Dünyamızı Gələcəyə Tanıdan Rəssam - Fotolar

12:34 / 27.12.2016

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının Əməkdar müəllimi

  Böyük bir ölkənin ilk paytaxtında - Leninqradda ali rəssamlıq təhsili alan İsmayıl Məmmədovla bəlkə də 40 ilin tanışı idik. Əvvəllər onu televiziya verilişlərinə dəvət edilmiş gənc rəssam kimi təqdimatlardan tanıyırdım. Sonralar iş elə gətirdi ki, Bakının mərkəzində açılmış yeni təfəkkür tərzli Avropa Azərbaycan Məktəbində bir yerdə işləyəsi olduq. Səmimi dostluq ünsiyyətimiz yarandı. Mən İsmayıl müəllimi burada kəşf etdim; uşaqla uşaq, böyüklə böyük idi, şagirdlərə DÜNYANIN şəklini çəkməyi öyrədirdi. Qısa bir müddətdə şagirdlər öz dünyalarını əks etdirən maraqlı şəkillərlə əvvəlcə məktəb, sonralar isə şəhər və ölkə sərgilərində uğurla iştirak etdilər. Bir dəfə İsmayıl müəllimə zarafatla dedim ki, uşaqların çoxu, deyəsən, rəssam olacaqlar, axı. İsmayıl müəllim razılıqla gülümsədi.

 İsmayıl müəllim onlarıın hamısında yüksək bədii zövqün formalaşmasının yarandığını görürdü. O, bu fikirdə idi ki, rəssamlığa meyil edən bu şagirdlərin cəmi 5-6 nəfəri rəssam olacaq, lakin onlar seçdikləri ixtisas sahəsinin görünməyən cəhətlərini öz əməli işləri ilə göstərə biləcəklər.

  İsmayıl müəllim rəssamlığa meyilli şagirdlərinin hansı peşəni və ya ixtisası seçəcəyini görə bilmədi. Onlarla cəmi 5 il işləyə bildi. Bu gün təsadüfən öyrəndim ki,İsmayıl müəllim dekabrın 12-də uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.
   
Allah rəhmət eləsin.

 İsmayıl müəllimin sorağı son illərdə yay tətili günlərində Nyu-Yorkdan gəlirdi: İsmayıl müəllimin oğlu burada yaşayırdı. Bəlkə də çoxları onun hər Amerika səfərini dərd əlindən dağa çıxan Füzulinin aqibəti ilə qiyaslandırır, müqayisə edirdi. Təkcə 4-5 dostu bilirdi ki, o, sağlam həyata can atır. O, Amerikanın səhiyyə imkanlarından faydalanmağa çalışırdı.

  İsmayıl müəllimlə, demək olar ki, həmyaşıd idik. Aralıqda bir bayram fərqi var idi.
  Hər ikimiz  Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə əməkdar müəllim fəxri adına layiq görülmüşdük. O vaxtlar məktəbdə cəmi iki nəfər bu fıəxri adı daşıyırdı. Hər ikimiz ölkədə və onun xaricində işlədiyimiz təhsil ocağını ləyaqətlə təmsil edirdik. İsmayıl müəllim kafedramızın ən yaxın dostlarından biri idi. Vaxt tapanda kafedraya gəlir, fəaliyyəti bəyənilən gənc müəllimələrin karandaşla şəklini çəkir, çap olunmuş əsərlərini onun rəssamlığını bəyənələrə hədiyyə verirdi. Onun sorağı dünyanın bir çox ölkələrindən gəlirdi. Onu Nyu-York da, Moskva da, Peterburq da, London da tanıyırdılar. Bir dəfə İsmayıl müəllimi türk dünyasına təqdim etmək fikrinə düşdüm. Bunun əsas səbəbi onun hamıya bağışladığı 2012-ci ilə aid stolüstü təqvimdəki maraqlı şəkillər oldu. Təqvimin üz qabığındakı "KÖHNƏ BAKININ ƏNƏNƏLƏRİ" mövzusunu əks etdirən 12 rəsm əsəri və çoxlu tarixi fotoşəkillər onları başa düşənlər, incələyə bilənlər üçün  bədii əsərin süjetini xatırladırdı. Bu rəsmləri və tarixi fotoları Bakının vizit kitabçası da adlandırmaq olardı. Bu rəsmlərdə Azərbaycanın və onun baş kəndinin-paytaxtının düşündürücü, səfərbəredici etnoqrafik təsvirlərinə yaşıl işıq yandırılmışdır. Təqvimdə ilin hər ayına aid 2 rəsm və fotoşəkil var: yanvar- "Uzaq yol qarşısında" rəsm əsəri ilə başlayır. 

 Babalarımız dünyanı  araba ilə dolaşıblar:"İpək yolu" Azərbaycandan keçib. İndi bu yolun  qanadları çoxdur. 
 Əcnəbilər kimi biz də göydə balonlarla süzürük. Kosmosun tədqiqində və kosmik texnikanın Yerdən və göydən idarə olunmasında azərbaycanlı alimlər  də rəhbərlik ediblər. 

 Yanvar vərəqindəki "Abşeronda" rəsmində yuxa (lavaş) yayan abşeronlu qadının həyat eşqi aydın hiss olunur: təhnədə 8 kündə görünür, biri də yayılır, un torbasında hələ də un var, Abşeronun bağ evləri, külək fırfıraları qayğısız kənd həyatından xəbər verir. 

 Fevralın bir vərəqi "İçəri şəhərdə bir həyət" adlandırılmışdır. İçəri şəhər köhnə Bakının köhnə məhəlləsidir, tarixə düşən, yadda qalan məhəllədir. İlin ən qısa ayının ikinci vərəqi də çörək ətirlidir. Burada sadə bir əmək adamının-təndir düzəldən qadının, hələ heç bir dünya rəssamının yadına düşməyən parlaq obrazı yaradılmışdır. 

 Mart  vərəqindəki "Çayxanada" fotosu köhnə Bakının tarixi anlarını əks etdirir: çayxanadakılar tarixi anı yaşatmaq üçün diqqətini fotoaparatın obyektivinə yönəltmişlər. Uzaqdan boylanan da var, razılıq və məmnunluqla sulu qəlyan çəkən də, heç kəs özünü dartmır, bütün tərzlər və baxışlar təbiidir. Asma lampalar da, Tula samovarı da, çayxanadakıların geyimləri də Bakı tarixinin yaddaqalan lövhələrindəndir.

 "Təndirçi".
Mən dil mütəxəssiyəm, aspirantura təhsilimə görə türkoloqam. Amma hələ belə söz eşitməmişdim. 

  Mən bu şəkildəki çörəkbişirəni öz adı ilə çağırardım. Görünür, İçəri şəhərdə bu peşə sahiblərinə təndirçi adını nahaq yerə, elə-belə verməyiblər. Çörək bişirilən yer də, burada yandırılan çırçırpı da təmiz olmalıdır, halal olmalıdır. Nahaq yerə deməyiblər ki, çörəyi ver çörəkçiyə, üstəlik də bir çörək. 

 Təqvimdəki "Küçə cızbızxanası", "Bazardan qayıdanlar", "Tacir Məşədi", "Güləşçilər", "Tərəvəz dükanı", "Qalayçı", "Xalçasatan", "Məktub yazan mirzə", "Xalçaçı", "Yolda", "Su   satanlar", "Müqəddəs kitab oxucusu" və sair rəsmlər, həyatın bir anını tarixdə yaşadan tarixi fotoşəkillər milliliyinə, etnoqrafik təsvirlərin əyani izahına görə hamının diqqətini cəlb edir. Qonaqlarımız  onlara hədiyyə verilən bu təqvimi böyük heyranlıqla bəyənir və təqvimin sonunda ingilis dilində yazılmış 
"PICTURES BY ISMAYIL ASADOGLU MAMMADOV, THE HONORED ARTİST OF AZERBAICAN"  sözlərini oxuduqda  müəllifin sənətdə böyük əməyi, dərin düşüncə tərzi olan MÜTƏXƏSSİS olduğunu bilib, müəllifə məmnunluqla baş əyib, təşəkkür edirlər.
                                                    ***

 Yazıya İsmayıl Məmmədovun  mənə bağışladığı 2012-ci il təqvimindən bir neçə şəkli də əlavə edirəm. Mən bu şəkillər haqqında türk mətbuatında geniş məqalə ilə çıxış etmişəm. Bu gün İsmayıl müəllim haqqında keçmiş zamanda danışanda bir az təsəlli tapıram ki, İsmayıl müəllimi sağlığında qiymətləndirənlərdən biri də mənəm:

P.S. İsmayıl müəllimin elektron poçt ünvanı həmişə mənə maraqlı görünürdu:
[email protected]

Görəsən, bu nömrədə rəssamlıq yoxdur ki?

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM