İsmayıl bəy Qaspıralı:" Qəzetə- millətin lisanıdır "

11:10 / 04.01.2017

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının Əməkdar müəllimi

 

                               (Qəzet -millətin dilidir-N.N.) "

İsmayıl bəy bu sözləri deyəndə və yazanda  hələ "İsmayıl bəy Qasprinski" və  "İsmayıl bəy Qaspıralı" deyildi. O,özünü sadəcə olaraq, "İsmayıl Mirza" kimi təqdim edirdi.

Aforizmə çevrilmiş bu deyim  - "Qazetə - millətin lisanıdır" deyimi  İsmayıl bəyin türkdilli mətbuatdakıi lk məqaləsindəndir.Haqqında söz açılan məqalə Tiflisdə Azərbaycan dilində Səid Əfəndi Ünsizadənin 1879-cu ilin yanvarında (səfər ayının 16-da) nəşrə başladığı "Ziya" qəzetinin 7 noyabr 1879-cu il tarixli 42-ci nömrəsinin 4-cü səhifəsindəndir.Faktın dəqiqliyini xırdaçılıq kimi qiymətləndirməyin.Bu,məqsədəyönlü münasibətdir.

 Qeyd edək ki, AMEA Nizami adına Ədəbiyyat İnstitundakı böyük bir məclisdə "Ziya" qəzetinin ilk nömrəsinin 1879-cu ilin dekabr ayından nəşrə başladığı qeyd olunmuşdur.Bu yığıncaqda  "Ziya" qəzetinin bütün saylarının latın qrafikası ilə nəşr edilməsi də qərara alınmış və bu iş qısa bir müddətdə yerinə yetirilmişdir. Ərəb əlifbalı "Ziya" qəetinin latın qrafikalı nəşri 1879-cu ilin dekabr ayından başlayaraq çıxan nömrələrinin təqdimatından başlayır.  Görünür,  bu işi görən mütəxəssislər-filoloqlar  ərəb əlifbalı yazımızı oxumağa çətinlik çəkmiş, İKİNCİ sözünü YEKİNCİ (birinci-N.N.)  oxumuşlar.    Halbuki transliterasiya  "Ziya"nın 47-ci nömrəsindən başlanmışdır. Əslində isə 47-ci  "Ziya " qəzetinin ikinci sənəsinin -ilinin  birinci nömrəsidir. Bu nömrə 1879-cu il dekabrın 6-da çap olunmuşdur.

"Ziya"nin latın qrafikalı əlifbaya  translitrasiyası başqa bir yazımın mövzusudur.Bu məsələdən ona görə söz açırıq ki,bugünkü yazımız narahatlıqla qarşılanmasın.Yazı ilə ilgili hər nəsnə ölçülüb,biçilib.Faktlar yetərincə dəqiqləşdirilib.Yerinə düşməyən söz olarsa,müsahiblərimizi dinləməyə hazırıq.

Nə isə..

.Sözümüz Səid Əfəndi Ünsizadənin (1825-1905)  imtiyaz sahibi və baş mühərriri olduğu "Ziya" qəzetinin professor və akademiklərimizin çoxuna  məlum olmayan bir nömrəsindəki ədəbi və ictimai fikir tariximiz üçün maraqlı ola biləcək bir yazısı haqqındadır.

 "Ziya" qəzeti.7 noyabr 1879-cu il (ikinci sənə).

Bu  nömrənin əsas materialları bunlardır:

Teleqraf xəbərləri, Qəzetələrdən təzə xəbərlər,Məmləkət əhvalatları,tiflisdə  müsəlman mədrəsələrindən ötrü   dərc olunmuş qərardad tərcüməsinin mabədi ,Ovraq (vərəqlər-N.N.)və mükalimə (danışıq,sıhbət,dialoq-N.N.) və s.

Bu nömrənin ən maraqlı yazısı 3-cü və 4-cü səhifələrdəki  "Ovraq və mükalimə" başlıqlı  yazıdır. 

Aydın və anlaşıqlı  yazı üslubuna,ideya və məzmununa görə  bu yazının  Səid  Ünsizadəyə aid olduğunu düşünmək olar.

 Yazını oxuyuruq:

 

"Bu axır vəıqtlərdə Rusiyanın içərüsündən, yəni Qazan və Ufa və Qırımdan  aldığımız məktubları oxuyan vəqtdə məlum  olur ki, o yerlərin əhli   "Ziya"  qəzetəsinin təb və nəşr olunmağından səmimш qəlb məmnundurlar.Hərçənd olar ilə Qafqaz müsəlmanlarının  danışıqlarında cüzi  təfabüt var isə də, amma yazırlar ki, onlardan sahibi-savad olanlar səhulət  ilə (asanlıqla-N.N.)   "Ziya"nı oxuyub, mətləblərini fəhm edirlər. Necə ki, zeyldə ( aşağıda  -N.N. ) dərc olunan Baxçəsaray məktubu  sübut edir ki,Azərbaycan ilə Baxçəsaray  yazılarının arasında o qədər fərq yoxdur.  Bəlkə diqqət nəzəri ilə baxılan vəqtdə  demək olar ki, onların təhririni  ifadə mənayə müstəid (bacarıqlı -N.N.  )  olmaqda Qafqaz təhiratından əksük degildir. Bu mülahizə ilə Baxçəsaraydan gındərilən məktubu  necə ki var,
təğyir və təbdil etməmiş  kəmali-məmnuniyyət ilə  qəzetəmizə dərc elədük".

Qəzetin imtiyaz sahibi məmnunluqla yazılan bu sözlərdən sonra "Baxçəsaraydan göndərilən məktub"u  türkdilli oxuculara  catdırı:

 

                                 " Baxçəsaraydan göndərilən məktub

 Məlumdur ki, Rusiyə dövləti içərüsində olan millətlər,məsələn ,...pulağ ( polyak-N.N. ),latış,yəhudi və qeyrilər çoxdan bərü kəbdi  lisanlarında  ğazetalar və  ədabiyyata dayir  qeyrü şeylər peyda etmişlərdür. iki-üç milyondan ibarə (ibarət-N.N.) olan Rusiyaə tatarları adabiyyatsız və daxi bir ğazetasız olduqları çox təəccübdür.

Ğazeta-millətin lisahlıdır Fazetalar millətə mühafiz ola bilərTicarət və hər hansı  islahat sırasında (cərgəsində) yolgöstərücü ola bilürlər.Millətin aqəminə (əqlinə) və fikrinə ziya ola bilər.

Qissəsi (yəni gödəksüz) qəzetəsiz və kitabsız  millət  sağır(kar) və dilsiz adəmə bəkrəz (bənzər-N.N.) Bu halda tatar lisanında  "Ziya" qəzetəsi nəşr olunması  pək (çox)  faidəli iş olduğundan  ziyadəsilə xoşnud olduq. "Ziya" qəzetəsinin gündən-günə ilərü (irəlü) getməgini istəriz (istəyirüz)və mamun edirüz bundan sonra  bəz-bəz "Ziya" qəzetəxanəsinə məktub v qeyri kağızlar  göndərməgi  kəndimizə borc ediriz. Bu dəfə tərəfi-əhvalımızdan  səval olunur isə həmd olsun bu sənə Qırım bərəkatı pək əla olmuşdur.Əkin,meyvə, dükan  gözəl olub,xeyli ticarət pək sırasındadır. Buğda çox oldı isə də, qiyməti  bəhaliyədir. Şöylə ki, un puti on beş mənata satılmışdır. Hal bu isə xəlqlər karlı olduqlarından  ...indilik zəhmət çəkməyürlər.

Baxçəsaray  şəhr məclisindən  İSMAYIL Mirza"

 

  "Ziya" qəzetinin digər bir neçə nömrəsində də İsmayıl Mirzanın özünün  yazdığı kimi  "məktub  və qeyri kağızları  təğyir və təbdil olunmadan" dərc olunmuşdur.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM