Azərbaycan Respublikasının Əməkdar müəllimi
"Həyat" qəzetinin çağırışı nə üçün cavabsız qaldı və yaxud bu soyuqqanlıq ki bizdə var, yazdıqlarımıza dəfələrlə qayıtmalı olacağıq
Haqqında söz açmaq istədiyim təfsir haqqında Bakıda Azərbaycan dilində çap olunan "HƏYAT"qəzetində (5 iyul 1905-ci il, N 21) maraqlı bir qeyd var. Bu qeyd XIX və XX əsrin ən qüdrətli ictimai fikir adamlarından biri Hacı Səid Əfəndi Ünsizadə (1825-1905) haqqında qəzetin müdir (redaktor.N.N.), baş mühərrir və sahibi-imtiyazı olan Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev və Əlimərdan bəy Topçubaşovun imzalarının üstündə verilmiş nekroloqdadır. Onu olduğu kimi oxucuların diqqətiə çatdırırıq:
"Osmanlı.
Eşitdiyimizə nəzərən, axərən fəzaili-islamiyyədən (axırıncı islamiyyə fazillərindən-N.N.) şirvanlı Hacı Səid Əfəndi Ünsizadənin İstanbulda təxminən 80 yaşında vəfat etdiyi anlaşılmışdır. Müşarileyh (haqqında qabaqda danışılmış yuxarıda göstərilən-N.N.) bəzi əşar və talifatı ilə, ələlxüsus "Qurani -Məcidi"in türkcə (Azərbaycanca -N.N.) təfsiri ilə şöhrətyab olmuşdur. Tiflisdə "Kəşkül" və "Ziyayi-Qafqasiyyə" qəzetlərinə mühərirlik edib, xeyli məqalələr yazmış xoşsöhbət bir şəxs idi. Mütəvəffanın (vəfat etmişin-N.N.) tərcümeyi-halına əsarına dair bizə bir məqaə göndərilsə, məəlməmnuniyyətlə (minnətdarlıqla-N.N.) dərc edəriz..."
İmzasız nekroloqun qəzetin rəhbərlərinin adının üstündə yerləşdirilməsi heç də təsadüfi deyil. Bu, yeni əsr jurnalistlərinin -yüksək ictimai təfəkkürlü ziyalılarının öz sələflərinə hörmət və ehtiramından irəli gəlir.
Səid Ünsizadə kimdir? Təəssüf ki, uzun müddət onun adını çəkmək, zəngin ədəbi,pedaqoji, geniş maarifçilik xidmətlərini yada salmaq bir növ qadağan edilmişdi. Səid Ünsizadə "hər bir məsələyə dini mövqedən yanaşan ziyalı" kimi qiymətləndirilirdi.
Səid Ünsizadə paytaxt Şamaxının yetişdirdiyi Azərbaycan ziyalılarından biridir. Tədqiqatçıların çoxu onun Şərqin böyük dini təhsil ocaqlarında ali dini təhsil almağını yazsalar da, bu fikir sənədlərdə öz əksini tapmır.
Hər halda əsərlərindən, yazıb - yaratdıqlarından onun çox savadlı və dərrakəli olduğunu görünür.
Səid Ünsizadə Şamaxı qazısı, Zaqafqaziya Əhli-Təsənni İdarəsinin üzvü, "Ziya" və "Ziyayi-Qafqasiyyə" qəzetlərinin (1879-1884) naşiri və redaktoru, 2 dərsliyin, bir neçə risalənin müəllifidir. O,XIX əsrdə Şamaxıda fəaliyyət göstərən ədəbi məclisin təşkilatçılarından biridir.Tiflisdə Azərbaycan dilində kitab,qəzet və jurnal çapı üçün qurulan ilk iri mətbəənin yaradıcısı, məşhur Şamaxı Məclis Məktəbinin (1874-cü il) təşkilatçısı və ideya müəllifidir. Səid Ünsizadə ədəbi dilimizin zənginləşməsində böyük xidmətləri olan marifçilərimzdəndir.
" Ziyayi-Qafqasiyyə" qəzetindəki yazıların birindən məlum olur ki,Tiflisdəki Aleksandr Müəllimlər İnstitutunun rəhbərliyi Səid Ünsizadəni institutda oxuyan müsəlman tələbələrə Azərbaycan dilindən və şəriətdən dərs deməyə dəvət etmişdir.
Səid Ünsizadənin dostları çox olsa da, onun bədxahları da var idi.
Onlardan biri Vladimir Valeriyanoviç Bezobrazov idi.
Mətbuat tarixçilərimizdən biri A.Zeynalov elm adamlarına V.Bezobrazovu məşhur rus yazıçısı Saltıkov-Şedrinin lisey yoldaşı kimi tanıdır.Əslində A.Zeynalovun tanıdığı və tanıtdığı Bezobrazov Vladimir Petroviç iqtisadşı akademik idi.Səid Ünsizadə ilə qəzetçilik uğrunda mübarizə aparan Vladimir Valeriyanoviç Bezobrazov isə şərqşünas idi.
Əslən Saratov zadəganlarından olan V.V.Bezobrazov Peterburq Universitetinin şərqşünaslıq fakültəsinin məzunu idi.O, Rusiyanın istanbulda vəTəbrizdə konsulu olmuşdur. V.V. Bezobrazov Azərbaycan dilinə bələd idi. Tiflisdə Azərbaycan dilində qəzet çıxarmaq fikrinə düşən V.V.Bezobrazov bir müddət Bakı Bəy Komssiyasının sədri,sonralar isə Senzor Komitəsində işləmişdir. " Ziyayi-Qafqasiyyə " qəzeti 1884-cü ildə öz nəşrini dayandırmağa məcbur olandan az sonra Qafqaz rənbərliyi V.V.Bezobrazovu Vladiqafqaza göndərir. O, burada "TERSKİYE VEDOMOSTİ" qəzetinə redaktorluq edir.
V.V.Bezobrazovun qəzetçilik fəaliyyəti uzun çəkmir.
V.V.Bezobrazov 1895-ci il dekabrın 5-də qulağının dibinə çıxan şişdən dünyasını dəyişir.
V.V.Bezobobrazov kimi bədxahlarla bacara bilməyən Səid Ünsizadə 1890-cı ildə müasiri olan bəzi bədxahların yaramaz hərəkətlərindən bezərək, İstanbula köçmüş,orada müxtəlif vaxtlarda 3 dəfə Türkiyənin Maarif Naziri olmuş Münif Əfəndinin köməkliyi və havadarlığı ilə təhsil sistemində işləmişdir. Yeri gəlmişkən qeyd edək ki, Münif Əfəndi (onu Münif Paşa adı iə daha çox tanıyırlar) "Ziya" qəzetinin İstanbul oxucularından idi. "Ziyayi-Qafqasiyyə" qəzetinin 1882-ci ildəki 15-ci nömrəsində Münif Əfəndinin "Ey bülbül" qəzəli ilə şeir müsabiqəsi açılmışdır. Müsabiqədə şamaxılı S.Ə.Şirvani, Nuxa şairlərindən Nakam (İsmi Sədrəddinbəyov, əslən şamaxılıdır,lakin ömrü boyu Huxada yaşamışdır- N.N.) və Mustafa ağa Şəkixanov (Şuxi ) iştirak etmişdir.
Bir sıra tədqiqatçılar bu müsabiqəni epiqonçu( təqlidçi) şeir müsabiqəsi kimi qiymətləndirirlər. Bizə elə gəlir ki, bu,Tiflisdən əvvəl İstanbulda başlanan Ezop maneralı layihənin davamıdır. Bu qəzəllərdəki Gül-mətbuat, Bülbül isə mətbuat yolunda əzab çəkən naşir və redaktorlardır.
***
Səid Ünsizadə həyatının son 15 ilini (1890-1905)İ İstanbulda yaşamışdır. S.Ünsizadə "QURAN"IN türk dilində təfsirini burada yazmışdır.Bu təfsir haqqında nekroloqda yazılanlardan başqa, heç bir məlumat yoxdur.
Nekroloqda ən maraqlı faktlardan biri də budur ki,qəzetin rəhbərliyi ətraflı və
hərtərəfli yazı yazanın məqaləsini " Həyat"da çap etməyə hazır olduqlarını bildirirlər.
Təəssüf ki,"Hətat"qəzeti bağlnana qədər (13.09.1906-cı il, N194) oxucular və Səid Ünsizadəni yaxı tanıyan qələm sahibləri Əli bəy Hüseynzadənin çağırışını sükutla qarşılamışlar.
Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi.
Bakı,
02.12.2016.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM