...
   Yataqxananın komendantı İsa Kərimov ispan dili müəllimi idi.Fəhlələrə hər cür şərait yaratmışdı.Sonralar mən də bir müddət onunla işləməli oldum:Azərbaycan SSR EA Nəsimi adına Dilçilik İnstitutunun qiyabi aspiranturasında oxuyurdum. (ADU-nun filologiya fakültəsinin Elmi Şurasının qərarı ilə aspiranturaya göndərilmişdim).Akademiyadan məcbur eləyirdilər ki, zavodda tokar işləyə-işləyə türk dilləri ixtisası üzrə  aspiranturada oxumaq olmaz.
  Nə isə..Zavodun baş mühəndisi  Şənlik Müslümoviç Əliyevdən məni  ixtisasım üzrə təmin etmələrini xahiş elədim. O da başladı ki, biz səni SSRİ Ali Sovetinə deputat seçmək istəyirdik, bir ay yaşın çatmadı ki, deputat olasan.İndi başqa təklifimiz var, hara gedirsən?
     Sonralar Ş.M.Əliyev Mərkəzi Komitədə işlədi,Sumqayıt Şəhər Pariya Komitəsinin birinci katibi oldu. Deyilənə görə,Sovetlər  dağılandan sonra ABŞ-a köçmüşdür.Yaxşı ziyalılıq nümunəsi olan Ş.M.Əliyevin daha sonrakı taleyindən xəvərimiz yoxdur. 
  SSRİ Ali Sovetinə deputat seçilməyim barədə təklif  zavodun direktoru H.N.Seyidovdan gəlmişdi. H.N.Seyidov sonralar respublikanın başçılarından biri oldu.Rastlaşanda bütün şmidtçilərlə çöx səmimi  salamlaşardı. Direktor işlədiyi vaxtlarda fəhlələrin mənzil şəraitinin xeyli yaxşılaşdırmışdı.Amma rəhmətlik mənə mənzil vermədi.
   Ümumittifaq  Həmkarlar İttifaqının XVII qurultayına göndərdiyim teleqramdan sonra aləm bir-birinə dəydi,  köhnə mənzil fondundanmənə Montin qəsəbəsində 11 kvadrat metrlik mənzil verdilər. Bu da o vaxtın reallığının   şərtlərindən idi.
   Məmməd,  mən yataqxanada işləyəndə sən ali məktəbə hazırlaşırdın. Mən, rəhbərliklə razılaşıb, bir neçə fəhləni ali məktəbə hazırlaşdırmaq qərarına gəlmişdim. Amma, açığını deyim ki, təkcə sən bu yolla hazırlaşmağa dözdün və öz inadkarlığına görə ali məktəbin qiyabi şöbəsinə daxil oldun,  bir müddətdən sonra ailə vəziyyətinə görə kəndinə qayıtdın.  Sonralar mən Azərbaycan KP Nərimanov RK-də işlədim, siyasi maariflə məşğul oldum. İndi eşidirəm ki, sən uzun müddət  Tatlı  kənd müəlimlərin rəhbərlərindən biri olmusan, adın-sanın var.Əlbəttə, bunlar məni sevindirir.İndi təqaüddəsən.Belə başa düşdüm ki, hələ də pedaqoji işlə  məşğulsan. Alma bağın var.Alma bağın alma verir. Mənə də alma söz verdin. Amma mən məni təəccübləndirən bircə almanı almağa, hədiyyə kimi qəbul etməyə  razılıq verdim.Bəlkə də yadındadır, yataqxanada yaşayan uşaqlardan biri -qubalı Ələddin bir dəfə  Qubadan mənə  öz bağlarından bir boşqab alma gətirmişdi.Əlimi  bir dənəsinə uzatdım, qalanına gözümün ucu ilə də baxmadım.Yataqxana uşaqları o  vaxt bunu lətifə kimi danışırdılar.

                                                                         ***

   ...Bir neçə gündür ki,Tatlı kənd məktəbinin müəllimi  Məmmədov Məmməd Qara oğlu ilə , demək olar ki, hər gün zəngləşirik. Allah insaf versin sənə, Məmməd.Dərsliklər haqqında növbəti bir yazımı yarımçıq qoydun.Gənclk illərimə, həyatımın fəhləliklə bağlı illərinə qayıtdım.Mənim nə qədər yaxşı dostlarım varmış..

   Deyəsən,yazılarımın mövzusunu dəyişməli olacağam. Hələ,məncə, fəhlə pedaqogikasından yazan yoxdur. Məncə, bu mövzunu məncə, mənim qədər yazan da yoxdur. Sağlıq olsun.


         Hörmət və sayğılarla,

            Nazim Nəsrəddinov,

            1972-ci ilin noyabrında Moskvada keçirilən 
         Bütün Dünya Zəhmətkeş Gənclərinin Beynəlxalq  Konfransının 
         Azərbaycan üzrə nümayəndəsi.


                Bakı,17.04.2014.


     P.S.Vaxt tapıb, razılaşıb,keçmiş şmidtçilərlə  çay süfrəsi ətrafında "Xatirələr dilə gəlir" adlə maraqlı bir görüş keçirmək maraqlı olardı.Mən bu barədə YAP-ın Nərimanov Rayon Şöbəsinin əməkdaşı Nizami Babaşovla qısa bir söhbət etmişəm. Nizami müəllim çoxdanın siyası partiya işçisidir. Sözünün yerini bilən adamdır. Söz verirsə, deməli, iş görüləcək.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM