Nədənsə çoxlu pul qazanmağım gəlib. Həvəsə düşmüşəm. Nəfsimi boğa bilmirəm. Qısa müddət ərzində varlanmaq istəyirəm. Yox rüşvətli, “hörmət”li bir iş istəmirəm. Halallıqla milyoner olmaq istəyirəm. Artıq marketinq araşdırmalarına da başlamışam. Dövrü mətbuatı yaxından izləyirəm. Bir boş sahə axtarıram ki, burnumu soxum. Amma görürəm ki, heç bir burunluq da yer yoxdur. Hamısı tutulub. Ağzını da bərk-bərk tikiblər.
Bir qədər araşdırma apardıqdan sonra axır ki, tapdım. Qərara aldım ki, Zığ-Aeroport beton yolunun bir tərəfli hissəsini, yəni ki, Aeroporta gedən hissəsini icarəyə götürüm. Özü də gecə saat 12-dən səhər saat 6-ya qədər. Artıq Bakı şəhər İcra Hakimiyyətinə təqdim etmək üçün Biznes-Plan da hazırlamışam.
Yazmışam ki, son illər respublikamızda yol hərəkəti qaydalarına riayət olunması sahəsində nə qədər ciddi işlər görülsə , cərimələr sərtləşdirilsə də insan ölümüylə nəticələnən qəzaların sayı artmaqdadır. Ona görə də mən humanist addım ataraq bu beton yolu icarəyə götürmək, hər iki sonluğunda şlaqbaum qoymaq istəyirəm. Qoy aftoşlar gəlsinlər, öz bahalı avtomobillərini və mühərriklərin güclərini nümayiş etdirsinlər. Giriş haqqı hər maşın üçün 200 manatdır. Trasa buraxılan hər bir kəs dilindən iltizam verməlidir ki, başına bir iş gəlsə, yəni ki, yaralansa, ya da Allah eləməmiş həlak olsa yolun rəhbərliyi məsuliyyət daşımır. Çünki bir də gördün bütün nəsli durub gəldi üstümə ki, bəs gül kimi tərbiyəli, qanacaqlı, abırlı uşağımız ölüb, başı da qızıldan. Deyəcəksiniz ki, belə bir qanun yoxdur. Var. Necə olur ki, əməliyyata girən xəstənin özü, ya adamları əməliyyatdan sağ çıxmadığı halda həkimin heç bir məsuliyyət daşımamasına qol çəkə bilir, maşını saatda 240-300 kilometr sürətlə sürməyə gələn, dirigözlü ölümə gedən aftoş yox. Trasın da adın qoyacağam “Cənnət yolu”. Qoy cəlbedici olsun. “Cəhənnəm yolu” qoysam qorxub gəlməzlər, ona görə.
Trasda DYP, yanğınsöndürmə, fövqəladə hallar, təcili tibbi yardım, evakuator, molla, ölü maşını xidmətləri də fəaliyyət göstərəcəklər. Aftoşlar əvvəlcədən tibbi yoxlamadan keçəcəklər. Əgər içkili-hallıdırlarsa trasa buraxılacaqlar. Nəyə görə? Bunu da nəzərə almışam. Başlarına bir iş gəlsə ağlamağa yer olsun. Qohumları desin ki, ayıq olsaydı, belə qələt eləməzdi, dostları içirdib yoldan çıxarıblar yazıq uşağı.
Ötüşməyə çıxanlar girov olaraq xarici saatlarını, qızıl əşyalarını, maşınları əzilib şil-küt olarsa əzik maşınlarını yolun rəhbərliyinə təhvil verməkləri barədə müqavilə də imzalayacaqlar. Yolda əzdikləri işıq dirəyi və digər yol-mühəndis qurğularının əvəzi olaraq. Yox elə bilməyin ki, mən bu əşyaları və əzik maşınları zapçast edib sataraq əlavə gəlir götürmək fikrindəyəm. Əsla. Əksinə, Azərbaycanda analoqu olmayan “Qaramat muzey”i yaradacağam. Açıq hava altında əzik maşınlar muzeyi, qapalı bir yerdə isə qaqaşlardan qalan əşyaların nümayişi. Çünki saytlarda şəkillərə baxıb inanmayanlar gəlib burda hər şeyi gözləriylə görə bilərlər. Muzeyə giriş isə pullu olacaq.
İndi deyəcəksiniz ki, hər maşına 200 manat almaqla necə milyoner olmaq istəyirsən? Düz deyirsiniz. Ona görə də Biznes planda digər ekstremal insan növləri də nəzərdə tutulub.
“Cənnət yolu” MMC-də “MAHİRAZ” qumar oyunları təşkil ediləcək. Mərc qoşmaq istəyənlər burda toplaşa bilər və canlı yayımda ötüşməni seyr edə, həm də pul qazana bilərlər. Ümumi mərcin 20 faizi isə MMC-nin hesabına keçiriləcək. Mərcə ilk olaraq üç kateqoriya salınacaq: ötəcək, ötməyəcək, şil-küt olacaq.
Bizə özünü yandırmaq istəyənlər də müraciət edə bilər. Onlara xüsusi, müəyyən müddət oda davamlı paltar geyindiriləcək və sonra əllərinə iki litrlik fanta qablarında benzin veriləcək ki, özlərini yandırsınlar. Trenajora həmin adamdan xəbərsiz ailə üzvləri də dəvət olunacaq. Bütün bu proses və ailə üzvlərinin reaksiyası, qışqırıq səsləri lentə alınıb SD diskdə ona təqdim ediləcək ki, baxandan sonra özü qərar versin. Özünü yandırmaq yaxşıdır, ya yox?
Aftoşlar maşın sürərkən yola qəflətən yiyəsiz it-pişik, lap inək də buraxılacaq. Əlbəttə ki, xəstə mal-heyvan. Burda mən cəmiyyətə iki qat xeyir verəcəyəm. Birincisi aftoşlar bu canlıları vurarkən dərk edəcəklər ki, maşını vəhşi kimi sürmək həm də insanların da həyatına təhlükədir. İkinci tərəfdən isə küçələrdə boş-boş gəzən, quduzluq və digər xəstəliklər yaradan heyvanların sayı azalacaq. Bazarlarda isə kilosu 3-4 manata satılan mal əti qəhətə çıxacaq. Deyəcəksiniz ki, ekoloqlar, təbiəti qoruyanlar bunun əleyhinə çıxarlar, imkan verməzlər. Onlar heç cınqırlarını da çıxarmayacaqlar. Danışsaydılar labaratoriyalarda heyvanların üzərində aparılan dərman sınaqlarına qarşı çıxardılar da. Axı, bu elədiyim də insanların gələcək sağlamlığı, təhlükəsizliyi üçündür. Bir də ki, belə canlı sevəndirlər gedib qara kürüləri bazar piştaxtalarından yoxa çıxartsın. Körpə nərə balıqlarının ovlanmasının və satışının qarşısını alsınlar. Nəhayət ağac kəsilmələr, qanunsuz ovçuların, brakonyerlərin sayını azaltsınlar. Cərimə kəsməklə yox e... əməli mübarizə.
İndi də deyəcəksiniz ki, niyə şəhərə yox, Aeroport istiqamətinə gedən yolu icarəyə götürürsən? Ona görə ki, humanist adamam. MMC-də aerokassa da fəaliyyət göstərəcək. Qəza törədərək yaralanan aftoşun və ya yanındakının həyatını nəyin bahasına xilas etmək və hətta xarici ölkələrin qabaqcıl tibb müəssilərinə çatdırmaq üçün aeroporta maneəsiz girişi təmin etmək məqsədiylə bu marşrut seçilib. Ona görə də “Cənnət yolu” MMC-yə na təşrif buyuranlardan əvvəlcədən xarici pasportlar da tələb olunacaq.
Sonra mən yaşadığım evin damını icarəyə götürəcəyəm. Dünya standartlarına uyğun elastik kəndirlər gətirib ora bərkidəcəyəm. Özünü damdan atıb öldürmək istəyənlər üçün treninqlər keçirəcəyəm. Kəndiri ayaqlarına bağlayıb 20-ci mərtəbədən buraxacağam üzüaşağı. İkinci mərtəbəyə çatanda kəndir dartılaraq yenidən onları 20-ci mərtəbəyə qaldıracaq. Görüm bundan sonra özlərini öldürmək fikrinə düşəcəklər, ya yox?
Son bəhanəniz. İndi də deyəcəksiniz ki, bəs ictimaiyyət sənin bu layihənə qarşı çıxacaq. Əsla. Əksinə. Əhalinin bütün təbəqələri, istər varlı olsun, istər kasıb, istər vəzifəli olsun, istər işsiz, hamısı mənə uğurlar arzulayacaqlar. Hətta maddi dəstək verənlər də olacaq. Vəzifəli, varlı sevinəcək ki, övladlarına görə daha onları işdən çıxarmayacaqlar, qəzetlərdə, saytlarda biabır etməyəcəklər. Axı, mənim “Cənnət yolum” dövlətin lisenziyası əsasında fəaliyyət göstərəcək. Aftoşların da hərəkəti tam qanuni hesab olunacaq. Buna görə valideynlər heç bir məsuliyyət daşımayacaqlar. Oğullarından da çox sevdikləri vəzifələrini itirmək qorxusuyla üz-üzə qalmayacaqlar. Əksinə, “gördünüz, dünən mənim oğlum X6-yla Bentlini ötdü”, yaxud da “oğlum maşınıyla inəyə necə qoymadı... inək cırıq-cırıq oldu” deyə qürrələnəcəklər də. Kasıbların mənə verməyə bir şeyləri olmasa da təkcə duaları bəsimdir. Çünki xarici, bahalı maşınlara ağızlarının suyu axa-axa baxıb, onların altında qalaraq şil-küt olmaqdan qurtulacaqlar.
Strategiya.az
15 ilin söhbəti olar... Mahir, bir lətifə var e... eşitmisən?
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM