Azərbaycan Respublikasının Əməkdar müəllimi
Bu sözləri,demək olar kı, hamı işlədir. Onu saytların birinin "axtar" guşəsində axtardım. 6 nəticənin heç birində müəllifi göstərilməmişdi.Halbuki bu sözlərə istinad edənlərin cərgəsində deputat da var idi,professor da,saatsaz da,rəsmxət müəllimi də.
Azərbaycanın orta məktəb dərsliklərinin birində bu misra görkəmli türk şairi Tofik Fikrətə aid edilmişdi.Mətbuatda bu yanlışlığı göstərəndə bəziləri nazirliyin məktəblərə inşa mövzuları kimi göstərilən siyahıları bayraq etdilər. Səhvlərini başa düşənlərin bəzisi fakt qarşısında börklərini çıxarıb fakt arşısında baş əydilər.
Ən qorxulusu bu idi ki, səhv fikir ort məktəb dərsliyi vasitəsilə yayılmışdı. Əvvəllər dərslikdə yazılan söz isə,demək olar ki, qeydsiz ,şərtsiz qəbul olunurdu.Mübahisəli məsələnin düzgün həlli mübahisə doğurmamalıdır.
Bu şeir haqqında yeni söz demək üçün mənbələri bir daha dəqidləşdirdim, ilk məlumatı haradan oxuduğumu xatırlamaq istədim. Nəhayət, tapdım.
Bəxtiyar Vahabzadənin "Şənbə gecəsinə gedən yol" kitabı yadıma düşdü. Buradakı məqalələrin birində bu şeirin müəllifi kimi Midhat Cemal Kuntayın adına rast gəlmişdim. Arxayınlaşdım. Tütk mənbələrindən Midhat Cemal Kuntay haqqında deyilənlərə bir daha nəzər saldım,
materiallar toplamağa, yeni araşdırmalar və incələmələr aparmağa başladım.
Türkiyənin ünlü şairlərindən biri olan Midhat Cemal Kuntay(1885, İstanbul - 30 Mart 1956, İstanbul) 71 il ömür sürmüşdür. Bu ömrü şərəfləndirən, tarixdə yaşadan məamlar çoxdur. Ən birincisi atalar sözü səviyyəsində işlənıən bu beytdir:
Bayrakları bayrak yapan üstündəki kandır,
Toprak, eğer uğrunda ölen varsa, vatandır!
Bu misraları bütün türk dünyasının işıqlı fikir adamları əminlik və sözün təsir gücünün təntənəsi məqamında işlədirlər. Bəlkə də dünyada torpağa, onun müqəddəsliyinə,doğmalığına verilən ən doğru, ən mötəbər qiymətdir. Bu misralar görkəmli türk şairi Midhat Cemal Kuntayın 13 beytlik "On beş yılı karşılarken" adlı siyasi məzmunlu, lirik təəssüratlı məsnəvisinin sonuncu beyitidir.
"On beş yılı karşılarken" şeirin müəllifi kimi Atatürkü, M.Ə.Rəsulzadəni göstərənlər də var.
Sizlərə təqdim olunan bu yazının yazılmasının elə bir səbəbi də, bəkə də, bu yanlışlıqları aradan qaldırmaqdır.
***
Şeir Türkiyə Cümhuriyyətinin 15 illiyinə həsr edilmişdir. Türkiyə Cümhuriyyətinin 15 illiyinin- 29 ekim 1938 - ci ildə (29 oktyabr 1938-ci ildə ) keçirildiyini nəzərə alsaq, şeirin məhz həmin tarixi gün ərəfəsində yazıldığı məlum olur.
"On beş yılı karşılarken" şeiri Midhat Cemal Kuntayın ən uğurlu şeirlərindəndir. İlk dəfə şairin 1945-ci ildə nəşr olunan "Türkün Şahnaməsindən" adı ilə nəşr olunan kitabına daxil edilmişdir.
Yeri gəlmişkən qeyd edək ki, M.C.Kuntayın sağlığında cəmi bir şeir kitabı çap olunmuşdur. 143 səhifəlik bu kitabda şairin 82 şeiri toplanmışdır.
Midhat Kuntayın ilk mətbu şeiri "Çırçır suyu" 1901-ci ildə "Məlumat dərgisi"ndə çap olunmuşdur.
Sonralar şairin "Sirat-i Müstakim dergisi" və "Tərcümani- Hakikat" qəzetəsində əruz vəznində şeirləri dərc olunmuşdur. O, hiciv ( həcv--N.N.) türündə də lirik və epik şeirlər yazmışdır. Şeirlərində vətən və millət sevgisi əsas yer tutur. .
Midhat Cemalın 1943-1944-cü illərdə "Çinaratı dərgi"sində yayımlanan son dövr şeirlərində Azərbaycan ilə ciddi ədəbi əlaqələri olan Yəhya Kamal Bayatlının təsiri aydın hiss olunur.
Maraqlıdır ki, 1923- 1926 -cı illərdə Azərbaycanın ali məktəblərində müəllimlik edən türk alimləri- İsmayıl Hikmət, Xəlil Fikrət, Mühitdin Birgin və başqaları ilə Midhat Kuntayın möhkəm dostluq əlaqələri var idi. Adları sadalanan elm adamlarının, eləcə də onların Tükyədəki əqidə və məslək dostlarının yazıları Bakı və Şəki nəşriyyatlarında çap olunan qəzet və jurnallarda müntəzəm olaraq işıqlandırılırdı. Təkcə bir faktı qeyd edək ki, 1924-cü ildə Şəkidə çap olunan "Bilgi" adı ilə çıxarlan ədəbi, fənni, ictimai , iqtisadi, tərbiyəvi məcmuədə Yəhya Kamala, Tofiq Fikrətə, tərbiyə doktoru Xəlil Fikrətə səxavətlə yer verilrdi.
Midhat Kuntayın mütaliə etdiyi Azərbaycan şairləri çox idi. Türkiyənin arxivlərində ciddi araşdırmalar aparılacağı təqdirdə Midhat Kuntayın - Abbas Səhhət, M.Ə.Sabir, M.Hadi, A.Şaiq ilə birbaşa və ya dolayı ədəbi əlaqələri üzə çıxa bilər.
M.Kuntaydan xeyli, düz 19 il əvvəl - 1909-cu ildə Azərbycanın görkəmli şairi Abbas Səhhət 9 beytlik "Vətən" şeirində vətən haqqında dünyanın ən gözəl sözlərini dünyaya car çəkirdi:
Könlümün sevgili məhbubu mənim,
Vətənimdir,vətənimdir, vətənim...
Şeirin ən ünlü son iki beyti vətən haqqında o vaxta qədər heç kəsin demədiyi sözlərdir. Əlbəttə,heç kəs bu sözlərdən sonra vətən məhəbəti haqqında mübahisəyə qoşulmaq istəməzdi.
Abbas Səhhət xəbərdarlıq edirdi:
Vətən -əcdadımızın mədfənidir (dəfn yeridir),
Vətən-övladımızın məskəndir.
Vətəni sevmyən insan olmaz,
Olsa, ol səxsdə vicdan olmaz .
Midhat Kuntayın "Səttar xan" adlı şeiri də var. Tədqiqatçılar bu əsərin "Tərəqqi" qəzetində çap olunduğunu yazırlar.
Midhat Kuntayın "On beş yılı karşılarken" şeirini bütövlükdə oxuculara təqdim edirik
Kim derdi yarılsın da nihayet yerin altı, Bir anda dirilsin de şu milyonla karaltı. Topraklaşan ellerde birer meşale yansın. Kim der ki şu milyonla adam birden uyansın. Kim derdi seher yıldızı doğsun da bir evden, Kaçsın da cehennemler o bir damla alevden, Canlansın ışık selleri olsun da o damla Beş devletin öldürdüğü devlet bir adamla. Kim der ki en son rakamlar da delirsin. On beş asır on beş yılın eb'adına girsin. Dünyaları bir fert evet oynattı yerinden, Sarsıldı demirler evet azmin demirinden. Mazi yıkılıp gitti evet fesli, kafesli: Lâkin bugünün ey granit bünyeli nesli, Bir şey ele geçmez şerefin sade adından. Sen arşı bırak, varsa haber ver kanadından. Gökten ne çıkar? Gök ha büyükmüş ha değilmiş, Sen alnını göster ne kadar yükselebilmiş. Gökler çıkabildin, uçabildinse derindir, Tarihi kendin yazıyorsan, eserindir. Bahsetme bugün sade dünün mucizesinden, İnsan utanır sonra yarın kendi sesinden. Asrın yaşamak hakkını vermez sana kimse; Sen asrını üstünde izin varsa benimse; Bayrakları bayrak yapan üstündeki kandır Toprak eğer uğrunda ölen varsa vatandır. |
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM